XƏYALIN DİGƏR ADI: MADDƏ
52
rəngarəng çiçəklərlə bəzənmiş bağçanı gəzən insan əslində bu bağçanın əslini
deyil, beynindəki surətini görür. Ancaq bu bağça o qədər həqiqidir ki, hər insan
xəyalında əmələ gələn bu bağçadan həqiqi imiş kimi zövq alır. Hətta bu günə
qədər milyardlarla insan bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü
hesab etmişdir.
Bundan əlavə bunu da bildirməliyik ki, texnologiyanın və ya elmin inkişafı
da
bunu dəyişdirmir. Çünki hər elmi tapıntı və ya texnoloji kəşf də insanların beynində
əmələ gələcək,
ona görə, bu yolla da xarici aləmə çıxmaq mümkün olmayacaq.
Uzaqlıq hissi də beyində əmələ gələn hissdir
Avtomobillər, siqnal səsləri, mağazalar, binalar... Bir küçəyə baxdıqda
qarşılaşdığınız bu mənzərə sizə çox aydın, çox həqiqi görünür. Ona görə,
insanların böyük bir qismi gördükləri bu mənzərənin beyinlərində əmələ
gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar.
Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici
aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması
mümkün deyil.
Görüntünu bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik,
rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu xam maddələrdən o qədər qüsursuz
şəkildə istifadə edilmişdir ki, beynimizdə üç ölçülü, rəngli və canlı görüntü
halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç
fərqinə varmadan bütün ömür boyu həqiqi zənn edərək içində yaşadığımız,
ancaq əslində sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxar.
İndi özünüzü avtomobil sürərkən təsəvvür edin. Avtomobilin rolunu
özünüzdən bir qol məsafədə, küçə işıqlarını isə bir neçə yüz metr qarşıda
görürsünüz. Qarşınızdakı avtomobillə aranızda təxminən 10 metr məsafə var.
Üfüqdə görünən dağlar isə kilometrlərlə uzaqdadırlar. Ancaq bu təxminlərinizin
hamısı səhvdir! Nə dağlar, nə də qarşınızdakı avtomobil o qədər uzaqda deyil.
Əslində bütün bu görüntülər bir film pərdəsi kimi beyninizdə tək bir səthdə, iki
ölçülü şəkildə yerləşir. Bəs onda bu məsafə və dərinlik hissi necə əmələ gəlir?
Məsafə dediyimiz hiss bir növ üç ölçülü görmə formasıdır. Görüntülərdə
məsafə və dərinlik hissini yaradan şeylər isə perspektiv, kölgə və hərəkət
dediyimiz ünsürlərdir. Optika elmində məkan (space) hissi deyilən bu hiss
forması çox qarışıq sistemlərlə təmin olunur. Bu sistemi ən asan yolla belə
izah edə bilərik: əslində gözümüzə gələn görüntü sadəcə iki ölçülüdür. Yəni
hündürlük və en ölçülərinə malikdir. Göz bülluruna gələn görüntülərin ölçüləri
və iki gözün eyni anda iki fərqli görüntü görməsi dərinlik və məsafə hissini əmələ
gətirir. Bizim hər bir gözümüzə düşən görüntü digər gözə gələn görüntüdən
bucaq, işıq kimi ünsürlər baxımından fərqlənir. Beyin bu iki fərqli görüntünü
Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
53
vahid rəsm halına salaraq dərinlik və məsafə hissini əmələ gətirir.
Bunu daha yaxşı anlamaq üçün bir təcrübə keçirə bilərik. Əvvəlcə,
sağ qolunuzu bacardıqca irəli uzadın və şəhadət barmağınızı qaldırın. İndi
gözlərinizi barmağınıza zilləyərək növbə ilə sağ və sol gözlərinizi yumub açın.
İki gözə fərqli iki görüntü gəldiyi üçün barmağın bir az yerini dəyişdirdiyini və ya
sürüşdüyünü görəcəksiniz. İndi iki gözünüzü də açaraq sağ şəhadət barmağına
zilləyərkən sol əlinizin şəhadət barmağını
mümkün olduğu qədər gözlərinizə
yaxınlaşdırın. Yaxındakı barmağın cüt
görüntü əmələ gətirdiyini görəcəksiniz, bu
isə duyğu sistemində uzaqdakı barmaqdan
fərqli dərinlik hissi əmələ gəlməsinə görədir.
İndi bu vəziyyətdə ikən gözlərinizi növbə
ilə yumub-açsanız, yaxındakı barmağın
daha çox yer dəyişdirdiyini görəcəksiniz,
çünki iki gözə düşən görüntülərin fərqi
artmışdır.
Üç ölçülü film çəkilərkən də bu
üsuldan istifadə edilir; iki müxtəlif
bucaqdan çəkilən görüntü eyni ekran
üzərində əks etdirilir. Tamaşaçılar
rəng filteri və ya polyarlaşdırıcı filterli
eynəklər taxırlar. Eynəyin şüşəsindəki
filterlər iki görüntüdən birini tutur,
beyin bunları birləşdirib üç ölçülü
görüntü halına salır.
İki ölçülü tor qişada dərinlik
hissinin əmələ gəlməsi iki ölçülü
rəsm kanvasında həqiqi dərinlik hissi
yaratmağa çalışan rəssamların istifadə
etdiyi üsula çox bənzəyir. Dərinlik
hissini əmələ gətirən bəzi vacib
ünsürlər var. Bunlar cisimlərin üst-
üstə yerləşməsi, atmosfer perspektivi,
tekstura dəyişikliyi, xətti perspektiv
ölçü, yüksəklik və hərəkətdir.
Tekstura dəyişikliyi dərinlik hissinin
əmələ gətirilməsində son dərəcə
vacibdir. Üzərində gəzdiyimiz səth,
Avtomobil idarə edən insan sükanın,
qarşısındakı yolun və ağacların
özündən uzaqda olduğunu zənn edir.
Əslində isə bütün bu gördükləri,
eynilə bir fotoşəkildə olduğu kimi,
beynində tək bir səthin üzərindədir.