1 4 6
BİRİNCİ KİTAB
Tat dilindəki “a” cəm şəkilçisi fars dilinin, məsələn, Tehran
dialekti ilə eyniyyət təşkil edir. Belə ki, Tehran dialektində də
samitlə bitən bir çox isimlər cəmləşərkən “a” cəm şəkilçisini qəbul
edir və tat dilində olduğu kimi bu şəkilçi vurğunu öz üzərinə
götürür. Məs. ıəg (Teh.) (damar) - rəga (damarlar; M.F. rəgha),
yaxud siqara(Teh.) - siqaret - siqara (siqaretlər, m.f. siqarha). 1
Müq. et; T. Duvar (Q.), duval (Məl.) dival (M.) - divar;
duvara (Q.) Duvala (Məl.), divala (M.) - divarlar və s.
Fars dilində “ a” cəm şəkilçisi “ u ” , “e” , “i” saitləri ilə bitən
isimlərin sonuna gələrsə cəm əlaməti ədəbi dildə olan “ha” şəklinə
düşür: yəni “a” şəkilçisi özündən əvvəl bir “h” səsini də tələb edir.
Məs.: Qusale - dana, qusaleha - danalar; mu (y) - tük, muha - tük
lər və s. Tat dilində də bu belədir və fars dili ilə eyniyyət təşkil edir.
Belə ki, “a” cəm şəkilçisi saitlə bitən sözlərin axırına gələrsə “ha”
olur. Məs.: güyo (Q.) - güyoha - otlar, astara (Q.) - astaraha - ul
duzlar, maşə (Q.) - maşəha - maşalar, cü (Q.) - cüha - arpalar, di
(Q.) - diha - kəndlər və s. Tat dilinin yəhudi, Məlhəm və Lahıc ləh
cələrində “a” cəm şəkilçisi saitlə bitən sözlərə qoşulduqda bir sıra
başqa ləhcələrdən fərqli olaraq bu cəm əlaməti “o”-ya çevrilir və
beləliklə də, bəzi İran dilləri (Məs.: Tacik və s.) üçün xarakterik
olan okasiya (olaşma) hadisəsi özünü büruzə verir. Məs.: Qusalə
(Məl.) - qusaləho - buzovlar, giyo (yə; la.) - giyoho - otlar və s.
Bəzən, bu şəkilçi Lahıc ləhcəsində özünü paralel şəkildə, yəni “ho”
və “hon” formasında da göstərir. Məs.: odomin (adam) - odominho,
odominhon - adamlar və s.
Tat dilində “ un ” şəkilçisi də cəm əmələ gətirən şəkilçidir. Bu
şəkilçi Tehran dialektində olduğu kimi, fars ədəbi dilindəki “an”
cəm şəkilçisini əvəz edir. Məs.: Əyəl (Q. uşaq) - əyəlun - uşaqlar
və s. Tat dilindən başqa bir sıra İran dillərindən (fars, tacik, əfqan və
s.) fərqli olaraq “an” cəm şəkilçisi Məl. ləhcəsindəki bir neçə nümu
nə istisna olarsa, demək olar ki, işlədilmir. Yalnız Məl. ləhcəsində
təsadüf etdiyimiz “an” cəm şəkilçisi maraqlıdır ki, başqa İran dillə
rindən fərqli olaraq canlıları bildirən sözlərin deyil, cansızları bil-
1 Пейсиков Л.С.Тегеранский диалект, M., 1960, стр. 40
AZƏRBAYCAN TATLARININ DİLİ
1 4 7
dirən sözlərin sonuna gələrək onları cəmləşdirir. Məs. zuval (kö
mür) - zuvalan (kömürlər), hizum (odun) - hizuman (odunlar) və s.
Bu ləhcənin özündə də “an” cəm şəkilçisi İran dillərindən olan İş-
kaşim dilində olduğu kimi “un” şəkilçisinə nisbətən qeyıi-məhsul-
dardır.1 Tat dilində “un” şəkilçisi yalnız canlıları bildirən sözlərin
axırma əlavə olunur. Məs.: əsb (M.), əs (Q.Məl.) - at, əsun - atlar;
səg (M., Məl., Q.) - it, səgun - itlər; əyəl (M., Məl., Q.) - uşaq,
əyəlün - uşaqlar və s.
Bəzən “un” cəm şəkilçisini qəbul etmiş sözün fonetik tərki
bində səsdüşümünə təsadüf edilir. Belə ki, məs., sonuncu söz “un”
qəbul etdikdən sonra (əyəlun) uşaqlar şəklində özünü göstərdiyi ki
mi sonuncu hecadakı “ə” səsinin düşdüyü şəkildə, yəııi əylun kimi
də özünü göstərir.
Tat dilində olan “un” cəm şəkilçisi, bəzən, sürətli danışıq za
manı bir növ qısalır, yəni son səs olan “n” düşür və cəm şəkilçisi ki
mi təkcə “u” çıxış edir. Məs.: əsun (Q.Məl.), əsbun(M.,) - atlar de
yildiyi kimi əsu (Q., Məl.), əsbu (M.,) və s. şəklində də deyilir. Bıı
halda sonda cəm şəkilçi kimi çıxış edən “u” uzun tələffüz olunur.
Tat dilində özünü cəm şəkilçisi kimi göstərən və uzun tələffüz olu
nan “u” bu dildə heç də təsadüfi deyildir. İran dillərinin bir sıra ləh
cələrində cəm şəkilçilərindən biri də “o”-dur. İran dilləri ləh
cələrinin görkəmli tədqiqatçısı olan V.A.Jukovski göstərir ki,
İranın Kaşan vilayəti ləhcələrində (Vonşun, Zefrə, Kalırud və Keşe
kəndlərində) cəm şəkilçisi kimi isimlərin sonuna “o” gəlir ki, bu
cəm şəkilçisi də uzun tələffüz olunur.2 Həmin cəm şəkilçisi işkaşim
dilində də eynilə, özü də geniş yayılmış şəkildə vardır.3 Heç
şübhəsiz, əvvəldə bir sıra tat ləhcələrində təsadüf olunan “o” (ho),
hon cəm şəkilçisi və bəhs etdiyimiz “u” şəkilçisi tarixi fonetika
nöqteyi-nəzərindən eyni qanunauyğunluğun müxtəlif mərhələləri
olub eyni mənşəyə (İran) mənsubdur. Tat dilinin, məsələn, Quba
1 Пахалина T.H. Ишкашимский язык. M., 1959, стр. 38
Жуковский В.А. Материалы для изучение персидских наречий, СПб. 1888,
г. I, səh. 216
Пахалина Т.Н. Ишкашимский язык. М., 1959, стр. 37.
1 4 8
BİRİNCİ KİTAB
ləhcəsində əsas сәш şəkilçisi kimi çıxış edən və uzun tələffüz
olunan “ə” istisna olarsa, haqqında bəhs etdiyimiz cəm şəkilçiləri
bütün tat dili ləhcələri üçün, əsasən, eynidir. Qeyd etməliyik ki,
Abşeron ləhcəsində cəm şəkilçiləri “a” və “un”dur. Bu ləhcədə “a”
cəm şəkilçisi saitlə bitən sözlərə qoşulduqda “y” səsini özündən
qabaq tələb edir, “un” şəkilçisi isə saitlə bitən sözlərə də qoşulduqda
özündən qabaq heç bir birləşdirici səs tələb etmir və iki sait bir
yerdə gəlir.
Tat dilində cəm şəkilçisini yalnız isimlər qəbul edirlər. Məhz
bununla da tat dilindəki isimlər başqa adlardan, xüsusilə, müstəqil
nitq hissəsi olan sifətlərdən fərqlənir. Sifətlər və əvəzliklərin bəzi
kateqori yalan cəm şəkilçilərini qəbul edərkən substantivləşirlər, yə
ni daha doğrusu isimlərin semantik kateqoriyasına keçirlər. Məlum
olduğu kimi, bir sıra İran dillərində (Məs. işkaşim, talış və s.) cəm
şəkilçisi isimlərin bütün kateqoriyalan üçün, yəni canlı və cansızlar,
həm üzvi, həm də qeyri-üzvi təbiətin şəxs və əşya adlan, müəyyən
və qeyri-müəyyən məfhumlannı bildirən bütün isimlər üçün eyni
olub, yalnız bir şəkilçi ilə ifadə olunduğu halda1, tat dilində bu şə
kilçinin sayı çoxdur. Tat dilində cəm şəkilçiləri canlılar və cansızla
rı, insan və heyvanlan bildirmək üçün ixtisaslaşmış şəkilçilərdir və
isimlərdə, əsasən, yalnız özlərinə məxsus cəm şəkilçisini qəbul edir
lər. Beləliklə, məlum olur ki, müəyyənlikdən qeyri-müəyyənlik
məfhumunu bildirməyə doğru inkişaf etmiş bu dillərdən fərqli ola
raq tat dili hələ də konkretliyi (müəyyənliyi) və qeyri-müəyyənliyi
ifadə etmək yolu ilə yaşamaqda davam edir.
Tat dili ləhcələri, əsasən, qrammatik cins bölgüsünü itirmişlər,
yəni tat dilində kişi, qadın və orta cinslər yoxdur. İran dillər qrupu
üçün çox nadir olan bu qrammatik xüsusiyyət bəzi tat dili ləhcələ
rində qalmışdır. Məs.: Q.ləhcəsində pir-qoca (kişi), pire (zal) - qan
(qadın), xolu - dayı (kişi), xale - xala (qadın). Tat dilində təbii cins
ləri göstərmək üçün ya xüsusi sözlər: xuruz - xoruz, kərk - toyuq,
duxtər - qız, gədə, kuk - oğlan, ya da sözlərin əvvəlində cinsi bildi
1 Пахалина T.H. Ишкашимский язык, M., 1959, стр. 115., Миллер Б.В. Та-
лышский язык, М., 1953 г. стр. 73
AZƏRBAYCAN TATLARININ DİLİ
1 4 9
rən nər - erkək, marə - dişi kimi söz əlavələri gətirilir: nərə xər -
erkək eşkək, marə xər - qancıq (dişi eşşək), nərə əs - ayğır (erkək
at), marə əs - madyan (dişi at), nərə qaz - erkək qaz, marə qaz - di
şi qaz, nərə go - öküz, mərə go - inək və s.
Sözün əvvəlinə gətirilən və cins bildirən bu söz əlavələri tat
dilində fars dilinin əksinə olaraq heç vaxt sözdən sonra gəlmir, yəni
fars dilində izafətlə işlədilən əsas sözlə cins bildirən söz, məs., nərre
şir (erkək şir)-lə bərabər, made şir (dişi şir) əvəzinə şire made for
ması tat dilində əsla yoxdur və heç vaxt cins bildirən əlavə söz ikin
ci gəlib izafət təşkil etmir. Əslində sifət olan pir (qoca) sözünü
“zən” və “mərd” sözlərinə əlavə edərək təbii cins yaradan sözlərə
misal gətirirlər.1
Fars dilində olduğu kimi tat dilində də həqiqi fleksiya, yəni
sözlərin əsl formalarının dəyişməsi ilə ifadə olunan qrammatik mü
nasibəti yaratmaqdan ötrü cəm halını əmələ gətirmək üçün, göstər
diyimiz kimi xüsusi cəm şəkilçilərindən istifadə olunur. Əgər cəm
şəkilçisi olan un (u) tarixən (indi də qismən) insanları və canlıları
bildirmək üçün işlədilirmişsə, ha (a) şəkilçisi isə əsas etibarı ilə can
sızlara aid edilmişdir. Hal-hazırda tat dilində ikinci cəm şəkilçisi da
ha çox işlənir və birinci şəkilçini sıxışdırıb aradan çıxarır. Bir neçə
sözdə işlənən un - u cəm şəkilçisi məs.: əyəlun - uşaqlar, qusban-
dun - qoyunlar, kərgun - toyuqlar, səgun - itlər, əsun - atlar və s.
aradan çıxaraq həmin közlərin özündə də ha (a) cəm şəkilçisi ilə
əvəz olunur. Beləliklə, demək olar ki, ha (a) cəm şəkilçisi canlı və
cansızları bildirməyindən asılı olmayaraq, bütün sözlərə qoşula bilir
və populyarlaşmışdır.
Qeyd etməliyik ki, fars dilində geniş yayılmış ərəb cəm şəkil
çiləri (o cümlədən, sınıq və ikilik cəm formaları) tat dilində qətiy
yən işlənmir.
1 К.Г.Залеман, В.А.Жуковски. Краткая грамматика ново-персидкого языка.
1890, стр. 17
Dostları ilə paylaş: |