4 4 8
İKİNCİ KİTAB
gözdəymə həmişə qəsdən olmur. Deməli, pis niyyətli, pis rəqbətli
adamların gözü dəydiyi kimi, müqabil tərəfə heç bir pislik etmək
istəməyən şəxsin də gözü “özü bilmədən dəyə bilər” (hətta çox istə
məkdən də). Deməli, bu qeyri-adi qüvvəyə qarşı tədbir görməklə
onun nəticələrinin qarşısını almaq lazımdır. Bunun üçün tatlar müx
təlif vasitələr təklif edirlər. Çuldaq (qızmar bir dəmir parçasım qırx
dəfə bir parç suya salıb-çıxarmalı, həmin suyu “göz dəymiş” adama
içirtməli), Quran ayələri yazılmış dua, göz muncuğu (yenə suya sa
lıb içmək və ya boynundan asmaq), ilan qabığı (paltara tikmək), də
və tükü171 (paltarın bir yerində gizlətmək), duz, soğan, istiot, sarım
saq (bəzən hətta təklikdə yox, hərəsindən bir az qarışıq şəkildə) pal
tarların astarına, papağa tikmək, üskük və ispənd yandırıb onların
tüstüsünü “göz dəyən” insan və ya heyvanın üstünə üfürmək (bura
da “ispənd” sözü Avestadakı “müqəddəs”, “pak” mənalarında olan
“spenta” (Spenta)172 sözü ilə eynilik təşkil edir), dəmir parçası (bu
istər küt, istərsə də iti bıçaq) və s. ola bilər. Onu uşağın, xəstənin
yaşdığı altında qoyurlar,173 “pis gözü olan adamın paltanndan bir
sap və ya bir tikə (yandınb “göz dəyənin” üstündə tüstülətmək) və s.
kömək edə bilər. Bu tədbirlərlə, guya “Ziyankar və xəbis” qüvvələri
kənara qovmaq olar. Tatların əqidəsindəki “gözdəymə” adətinin də
köklərini Avestada görmək olur ki, bu da həmin əqidənin islam dini
ilə heç bir əlaqəsi olmadığına sübutdur. Avestada “pis gözün” zi
yankar qüvvəsi devlərin düşmənçilik hərəkətləri ilə bir sıraya qoyu
lur və insanları öz bədənlərindən “pis nəzəri”qovmağa çağırır.174
Tatların qeyri-adi qüvvələrə inam və bu qüvvələrdən xilas olmaq
üçün görülən tədbirləri içərisində cadugərlik və falçılıq da xüsusi
yer tutur. Bu və ya başqa ruhi xəstəliyə düçar olmuş adamın xəstəli
yinin səbəbini başa düşməyən və müalicə üsulunu bilməyən xəstə
sahibi belə hallarda hələ də bəzən kənddə bu və ya başqa bir ruhla
“danışa bilən”, onunla “təmasda ola bilən” şəxsə müraciət edir, on
dan kömək diləyir. Belə şəxslərə tatlar “cingir” (cin tutan) “falçı”
deyirlər ki, onlara da kənddə xüsusi münasibət vardır. Belə ki, xəs
təyə baxan cingir onun cinlər tərəfindən “əsir alındığım” və onun
bədənində “cinlərin yerləşdiyini” söyləyir. Bununçun isə “cinlü” -
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 4 9
yəni bədənində “cinlər olan” xəstəni onlardan “azad etmək” lazım
dır. “Müalicə” vasitəsi kimi sümük parçası, bir piyalə suya salınmış
sap; toyuq (adətən qara rəngli) tükü, ayı dırnağı və s. ola bilər. Falçı
bunlardan müxtəlif şəkillərdə istifadə edərək bəzi sözlər deməklə
cəld hərəkətlər icra edir, suyu xəstəyə içirir, toyuq tükü və ya ayı
pəncəsini yandırır, onların külünü aparıb qəbiristanlıqda basdınr və s.
Bununla da guya cinləri xəstənin bədənindən “çıxarmağa” çalışır,
xəstənin bədəninə bir-birinin ardınca çubuq vuraraq cinləri onun bə
dənindən “qovur”. Tat falçısı bu işi yerinə yetirmək üçün xəstənin
alnından başlayaraq ayaq dırnaqlarının ucuna qədər su çiləyir, sonra
ona çubuq vuraraq ən nəhayət xəstənin barmağının ucunda “dayan
mış cini” bir qarğının, kuzənin və s. içinə “köçürür”, onu “əsir edir” .
Tatlarda olan bu adətin arxaikliyini sübut etmək üçün Avestada olan
Nasu adlı iblisin xəstə bədənindən qovulması qaydasına nəzər yetir
mək kifayətdir. Avestada da iblis Nasunun bədənindən qovulması
üçün xəstənin alnından tutmuş dırnaqlarına qədər müqəddəs sudan
istifadə olunur və Nasu bədəndən başqa yerə “köçürülür” . Bendida-
dın səkkizinci və doqquzuncu hissələrinin yazdığına görə Nasu adlı
iblis xəstənin bədəninin 33 yerində (alın, çiyinlər, sinə, əllərinin içi,
1 -1 C
yanlar, dizlər, ayaq barmaqları və s.) gizlənə bilər.
Tatlarda cini
bədəndən çıxarmaq üçün ümumiyyətlə təmiz sayılan iribuynuzlu
mal-qara sidiyindən də su əvəzinə istfadə olunur ki, bunun da eynini
Avestada tapmaq mümkündür. Bendidada ümumiyyətlə müqəddəs
və pak olan sudan başqa iblis Nasunu bədəndən qovmaq üçün iri
buynuzlu mal-qara sidiyindən də istifadə olunduğu da göstərir176.
Bu, bir daha Avestadan gələn və tatların bu gün də əqidəsincə in
sanları dolandıran və təsərrüfata lazım olan ev heyvanlarına ehtiram
əlamətidir ki, bu haqda sonra ətraflı izahat veriləcəkdir.
Tatların fikrincə, göydə hər adamın özünəməxsus ulduzu var.
Bu ulduz onun yerdəki vücudunun göydə nümayəndəsidir. Məhz
ona görə də tatlar uçan quyruqlu ulduzu gördükdə “Allah ona rəh
mət eləsin” deyirlər. Guya bu ulduzun sahibi öldü, ulduzu da axıb
yerə dəydi, parçalandı.
4 5 0
İKİNCİ KİTAB
Bir sıra tat kəndlərində xurafatın cin-əcinnə, şeytan, iblis, dev-
xortdan kimi surətlərinə bərk inanır, uşaqlarını onlarla qorxudur,
pirləri, müqəddəs yerləri, demək olar ki, müntəzəm olaraq ziyarət
edirlər.
Tatların fikrincə, gecə yaşıl ağacın altında yatmaq çox qorxu
ludur, belə halda adam gecə pis yuxular görər, narahat yatar, guya
həmin adamı qorxunc qüvvələr boğmağa çalışacaq, o, gecə səhərə
qədər bu qüvvələrlə vuruşacaq, ağacın altında yatan səhər qan-tər
içində oyanacaqdır.
Əsrlər boyu onların şəxsi təcrübələri əsasında insanlarda əmə
lə gəlmiş yaşıl ağacdan gecə qorxmaq adətinin yaranması çox təbii
dir. Çünki indi botanika dərsini oxuyan hər bir məktəbli də bilir ki,
yaşıl ağac gündüz karbonu alıb oksigeni buraxdığı halda, gecə əksi
nə oksigenlə nəfəs alıb karbonu buraxır, ona görə də ağac altında
yatan adam narahat olur, nəfəsi daralır, səhər yuxudan oyandıqda
ağzının köpükləndiyini görür. Bu nəfəs aldığı havada oksigenin ça
tışmazlığından irəli gəlir.
Məhz əllamə “mollanumaların” əsrlər boyu uydurduqları “xa-
rüqəladə” xurafı mövcudatlardan çəkinməyi təbliğ edən qorxu hissi
dir ki, tatlar gecə qaranlığında qəbiristanlıq və ya xarabalığın yanın
dan keçməz, arxın üstündən tullanmaz, küçəyə isti su və kül atmaz
lar. Guya gecə vaxtı yanında dəmir, bıçaq, ülgüc, balta və s. olan
adamın hətta qəbiristanlığın yanından da keçməyə qorxusu yoxdur.
Çünki guya onlann əqidəsincə əvvəldə göstərdiyimiz kimi, cin və
şeytan dəmirdən bərk qorxurlar.
Tatlara görə, gecə bu evdən qonşu evə od aparmaq, duz və
süd məshullan vermək qəti qadağandır.
Qadın doğarkən onun əhvalı xarablaşarsa, tatların fikrincə,
buna səbəb qızılı saçları olan “А Г, ya da “Hal” adlanan mifik cin
dir. Tatlar belə fikirdədirlər ki, Al adlı cin yalnız qadın ciyəri yeyir,
özü də yalnız doğan qadınların ciyərini. Bütün cinlərdən ən qorxu
lusu olan Al hər yeri gecə-gündüz gəzir, doğan qadın axtarır, onun
ciyərini çıxarmağa çalışır. Al bu ciyərin bir hissəsini yeyəndən
sonra qalanım aparıb çaya və ya dənizə atacaqdır. Al cinin əlindən
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 5 1
doğan qadını xilas etmək üçün, tatların fikrincə, ən yaxşı vasitə bu
cini “görən”, “onunla vuruşub ona qalib gələn” qadın və ya kişini
doğmaqda olan qadının yastığının yanma aparmaqdır. Əgər belə
şəxs tapılmasa, onda nəsillərində belə bir adam olmuş bir kəsi gəti
rib xəstənin yastığı yanında oturdurlar. Belə adamları tatlar “udum-
dar” adlandırırlar. Udumdarlar özləri haqqında belə rəvayətlər danı
şırlar ki, o, filan vaxt bu qızılı saçlı cini görmüş, onu tutmuş, saçla
rından bir qədər yolmuş, onun zinətli paltarından bir tikə qopartmış
dır. Tat kəndlərinin birində Əli adlı yaşlı bir kişi bu sətirlərin müəl
lifinə Al adlı cin haqqında belə dedi: “Bir gün çöldən gəlirdim, gör
düm ki, çılpaq bir qadına oxşayan bir şey göründü, onun uzun qızılı
saçları var idi, başına səbət qoymuşdu. Bildim ki, bu Aldır. Ona əmr
etdim ki, yerində dayan. O qaça bilmədi. Onun saçlarını kəsdim,
barmağına taxdığı göy muncuğu əlindən aldım. Onun başında olan
səbətin içində bir qadının ciyəri var idi. Onu yeməyə və ya çaya at
mağa aparırdı. Al mənə yalvardı ki, onu öldürməyim. Mən də ona
əmr etdim ki, səni bir şərt ilə diri buraxıram ki, səbətin içindəki ci
yəri aparıb öz sahibinin sinəsinə qoyasan. O, söz verdi, and içdi ki,
buna əməl edəcək. Mən də onu buraxdım”.
Hər halda tatların əqidəsincə, doğan qadının başı üstündə belə
adamların dayanması son dərəcə zəruri sayılır. Lakin əgər Al çox
“həyasızlıq” eləyərək belə adamlardan da qorxmasa, yaxud o gəlib
çıxana qədər “öz işini” görsə; o zaman qadını müalicəyə, el qaydası
ilə dava-dərmana başlayırlar. Müalicəyə onlar hay-küy və çığır-ba-
ğırla başlayırlar. Ala əmr edərək müxtəlif göstərişlər verir, bu qadı
nın ciyərini yerinə qoyub çıxıb getməsini “əmr” edir, “onu” hədələ
yirlər. Haldan düşərək yuxuya getmiş qadını oyatmaq üçün onun
solğun üzünə bir-birinin ardınca bərk şillələr vurur, göyərdirlər.
Onun bədənini çimdikləyir, dərisinə iynə batırır, onu gözünü açma
ğa, oyanmağa məcbur etmək istəyirlər. Onun üzünə, bədəninə kö
mür sürtərək qaraldır, bədənində qara xətlər, dairələr çəkirlər, yastı
ğının üstünə qara parça atırlar. Tatlara görə, Al qara rəngdən qorxur.
Yatmaq istəyən qadını necə olursa-olsun yatmağa qoymaq olmaz.
Çünki doğan qadın yatdıqda onun ciyərini çıxartmaq asan olur, qı-
Dostları ilə paylaş: |