“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   25   26   27   28   29   30   31   32   33

 

73 


Məlum  olduğu  kimi  2003-2006-cı  illərdə  bazar  münasibətlərinin  inkişafı 

istiqamətində aparılan sosial-iqtisadi islahatlar əsasında dövlət məşğulluq siyasətinin 

səmərəliliyinin  artırılmasına,  sosial  müdafiəyə  xüsusi  ehtiyacı  olan  əhali  qrupları 

üçün  iş  yerlərinin  yaradılmasına,  məşğulluğun  inkişafına  yönəldilmiş  investisiya, 

vergi, gömrük, təhsil və digər müvafiq sahələrlə bağlı siyasətlərin təkmilləşdirilməsi-

nə,  yeni  iş  yerlərinin  açılmasını  stimullaşdıran    mühitin  formalaşmasına  yönəldilən 

bir sıra tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində əvvəlki illərlə müqayisədə 

vətəndaşların  yaşayış  səviyyəsinə  xeyli  dərəcədə  müsbət  təsir  göstərmişdir.  Lakin 

buna baxmayaraq əhalinin həyat səviyyəsi o qədər də qənaətbəxş deyildir. Bu baxım-

dan  indiki  şəraitdə  Azərbaycanda  əhalinin  sosial  müdafiəsinin  təkmilləşdirilməsi 

istiqamətində tədbirlər həyata keçirməsi və həyat səviyyəsinin inkişaf etmiş ölkələrin 

səviyyəsinə çatdırılması vacib məsələ kimi qarşıya qoyulmalıdır. 

Sosial problemlərin həlli istiqamətləri arasında prioritetlər aşağıdakılardır:  

 



şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun 

və gəlirlərin ədalətli bölgüsü;  

 

aztəminatlı əhali qruplarının müdafiəsi;  



 

iqtisadiyyatda yüksək səmərəliliyə nail olunması üçün yüksək məhsuldarlıqlı 



əmək və sahibkarlıq üçün mühitin yaradılması; 

 



ölkə əhalisi üçün layiqli yaşayış, əlverişli əmək, məişət və istirahət, təhsil və 

sağlamlıq şəraitinin yaradılması;  

 

iqtisadiyyatda səmərəliliyin şərti kimi sosial-iqtisadi, siyasi  sabitliyin təmin 



olunması.  

Bu  məqsədə  nail  olmaq  üçün  nəzərdə  tutulmuş  tədbirlər  «2003-2005-cı  illər 

üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nda, «Kiçik 

və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı»nda və digər sahəvi proqramlarda 

öz  əksini  tapmışdır.  Bu  vəzifələrin  həyata  keçirilməsinə,  ölkə  iqtisadiyyatının 

davamlı  inkişafının  təmin  edilməsinə,  neft  sektoru  ilə  yanaşı  qeyri-neft  sektorunun, 

sosial sahələrin və infrastrukturun inkişafı məsələlərinə xidmət edir.  

Buna görə də dövlətin səmərəli sosial siyasəti ölkə iqtisadiyyatının böhrandan 

çıxarılmasının  və  bazar  münasibətlərinin  formalaşmasının  əsas  məsələlərindən  biri-



 

74 


dir. Dövlət tərəfindən qəbul edilən gəlir siyasəti konsepsiyası sahibkarların, muzdlu 

işçilərin,  müəllimlərin,  elm  və  mədəniyyət  işçilərinin,  səhiyyə  işçilərinin  real  gəlir-

lərindən  asılıdır.  İqtisadiyyatın  dövlət  tənzimlənməsi  ictimai  istehsalın  səmərəli-

liyinin yüksəldilməsinə, sosial ədalətin və sabitliyin təmin edilməsinə  yönəlir. Dövlət 

tənzimlənməsinin  bu  sahəsi    bütün  üç  məqsədlərin  hamısına  cavab  verməlidir. 

Beləliklə, sosial siyasət əhalinin həyat səviyyəsinin formalaşmasına, insan kapitalının 

təkrar  istehsalına,  sosial  xidmətlərin  göstərilməsinə  sosial  regional  və  ölkə  səviyyə-

sində infrastrukturun inkişafına yönələn dövlət siyasətidir (35, s. 584). 

Son  illərə  qədər  ölkədə  yaşanan  maliyyə  problemləri  öz  növbəsində  aparılan 

sosial  siyasətin  sistemsizliyinə  təsir  göstərmişdir.  2003-cü  ildən  başlayaraq  ölkənin 

maliyyə  imkanlarının  genişlənməsi  bu  sahədə  aparılan  əsaslı  tədbirlər  əvvəlki 

sistemsizliyin aradan qaldırmasına imkan yaratmış və əhalinin həyat səviyyəsində və 

pul  gəlirlərində  inkişaf  tendensiyası  müşahidə  olunmağa  başlamışdır.  Büdcə 

gəlirlərinin  sürətlə  artması  büdcədən  sosial  müdafiə  xərclərinin  də  artmasına  şərait 

yaratmışdır.  Lakin  dünya  bazarında  neftin  qiymətinin  kəskin  azalması  büdcənin 

sosial  təminat  xərclərinə  təsir  göstərə  bilər  ki,  bu  da  sosial  partlayışla  nəticələnər. 

Ölkədə sosial yonümlü bazar iqtisadiyyatına üstünlük verilməsi ilə əlaqədar əhalinin 

bütün  təbəqələrinin  həyat  səviyyəsinin  yaxşılaşdırılması  məqsədilə  bir  çox  əhəmiy-

yətli tədbirlər hazırlanmış və həyata keçirilmişdir.  

Bütün  bunlarla  yanaşı  mövcud  iqtisadi  struktur,  sosial,  ekoloji  problemlərin 

aradan  qaldırılması,  daha  təkmil  sosial  müdafiə  sisteminin  yaradılması  və  inkişaf 

etdirilməsi üçün aşağıdakıların həyata keçirilməsi tələb olunur:    

 

həyat  səviyyəsinin  yüksəldilməsinə  yönələn  aktiv  siyasətin  həyata  keçiril-



məsi,  əhalinin  sosial  müdafiəsi,  insanlara  öz  rifahini  yaxşilaşdirmaq  üçün  imkanla-

rindan müstəqil istifadə etmək üçün şərait yaradilmasi

 

əmək  bazarina  təsir  göstərən  tədbirlər  məşğulluq  strukturunun  optimal-



laşdirilmasi və işsizliyin azaldilmasi;  

 



sosial  cəhətdən  az  müdafiə  olunan  və  əmək  qabiliyyətli  olmayan  əhalinin 

sosial müdafiəsi mexanizminin formalaşmasi; 

 

vətəndaşin  hüquq  və  təhlükəsizliyinin  effektli  müdafiə  sisteminin  işlənil-




 

75 


məsi;  

 



sosial məişət infrastrukturunda və sosial mədəni sferada institusional yeniləş-

mənin aparilmasi; 

 

xidmətin  keyfiyyətinin  yüksəldilməsi,  hər  bir  vətəndaşin  pulsuz    minimal 



təhsil almasina və səhiyyə xidməti göstərilməsinə nail olunması;  

Əhalinin sosial müdafiəsi sisteminin formalaşmasında və əhəmiyyətinin artırıl-

masında  əsas  məsələlərdən  biri  də  yaşayış  minimumunun  müəyyənləşdirilməsidir. 

Yaşayış  minimumu  əhalinin  maddi  vəziyyətinin  qiymətləndirilməsi  və  sosial  proq-

ramların işlənilməsi, aztəminatlı ailələrin müəyyənləşdirilməsi və onlara ünvanlı so-

sial  yardım  göstərilməsi  üçün istifadə olunur.  Yaşayış  minimumunun  artırılması öl-

kənin sosial-iqtisadi inkişafından asılı olaraq müəyyən edilir. Bəzi ölkələrdə bu par-

lament  tərəfindən,  bəzi  ölkələrdə  hökumət,  bəzi  ölkələrdə  isə  Həmkarlar  İttifaqı 

tərəfindən müəyyən edilir. 

Məlumdur ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə «Yaşayış 

minimumu haqqında Qanun» qəbul olunmuşdur. Yaşayış  minimumu iqtisadiyyatda 

indikator  rolunu oynayır. Belə  ki, bu  zaman ölkə  əhalisinin sosial-demoqrafik qrup-

ları üzrə yaşayış minimumu hesablanır. Yaşayış minimumu insanların sağlamlığının 

və  həyat  fəaliyyətinin  minimum  səviyyəsi  üçün  zəruri  olan  və  minimum  istehlak 

səbətinə  daxil  edilən  ərzaq  və  qeyri-ərzaq  məhsullarının  orta  bazar  qiymətləri  (ev 

təsərrüfatlarının  müayinəsi),  xidmət  və  icbari  ödənişlərin  normallaşdırılmış  faktiki 

məsrəfləri  əsasında, əhalinin sosial-demoqrafik qrupları  (ümumi  əhali, işləyən  əhali,  

uşaqlar və pensiyaçılar) üzrə hesablanır. Azərbaycan qanunvericiliyinə görə yaşayış 

minimumu Dövlət büdcəsi ilə birgə təsdiq edilməlidir. Lakin təəssüflər olsun ki, 2005 

və 2006-cı  illərdə  Dövlət  büdcəsinin təsdiqi  zamanı qanunun bu bəndi pozulmuş və 

yaşayış  minimumu  büdcə  ilə  birgə  təsdiq  edilməmişdir.  Yalnız  2007-ci  ilin  büdcə 

layihəsində  yaşayış  minimumu  hesablanaraq  70  AZN  təsdiq  olunmuşdur.  Onu  da 

qeyd  edək  ki,  bu  hədd  əvvəllər  (2005-2006-cı  illər)  Azərbaycan  Həmkarlar  İttifaqı 

Konfederasiyasının hesabladığı  həddən aşağıdır. Bu baxımdan Nazirlər Kabinetinin 

2007-ci il üçün müəyyən etdiyi hədd bu günün  reallıqları ilə uzlaşmır. Bu da bir çox 

hallarda ölkədə sosial müdafiənin gücləndirilməsində, yoxsulluq səviyyəsinin müəy-




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə