dad - tam (dad - tam)
ra - dəfə (yol - dəfə)
məhkəmə - divan - süd - silis (məhkəmə - divan)
A N TO N İM LƏ R
Mənaca sinonimlərin əksi olan antonimlər tat dilində geniş ya
yılmışdır. Leksik vahidlərdə əks məna yaradan tat dili antonimləri
leksikanm başqa kateqoriyalan kimi (polisemiya, omonimiya, sino-
nimiya və s.) mənanı qabarıq nəzərə çarpdıran mühüm ifadə vasitə-
lərindəndir.
Yəqin, elə buna görədir ki, tat dili leksikasında antonimlər,
əsasən, tat dilinin öz kök-sözləri, özünəməxsus doğma sözləri içəri
sində xüsusi yer tutur və bu kateqoriya, əsasən, tat dilinin bu sözləri
hesabına yaranır. Aşağıdakı tat dili antonimləri fikrimizə ən gözəl
sübutdur.
souk (yüngül) - kurun (ağır)
qey (çox) - kəm (az)
bülünd (yüksək) - küdə (alçaq)
kərm (isti) - xünük (soyuq)
tasundən - söndürmək, dakasundən - yandırmaq
kəştən - gəzmək, dəkəştən - yatmaq
ıaftən - getmək, daraftən - gəlmək
bərdə (aparılmış) - avardə (gətirilmiş)
dəkərdə (geydirilmiş) - vəkəndə (soyundurulmuş)
kisnə (ac) - sir (tox)
dərən (vermək) - astaran (almaq)
dir (gec) - zu (tez)
dusti (dostluq) - duşmani (düşmənçilik)
dur (uzaq) - künd (yaxın)
duraz (uzun) - kudə, kütəh (qısa)
dərd (kədər) - şari (şadlıq)
kələhə (böyük) - küşkələ (kiçik)
zir (alt) - zəvər (üst)
118__________________________ __________________________BİRİNCİ KİTAB
AZƏRBAYCAN TATLARININ DİLİ
119
kəmfəhm (ağılsız) - zirək (bacarıqlı)
hist (var) - nist (yox)
pur (dolu) - ti (boş)
rast (sağ) - çəp (sol)
oyin (duru) - xəst (qatı)
siyə (qara) - subi (ağ)
tij (iti) - kütmil (küt)
tar (yaş) - xüşk (quru)
tarik (qaranlıq) - ruşneyi (işıqlıq)
təng (dar) - firə (enli)
Xəndə (gülüş) - kiryə (ağlaşma)
xub (yaxşı) - pis, bəd (pis)
şirin (şirin) - təhəl (acı)
şit (şit) - şur (şor)
şəft (əyri) - dürüst (düz)
şö (gecə) - ruz (gündüz) və s.
Tat dilində antonimlər bu dilin öz leksikası hesabına yarandığı
kimi, həmin dilə daxil olmuş alınma sözlər vasitəsilə də yaranır.
Məs.: azərb. dilindən alınmalar diqqəti cəlb edir: çoğ (kök) - anqurt
(az., qədim türk dilinin “manquıt” sözündən, - “anq”), əldən
düşmüş, özünü unutmuş çatun (az., - çətin) - hasand (Q., asan)
axir (Q., - son) - başlanğıc (az., - əvvəl)
baha (Q., qiymətli) - ucuz (az., - ucuz)
nazik (Q., nazik) - qəlin (az., - qalın)
düz (az., - düz) - şəft (Q., - əyri)
quz (Q., - əyri, donqar) - tik (az., - dik)
sərziıəva (Q., - eniş) - yuxuş (az„ - yoxuş)
pəstə (Q., - alçaq) - hündür (az., - hündür)
səxt (Q., - bərk) -- buş (az., - boş) və s.
ÇOXM ƏNALI SÖZLƏR
kar (M.) — 1. iş; 2. əşya, cisim
a fta - 1. günəş; 2. aftaran (düşmək) felindən: düşdü
120
BİRİNCİ KİTAB
alat - 1. paltar; 2. yorğan-döşək
ambar//anbar - 1. çox; 2. anbar
biyar - L yaddaş; 2. avardən - gətirmək felinin əmr forması:
gətir
buz - 1. uc, ön hissə; 2. burun
bətən - 1. yanı, bətən piyərməraftüm - atamın yanma getdim;
2. deyir (ind. zam. III şəxs, tək)
başirən - 1. oxşayış; 2. minik (minmək)
vəlk -1 . yarpaq; 2. budaq
quit - (az. sözü) 1. qurd az. d); 2. qurtum (qurtum-qurtum
içmək)
qəncuq - (az. sözü) 1. dişi (cins bildirir); 2. atın tərki
dəgəştən - 1. yatmaq; 2. doğuş
dəkərdən - 1. geyinmək (paltarı); 2.örtmək (yorğanı, xalçanı
və s.)
ərəq - 1. tər; 2. araq
asabiıən - 1. darıxmaq; 2. əsəbiləşmək
şişrən - 1. yıxmaq (məs.: vuruş meydanında); 2. doldurmaq
(unu çuvala)
fidaştən - 1. uşağı ayaqyoluna tutmaq; 2. işlətmək
xunə - 1. ev; 2. bənzəyiş, oxşayış
tünük - 1. sıyıq (xörək); 2. nazik, incə
səltə - 1. fahişə; 2. hamı, bütünlüklə, tamam
so - 1. səhəng, 2. sorən (sürtmək) felinin kökü
lüvə - 1. yuva; 2. budaq
yazi - 1. (yazmaq felindən); 2. çöl
may - 1. ana; 2. beşinci aym adı
n ə x ü r - 1. at ilxısı; 2. mal-qara dəstəsi; 3. lobya; 4. çoxlu, çox
uşaq, ailə (yə nəxür əyəlü hist - çoxlu uşağı var) və s.
AZƏRBAYCAN TATLARININ DİLİ
121
SÖ Z YARADICILIĞI
Tat dili leksikasını təşkil edən sözləri əmələ gəlməsinə görə
aşağıdakı qruplara bölmək olar:
1. Heç bir xüsusi əlamət qəbui etməyən sadə sözlər. Bura
tat dili leksikasının böyük əksəriyyətini təşkil edən sözlər daxildir.
Məs.: oy - su 1, dar - ağac, əs - at, sib - alma, güyo - ot, birar - qar
daş, nun - çörək, sünbül -sünbül, ədəmi - adam, xari - yer və s.
2. İki, üç sözdən əmələ gələn mürəkkəb sözlər. Buraya iki
nitq hissəsinin birləşməsindən əmələ gələn mürəkkəb sözlər daxildir.
a) Bunların əksəriyyətini, əsasən, isimdən əmələ gələn (isimlə
ismin birləşməsindən yaranan) mürəkkəb sözlər təşkil edir. Məs.:
maypiyər - valideyn, gülrang - gülrəng, sərpaçə - başayaq,
palannəvar - yəhər ləvazimatı, aluq - çəluq - palan, gündahar - dağ
ətəyi, mizantarazu - çəki, şörüz - gecə-gündüz, sərpay - toyu idarə
edən, nu p u li2 - çörək pulu, şalkərdən - şərf, zirşəlval - tuman,
dəsmal - yaylıq, sərbar - yük üstü, sərduvar - divarın üstü,
məməbədüş - hal anası və s.
b) İsimlə başqa nitq hissələrinin birləşməsindən əmələ gələn
mürəkkəb sözlər:
I. İsimlə felin birləşməsindən əmələ gələn mürəkkəb sözlər:
məməxar (körpə) məmə - döş ismi, xar - yemək felinin kökü,
sinəbənd
- taprıq
(sinə) döş ismi ilə “bəstən” - bağlamaq
məsdərinin əsası olan bənd feli ilə, əngülbənd - boğça (əngül -
düyüm ismi ilə bəstən - bağlamaq felinin əsas olan “bənd”, “bağla”
felindən), durigun - yalançı, hərfən: “yalan deyən”, duri - yalan
ismi ilə “demək” məsdərinin kökü olan “gun” feli ilə, şalbaf - şal
1 Həcmi artırmamaq üçün sözyaradıcılığı bəhsində tat dilinin təkcə bir ləhcəsinə -
Qonaqkənd ləhcəsinə dair misallar verilmişdir ki, bunların da əksəriyyəti cüzi fo-
netik fərqlərlə başqa tat dili ləhcələri üçün müştərəkdir. Sözyaradıcılığı məsələləri
isə bütün ləhcələr üçün demək olar ki, eynidir. Müqayisələr üçün leksik hissədən
istifadə etmək olar.
2 İkinci tərəf olan “puli” sözünün sonundakı i Azərbaycan dilindəki “u” səsidir və
mənsubiyyət bildirir. Azərbaycan dilindən alınma şəkilçidir,
Dostları ilə paylaş: |