«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   2   3   4   5   6   7   8   9   ...   22

 

8

səhvlərin  aşkara  çıxarılması  və  qiymətləndirilməsi  auditin  aparılması  zamanı  tətbiq 



edilən  analitik  proseduraların  nəticəsi  kimi  çıxış  edir.  Bir  sıra  hallarda  auditor 

proseduraları  analitik  proseduralar  vasitəsilə  əvvəlcədən  müəyyən  olunmuş  faktların 

təsdiqinə  yönəldilir.  Bu  zaman,  audit  prosesində  istifadə  olunan  analitik 

proseduraların tətbiqi qaydaları müxtəlif ola bilər. 

Qeyd  etmək  lazımdır  ki,  auditor  yoxlamalarının  həyata  keçirilməsi  prosesində 

analitik  proseduraların  tətbiqinin  zəruriliyi  və  onun  mexanizmi  Amerika  ictimai 

diplomlu  mühasiblər  institutu tərəfindən 1988-ci  ildə  müəyyən edilmiş 56 saylı audit 

standartı (SAS №56) əsasında tənzimlənir. Fikrimizcə, həmin standart və onun tətbiqi 

qaydaları  auditor  yoxlamalarının  ölkə  təcrübəsində  də  müvəffəqiyyətlə  istifadə  edilə 

bilər.  Xarici  təcrübənin  öyrənilməsi  və  audit  standartlarının  hazırlanmasında  istirak 

edən  mütəxəssislərin  tədqiqatları  auditin  həyata  keçirilməsi  prosesində  analitik 

proseduraların  tətbiqini  mütləq  şərt  sayır.  Beynəlxalq  təcrübədə  geniş  tətbiq  olunan 

SAS  №56  audit  standartlarına  görə  analitik  proseduralar  maliyyə  və  qeyri-maliyyə 

xarakterli  məlumatlar  arasında  ehtimal  olunan  nisbətlərin  öyrənilməsini  və  auditor 

tərəfindən  müəyyən  edilmiş  məbləğlə  faktiki  məbləğin  müqayisəsi  əsasında  maliyyə 

informasiyalarının  qiymətləndirilməsi  nəzərdə  tutur.  Xüsusi  vurğulamaq  lazımdır  ki, 

auditin  bir  neçə  konkret  məsələsinin  həlli  prosesində  tətbiq  olunan  analitik 

proseduralar  lazımi  miqdarda  sübutları  və  faktları  əldə  etməyə  imkan  verir.  Lakin, 

əksər  hallarda  analitik  proseduraların  tətbiqi  ilə  yanaşı  auditin  konkret  nəticələrini 

təsdiq  edən  faktların  əldə  edilməsi  məqsədilə  əlavə  informasiyaya  ehtiyac  yaranır. 

Həmin  informasiyanın  tədqiqi  uçot  sistemi  vasitəsilə  əks  etdirilmiş  məlumatların 

tamlığı, doğruluğu və qanuniliyi barədə auditorun rəyini təsdiq edir. Belə bir şəraitdə 

analitik  proseduraların  nəticələrinə  inam  auditin  aparılmasında  Azərbaycan 

Respublikası qanunvericiliyinin tələblərinə riayət edilməsi, auditor yoxlamalarının və 

digər  auditor  xidmətlərinin  keyfiyyətli  həyata  keçirilməsi,  aşkar  edilmiş  bütün 

nöqsanlar,  mühasibat  uçotunun  aparılması  və  hesabatların  tərtibi  ilə  bağlı  səhvlər 

haqqında  sifarişçinin  rəhbərliyinə  məlumat  verilməsi  kimi  faktorlardan  asılıdır. 

Bundan  başqa,  auditin  beynəlxalq  normativləri  çərçivəsində  analitik  proseduraların 

nəticələrinə  inam  dərəcəsinin  aşağıdakı  amillərdən  asılı  olduğu  xüsusi  vurğulanır:  1) 



 

9

hesabat  göstəricilərinin  kəmiyyət  baxımından  maddiliyi;  2)  auditor  yoxlamaları 



zamanı  istifadə  olunan  analitik  proseduraların  tətbiqi  alqoritminin  mövcudluğu;  3) 

analitik proseduraların tətbiqindən alınan nəticələrin dəqiqliyi. 

Nəzəriyyə  və  praktikada  əksər  auditorlar  analitik  proseduraların  yerinə 

yetirilməsi  nəticəsində  əldə  edilmiş  informasiyanın  kifayət  qədər  əsaslı  və  real 

olmadığını  iddia  edir.  Bununla  əlaqədar  olaraq,  audit  prosesində  auditorlar  əsas 

diqqəti  yenidən  hesablama,  baxış,  təsdiqetmə  və  sənədləşdirmə  kimi  proseduralara 

yönəldir  və  onların  fikrincə  son  nəticədə  məqbul  informasiya  əldə  olunur.  Bəzi 

hallarda  audit  zamanı  mühasibat  uçotunun  aparılması  və  hesabatların  tərtibi  ilə  bağlı 

nöqsanlar 

haqqında 

faktların 

əldə 


edilməsi 

məqsədilə 

müxtəlif 

auditor 


proseduralarının  həyata  keçirilməsinə  çoxlu  vaxt  sərf  olunur.  Fikrimizcə,  mühasibat 

və  maliyyə  hesabatlarını  diqqətlə  nəzərdən  keçirməklə  buraxılmış  nöqsan  və 

çatışmazlıqlar haqqında obyektiv informasiya əldə etmək mümkündür. C.Robertsonun 

«Audit»  əsərində  Amerika  ictimai  diplomlu  mühasiblər  institutu  tərəfindən  aparılan 

tədqiqatdan  misal  gətirilir.  Auditorların  fikrincə,  audit  zamanı  tətbiq  olunan  analitik 

proseduralar  27,1%  səhvin  aşkar  edilməsinə  və  18,5%  proqnozlaşdırılmasına  kömək 

göstərir.  Bütövlükdə  götürdükdə  «qeyri-dəqiq»  proseduralar  45,6%  səhvi  aşkar  edir. 

Qaydaya  görə  həmin  proseduralar  auditor  yoxlamalarının  ilkin  mərhələsində  həyata 

keçirilir.  Fikrimizcə,  audit  zamanı  sonrakı  proseduraların  müvəffəqiyyətlə  həyata 

keçirilməsi  yoxlamaların  ilkin  mərhələsində  tətbiq  olunan  analitik  proseduraların 

nəticəsindən  birbaşa  asılıdır.  Buna  misal  olaraq  auditor  yoxlamalarının  ilkin 

mərhələsində  həyata keçirilən baxış prosedurasını  misal  göstərmək olar.  Aydındır ki, 

bu  prosedura  analitik  proseduraların  yerinə  yetirilməsi  zamanı  aşkar  edilməsi 

mümkün olan səhvlərin müəyyən olunmasına təminat vermir. Bundan başqa, analitik 

proseduralar  sözün  dar  mənasında  ilkin  sənədlərə,  sintetik  və  analitik  uçot 

reqistrlərinə  əsaslanan  müfəssəl  proseduralara  nisbətən  ucuz  başa  gəlir.  Lakin, 

təcrübədə «dəqiq» informasiya təqdim edən bəzi proseduraların nöqsan və çatışmayan 

cəhətləri  mövcuddur.  Yerinə  yetirilən  audit  işinin  mürəkkəblik  dərəcəsi  ilə 

auditorların  ixtisas  səviyyəsinin  uyğun  gəlməməsi,  ilkin  sənədlərdə,  uçot 

registrlərində  və  maliyyə  hesabatlarında  əks  etdirilmiş  məlumatlarla  yoxlamaya 




 

10

təqdim  olunmuş  informasiya  arasında  fərqin  mövcudluğu  kimi  faktlar  buna  misal 



göstərilə bilər. 

Məlumdur  ki,  analitik  proseduralardan  auditor  yoxlamalarının  müxtəlif 

mərhələlərində  (planlaşdırma;  yoxlamaların  aparılması;  auditor  rəyinin  hazırlanması) 

istifadə  olunur.  Lakin,  analitik  proseduraların  məzmunu  auditin  həyata  keçirilmə 

mərhələlərindən asılı olaraq dəyişə bilər. SAS 56 saylı  «Analitik proseduralar»  (AU, 

329-cu  bölmə)  adlı  auditor  standartları  haqqında  əsasnamədə  auditor  yoxlamalarının 

planlaşdırılması  prosesində  analitik  proseduralardan  istifadə  zəruri  tələb  kimi  irəli 

sürülür. Ona görə də auditor audit zamanı  sifarişçinin biznes  fəaliyyətinə, analitik  və 

sintetik  hesablar  üzrə  qalıqların  dəyişməsinə,  işgüzar  əməliyyatlara  və  təsərrüfat 

subyektləri  üçün  tipik  olmayan  əlaqələrə  xüsusi  diqqət  yetirir.  Bundan  başqa,  faktiki 

məlumatların ötən ilin informasiya və cari ilin biznes-plan göstəriciləri ilə müqayisəsi 

əlverişli  və  əlverişsiz  meyllərin,  standartdan  kənarlaşmaların,  maliyyə  və  investisiya 

fəaliyyətinin xüsusiyyətlərinin aşkara çıxarılmasında auditorun işini asanlaşdıra bilər. 

Məhz  bu  baxımdan,  sifarişçinin  və  iqtisadiyyatın  eyni  sahəsində  fəaliyyət  göstərən 

oxşar  firmaların  maliyyə  və  investisiya  fəaliyyətinin  nəticələrinin  müqayisəsi 

planlaşdırma mərhələsi üçün zəruri analitik prosedura hesab olunur. 

Məlumdur  ki,  bazar  münasibətləri  şəraitində  təşkil  olunan  auditin  planlaşdırma 

mərhələsində  həyata  keçirilən  analitik  proseduraların  başlıca  vəzifəsi  mühasibat  və 

maliyyə  hesabatlarında  faktiki  səviyyədən  fərqlənən  göstəricilər  əks  etdirilmiş 

bölmələrin  müəyyən  edilməsi  sayılır.  Fikrimizcə,  analitik  proseduraların  köməyi  ilə 

sifarişçinin  istehsal  və  kommersiya  fəaliyyətinin  xüsusiyyətlərini  aydınlaşdırmaq  və 

maliyyə  informasiyalarının  formalaşması  sahəsində  yaranan  problemləri,  eləcə  də 

auditor  riskinin  səviyyəsini  müəyyən  etmək  mümkün  olur.  Bundan  başqa, 

planlaşdırma  mərhələsində  həyata  keçirilən  analitik  proseduralar  sifarişçinin  istehsal 

və  kommersiya  fəaliyyətinin  xüsusiyyətlərini  başa  düşməyə,  potensial  riskin 

səviyyəsini  aşkara  çıxarmağa,  faktiki  materialların  əldə  olunması  üçün  istifadə 

ediləcək  auditin  digər  proseduralarının  xarakterini,  vaxt  çərçivəsini  və  dərinliyini 

müəyyən etməyə imkan verir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə