“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   25   26   27   28   29   30   31   32   33

 

82 


ları bir fəaliyyət növü kimi ölkənin sosial qanunvericiliyinə uyğun olaraq dövlət və 

eləcə  də  qeyri-dövlət  təşkilatları,  xüsusi  şəxslər  fəaliyyət  göstərir.  Lakin  bir  çox  

keçid  iqtisadiyyatı  ölkələrdən  fərqli  olaraq  Almaniyada  qeyri-dövlət  təşkilatları  ilə 

əməkdaşlıga  yanaşmada,  alman  yanaşması  birbaşa  qeyri-dövlət  təşəbbüsünə  istiqa-

mətlənir, əhali ilə sosial işlər sferasında onun meydana gəlməsini stimullaşdırır.  

Bir  çox  iqtisadçılar  hesab  edir  ki,  gəlirlərin  bölgüsündə  bərabərsizlik    və  ya 

varlılarla yoxsullara bölünməsi əhalinin həyat səviyyəsinin artması fonunda davamlı 

müdafiə olunmaya malikdir.  

Real  gəlirlərin  artması  və  sosial  sferanın  inkişafı  və  s.  sosial  siyasətin  nəticə-

liliyi ölkə iqtisadiyyatının vəziyyətindən, siyasi vəziyyətdən, təbii-iqlim şəraitindən, 

coğrafi vəziyyətindən, adət-ənənə və mədəniyyətindən asılıdır. Sosial  proqramların 

vacib  elementi  fəaliyyət    sferasından,  peşəsindən  və  mülkiyyət  formasından  asılı 

olmayaraq əmək haqqının tənzimlənməsidir. Qərbin inkişaf etmiş ölkələrində dövlət 

sektorunda, dövlət aparatında  məşğul olanların, hərbçilərin, seçilmiş şəxslərin  hüquq 

və məsuliyyəti ilə bağlı xüsusi qanunvericilik hazırlanır və  həyata keçirilir. Beləliklə, 

əmək  haqqının  birbaşa  tənzimlənməsi  tətbiq  olunur.  Bir  qayda  olaraq  ABŞ  –da  və 

Qərb ölkələrində dövlət sektorunda çalışanların  əmək haqqı xüsusi sektorda çalışan-

ların əmək haqqından aşağıdır. Lakin dövlət sektorunda çalışanlara yüksək zəmanətli 

məşğulluq və böyük sosial ödəmələr və s. mövcuddur.   

Təcrübə  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsinin  vacib  göstəricisi  kimi 

iqtisadi kursun düzgün müəyyən edilməsinin vacib olduğunu göstərir. Əhalinin rifah 

halının aşağı düşməsinin qarşısının alınması təkcə humanizm baxışlarına görə deyil, 

həm  də  səmərəli  fəaliyyətə  stimul  yaratdığı  üçün  iqtisadidir.  Ona  görə  də  dövlət 

tərəfindən  sosial  təminat  bazar  iqtisadiyyatına  uğurlu  keçidin  vacib  amilidir.  Son 

illərdə əksər ölkələrdə aparılan sosial islahatlar dövlətin vətəndaşın üzərinə qoyduğu 

sosial  cavabdehliyin  yenidən  bölgüsü  yolu  ilə  aparılır.  Düzdür,  bu  daim  vətəndaş 

rifahının yüksəldilməsinə əsaslanır.  

Təcrübi  olaraq  bazar  tənzimlənməsinin  və  sosial  siyasətin  razılaşdırılmış 

alətləri iki prinsip əsasında mümkündür. Birincisi, ciddi məhdudlaşdırılmış (ayrılmış) 

və  eyni  zamanda  maksimal  qarşılıqlı  əlaqəli  qərarların  qəbulu  üçün  tətbiq  edilən 




 

83 


kriteriyalar iki baxılan istiqamətdə: siyasi-iqtisadi, sosial-iqtisadi. Əgər inkişaf yanaş-

masına əsaslansaq hər bir siyasi qərar bazar və sosial proseslərin qarşılıqlı fəaliyyətini 

qiymətləndirməyə  imkan  verir.  Bununla  belə  onların  bir  birinə  qərar  qəbul  etməkdə 

təsir  ikili  hesabat  xarakterinə  malikdir. Belə  ki,  məsələn, sənaye  siyasətinin  struktur 

alətlərindən istifadə zamanı ona qoşulur, bir tərəfdən  ənənəvi istehsalçıların rəqabət 

qabiliyyətinin yüksəldilməsi, sənaye buraxılışının artması və uyğun olaraq gələcəkdə 

sosial inkişafı təmin etmək üçün yığım resurslarının artması, digər tərəfdən,  dövlətin 

maliyyə  xərclərinin  artması,  qiymətə  təsir  və  hazırkı  dövr  üçün  sosial  sferanın 

maliyyələşməsinə, azalmasına gətirib çıxarır.  

Qərb  ölkələrində  inflyasiya  da  nəzərə  alınmaqla  pərakəndə  əmtəə  dövriyyəsi 

son  istehlak  məhsullarının    və  xidmətlərin  ümumi  həcmi  Ümumi  Daxili  Məhsulun 

38-40%-ni  təşkil  edir.  Bu  göstərir  ki,  istehlak  olunmayan  məhsul  və  xidmətlər,    iş 

qüvvəsinin təkrar istehsalının mümkünsüzlüyünü göstərir.   

Beləliklə,  sosial  inkişaf  üzrə  müasir  təhlil  göstərir  ki,  məqsədli  sosial-iqtisadi 

siyasətin  formalaşması  həm  regional,  həm  də  dövlət  səviyyəsində  vacib  məsələdir; 

regionlara maliyyə və kredit köməkliyi göstərilməlidir.  

Dünya  təcrübəsində  gəlirlər  siyasətinin  iki  variantı  mövcuddur.  Bu  müxtəlif 

ölkələrdə aşağıda müəyyən olunan xüsusiyyətlərinə görə müəyyənləşdirilir: 

 

Bu həmin ölkənin sosial-iqtisadi və siyasi inkişafı ilə bağlı ola bilər; 



 

Dövlətin əmək haqqı səviyyəsini tənzimləməsi dərəcəsi və dövlətin bu işlərə 



qarışması xarakterinə görə; 

 



Ənənəvi olaraq bura kollektiv müqavilələr;  

 



Cəmiyyətdə olan sosial gərginlik. 

Gəlirlər  siyasətinin  bütün variantlarında bütövlükdə  işçinin gəliri, o cümlədən 

əmək haqqı dərəcəsi,  sosial ödənişlər, başqa  gəlirlər siyasəti təcrübədə ancaq əmək 

haqqının hərəkətinə təsir göstərir.  

Sosial  sığorta  sistemində  aparılan  islahatlar  nəticəsində  fərdi  uçot  sisteminin 

yaradılması  respublika  əhalisinin  pensiya  təminatını  beynəlxalq  standartlara  cavab 

verən,  keyfiyyətcə  yüksək  səviyyəyə  çatdırmaq,  ödənilən  məcburi  dövlət  sosial 

sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılması ilə 




 

84 


yanaşı, fərdi uçot sisteminin tətbiqi iqtisadiyyatın bütün sahələrində məşğul olanların, 

o  cümlədən,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 

şəxslərin yanında işləyənlərin, işsizlik riskindən sosial müdafiə olunmasına da imkan 

yaradacaqdır. 

Nəzərdə  tutulan  dövr  üçün  sosial  müdafiə  sisteminin  təkmilləşdirilməsi  və 

dövlətin  sosial  təminat  siyasətinin  səmərəliliyinin  artırılması  məqsədi  ilə  aşağıdakı 

tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir. 

 



pensiya  və  müavinətlərin  dünya  standartlarına  uyğunlaşdırılması  məqsədilə 

fərdi uçot sisteminin təkmilləşdirilməsi; 

 

pensiya  və  müavinətlərin  minimum  həddinin  qısamüddətli  mərhələlərlə 



artırılaraq yaşayış minimumu səviyyəsinə çatdırılması; 

 



pensiyaların  müntəzəm  olaraq  artırılması  və  onların  ünvanlılığının  təmin 

edilməsi, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən aztəminatlı hissə-

sinə xüsusi diqqətin yetirilməsi; 

 



pensiya  sistemində  daxilolmalar  və  ödənişlərin  vaxtlı-vaxtında  təmin  edil-

məsi; 


 

sosial  müavinətin  səmərəliliyinin  artırılması,  ünvanlılıq  prinsipi  əsasında 



yoxsul ailələrə digər yardım formalarının daha geniş tətbiqi

 



yoxsulluğun, onun  mənfi təsirlərinin  azaldılması, sosial  bərabərsizliyin  azal-

dılması. 

Mədəniyyət  sahəsində  dövlət  siyasətinin  strateji  məqsədləri  ölkənin  mədəni 

potensialının,  sərvətlərinin  və  ənənələrinin  qorunub  saxlanmasından  və  inkişaf 

etdirilməsindən, yaradıcılıq və təhsil sisteminin təkmilləşdirilməsindən ibarət olacaq, 

mədəniyyətin dövlət büdcəsindən maliyyələşdirilməsi ardıcıl olaraq artırılacaq, onun 

maddi, texniki və informasiya infrastrukturu inkişaf etdiriləcəkdir. 

Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin strateji məqsədləri əha-

linin  sağlamliğının  yaxşılaşdırılmasından,  insanlarda  yüksək  mənəvi  keyfiyyətlərin 

tərbiyə  olunmasından,  vətənin  müdafiəsinə  hazırlığın  əmin  edilməsindən  ibarət 

olacaqdır. 

Dövlətin  sosial  siyasəti  isə  əsasən  əhalinin  sosial  müdafiəsi  üzərində  qurulur 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə