150
BİRİNCİ KİTAB
TƏKLİK VƏ QEYRİ-MÜƏYYƏNLİYİN
İFADƏ OLUNMASI
Tat dilində, bir qayda olaraq, təklik və qeyri-müəyyənliyi ifa
də etmək üçün “ye” “yə” (bir) sayından istifadə olunur. Uncə ye
mərdlə niştə, ə rüyü ədəmi bitərsirən (M.) - orada bir kişi oturub ki,
üzündən adam qorxur; yə duxtərmə bü, üriş kürpə mürd (Q.) - bir
qızım vardı, o da körpə ikən öldü; ye quzi daşdum uyiş cənəvər
xard (M.) - bir quzum var idi, onu da canavar yedi.
Müəyyənliyi ifadə etmək üçünsə “in”, “ün” işarə əvəzlikləri
işlədilir. Bu işarə əvəzlikləri təyin budaq cümləsinin əvvəlindəki is
min qarşısında gəlir və onu təyin edir. İn tünə dirə kağata mən yaz
mış satam (M.) - sən gördüyün bu kitabı mən yazmışam; in əs ki, tü
bədirəni ə cins əsun Dağısdünü (Q.) - bu atı ki sən götürürsən, Da
ğıstan atlarının cinsindəndir; un çaya bıknareyi birə xune (ə) armu-
nu (M.) - çayın qırağındakı o ev bizimdir.
TƏYİNLƏ TƏYİNOLUNANIN YERİ
Qeyd etdiyimiz kimi tat dilində bir çox İran dillərindən fərqli
olaıaq izafət birləşməsi yoxdur. İran dillərinə və xüsusilə, fars dilinə
xas olub təyini söz birləşmələrində təyin olunan sözün sonunda
tələffüz olunan vuı ğusuz “e” bir qayda olaraq işlədilmir.
Tat dilində sözlər müxtəlif vasitələrlə sintaktik əlaqə əmələ
gətirirlər. Kitabmə (Q.), mənə kitabmə (Məl.), mənə kağatmə (M .)-
mənim kitabım, küşkə (Q.), vəçələ (Məl.), bitlein (M.), birar (Q.),
bırar (Məl.), birar - kiçik qardaş, köhnə (Məl.), künə (Q.) könə di Q.,
Məl.), dih (M.) - qədim kənd və s.
Tat dilində əvvəl təyin edən söz, sonra isə təyin olunan söz
gəlir.
Təyin ilə təyin olunan sözün əlaqəsi üç cür olur:
1. Sözlər heç bir xüsusi əlamət qəbul etmədən bir-birinə yana
şırlar. Əgər bu yanaşmış sözləri bir-birindən ayırsaq, hər biri müs
AZƏRBAYCAN TATLARININ DİLİ
151
təqil mənalı söz kimi ikinci bir sözü özündən sonra tələb etmir: qir-
mizi kitab (Q.) - qırmızı kitab, Kala ku (M.) - iri qaya, siyə qələm
(Q.) - qara qələm, loğa kuk - forslu oğlan, kala səıxuni - böyük
bulaq, bıgələci guşdərəgar yil (M.) - sözə qulaq asan uşaq və s. Bu
sözləri bir-birindən ayırsaq hər biri müstəqil işlənə bilər, özündən
sonra ikinci bir söz tələb etməz. Qimnizi, kitab, siyə, ku, kala, qələm,
bıgələçi, guşdərəgar, yil, loğa, yil və s. Bu hal tat dilində olduqca
geniş yayılmışdır.
2. Qədim fars dilindən fərqli olaraq orta fars dilində həm iza
fət (təyin edənlə təyin olunanın müasir fars dilində olan münasibət
forması), həm də qədim fars dilində olan yanaşma yolu mövcud ol
muşdur. İzafət birləşməsində əvvəlcə təyin olunan söz, sonra izafət
əlaməti - vurğusuz “e” səsi, daha sonra isə təyin olunan söz işlədilir.
Tat dilində əgər təyin edən söz samitlə qurtarsa onun sonuna bir “ə”
səsi artırılır və beləliklə də, təyin olunan təyin edən sözlə birləşir.
Təyin edənlə təyin olunanın yeri bu halda da eynilə qalır. Bu
izafət əlaməti olan “ə” saitlə sintaktik əlaqə əmələ gələrkən daha ya
naşma deyil, birləşmə olur. Çünki əgər birinci halda sözləri bir-bi
rindən ayırıb ayrılıqda işlətdikdə müstəqil məna verir və ayrılıqda
işlənərək adlıq halda olurdusa, birləşmə zamanı sözlər bir-birinin
tərkib hissəsinə çevrilir, ikinci tərəf müstəqil işlənsə də birinci tərəf
müstəqil işlənə bilmir, təklikdə natamam olur və özündən sonra
ikinci tərəfi tələb edir. Məs: xubə əyəl (Məl., Q.) - yaxşı uşaq, xuş-
kə (Q.) // xişkə (Məl.) dar - quru ağac, güzələ ərlis (Məl., Q.) - gö
zəl gəlin və s.
Tat dilində olan “ə” birləşdirici şəkilçisi kürd dilində özünü
“a”1, gilək dilində isə eynilə tat dilində olduğu kimi özünü “ə” şək
lində2 büruzə verir.
3. Təyin edən söz a, u, e, ə saitləri ilə bitərsə təyin olunan
sözlə onun əlaqəsini yaratmaq üçün “ə” səsi ilə təyin edən söz
arasında bir “y” birləşdirici samiti artırılar. Məs.: ruyi yumşağə əyə
1 К.К.Курдоев. Кюрдский язык. Сборник «Современный Иран», М., 1957,
стр. 63
В.С.Соколова, Т.М.Пахалина. «Гилянский язык»,yenə orada. Səh. 76
1 5 2
BİRİNCİ KİTAB
(Məl.) // nərməruyə (Q.) əyəl - yumşaqüzlü uşaq, forsluyə kuk
(M əl.)- forslu oğlan və s.
Mənsubiyyət əlaqəsini ifadə edən birləşmələrdən və xüsusi
izafət əlaməti kimi təyin edən sözdən sonra əvvəldən göstərdiyimiz
aynimaz tərkib hissəsinə çevrilən “ə” səsi gəlir. Kukmənə mü'əlimi
(Məl.) // dərsdərəgari (M.) - oğlumun müəllimi, əyəlmənə kitabi
(Məl.) // yelmənə kağati (M.) - uşağımın kitabı, əsmənə qəyişi
(Məl.) - atımın qayışı, kileymənə (Məl.) // kiləmənə quqleyi (Məl.)
// kukləyi (M.) - qızımın kuklası.
Təyin edənlə təyin olunan yerlərini dəyişdikdə də həmin “ə”
özünü hifz etsə də özündən sonra bir “n” səsini tələb edir. Lakin
bunu əvvəlki birləşmə fonnalanndan fərqləndirən mühüm cəhət
odur ki, birləşmə əmələ gətirən “ə” təyin edənin axırına bitişib
birinci
tərəfin
aynimaz
tərkib
hissəsinə
çevrildiyi
halda
mənsubiyyət əlaqəsini bildirən izafət birləşmələrində isə “ən” təyin
edəndən sonra gəlsə də onun tərkib hissəsinə çevrilmir. Birinci
sözdən ayn deyilir və təyin olunan arasında rabitə əmələ gətirir. Bu
“ən” əgər atılsa belə məna eynilə qalır, yanaşmaya mənaca bir xələl
gəlmir. Məs.: kitab ən əyəlmən (Məl.) - uşağımın kitabı, kukle ən
kiləmə (M.) ~ qızımın kuklası, qəyiş ən əsmə (Q.) - atımın tapğın,
ərus ən duxdərmə (Q.) - qızımın gəlinciyi, xər ən qunşi (Q.) -
qonşunun eşşəyi və s. Bu qayda bəzən pozulur və danışıq zamanı bu
birləşdirici əlamət işlənmir, məna da eynilə qalır. Kitab balaymə
(Q.) - balamın kitabı, kuklə kiləmə (M.) - qızımın gəlinciyi, qəyiş
əsmə (Q.) - atımın tapğın və s.
“Ən” hissəciyi qeyd etdiyimiz kimi birinci tərəfdən ayn
tələffüz edilməlidir. “Ən” hissəciyini
özündən əvvəlki sözə
bitişdirməklə birləşmənin mənasını tamam dəyişdirmək olar.
Məs.Ərüsən düxdərmə - gəlin qızım, qəyişən əsmə - möhkəm atım,
xərən qunşi - eşşək qonşu və s.
Göründüyü kimi, bu hissəciyin birinci tərəfdən nə zaman ayn
və nə zaman bitişik deyilməsi çox mühümdür. Birinci halda hissə
cikdən əvvəlki sözdən sonra fasilə tələb olunduğu halda, ikinci hal
da bu tələb olunmur. Bir təyinin bir neçə təyin ediləni olarsa
AZƏRBAYCAN TATLARININ DİLİ
153
(onların, təyin edənlərin) hamısının axırma izafət əlamətini əvəz
edən əvvəldə qeyd etdiyimiz “ə” artmlır, Məs.: in əs bə balayi çini
xubə, sakitə, əqülbəndə dayçə bu ki (Q.) - bu at körpəlikdə elə yaxşı,
sakit, ağıllı qulun idi.., hələ bı armi nəraftə çinin çakə, arumə, ağıl-
bəndə kuk bu (M.) - hələ orduya getməmiş elə yaxşı, sakit və ağıllı
oğlan idi və s.
SONQOŞMA VƏ ÖNQOŞMALAR
Tat dilində aşağıdakı sonqoşma və önqoşmalar vardır.
Sonqoşmalar: ə, rə, əvaz // az // ərəvaz, a, ra
Önqoşmalar: ə, əz, tə, bə // bı // b // bu, be
Müasir fars dilində “ra” kimi çıxış edən sonqoşmamn funksi
yasını tat dilində “ə” sonqoşması ifadə edir. Məs.: Əyəlho əsə biçə
piştə kərd (Məl.) - uşaqlar atı hara qovdular; imşov gürg bdərun
goudun xərə xırd (M.) - bu gecə canavar eşşəyi tövlənin içində par
çalayıb; ələyho qıspandunə bəbrun dərərd (Məl.) - uşaqlar qoyun
ları çölə çıxardılar: mə’əlim kitabə vakard (Q.) - Müəllim kitabı aç
dı və s. Fars dilindəki “ra” sonqoşmasınm “ə” şəklində çıxış etməsi
hadisəsinə tat dilində olduğu kimi, kilək dilində də təsadüf olunur.
Mən u kitabə fəddəm unə brara1- Mən bu kitabı onun qardaşına
verdim.
Qeyd etməliyik ki, tat dilində də fars dilindəki “ra” sonqoşma-
sınm eynilə, yaxud fonetik dəyişikliklə (“rə”) kimi saxlandığını da
müşahidə edirik.
Tat dilinin Quba ləhcəsində “ra” sonqoşması özünü eynilə
saxlayır. Tədqiq etdiyimiz ləhcələrdən M. və Q. ləhcələrinin bəzi
şivələrində də ( Gümür-Xaltan, Afurça) bu sonqoşma II və III şəxs
əvəzliklərinə (təkdə) və M. və Məl. ləhcələrində saitlə qurtaran
sözlərə qoşularkən özünü əsasən “rə” və bəzən də “ra” kimi büruzə
verir. Mən türə gal zərüm (Q.) - Mən səni çağırdım, mən urə bol
mıxastanum (M.) - Mən onu çox istəyirəm.
Tat dilinin lahıc ləhcəsində də bu sonqoşma II şəxs əvəzliyinə
1 В.С.Соколова. Т.Н.Пахалина, Гилянский язык, стр. 76
Dostları ilə paylaş: |