444
İKİNCİ KİTAB
yaraq yaşayır, islam dini ilə bərabər addımlayır, hətta islam dininin
bir çox məişət qaydalarının özünə təsir edirdi.
Tatların məişətində qalan dini qalıqlarla tanış olduqda belə bir
nəticəyə gəlmək olur ki, genetik cəhətdən islamiyyətə qədərki adət
və ənənələrə aid olan dini adətlər bu etnik qrupun məişətində orto
doksal islam dininin özündən gələn adətlərə nisbətən daha davamlı
və dözümlüdür, dəyişməyə daha çox müqavimət göstərirlər. İslam
dininin tələbi ilə yaranmış rəsmi qaydalar: yəni Allaha, Peyğəmbə
rə, onun imamlarına inam, namaz qılmaq, oruc tutmaq, dini bayram
ları qeyd etmək, qurban bayramında qurban kəsmək və islam dini
nin tələb etdiyi başqa vacib adətləri icra etmək kimi məcburi qayda
lar artıq tatlar içərisində getdikcə daha təmtəraqla qeyd olunmur.
Belə ki, cavan və orta nəsil bunlardan çox vaxt uzaqdır, hətta bəzi
qocalar da bu yaxın vaxtlara qədər islam dininin bu tələblərinə ria
yət etməyi zəruri hesab etmirdi. Lakin ailədə qalan, ilk nəzərdə
kiçik və əhəmiyyətsiz görünən bir sıra adət və ənənələr vardır ki,
bunlar islamiyyətdən qabaqkı dövrlərə, yəni primitiv adət və ənənə
lər dövrünə aid olub, islam dini ilə heç bir əlaqəsi olmasa da, tatla
rın məişətində ciddi kök salmışdır. Q.P.Snesaryev haqlı olaraq yazır
ki, islam dini hər bir müsəlmanın həyatını özü istədiyi kimi idarə et
mək qabiliyyətinə malik olsa da, məişətə daxil olmaqda onun təsiri
hərtərəfli deyildi.162
Məhz elə buna görə də təsadüfi deyil ki, tatların adət və ənə
nələrində “cin”, “pəri”, “dev”, “əjdaha”, “hal” kimi fövqəltəbii var
lıqlar özünü göstərir ki, bunlar islam dinindəki “şeytan”, “mələk” və s.-
dən köklü surətdə fərqlənir.
Tatlann əqidəsincə, cinlər insana düşməndirlər, onu pis yola
dəvət edir, yolundan azdırır, ona ziyan yetirirlər. Cinlərin daimi
məskəni xaraba evlər, qəbiristanlıq, dağılmış məscidlər, qurumuş
arxlar və quyulann içi və s.-dir. Onlar xüsusilə peyinlikdə, mal təzə
yinin üstündə “daha çox yığışırlar”. Tatlann söylədiyinə görə, hətta
“filan qız, ona görə xəstələnmişdir ki, xarabalıqda cinlərin toplaşdı
ğı yerdə olmuş, onların ayağını basdaladığı üçün cinlər onun üstünə
tökülmüş, ona əziyyət verərək şikəst etmişlər”. Onlann əqidəsincə,
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
445
kömürün, közün və gülün üstünə də suyu ona görə tökmək olmaz
ki, bu şeylər cinlərin toplaşdığı yerdir və onlann üstünə su tökən
adama ziyan yetirə bilərlər. Tatların fikrincə, hətta cinlərin toyunda,
şadlığında “iştirak edən” adamlar olmuşlar. Cinlər onun ətrafında
rəqs etmiş, çalıb-oxumuş, onu əyləndirmiş, sonra isə onu şikəst edə
rək “çıxıb getmişlər” .
Tatlann əqidəsincə, daha başqa bir fövqəltəbii varlıq olan
pərilər insanlann onlara münasibətindən asılı olaraq həm xeyirxah,
həm də ziyankar ola bilərlər. Tatlann əqidəsincə xüsusilə suda, bu-
laqlann və çayların, duru sulu göllərin içərisində yaşayan pərilər in
sanlara yaxşılıq etməyə çalışır, onlara hədiyyələr verir, hətta xoşu
gələn oğlana suyun içindən çıxan kiçik qəşəng ağ at bağışlayırlar.
Bu qüvvələr sırasına daxil olan başqa bir varlıq “heybətli və
qüdrətli” devlərdilər. Devlərin yaşadığı yerlər əsasən dağlar və ma
ğaralardır.163 Tatlann inam adətlərində olan dev qədim İran mifolo
giyasında sonralar “Şahnamə”də qəddar və zülmkar əsatiri İran pad
şahı Zöhhaka çevrilmiş Avestadakı əjdaha (Ajidaxaka, əjdər-
ha)164surətindən ciddi fərqlənir. Adətən çox da boyca böyük olma
yan uzun qollu bu tüklü varlıq tatlann əqidəsincə hətta insanlara da
işləyə bilər. Belə ki, bir neçə kənddə danışıldığı kimi, həmin dev də
mir şeylərdən qorxduğu üçün, onun bədəninə bir sancaq və ya iynə
keçirməklə onu insana işləməyə, məsələn, ev tikməyə, daş daşıma
ğa, odun və s. gətirməyə məcbur etmək olar. Qoca tatlann dediyinə
görə, hətta onlardan bəziləri devin belinə minmiş, onu işlətmişlər.
Nəql edirlər ki, hətta filan adam “tövlədə atın hər gecə tərlədiyini
görür, elə bil ki, bu at uzaq yoldan gəlmişdir, o yorulmuşdur və töv
şüyür, burun pərləri geniş açılmış, qarnının altı köpüklənmişdir.
Deməli, atı kimsə gecələr minib sürür. At sahibi bu sirrin səbəbini
açmağa çalışır. O, atın belinə qır sürtür. Səhər tövləyə gələndə atın
belində tüklü və heybətli bir məxluq görür ki, bu da dev imiş. Onun
bədəninə bir iynə keçirməklə onu özünə işlədir, bütün qış üçün devi
meşədən odun ehtiyatı gətirməyə məcbur edir”. Tatlann fikrincə,
sancaq və ya iynəni devin yaxasından açan kimi o, daha insana tabe
olmur, qaçıb gedir. Deyilənlərə görə, uzun müddət bir nəfərə işlə
446
İKİNCİ KİTAB
yən dev “əsirliyində olduğu adama” yenə də odun aparmaq üçün
meşəyə gəlidikdə orada bir kiçik qız uşağı görür. Qız ondan qorxub
qaçmaq istədikdə dev ona deyir: “Sən məndən qorxma, əgər yaxam-
dakı sancağı açsan sənə iki dənə qırmızı alma verəcəyəm” . Devin
sözünə inanan qız onun yaxasındakı sancağı açır. Artıq dəmirin
(sancağın) “tilsimliyindən” azad olan dev qızın alma kimi qırmızı
yanaqlarını qoparıb özünə uzadır.
Maraqlıdır ki, islam dininə məxsus olan şeytan - yəni Allahın
antoqonist surəti tatların inamında heç də mühüm yer tutmur. Ümu
miyyətlə isə, bu söz altında həmin cinlər və devlər təsəvvür olunur.
Əgər islam dinində qara qüvvələrin başında duran (şeytanı) insan
özünə tabe edə bilsə, o zaman Allahın bu antoqonisti insana kömək
edər, insan hara əmr etsə onu aparar, onun tapşırığını yerinə yeti
rər.165 Məhz bu nöqteyi-nəzərdən Avestada Əhrimənə münasibət də
maraqlıdır. Məhz qədim İran mifologiyasına işarə edən Əbu Reyhan
Biruni özünün məşhur “Keçmiş nəsillərin abidələri” əsərində qara
qüvvələrin başçısı Əhriməni insanın ram etməsindən bəhs edərək
yazır: “Kəyumərs Əhrimənə qalib gəldi və onun belinə mindi, onun
belində bütün dünyanı dolaşmağa başladı...” 166
Beləliklə, islam dinində təsvir olunan belinə adam minmiş bə
zəkli şeytan heç də təsadüfi yaranmışdır. Bu qədim İran mifologiya
sı ənənələrinə tamamilə uyğun gələn bir faktdır. Pişdadilərin ilk
padşahlarından olan Tehma (Təhmürəs) qəhrəmancasına Əhriməni
yəhəri əyərək onun belinə minir və gəzməyə çıxır.167 Buna biz son-
ralar eynilə “Şahnamə”də rast gəlirik. Davada Əhrimənə qalib gələn
qəhrəman onun belinə sıçrayıb at kimi çapdı. Sonra da o, dəfələrlə
onun belinə minərək ölkədən ölkəyə keçirdi”.168 Bütün bu faktları
nəzərə aldıqda tatların inamında qara qüvvələr başçısının islamiy-
yətdəki şeytan deyil, qədim İran mifologiyasının dəyişilməz surətlə
ri olan devlər olduğu bir daha aydınlaşır. İnsanlara ziyankarlıq törə
dən devin yaxasına iynə (sancaq) sancmaqla insanın onu özünə işlə
məyə məcbur etməsini də nəzərə alsaq tatların inamındakı devlə
Əhrimən pandemoniumu arasında son dərəcə böyük yaxınlıq yara
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
447
nır ki, bu da ruhu və məzmununun qədimliyi ilə diqqəti cəlb etməyə
bilmir.
Məhz bu baxımdan tatların bəzi əqidə, inam və adətləri də
diqqəti cəlb edir. Tatların fikrincə, adamlar içərisində son dərəcə pis
nəzəri olanlar vardır ki, bunlar “hər şeyi gözə gətirər, hətta daşa da
“yaxşı” desə onu çatladıb torpağa döndərə bilər”. Adətən hər kəndin
özünəməxsus “pis gözə malik” adamı var. Tatlar çox vaxt yaxşı ta
nımadıqları adama öz uşaqlarını, yorğa atını, çox süd verən inəyini,
an pətəyini və s. göstərməkdən çəkinir, ehtiyat edirlər. Uşaqlan öl
müş qadınlann bu cür adı çıxmış adamlan görməyə gözü yoxdur,
onlara nifrət edir, onlardan üz çevirirlər. Belə “pis nəzərə” məruz qal
mış heyvanın, uşağın “nəzərini almaq lazımdır” onlar uşağın boyuna
ip ölçür, “müqəddəs kitaba” baxır, orada göstərildiyi kimi, məsələn,
ipi dua oxuya-oxuya bir kasa suya salır, apanb qəbiristanlıqda basdı-
nr, uşağa və ya heyvana “göz duası’ yazdınb boynundan asırlar.
Qadınlar uşağını bir toydan və ya məclisdən gətirəndən sonra
içəri girən kimi bir ovuc duz götürür, uşağın başına üç dəfə çevirir,
“pis nəzəri görüm odda yansın” deyərək duzu oda atır. Yanan duz
çırtıldasa (məlumdur ki, duz yandıqca mütləq çırtıldamalıdır) ana
təskinlik tapır, bəd gözün partlayaraq yandığını güman edir, rahat
olur. Belə məqsədlərdən ötrü uşaqların və heyvanların boynundan
göy muncuq, kaftar teli (qoca canavar tükü) və s. asarlar. Yaxşı bos
tan yetişdirmiş tat göz dəyməsin deyə çəpərin ağaclarından birinə
köhnə kəllə sümüyü taxır, təzə ev tikdiribsə evin girəcəyindən tikan
lı üzərlik asır. Bütün bunlar gözdəymənin qarşısım almaq üçündür.
Yuxarıdakı faktlardan göründüyü kimi, tatların əqidəsində
“gözdəymə”, “gözə aparmaq” inamı güclü yer tutur. Primitiv inama
aid olan “gözdəymə” haqqındakı təsəvvür” 169 keçmişdə bütün xalq
lara aid olan bu inam həm də məişətdə xüsusilə möhkəm qalır. Bu
inam müxtəlif din formalarına xidmət edərək bizim bu günlərə qə
dər özünü qoruya bilmişdir. Bu inam hətta dini adət və mərasimlərə
laqeyd yanaşan, tamamilə dinsiz olan adamlarda belə yalnız şüurlu
şəkildə adət üzrə “gözdəyməyə”, deməli, “pis gözə” inanır,170 həmin
inama aid olan mərasimi yerinə yetirirlər. Əlbəttə, tatların fikrincə,
Dostları ilə paylaş: |