436
İKİNCİ KİTAB
mək olar ki, uzun ağ köynəklərini rəngli qotazları olan tumanba-
ğısınm üstündən bayıra salladıb bir köynəklə işlədiyi halda başında
motal papaq vardır. Həm də onlar bu papağın altından qabaqdan ar
xaya qatlayaraq düyünlənmiş dəsmal bağlayır, üstündən də yun pa
pağı örtürlər. Papağın altındakı dəsmal tərləyib islandıqca onun su
yunu sıxır, azca qurudub yenə də başlarına örtürlər. Tat kişilərinin
yemək yeyəndə də mütləq başlan örtülü olmalıdır. Əgər papaq ol
mazsa dəsmal bağlamalıdır. Kişilər yatarkən də başlanna papaq
qoyurlar. Bu adətən yun parça və ya sadəcə keçədən toxunulmuş
gecə papağıdır ki, buna bəzi yerlərdə «təsək», bəzi kəndlərdə isə
«şö papaği» (gecə papağı) deyirlər. Hər halda, tatlann əqidəsinə
görə, başı açıq saxlamaq günahdır, necə ki, yemək üstündə
danışmaq da günah sayılır. Əlbəttə, qadınlar da hər iki göstərdiyim
halda tələb olunan şərtlərə, heç şübhəsiz, riayət etməlidirlər.
Qadınların paltannı üst-üstə bir neçə qat geyinilmiş, ətəkləri
ayaqlannm üstünü örtən, sinəsi, ətəyi, qollannm dövrəsi gümüş və
qızıl pullarla düzülmüş rəngbərəng paltar təşkil edir. Onların
paltarlarının qolu mütləq əl barmaqlarının üstünü örtməlidir.
Qadınlar başlanna iki və üç baş örtüyü bağlayır, onlan, özləri
demişkən, çarqat (dörd qat) bağlayıb arxaya atmalıdırlar.
Alın bərk bağlanmalıdır. Qadınlar uzun corablar geyinməzlər.
Onlar altdan iki-üç qat uzun tuman geyinib, ayaqlanna boğazı iplə
bağlanan rəngli toxunma corab geyinərlər. Qaloş və gen ayaqqabı
çıxana qədər tat qadınlan kustar şəkildə hazırlanan dabbaqlı göndən
tikilmiş bumu yuxanya tərəf qalxaraq geriyə əyilən məst
geyinərdilər.
Əlbəttə, qeyd etməliyik ki, bu göstərdiyimiz paltar təsviri
uzaq tat kəndlərində yaşayan əhaliyə, həm də əsasən orta və yaşlı
tıəslə aiddir.
İndi tat cavanlarının heç biri pambıqdan sınqlı şalvar geyin
mir, ayağına çarıq taxmır. İndi hətta qoca kişilərin çoxu da uzun
boğaz çəkmə, ayaqqabı geyinir, kostyumda gəzirlər. Müasir nazik
ipək, modalı paltarlarda, hündürdaban ayaqqabıda gəzən tat qadınla
rının geyimini indi onların ana və nəvələrinin geyimi ilə müqayisə
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
437
etmək son dərəcə gülməli olardı. Lakin qeyd etməliyik ki, hətta özü
savadlı olan və ya savadlı ailədən çıxan qadın və qızlar belə öz
evində başı açıq gəzməsinə baxmayaraq kənd içərisinə çıxdıqda,
qonşuya və bir məclisə getdikdə ən azı kiçik bir nazik baş örtüyü ilə
başını bağlamalı, ayağına uzun və ya qısa corab geyinməlidirlər.
Tat geyimlərini tədqiq etmək, onlarda inikas olunmuş milli
etnik xüsusiyyətlərin inkişaf mərhələlərini təhlil edərək aydınlaş
dırmaq ən azı Azərbaycanın etnoqrafik atlasını yaratmaq üçün əhə
miyyətlidir. Belə atlasların isə nəinki təkcə etnoqraflar, həm də ar
xeoloq, tarixçi, incəsənət xadimləri və s. elm sahələrində çalışanlar,
hətta sənaye işçiləri və ticarət mallarının istehsalı ilə məşğul olan
mütəxəssislər üçün də zəruriyyəti şübhəsizdir. Çünki bu etnoqrafik
atlas tarixçi və arxeoloq əldə etdiyi tarixi faktın bəzi elementlərini
bu və ya başqa bir müasir etnik qrupun paltarlarında (həm də
əksinə) taparaq ümumiləşdirici nəticələr çıxara bildiyi kimi, ticarət
də, yüngül sənaye işçiləri də etnik qrupların milli formalarından özü
də tarixin uzun müddətli sınaqlarından çıxmış milli bəzək, ornament
və naxışlarından müasir geyim istehsalında istifadə edər153, bununla
da bu və ya başqa malın daha tez satılmasına imkan yaradar,
əhalinin tələbini ödəməyə müəyyən dərəcədə müvəffəq olarlar.
Maddi mədəniyyətin hər hansı bir sahəsindən ən çox milli et
nik spesifika geyimlərdə öz əksini tapır. Bu məsələyə də tarixilik
nöqteyi-nəzərindən yanaşaraq onu düzgün elmi təhlil etdikdə bu və
ya başqa etnik qrupun maddi mədəniyyətinin yüksəliş və tərəqqi
mərhələlərini müəyyən etmək olar.
Sovet dövründə əmələ gəlmiş milli mədəniyyətlərin, o cüm
lədən geyimin ümumiləşməsi və bununla da ümumi sovet mədəniy
yətinin yaranması halı istisna olarsa, tatlar bu dövrə qədər öz milli
paltarlarından, adətən kustar halında özü üçün (daha sonra isə satış
üçün) hazırladığı geyim formalarından istifadə edirdilər. Bu geyim
lərdə tatlar özlərinə məxsus spesifik xəttini, stilini, əsrlər boyu yara
nıb təkmilləşmiş milli etnik ruhu hifz edib qoruya bilmişdilər.
Tatlann geyimini cinsə, yaşa görə öyrənməli, çoxlu faktik
material toplamalı, özü də bunlan tatlann yaşadığı, bu geyimlərin
4 3 8
İKİNCİ KİTAB
hələ də istifadə olunduğu və ya əhali tərəfindən qədim yadigarlar
kimi sandıqlarda saxlanılan yerlərdə toplamaq vacibdir. Orijinallı
ğım hələ də hifz edən geyimləri tezliklə öyrənməyin əhəmiyyəti mə
lumdur. Qafqaz xalqlarının geyimi ilə məşğul olan E.A.Studenets-
kayanın haqlı olaraq qeyd etdiyi kimi, yadda saxlamaq lazımdır ki,
biz nə qədər bu işlə məşğul olmağı gecikdirsək, bir o qədər də bizim
imkanlarımız azalacaqdır.154 Tatların geyimi ilə məşğul olarkən bu
mühüm məsələyə fikir vermək lazımdır. Bu və ya başqa paltarın
başqa etnoslardan keçdiyinin və ya həmin etnik daxilində yarandığı
nı müəyyənləşdirmək üçün bilmək lazımdır ki, həmin paltarı tatlar
öz mərasimlərində, məsələn, toyda, yasda, ərə getdikdə, evləndikdə,
nikahda, cavan ölən adamın pal tarlan üstündə ağlaşanda və s. gör
mək olurmu? Çünki belə hallarda məlumdur ki, seçmə, götürmə,
kənardan gəlmə paltar formalanm adətən adamlar öz milli, məhz
özünəməxsus arxaik adətlərini, bayramlanm keçirdikdə geyinmir və
ya ondan istifadə etmirlər.
Belə olduqda məlumdur ki, bu geyim vasitəsi yalnız həmin et
nik dairədə əmələ gəlmişdir. Bu məsələdə geyimin etimoloji məna
sı, onda işlədilmiş naxışların adı və s.-yə də diqqət vermək vacibdir.
Tatların geyimini tədqiq etməklə məşğul olduqda əsasən yaşlı nəslin
paltarlan ilə maraqlanmaq lazımdır. Çünki naxışlar, xətlər, astar, ti
kiş, içəriyə və bayıra qatlamalar və s. kimi spesifik etnik xüsusiy
yətlər yaşlı nəslin geyimində daha çox mühafizə olunmuşdur. Tat
cavanlarının geyimi isə tez-tez əmələ gələn, yeni yaranan müasir
geyimlərlə uyğunlaşır, öz etnik xüsusiyyətini əks etdirmir. Tatların
hansı rəngləri (həm kişi, həm qadın, xüsusilə sonuncuda) daha çox
meyil göstərdiklərini də etnoqrafik geyim tədqiqatı zamanı nəzərdə
tutmaq lazımdır. Məsələn, şəhərlərdə və rayon mərkəzlərində yaşa
yan tat qızları müasir moda ilə əlaqədər olaraq, müasir geyim tələb
lərilə ayaqlaşaraq müxtəlif rənglərdə yubka, kofta geyinir, başına
cürbəcür rəngli və ya bütöv rəngli müxtəlif baş yaylıqları örtürlər.
Bu qızlar üçün qara yubka ilə qırmızı (və ya başqa rəngli) kofta,
qara corab, qara ayaqqabı, qara yubka və qara kofta geyinməsi,
başına qara rəngli baş örtüyü bağlaması heç də təəccüblü deyildir.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 3 9
Lakin tat kəndlərində başında qara örtüyü və ya yaylığı olan, yaxud
qara corab və qara yubka geyinmiş qıza və ya qadına bir toy məcli
sində və ya sadəcə bir şənlik qonaqlığında, kənd bayramında rast
gəlmək olmaz. Belə halda onu tanıyan və ya hec tanımayan adamlar
ona yaxınlaşaraq başsağlığı verəcək, ona üz verən kədərə şərik ol
duqlarını bildirəcəkdir. Qara geyim yalnız matəm və ya yas əla
mətidir.
Bəzən tat paltarlarının adı özü-özlüyündə bu geyimin tatların
milli geyimi deyil, başqa-başqa xalqlardan götürüldüyünü göstərir.
Çünki təsərrüfat və məişətdə istifadə olunmaq üçün başqa etnik
qrup və xalqlardan bu və ya başqa bir əşyanı, vasitəni, aləti qəbul
etdikdə bu əşya ilə onu ifadə edən ad da həmin xalqın leksikasma
daxil olur. Bu əşyanın “təzə sahibi” heç də onun adını dəyişməyi la
zım bilmir, çünki buna ehtiyac da yoxdur (məsələn, samovar, aftafa,
televizor və s. kimi). Geyimlərdə də bu belədir. Məsələn, köynəyin
üstündən geyinilən kaftan şəkilli, dar, bədənə yapışan gödəkçəyə
tatlar “ərxəluq” deyirlər ki, bu da eynilə Azərbaycan dilindəki “ar
xa”, “bel” ismi ilə “lıq” sözdüzəldici şəkilçisinin birləşməsindən
əmələ gəlmişdir. Özü də “bel üçün”, “beli, arxanı örtən” və s. de
məkdir. Deməli, tatlar heç şübhə yoxdur ki, bu geyimi azərbaycanlı
lardan götürmüşlər. Lakin gümüş, qızıl və s. qiymətli metallardan
hazırlanmış və tat kişilərinin bellərinə bağladıqları, onun bir həlqə
sindən xəncər və ya bıçaq asdıqları “kəmər” adlanan bel qayışı azər
baycanlılara tatlardan keçmişdir. Çünki “kəmər” sözü eynilə tat (və
bir çox İran dillərində) dilində “bel” deməkdir: beli bağlayan vasitə.
Araqçın kimi. Tat sözü ərəq - tər, çin isə - vəçiıən (yığan) məsdəri-
nin kökü: yəni “tər yığan”.
Bəzən elə geyim terminlərinə də təsadüf olunur ki, sözün
mənşəyini tapmaq çətindir. Başqa xalqların etnoqrafiyası ilə məşğul
olan mütəxəssislər belə faktlarla üzləşmişlər ki, bu və ya başqa xalq
və ya etnik qrup geyim formasının özünü deyil, təkcə onun adının
qəbul etmiş, öz milli geyimini keçmə sözlə adlandırmışlar.155 Məhz
bu nöqteyi-nəzərdən yanaşdıqda tatların paltar üstündən geyindiklə
ri uzun qolları, uzun və geniş ətəyi olan “çuxa” sözünü Azərbaycan
Dostları ilə paylaş: |