3. Makrosəviyyədə dövlət büdcəsi kəsirinin qiymətləndirilməsi zamanı yerli
büdcələrin vəziyyəti (hansılar ki, büdcə artıqlığına malik ola bilər) nəzərə alınmır.
Bəzən yerli hakimiyyət orqanları məqsədyönlü olaraq dövlət büdcəsinə vergi
ayırmalarını azaltmaq üçün, yerli büdcələrin vəziyyəti haqqında statistik
informasiyanı təhrif edirlər.
Bu qanunvericilik praktiki olaraq bütün keçid iqtisadiyyatlı ölkələr üçün
xarakterikdir. Nəticədə isə dövlət büdcəsi kəsirinin qiymətləndirilməsi zamanı artım
baş verir.
4. Keçid iqtisadiyyatında dövlət büdcəsi kəsirinin müəyyən edilməsi ilə yanaşı,
onun Mərkəzi Bankın, həmçinin dövlət müəssisələrinin və kommersiya banklarının
qeyri-həqiqi fiskal (qeyri-həqiqi büdcə) fəaliyyəti ilə şərtləndirilmiş gizli kəsiri də
mövcud olur.
Qeyri-həqiqi fiskal əməliyyatlara daxildir.
a) Dövlət müəssisələri tərəfindən tam məşğulluğun maliyyələşdirilməsi
və əmək haqqı stavkasının ödənilməsi «bazardakından» yüksəkdir. Bu da ilk növbədə
qarşılıqlı borclanmaya yığım yolu ilə və ya bank ssudaları hesabınadır.
b) Iqtisadi islahatların ilkin mərhələsində Mərkəzi Bankdan ayrılmış
fəaliyyətsiz ssudaların böyük portfeli kommersiya banklarında toplanır. Bu kreditləri
əsasən Mərkəzi Bankın güzəştli kreditləri hesabına ödəyirlər.
v) Mərkəzi Bankın hökumətə verdiyi faizsiz və güzəştli kreditlərdən, valyuta
kursunun dəyişməsinin sabitləşməsi üzrə tədbirlərdən və kommersiya banklarına
fəaliyyətsiz ssudalara xidmət üçün verilmiş kreditlərin maliyyələşdirilməsindən
dəymiş zərərin maliyyələşdirilməsi, həmçinin mərkəzi bankın sənaye, kənd
təsərrüfatı və mənzil proqramlarının güzəştli stavkalar üzrə maliyyələşdirilməsi.
Gizli büdcə kəsiri faktiki büdcə kəsirinin və dövlət borcunun həcmini azaldır. Bu
adətən seçkilər qabağı məqsədyönlü şəkildə həyata keçirilir.
Beləliklə, büdcə kəsirinin mütləq ölçüləri etibarlı markoiqtisadi göstərici
kimi çıxış edə bilməz, ona görə ki, Ümumi Mərkəzi Məhsulun artması ilə adətən
borclanma da artır.
Büdcə kəsirinin maliyyələşməyə bərabər olduğu üçün o, ümumi borclanma və
likvid maliyyə vəsaitlərinin qalığının azalmasını borcun örtülməsinə əlavə edərək,
onlar arasındakı fərq kimi müəyyən edilə bilər.
Dayanıqlı büdcə kəsirini doğuran səbəblər aşağıdakılardır:
• Müharibə, iri təbii fəlakətlər və ya digər sosial konfliktlər zamanı
dövlət xərclərinin artırılması;
• büdcə xərclərinin qeyri-rasional strukturu. Bu iqtisadiyyatın
inkişafına dövlətin iri həcmli investisiya qoyuluşlarının həyata
keçirilməsi ilə bağlıdır;
• tsiklik enmələr və iqtisadiyyatın «bərpa stabilizatoru»;
• iqtisadiyyatın
stimullaşdırılması
məqsədilə
vergilərin
azaldılması.
Iqtisadiyyatın stimullaşdırılması məqsədilə «vergi dairəsi»
azaldılır, vergiyə cəlb olunma sistemində vergi güzəştləri tətbiq
edilir.
• «qeyri-effektiv büdcə mexanizmi» dövlətə onu sosial sferanın və
iqtisadiyatın inkişafında stimullaşdırıcı vasitə kimi istifadə etməyə
imkan vermir;
• seçkilər ərəfəsində dövlət xərclərinin artırılması;
• səhiyyəyə, təhsilə, sosial təminata və yeni iş yerlərinin
yaradılmasına dövlətxərclərinin artırılması.
Qeyd etdiyimiz bu səbəblər nəticə etibarilə iqtisadiyyatda dövlət borcunun
artmasına gətirib çıxarır.
Büdcə kəsiri iqtisadiyyata çox aktiv təsiri olan mürəkkəb bir anlayışdır. Adətən
büdcə kəsiri iqtisadiyyata mənfi təsir göstərir.
Aşağıdakı iqtisadi sxemə nəzər salsaq büdcə kəsrinin təsiri nəticəsində
iqtisadiyyatın artım tempinin, xüsusilə də tədiyyə balansının saldosunun aşağı
düşməsini görərik.
Sxemdən göründüyü kimi, 1-ci və 2-ci blokların təhlili onu izah edir ki, hökumət
büdcə kəsirinin maliyyələşdirilməsi zamanı kapital bazarına daxil olmalıdır və vəsait
əldə etmək üçün xüsusi sektorla rəqabətə girməlidir. Bu zaman pula tələb artır.
Mərkəzi Bank isə onun təklifini məhdudlaşdırır.
Bu da faiz stavkalarının artmasına səbəb olur. Nəticədə isə daxili investisiyanın
aşağı düşməsi baş verir. Digər tərəfdən isə daxili bazarda faiz stavkalarının qalxması
həmin ölkənin qiymətli kağızlarına xarici tələbi artırır ki, bu da xarici kapital axınına
səbəb olur və dövlətin xarici borcunun məbləğinin artmasına gətirib çıxarır. 6-cı
blokun təhlili onu göstərir ki, əcnəbilər qiymətli kağızları əldə etmək üçün, əvvəlcə
həmin ölkənin Mərkəzi valyutasını əldə etməlidirlər. Bu isə Mərkəzi valyutanın
beynəlxalq qiymətinin və ya onun dəyişmə kursunun qalxmasına səbəb olur.
Nəticədə, ixracatın aşağı düşməsi və idxalın artması baş verir. Bu iki prosesi
birləşdirsək, nəhayət etibarilə xalis ixracatın aşağı düşməsi müşayiət olunur.
Dünya təcrübəsində büdcə kəsiri ÜDM-in 3%-i təşkil edirsə bu normal hal
hesab edilir və iqtisadiyyat üçün təhlükəsi yoxdur.
Büdc
k siri
Faiz
stavkaların
artması
Daxili
İnvestisiyanın
aşağı düşm si
(
sıxışdırıb
çıxarma effekti)
Qiym tli
kağızlara
xarici
t l bin
artması
Xarici borcun
artması
Milli
Valyutanın
Beynalxalqq
iym tinin
qalxması
İxracın
aşağı
düşm si
İdxalın
artması
Xalis
ixracatın
aşağı
düşm si
Dostları ilə paylaş: |