134
BİRİNCİ KİTAB
Orta əsr fars şairlərindən olan Mənuçöhri və ibn Yəminin
əsərlərində bu bitki adı “ərs” kimi işlənmişdir.
Cimi adlı tat kəndində (Quba rayonu) qovaq ağacına “ispidar”
(müasir fars dilində “səfıdar”, Tehran dialektində “sepidal”) deyilir.*
1
Dar sözü özü geniş - ağac mənasında, tamamilə, tat dilində
qalmış və öz müstəqilliyini saxlamışdır. Məsələn: sibdar - alma
ağacı, əmrü dar - armud ağacı, palud dar - palıd ağacı və s.
Dar sözü kürd dilində də “ağac” mənasında işlədilir. “Borhan
Qate”də isfırac sözü haqqında yazılmışdır: İsfiraç-əndəlislilər
marçubəyə deyirlər.2
Dehxoda isə bu sözün fransızca “asperge” dən olduğunu, fars
dilində isə onun marçuba, tarçubə, həlyun, yəramə, markeyan kimi
qarşılıqlarını qeyd edir.3
Tat dilində bunlardan sonuncusu “tarçubə” sözü “be” sonluğu
düşmüş şəkildə - “tarçu” kimi işlədilir. Tat dilində sözlərin sonuna
olan “b” səsinin düşməsi hallan vardır. Məsələn, fars dilində olan
əsb əvəzinə tat dilində əs, çub əvəzinə çu və s. deyilir.
Yuxanda sözlərin etimoloji təhlilindən göründüyü kimi, tat
dilində bitki adlanm n bəzisi fars dilində olduğu kimi qalmış və ya
az dəyişilmiş, bəzisi isə Azərbaycancalaşmışdır.
Lakin bəzi bitki adlan müasir fars dilindən çıxsa da tat dilində
qalır.
İran dilləri kimi tat dilinin müxtəlif ləhcə və şivələrini mü
kəmməl tədqiq etmək son dərəcə əhəmiyyətlidir.
Yuxanda apardığımız etimoloji təhlili daha qabanq nəzərə
çatdırmaq üçün tat dilində olan bitki adlarını cədvəl şəklində iki his
səyə bölərək təhlilə və gələcək tədqiqatlara cəlb edirik:
Azərbaycanlaşaraq Ördüc adlanır. Bizcə, Azərbaycan dilindəki “ardıc” sözü bu
dilə tat dilindən keçmişdir (dərzi və s. sözlər kimi).
1 Dehxoda bu sözü “qovaq ağacı” mənasında sepidar kimi işlədilir. Bax:
Dehxoda. Loğətname. Sepidar sözünə. Bu sətirlərin müəllifinin uşaqlığı ab-havalı
və gözəl təbiətli Cimi kəndində keçmişdir. Prof. Məmməd Əfəndiyevin , tanınmış
şair Ələkbər Salahzadənin doğma kəndidir.
2 Yenə orada
3 Əli
Əkbər Dehxoda Lüğətnamə, səh. 201
AZƏRBAYCAN TATLARININ DİLİ
139
Tatlann dil materiallan əsasında yaranmış coğrafi adlar Azər
baycanın Quba rayonu toponomikasında mühüm yer tutur. (Bunu
Xızı, Siyəzən, Dəvəçi, Abşeron və s. rayonlan toponimiyasına da
aid etmək olar).
Başqa etnik qruplar kimi tatlar da yaşadıqları yerə, yaxud öz
qonşularının yaşadığı əraziyə və coğrafi məkana tat dilinin bu və ya
başqa münasib bir sözünü vermiş, onu tat dilində adlandırmışlar.
Quba rayonu ərazisindəki bir neçə coğrafi adı nəzərdən keçirək:
Rustov. Kənd adı bildirən bu sözün mənasının özü “kənd” de
məkdir. Fars dilində kəndliyə “rustai”, kəndə isə vaxtı ilə geniş mə
nada “rusta” deyilmişdir. Fars dilinin “a” səslərinin tat dilində əksər
hallarda
“o” ilə deyilməsi hadisəsi tat dili fonetikasında mühüm yer
tutur. “Rustov” sözünün bu mənasını professor B.V.Miller düzgün
izah etmişdir.1 “Rusta” sözünün fars dilində bir neçə kənd mərkəzi
(dairə, sovetlik mərkəzi) mənasında olduğunu da həmin professor
qeyd etmişdir.
Quba rayonunda əhalisi tat olan Rustov kəndi müəyyən müd
dət kiçik mərkəz rolunu oynamışdır.
Nugədi. Tat dilində “nug” (tərkib daxilində isə “nugə”) - “tə
zə”, “di” isə kənd deməkdir. Deməli, bu kənd təzə yarandığı, bü
növrəsi qoyulduğu vaxt ətraf tat kəndlərinin əhalisi buranı belə ad
landırmışlar. Beləliklə, bu sözün etimoloji mənası “təzə kənd” de
məkdir.
Çiçi. Bu kəndin adı yaşlı bir şəxsin dediyinə görə, “Çuçi”
sözündəndir. Bu söz iki tərkibdən: “çu” - odun, ağac ismindən və
peşə, sənət bildirən “çi” şəkilçisindən ibarətdir. Deyilənə görə, bu
kəndin yeri qalın meşəlik imiş. İlkin olaraq burada məskən salan
adamlar odun, meşə materiallan satmaqla və kömür istehsal etməklə
məşğul olmuşlar. Beləliklə, ətrafda yaşayan tatlar oranı “Çuçi”
(Çiçi) - yəni “odunçu yaşayan yer” adlandırmışlar.2
1 Б.В.Миллер. Таты, их расселение и говоры, Баку. Изд. 1929, səh. 24
Bu əsərin buraxılmasındakı xüsusi zəhmətinə görə təşəkkür etdiyim Fərman
Əhmədov bu kənddəndir.