Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

 
 
 
 
Qеyd  еdəк  кi,  birbaşa  vеrgilər  üzrə  daхilоlmaların  artması  bu  vеrgilər  üzrə 
dərəcələrin  azalmadılması  fоnunda  baş  vеrmişdir.  Bеlə  кi,  məsələn,  mənfəət  vеrgisi 
dərəcəsi bir nеçə dəfə dəyişmişdir.  
Məlum  оlduğu  кimi  Azərbaycan  iqtisadiyyatının  səciyyəvi  хüsusiyyətlərindən 
biri  də  nеft  sекtоurnun  əhəmiyyətli  хüsusi  çəкiyə  maliк  оlmasıdır.  Nеft  sеktоrunun 
iqtisadiyyatdaкı rоlunun böyüкlüyü dövlət büdcəsinin gəlirlərinin struкturunda da öz 
əksini tapır.  
Qеyri  nеft  sекtоrunun  ödədiyi  vеrgilərin  artım  sürətinin  nеft  sекtоrunun 
ödədiyi  vеrgilərin  artım  sürətindən  gеridə  qalmasına  baхmayaraq  birinci  daha  sabit 
artım  tеmpinə  maliкdir.  Nеft  sекtоrunun  ödədiyi  vеrgilərin  həcmi  dünya  bazarının 
коnyuкturundan daha çох asılıdır.  
1999-cu  ildən  başlayaraq  dövlət  büdcəsi  daхilоlmalarının  artımında  nеft 
sекtоrunun  ödədiyi  vеrgilərin  mühüm  rоlu  vardır  кi,  bu  artım  da  ilк  növbədə  dünya 
bazarında  qiymətlərin  artması  ilə  bağlıdır.  Dünya  nеft  bazarında  qiymətlərin  nеft 
iхracatçıları üçün əlvеrişli səviyyədə оlduğu vaхtlarda dövlət büdcəsinin gəlirlər artır, 
qiymətlərin  qеyri-əlvеrişli  qеyri-nеft  sекtоru  üzərində  vеrgi  ağırlığın  azalması  bu 
sекtоda səviyyəyə  düşdüyü zamanda  isə dövlət büdcəsinin  gəlir daхilоlmalarında  və 
хərclərin maliyyələşdirilməsində gərginliklər yaradır.  
Baxılan dövr ərzində qeyri-neft sektorunun büdcənin  ümumi daxilolmalarında 
xüsusi  çəkisinin  yüksək  olması  neft  sektorunun  ödədiyi  vergilərin  həcmində 
azalmanın  dövlət  büdcəsinin  ümumi  daxilolmalarına  olan  mənfi  təsirinin 
yumşalmasını təmin edir. Lakin, neft sektorunun ödədiyi vergilərin dövlət büdcəsində 
xüsusi  çəkisinin  getdikcə  artması  dövlət  büdcəsi  daxilolmalarını  və  xərcləmələrinin 
neft  bazarının  konyunkturundan  asılılığını  gücləndirir.  Belə  ki,  diaqramdan 
göründüyü  kimi,  neft  bazarının  konynukturunun  pisləşdiyi  2008-2011-ci  illərdə 
dövlət  büdcəsinin  ümumi  daxilolmalar  və  bunun  məntiqi  nəticəsi  olaraq  dövlət 
büdcəsinin xərclərinin səviyyəsi aşağı düşmüşdür. 
Qeyri-neft  sektorunun  ödədiyi  vergilərin  həcminin  artması  isə  bu  sektorda 
iqtisadi  canlanmanın  nəticəsidir.  Qeyri-neft  sektorundan  vergi  daxiolmaları  xarici 


 
 
 
 
tərəddüdlərə məruz qalmır və hökumətin fiskal tədbirlərinin sabitliyinə şərait yaradır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  qeyri-neft  sektorunun  ödədiyi  vergilərin  həcminin 
real artımı vergi dərəcələrinin aşağı salınması şəraitində baş verir. Bu da onu göstərir 
ki, qeyri-neft sektoru  üzərində  vergi ağırlığının azalması bu sektorda canlanmaya  və 
nəticə etibarilə ödənilən vergilərin həcminin artmasına imkan verir. 
Azərbaycanda  iqtisadiyyatın  qeyri-neft  sektorunun  dövlət  gəlirlərinin 
formalaşmasında  rolunun  artması  əsasən  bazar  münasibətlərinin  daşıyıcısı  olan  özəl 
bölmənin inkişafı ilə əlaqədardır. 
Özəl  bölmənin  inkişafı  onun  büdcə  gəlirlərinin  formalaşmasında  payının 
artmasında da özünü göstərir. Büdcə gəlirlərinin formalaşmasında özəl bölmənin rolu 
həlledici  olmasa  da  son  illərdə  onun  büdcəyə  ödənilən  vergilərdə  payı  sürətlə 
artmaqdadır. 
Özəl  bölmənin  inkişafında  özəl  xarici  investisiyaların  da  mühüm  rolu  vardır. 
Xarici  kapitallı  özəl  bölmə  də  büdcə  gəlirlərinin  formalaşmasında  mühüm  rol 
oynamaqdadır.  Son  illərdə  həm  yerli,  həm  də  xarici  kapitallı  özəl  bölmənin  büdcə 
gəlirlərində xüsusi çəkisi artan dinamikaya malikdirlər. 
Son 6-7 il ərzində Azərbaycanda özəl sahibkarlıq fəaliyyəti bir neçə istiqamətdə 
müsbət  tendensiyaya  malik  olmuşdur.  Bu  bir  tərəfdən  qeyd  etdiyimiz  kimi,  özəl 
bölmənin  ÜDM-də  və  büdcəyə  vergi  ödənişlərində  payının  yüksəlməsi,  digər 
tərəfdən  yerli  özəl  bölmənin  inkişaf  tempinin  xarici  bölməyə  nisbətən  daha  yüksək 
artım tempinə malik olmasıdır. 
Gələcəkdə  dövlətin  vergi  daxilolmalarının  artmasında  özəl  sektorun  rolunun 
daha  da  yüksələcəyi  gözlənilir.  Özəl  sektorun  gəlirlərinin  artım  tempi  ÜDM  üzrə 
iqtisadi  artımın  formalaşmasında  həlledici  əhəmiyyətə  malikdir.  Ona  görə  də  dövlət 
büdcəsinə  daxilolmaların  artımı  özəl  sektorun  gəlirlərinin  artımından  xeyli  dərəcədə 
asılıdır.  Özəl  sektorun  genişlənməsi  nəticəsində  Ümumi  Daxili  Məhsul  və  son 
nəticədə dövlətin vergi bazası artır. 
Çoxsaylı sorğular və araşdırmalar göstərir ki, ölkədə investisiya mühitinə təsir 
göstərən  mühüm  amillərdən  biri  vergi  dərəcələridir.  Yüksək  vergi  dərəcələri 


 
 
 
 
investisiya  mühitinə  mənfi təsir  göstərdiyi  halda,  vergi dərəcələrinin aşağı salınması 
sərmayə qoyuluşlarını stimullaşdırır. 
Son illər Azərbaycanda investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müxtəiif 
vergi dərəcələrinin azaldılması siyasəti yeridilmişdir. 
Azərbaycanda        əlavə      dəyər      vergisi      (ƏDV)        keçid      dövrünün 
başlanğıcında 28% təşkil etdiyi halda hal-hazırda 18% təşkil edir. 
Aksizlərə  cəlb  olunan  məhsulların  siyahısı  da  əhəmiyyətli  dərəcədə 
məhdudlaşdırılmışdır. 
Fiziki  şəxslərin  gəlir  vergisinin  maksimum  həddi  55%-dən  30-14%-ə 
endirilmişdir.  Qeyd  edək  ki,  bu  hədd  hətta  bəzi  qabaqcıl  ölkələrdə  olduğundan  da 
aşağıdır.  Ümumilikdə  isə  qabaqcıl  ölkələrdə  fiziki  şəxslərin  gəlir  vergisinin  büdcə 
daxilolmalarında  və  ÜDM-də  payı  yüksəkdir.  Lakin,  qabaqcıl  ölkələrin  modeli 
göstərir  ki,  əhalinin  gəlirləri  artdıqca  vergi  ağırlığı  onların  üzərinə  hissə-hissə 
keçirilir.      Bu  modelin  Azərbaycanda  tətbiqi  gələcəkdə  əhalinin  gəlirlərinin  artması 
ilə mümkün olacaqdır. 
 
Müxtəlif ölkələrdə vergi dərəcələri haqqında məlumat, %-lə 
Ölkələr  
Fiziki   şəxslərin   gəlir 
Vergisi (maksimal dərəcə)  
Əlavə Dəyər Vergisi  
Azərbaycan  
30  
18  
ABŞ  
34  
-  
Almaniya  
42  
20  
Isveçrə  
30  
-  
Isveç  
72  
25  
Italiya  
62  
19  
Fransa  
57  
18,6  
Ümumiyyətlə,    başlıca  vergi    növləri  üzrə  dərəcələr  keçid  dövrünü  yaşayan 
ölkələrdə hal-hazırda aşağıdakı kimidir: 
 
 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə