“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   25   26   27   28   29   30   31   32   33

 

76 


yən  edilməsində  gəlirlərin  bölgüsü  zamanı  sosial  ədalət  prinsiplərinin  pozulmasına 

gətirib çıxarır. 

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına istiqamətlənən tədbirlər sıra-

sında məşğulluğun təmin edilməsi öz əhəmiyyəti və əhatə dairəsinə görə digər faktor-

lardan  seçilir.

 

Məşğulluq  –bu  təkcə  əmək  münasibətləri  və  ya  sosial  təsərrüfat  sub-



yektlərin  inkişafı  deyil,  bu  hər  şeydən  əvvəl,  ümumi  iqtisadi  vəziyyətdən,  büdcə  və 

kredit  siyasətindən  asılı  olan  kompleks  proqramdır.  Hansı  ki  məşğulluq  bunları 

müəyyən edən amildir.  

Ölkənin  rəqabət  qabiliyyətinin  artırılması  və  yüksək  iqtisadi  artım  tempının 

təmin  edilməsi  sosial  siyasətin  səmərəliliyinin  əhəmiyyətli  dərəcədə  artırılmasını, 

əhaliyə  göstərilən  sosial  xidmətlərin  inkişaf  etmiş  bazarının  formalaşdırılmasını, 

həyat  keyfiyyətinin  artırılmasını  tələb  edir.  Əhalinin  yoxsul  təbəqələrinə  yardım, 

islahatların  mümkün mənfi  təsirinin azaldılması  ilə  yanaşı  sosial  siyasət  müqayisəli 

üstünlüklərin  və  Azərbaycan  iqtisadiyyatının  artım  amillərinin  formalaşdırılmasını 

təmin  etməlidir.  Bu,  ölkə  iqtisadiyyatına  əhalinin  əmək,  intellektual  və  yaradıcılıq 

potensialının maksimum dərəcədə cəlb edilməsi yolu ilə reallaşdırıla bilər.  

Muzdu işçilər üçün əmək haqqı kollektiv müqavilələrin köməyi və tarif razılaş-

dırılmaları  ilə  tənzimlənir.  Onlara  işçi  qüvvəsinə  ödəmələrdən  başqa  iş  gününün 

müddəti və məzuniyyət günləri qəti müəyyən edilir, əmək şəraiti üzrə münasibətlərdə 

konkret zəmanətlər, iş vaxtından artıq işə görə əlavələr verilir. 

Tarif  razılaşdırılmasında  bu  və  ya  digər  sahədə  tarif  minimal  əmək  haqqı  və 

müxtəlif dərəcələr üçün əmək haqqı səviyyəsinin minimum zəmanəti müəyyən edilir. 

Tarif razılaşdırılmasında müəssisə rəhbərinin və işçinin arasında dövlətin iştirakı ilə 

qurulur. Bu onun həyata keçirilməsi üçün zəmanət verir. 

Hazırda  işçi  –  işəgötürən  münasibətlərinin  tənzimlənməsi  və  əmək  razılaşdı-

rılması müqavilə yolu ilə həyata keçirilir. Bu həmkarların işçinin hüquqlarının müda-

fiəsi  üçün  geniş  meydan  açır.  Qeyd  etmək  lazımdır  ki,  həyat  səviyyəsinin  öyrənil-

məsində sosial normativlər mühüm rol oynayır. Bu gün elə normativ müəyyən edilə 

bilər  ki,  bu  normativlərlə  qiymətləndirmə  apardıqda  əhalinin  ən  yüksək  səviyyədə 

yaşadığı məlum olar. Yaxud da əksinə. Buna görə də normativlərin müəyyən edilməsi 



 

77 


əhalinin sosial müdafiəsinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Normativlər 

cəmiyyətdə  gedən  sosial  proseslərin  istiqamətləri  ilə  elmi  cəhətdən  əsaslandırılma-

lıdır. Sosial normativlər fərqləndirilir: sosial sferanın maddi bazasının inkişafına görə, 

əhalinin  gəlir  və  xərclərinə  görə,  sosial  təminat  və  xidmətə  görə,  əhalinin  maddi 

sərvət və pullu xidmətlər istehlakına görə, yaşayış  şəraiti, ətraf mühitin vəziyyəti və 

mühafizəsi, istehlak büdcəsi və s. bunlar normaların natural və ya faiz artımına görə 

mütləq və nisbi, həmçinin hər iki göstəricinin nəzərə almaqla müqayisəli və əsaslan-

mış    ola  bilər.  Əhalinin  sosial  müdafiəsinin  tənzimlənməsində  əhalinin  pul 

gəlirlərinin qiymət  indeksinə uyğun olaraq  indeksləşməsidir. Bu bütün inkişaf  etmiş 

ölkələrdə  tətbiq  olunur.  Bəzi  ölkələrdə  isə  Həmkarlar  İttifaqı  qiymət  artımının  tam 

kompensasiyasına nail olmuşdur. Qaneedici indeksləşmə aparıldıqda istehlak qiymət-

lərinin  artım  indeksinin  əsaslandırılmış  «hesabat nöqtəsi»nin tapılması  son dərəcədə 

vacibdir.  O  hər  kvartal  üzrə  hesablanır,  ilin  əvvəlindən  başlayaraq  yığılmış  əldə 

edilən  dövlət  korporativ  və  xüsusi  ticarətində  və  xidmət  sferasında  təsdiq  edilmiş 

istehlak  məhsulları  və  xidmətləri  dəstinə,  başqa  sözlə,  istehlak  səbətinə  daxil  edilən 

məhsul  və  xidmətlər  də  daxil  olmaqla  qiymət  dəyişikliklərini  nəzərə  almaqla 

hesablanır.  

Dövlət məşğulluq xidməti orqanları əmək bazarında mövcud vəziyyəti nəzərə 

almaqla  iş  axtaran  və  işsiz  vətəndaşların  sosial  müdafiəsinin  təmin  edilməsi  istiqa-

mətində müəyyən işlər görmüşdür.  

Respublikada əhalinin məşğulluq səviyyəsi, sıxlığı, cinsi tərkibi, əhalinin həyat 

səviyyəsi,  milli  etnik  xarakterli  amillər  sosial  siyasətdə  və  infrastrukturun  formalaş-

masında  nəzərə  alınmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş  ölkələrdə  sosial 

infrastruktur  sahələrinin  yüksək  inkişafını  nəzərdə  tutmaqla,  eyni  zamanda  sosial 

yönümlü bazar iqtisadiyyatı mobelinə daha çox üstünlük verilir. Bazar münasibətləri 

şəraitində  sosial  infrastruktur  sahələrinin  inkişafına,  xüsusilə  onun  maliyyələş-

dirilməsi əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 

Əhalinin  sosial  müdafiəsinə  yönələn  tədbirlər  sırasında  təhsil  səviyyəsinin 

artırılması,  gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsi də 

böyük  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  əhalinin  təhsil  xidmətlərindən  istifadə 




 

78 


etməsi  üçün  bərabər  imkanların  yaradılması,    təhsilin  keyfiyyətinin  artırılması, 

beynəlxalq  tələblərə  cavab  verən  ixtisaslı  kadrların  hazırlanması  əhalinin  sosial 

müdafiəsinin təkmilləşdirilməsində əhəmiyyətli təsir göstərə bilər.   

Bu  sahədə  aparılan  islahatlar  onun  strukturunun  və  məzmununun  yeniləşmə-

sinə yönəlməlidir. Bu məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilə 

bilər: 


 

təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması. 



 

əhalinin  müxtəlif  təbəqələri  üçün  təhsil  almaq  imkanlarının  bərabərləşdiril-



məsi.  

 



aztəminatlı ailələrdən olan şagirdlərin ünvanlı şəkildə dəstəklənməsi; 

 



aztəminatlı  ailələrdən  olan  şagirdlərə,  yetimlərə  təhsil  müəssisələrinə  gəlib-

getməklə  bağlı  xərclərin  kompensasiya  edilməsi,  onların  pulsuz  dərsliklərlə  təmin 

edilməsi; 

 



tələbələrin müavinətlərinin artırılması. 

 



təhsilin büdcədən maliyyələşdirilməsinin təkmilləşdirilməsi; 

 



məktəbəqədər təlim-tərbiyə təhsil sisteminin təkmilləşdirilməsi; 

 



kənd məktəblərinin texniki və kadr təminatının yaxşılaşdırılması. 

 



elm  sahəsində  elmi-texniki  tərəqqinin  uzunmüddətli  inkişaf  istiqamətlərinin 

müəyyənləşdirilməsi; 

 

fundamental elm sahələrinin dövlət tərəfindən dəstəklənməsi, elmi-texniki və 



innovasiya  sahələrində  müntəzəm  olaraq  proqnozlaşdırma  və  monitorinqin  həyata 

keçirilməsi; 

 

sahəvi elmi tədqiqat və layihə institutlarının fəaliyyətinin iqtisadi strukturlarla 



əlaqələndirilməsi; 

 



tətbiqi elmlərin inkişafının stimullaşdırılması; 

 



ilk növbədə informasiya  texnologiyaları,  istehsal  texnologiyaları,  yeni  mate-

riallar və kimya texnologiyaları, elektronika, ekologiya və təbiətdən səmərəli istifadə 

sahələrinə xüsusi diqqətin yetirilməsi; 

 



intellektual mülkiyyət hüquqlarının müdafiəsinin gücləndirilməsi; 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə