Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə112/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   108   109   110   111   112   113   114   115   ...   131

464
İKİNCİ  KİTAB
dənin bu ölü hissələrinin atıldığı yerlər ziyankar iblislərin toplandıqlan 
yer olar, ətrafa — insanlara, heyvanlara, otlara bə suya ziyan yetirə bilərlər.202
İslam  dinində  qəbirlərə  və qəbiristanlığa böyük ehtiram  olun­
duğu  halda  (dinin  müxtəlif şəxsiyyətlərinin  basdırıldığı  yerdir,  ora­
da din şəhidlərinin,  şeyxlər və onların müridlərinin  və s. basdırıldığı 
qəbirlər  müqəddəs  sayılır,  onlara  sitayiş  etmək  hər  bir  müsəlman 
üçün  qanun  hesab  olunur  və  s.)  tatlar qəbirlərin  yanından  keçməyə 
qorxur,  orada  çox  dayanmır,  gecə  isə  qəbiristanlığın  yaxınlığından 
belə keçib-getməyə  az cəsarət edirlər.  Burada rəsmi  islam qanunları 
və tələbləri ilə açıq bir uyğunsuzluq yoxdurmu? Zərdüşt dini  qayda­
larını nəzərdən keçirdikdə  bu  şübhələrə yer qalmır və tatların əqidə­
sində  bunun  köksalma  səbəbləri  aydın  olur.  Avestanın  göstərdiyinə 
görə  insanların  düşməni  olan  və  Ahurammazdaya  qarşı  Əhrimənə 
kömək  edən  devlərin  və  qəzəbli,  kinli  iblislərin  mühüm  məskənlə­
rindən  biri  də  ölülərin  basdırıldığı  yerlərdir.  Bu  barədə  açıq-aşkar 
Vendidad  xəbərdarlıq qedir:  “ölülər basdırılmış  yerlərdə  devlər var, 
orada  devlərin  tərəfdarlan  var,  orada  devlərin  yoldaşları  var,  orada 
devlər  yığışırar” .203  Bu  yerlər  devlərin  “iqamətgahıdır”204  Avesta 
davam  edərək  bu  barədə  insanlara  daha  ciddi  xəbərdarlıq  edir:  “ ... 
bu yerlərdə  (ölülərin basdırıldığı yerlərdə -  M.H.) -  ölülərin yerində 
vəba,  qızdırma  kimi  xəstəliklər  əmələ  gəlir  və  insanları  məhv 
edir”.205  İslam  dininin  son  dərəcə  ehtiram  etdiyi  qəbirlərə  tatların 
mənfi  münasibətinin mənbəyi  də Zərdüşt təlimidir.  Yaxın  adamı  öl­
müş  şəxsin  geyindiyi  matəm  əlaməti  olan  qara paltarı  da məhz qara 
ruhların,  şər qüvvələrin ətrafdakılara  sirayət etməməsi,  onlara yayıl- 
maması üçün bir izolyasiyaedici,  ayırıcı  vasitə hesab etmək olar.
L.Y.Ştemberq qara matəm paltanndan  bəhs  edərkən belə fikir 
irəli  sürür  ki,  bu  qara  rəngli  paltar  ətrafdakı  adamları  natəmiz  və 
müqəddəs  olmayan  ruhlardan  bir  növ  ayınr,  həmin  ruhların  ətrafa 
yayılmasının qarşısını alır.206
Yuxarıdakı  bəzi  faktlardan  göründüyü  kimi  tatlann  həyat, 
ölüm,  ruh,  axirət dünyası,  yaxşılıq  və  pislik  məfhumları  haqqındakı 
əqidələri,  həmin  məsələlər barəsində  bu  etnik  qrupun  şüurunda kök 
salmış inamla həmin məsələlər haqqında Şərqin bir sıra qədim xalq-
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
465
lan,  xüsusilə  bəşəriyyətin  qədim  mədəni  abidəsi  olan  Avesta  tələb­
ləri  və  Zərdüşt  təliminə  riayət  etmiş  xalqların  şüurundakı  əqidə  və 
fəlsäfi dünyagörüşü ilə bir yaxınlıq və uyğunluq  vardır.  Tatların məi­
şətində  -  adət və  ənənələrində  qalmış  ölüm  və  dəfnlə  əlaqədar olan 
bu  və  bu  kimi  qayda  və  tələblər göründüyü  kimi  təsadüfi  yaranma­
mışdır.  İslam dinində öz əksini tapmayan  bu tələblərin  əsasında Zər­
düşt  təliminin  ölünün  napaklığı  və  qeyri-müqəddəsliyi  haqındakı 
ideyanın xalis tələbləri  durur207 ki, bu da onların “köklərini” Zərdüşt 
təlimində  cəsarətlə  axtarmağa  imkan  verir.  Bu  məsələdə  ciddi  və 
dərin tədqiqat aparılarsa bir sıra maraqlı cəhətlərin aşkar ediləcəyinə 
şübhə etməmək olar.  Bu xalqın etnik adı  olan “tat” sözü haqqında aşa­
ğıda  söyləcəyimiz  bir  sıra  mülahizələr də  bizə  bu  adm  daşıyıcılarının 
Azərbaycanın qədim  İran  mənşəli  etnik  qruplarından  olduğunu  demə­
yə  imkan  verir.  Belə  olduqda  onların  məişət  və  əqidələrində  qədim 
adət və ənənələrin qala bilməsi təbiidir.
Qədim  ədəbi-mənəvi  abidəmiz  oan  “Avestada”  “tat”  sözünə 
rast  gəlirik.  Bu  söz  müxtəlif  tərkiblərdə  xüsusilə  Ahuramazdamn 
əlinin  altında olan  altı  müqəddəs  mələyin  adında var,  və  “əbədi”  və 
“ölməz”  mənalarında  işlənmişdir.  “Haurva  tat”  sözünə  “Avestanın” 
(“Yəsna”  və  “Yeştlər”də)  müxtəlif  yerlərində  Imşaspəndanlardan 
(Əhrimənə  qarşı  vuruşan  Ahuramazdamn  köməkçiləri  olan  altı  mə­
ləyin  ümumi  adıdır) bəhs  olunarkən  iki müqəddəs mələyin adma tə­
sadüf edirik.  Bunladan biri  beşinci mələyin  adı Haurva-tat və o biri­
si  altıncı  (sonuncu)  mələyin  adı  olan  Amere-tat  sözlərində  təsadüf 
edirik208 ki, bunlar da yuxanda göstərdiyimiz mənalarda işlədilmişdir.
Mələklərə  aid  olduğu  üçün  bu  sözlərin  mənası  heç  də  şübhə 
doğurmur.  Belə  ki,  əgər  beşinci  mələyin  adının  mənası  “əbədi  ka­
mal”  və  “sağlamlıq”dırsa,  sonuncu  -   altıncı  mələyin  adının  mənası 
“əbədi  ölməz”dir.  ‘T a t”  sözündən  bəhs  edərkən  əvvəldə  göstər­
mişdik  ki,  bu  sözə  sonralar müxtəlif mənbələrdə  “dad”  şəklində  də 
rast  gəlirik.209  “Avestada”  təsadüf olunan  “tat”  sözü  də  (yuxarıdakı 
mələklərin adında) sonralar dəyişilmiş  və indi  də müasir fars dilində 
“dad’  şəklində  təsadüf edirik.  Belə  ki,  qeyd etdiyimiz  kimi  ay adma 
çevrilmiş  bu  mələklərin  adı  müasir  fars  dilində  “Xordad”  və


466
İKİNCİ KİTAB
“amoıdad”  kimi  işlədilir  (3-cü  və  5-ci  İran  ayları).  Tamamilə  təbii­
dir  ki,  Sasanilər  dövründə  də  elə  bir  qədim  tayfa  ola  bilərdi  ki,  öz 
adını  Avestada  “ölməz  və  əbədi’’mənasına gələn  tat  sözündən götü­
rərək  Buyu-tat  adlansın.210  Bu  tayfanın  da  etnik  adının  etimoloji 
mənasının  Buyu  (?)  -   tat -   “ölməz,  əbədi  (B)  buyu”  olduğunu  gü­
man etmək olar.  “Buy” sözü isə bəlkə də Türk dilindəki  “soy” (kök) 
sözünün  başqa variantıdır.
Tatlar pis danışan,  xətrə dəyən  söz  söyləyən,  düşünməmiş  söz 
deyən  kobud  adama  “əkəmənə //  əkənək  // kənək //  kənəkə  ədəmi” 
deyir,  pis  danışığı,  kobud  sözü  isə  “əkəmənə //  əkənək // kənək  kə­
nəkə  g a f ’  adlandırırlar.  Bu  söz  bizcə  Avestada  olan  Akamanah  sö­
zündən  olub  ya onunla eyniyyət təşkil  edir (1  halda),  ya da ona çox 
yaxındır.  Akamanah  sözü  Avestada dev  adıdır.  Ahuramazdanm  xe­
yirxahlıq  və  yaxşılıq  edən,  imshaspandan  adlanan  altı  mələyi  -  kö­
məkçisinin  əleyhinə  vuruşmaq,  onların  pak  əməllərinə  ləkə  vurmaq 
üçün  qara  qüvvə  olan  Əhrimən  də  altı  dev  yaradıb  onlara  qarşı 
göndərdi.  Bu devlərdən birinin adı  Akamanah idi ki, bu adm da mə­
nası  “pis  düşüncə”,  “qara  fikir”  deməkdir.211  Tat  dilində  bu  sözü 
bəzi  ləhcələrdə  fonetik  dəyişikliyə  uğramış,  lakin  qədim  formasına 
çox  yaxııı  olan  şəklini  saxlamış,  bəzi  ləhcələrdə  isə  (məs.  Qonaq- 
kənd  ləhcəsində)  hətta öz  qədim  şəklini  eynilə  saxlamışdır  (sonrakı 
dili  ağırlaşdıran “h” səsinin düşməsi istisna olmaqla).
Maraqlıdır  ki,  klassik  fars  dilinin  özündə  də bu  söz  öz  qədim 
şəklini  itirərək ona yaxın bir variantını  saxlamışdır.  Belə ki,  Firdov­
sinin “Şahnamə”sində rast gəlinən qara qüvvələrdən -  devlərdən bi­
rinin  adı  Əkvandır  və bəzi  tədqiqatçıların fikrincə bu  söz  Avestada- 
kı  “akamanah”,  yaxud  “akiman”sözünüü  təhrif  olunmuş  şəklidir. 
“Şahnamə”də bu devin adı  “murdar, natəmiz ruh” kimi  tərcümə olu­
nan “Rəvan-e pəlid” tərkibinin sinonimi kimi işlənmişdir.
Qeyd  etmək  lazımdır ki, bu  qədim  dev  admın  bu  və  ya başqa 
şəkildə tat dilində qalması  təsadüfi  deyildir.  Çünki  əsasən dağlarda, 
yaxud ticarət yollarından, karvan keçidlərindən kənarda yaşayan tat­
ların  dili  İran  dillərinin qədim elementlərini  özündə  saxlaması  üçün 
təbii bir şərair yaratmışdı.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
467
Avestada  adı  çəkilən  xüsusi  isimlərdən  biri  də  diqqəti  cəlb 
edir.  Bu da dev adı  olub, Əhrimənin qabaqda qeyd etdiyimiz altı  de- 
vindən  biridir.  Avestada “yoldan  çıxaran  ruh” -  yəni  adamı  düzgün 
yoldan  azdırıb  əyri  yola  aparan,  pis  işlər,  hətta cinayət  işləməyə  sövq 
edən  qara  qüvvə  sinonimi  kimi  İndra  isminə  (dev  adı)  rast  gəlirik.212 
Başqa  devlərlə  bərabər  Hurmuz  və  onun  köməkçiləri  ilə  mübarizəyə 
başalamış  bu  qara  qüvvənin  -   heybətli  devin  adı  olan  İndra  sözünə 
hələ  lap  qədimlərdən  -  Zərdüşt dinindən  qabaq  arya nəslinin  Allahla­
rından birinin adı kimi  təsadüf olnur ki, buna Avestada da açıq şəkildə 
rast gəlirik.213
Tat  dilində  “qara,  şər,  yol  azdıran  qüvvə”  mənasında  bir  neçə 
söz  işlədilir  ki,  bunlardan  biri  də  “andir”  sözüdür.  Bu  sözü  tatlar o 
zaman  işlədirlər ki,  bir  uşağın,  heyvanın,  əşyanın  əlindən  qəzəblən­
sinlər. Məs.,  bir heyvan (at,  inək,  keçi,  qoyun  və s.) öz sahibini  xey­
li incidəndən  sonra tövləyə girməyib qaçarsa tatlar qəzəblə deyirlər: 
ay andir, yaxud bəandir muni tu -  Andırın əlində qalasan (yaxud an­
dıra  qalasan  sən).  Yaxud  bir  tat  dəyirmana  gedərkən  palçığa  düşən 
eşşəyini  bizdələyib  yol  getməyə  məcbur  etmək  üçün  xeyli  çalı­
şandan sonra müvəffəq  olmadıqda qabaqda gedən yoldaşını  səsləyib 
köməyə  çağırarkən  deyir:  Biyə  bə  kümək,  nə  bartan  andir,  aqasda 
mix payiste bə cigə xiştən -  Köməyə gəl,  andır getmir, mıxlanıb ye­
rində  qalıb.  Ümumiyyətlə  tatlar  hər  şeyin  və  ya  heyvanın,  insanın 
əlindən  hirsləndikdə  onu  insanı  qəzəbləndirən,  adamın  özündən  çı­
xıb  söyüş  söyməsinə  (Avestada  olan  kimi  desək:  təmiz  adamm  öz 
yolunu  azıb  pis  iş  görməsinə)  səbəb  olan  bir  qara  qüvvə,  fitnəkar 
varlıq  sayır,  ona  insanın  təmkinlik  və  sakitliyini  əlindən  alan  səbəb 
kimi  baxır.  Ona görə  də belə halda onu  “andir” adlandırırlar.  Şübhə 
yox  ki,  tat  dilində  bu  gün  belə  yuxanda göstərdiyimiz  mənfi  məna­
larda  işlənən  “andir”  sözü  Avestada  təsadüf olunan  İndra  sözündən 
olub  bu  sözün  sonralar  müəyyən  fonetik  (metoteza)  dəyişikliyə  uğ­
ramış şəklidir.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə