156
BİRİNCİ KİTAB
(Q.), dənşirum dirum bıxune ye mərteyfə niştə (Məl.) - baxdım,
gördüm bir kişi evdə oturub; bə bazar hər çi mıxastəni bu (M.) -
bazarda hər nə keyfın istəyirdi vardı; rava bziri ye nal aftara bu (M.)
- yolun alt tərəfmə bir nal düşmüşdü; üdəmi ben üşə azmiş imbu
(Məl.), adamın bıin vişə azmiş ımbu (M.) - adam bu meşədə azar;
bıçıin bıram (M.) - xırmanda idim, tü xastə kitabə bəkitabxanə
aftum (Q.) - Sən istəyən kitabı kitabxanada tapdım.
Maraqlıdır ki, klassik xalq ədəbiyyatında fars dilinin “be” ön-
qoşması istiqamət bildirməkdən başqa, tat dilində indi də özünü
saxlayan yerlik, məkanlıq funksiyasında işlənmişdir. Məs., “Şe'rəş”
be divan-e Ənvəri yaftənd” - şeirini Ənvərinin divanında tapdılar.1
Didəm be Bəsre doxtərək-e ə'cəmi nəsəb”2 - Bəsrədə bir fars qızı
gördüm və s. Müasir fars dilindən çıxmış və bu dil üçün artıq
arxaikləşmiş bu forma, yəni istiqamət bildirən “be” önqoşmasımn
yerlilik, məkanlılıq mənasının tat dilinin morfoloji qanunlarından
biri şəklində indi də bu dildə saxlanması arxaizmləri tədqiq etmək
nöqteyi-nəzərdən maraqlıdır.
Bu önqoşmalara, bəzən, Məl. ləhcəsində “bu” kimi də (məs.:
bu bazar hər çi hi - bazarda hər şey var) təsadüf olunur ki, bu da
istisna təşkil edir və başqa tat dili ləhcələri üçün xarakterik deyildir.
Tat dilində bu önqoşmalar yuxarıda göstərdiyimiz yer və
məkanlıqdan başqa müxtəlif məna və funksiyalar da daşıyırlar ki,
bunların ən mühümləri aşağıdakılardır:
a) İstiqamət bildirirlər: Sovxoza direktori bııayun raft, mə-
niş nə'rə saxt (M.) - sovxozun direktoru rayona getdi, məni də ça
ğırdı; ərü ədəmi ədiqqətaz mədəniş (Q.) - adamın üzünə diqqətlə
baxma, yel topə zə bidər (M.) - yel topu qapıya vurdu.
Tat dilinin Quba ləhcəsində “bo” kimi özünü göstərən bu
önqoşmalar istiqamət bildirərkən özü ilə qoşulduğu söz arasında bir
“tən” (Q. Məl.), “kinə” (M.) şəkilçisini də qəbul edir və beləliklə də,
mürəkkəb önqoşma yaradır. Məs.: bətən piyərmə raftüm (Q.),
raftum (Məl.), Bıkinə piyərmə raftım (M.) - atamın yanma getdim.
1 Saadi. Qulistan, M., 1959. səh.45
2 М.Ваһаг. Divan, Tehran, 1342, səh, 210
AZƏRBAYCAN TATLARININ DİLİ
157
“Bə” önqoşması haqqında danışarkən tədqiqatlarımızın birin
də tat dilinin Abşeron ləhcəsində (Qala-Zirə şiv.) təsadüf olunan
pkey önqoşmasından “başqa tat dili ləhcələrində rast gəlinməyən
xüsusi forma” kimi bəhs etmişdik.1 Sonrakı tədqiqatlar göstərdi ki,
Abşeron ləhcəsində təsadüf olunan pkey önqoşması sadə deyil, mü
rəkkəb önqoşmadır və yuxarıdakı ləhcələrdəki kimi iki tərkibdən
(p+key) ibarətdir. Bu tərkibdən “p” önqoşması tədqiqat obyekti olan
ləhcələrdəki bə, bi, b önqoşmalan ilə eyni funksiyanı ifadə etdiyi ki
mi, “key” şəkilçisi də “tən”, “kinə” şəkilçiləri ilə eyniyyət təşkil edir.
b) “dad zərən”2 (çığırmaq, dad eləmək), “küftən” - döy
mək, avardən - gətirmək və s. fellərinin qarşısında yönlük halı
bildirən tamamlıq əmələ gətirir: tirə bəkileti qey küftürüm mara,
raft (Məl.), dad zərüm bə düxtərtü ki mara, raft (Q.), tünə bıkıletin
bol kufturum mara, raft (M.) - Sənin qızına çox dedim ki, getmə,
getdi; şunərə bıkiletin darum bərd (M.) - darağı qızma verdim,
apardı; qucəyə mərd bə un cayilə kuk qəy nəsiət saxt guş nəvəkard
(Q.) - qoca kişi o cavan oğlana çox nəsihət elədi, qulaq asmadı;
Gülsəhər cün mənə bə qurdmə ovord (Məl.) - Gülsəhər canımı
boğazıma yığdı və s.
c)
içəri, daxil məfhumunu yaradır: kurişkəyə əngəst bə çalə
(Q.), quruşkərə bu çal porund (Məl.) - su qabını quyuya saldı.
ç)
müəyyən vəziyyətdə oxşarlığı təyin edir: vay, bəyaş (Q.),
byoş (Məl.), bıyaş piyərmənü (Q.) piyərməni (Məl., M.) - vay, bu ki
atam yaşındadır.
d) zaman bildirir: bəvasal biya bədimu (Q.) - yazda kəndi
mizə gəl, bıhamin biyə bigərmov bırink (M.), bəhomi biyə bgərmo
braym (Məl.) - yayda gəl, İstisuya gedək; sala bıverçi (bıaxırı) bı
Baku mibram - ilin sonunda Bakıya gedəcəyəm; bə axir cihin
gəndümtürə mütünüm (Q.) - xırmanın sonunda buğdanı verəcəyəm.
Cümlənin əvvəlində gələn və sözlərə qoşularaq zaman əmələ gəti
rən bi, bə önqoşmalan fars dilindəki “dər” funksiyasında işlənərək
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, səh. 52.
Göründüyü kimi, f.d. olan “d” t.d. bəzən “r”-yə çevrilir. Farsca zədən, tatca
zərən - vurmaq,
farsca coda, tatca cürə - ayn və s.