Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

 
 
 
 
dövlət bu problemi həll etmiş olur. Lakin, buna baxmayaraq dövlət digər öhdəlikləri 
üzərinə  götürür.  Yəni,  bir  problemi  həll  edib,  digəri  ilə  üz-üzə  qalır.  Belə  ki, 
müəyyən  edilmiş  müddət  çatdıqdan  sonra,  həm  borcu,  həm  də  ona  görə  faizi 
ödəməlidəir. 
Büdcə  kəsrinin  maliyyələşdirilməsi  məqsədilə  cəlb  olunan  dövlət  borcu 
vəsaitləri aşağıdakı qruplara bölünür: 
-Dövlət qiymətli kağızlarının yerləşdirilməsi; 
-Mərkəzi Bankın birbaşa krediti;  
-Xarici mənbələrdən cəlb edilmiş birbaşa kreditlər; 
Qeyd  edək  ki,  dövlət  qiymətli  kağızlarının  yerləşdirilməsi  vasitəsilə  büdcə 
kəsrinin  maliyyələşməsi,  əsasən  dövlət  qiymətli  kağızlar  bazarının  inkişaf  etdiyi 
dünya ölkələrində ən geniş yayılmış maliyyələşmə vasitəsidir. Bu baxımdan dövlət 
qiymətli  kağızları  həm  daxili,  həm də  xarici  investorlar arasında  yerləşdirilir. Bu 
məqsədlə  yerləşdirilən  dövlət  qiymətli  kağızlarının  ən  geniş  yayılmış  forması dövlət 
qısamüddətli istiqrazlarıdır. 
Tutaq  ki,  bizə  növbəti  il  üçün  dövlət  büdcəsi  kəsrinin  maliyyələşdirilməsi 
məqsədi  ilə  dövlət  qısamüddətli  istiqrazlarından  daxil  olan  vəsaiti 
proqnozlaşdırmaq  lazımdır.  Bu  zaman  biz  bu  məqsədlə  dövlət  qısamüddətli 
istiqrazlarından daxil olan vəsaitin ötən illər üzrə dinamikasına fikir verməliyik.  
Fərz edək ki, 
I           il - 120 mln. manat 
II 
il - 140 mln. manat 
III 
il - 170 mln. manat 
IV 
il - 220 mln. Manat 

il - 270 mln. manat 
Biz növbəti il üçün bu istiqamətdən proqnozlaşdırmalıyıq: 
 
 
 


 
 
 
 
İlk növbədə hər il üçün artım faizini hesablayaq. 
II ildə 
%
17
%
100
120
120
140



 
III ildə 
%
21
%
100
140
140
170



 
IV ildə 
%
29
%
100
170
170
220



 
V ildə 
%
23
%
100
220
220
270



 
Ötən illər ərzində orta artım faizini hesablayaq. 
Beləliklə,  növbəti  ildə: 
331
75
.
330
75
.
60
270
100
270
5
.
22
270












milyon  manat 
həcmində vəsait proqnozlaşdıra bilərik. 
 
 
 
FƏSİL II. Büdcə kəsirinin maliyyələşdirilməsi mənbəələri və  
dövlət kreditinin müasir vəziyyəti. 
2.1 Büdcə kəsirinin maliyyələşdirilməsində dövlət kreditinin rolu və müasir 
vəziyyətinin təhlili. 
Büdcə  kəsrinin  maliyyələşdirilməsi  üçün  Mərkəzi  Bankın bu  məqsədlə ayırdığı 
birbaşa  kreditlərdən  də  istifadə  olunur.  Bu  tip  kreditlər  aşağı  faizli  və  qısamüddətli 
olur.  Bu  tip  borclar  ölkənin  daxili  borcu  siyahısına  daxil  edilir.  Ən  çox  bu  tip 
kreditlər yeni müstəqillik qazanmış və inkişaf etməkdə olan dövlətlərdə geniş tətbiq 
edilir.  Mərkəzi  Bank  tərəfindən  təqdim  edilən  kreditlərin  ödənilmə  mənbəyi  kimi 
dövlət qeyd edilir. 2013-cü il «Dövlət Büdcəsi haqqında» qanunda verilən fərmana 
əsasən  qeyd  edək  ki,  Müvafiq  icra  hakimiyyəti  orqanının  2010,  2012-cı  illərdə 
dövlət  büdcəsinin  kəsrinin  ötrülməsi  məqsədi  iəl  istifadə  etdiyi  Azərbaycan 
Respublikası Mərkəzi Bankının 345,2 mln. manat  mərkəzləşdirilmiş kredit resursunu 
qaytarmaq üçün Müvafıq icra hakimiyyəti  orqanının  müəyyən etdiyi  şərtlər  əsasında 
uzunmüddətli  və  güzəştli  (DQK)  dövlət  qiymətli  kağızlarını  buraxaraq  Mərkəzi 


 
 
 
 
Bankda yerləşdirilməsini təmin etsin. 
Xarici  mənbələrdən  cəlb  edilmiş  kreditlərdən  də  büdcə  kəsrinin 
maliyyələşməsində  geniş  istifadə  edilir.  Xarici  mənbələr  timsalında,  beynəlxalq 
maliyyə-kredit  təşkilatları,  xarici  ölkələrin  kommersiya  bankları  və  digər 
subyektlər  çıxış  edir.  Dövlət  daxili  borc  bazarında  kifayət  qədər  vəsait  əldə 
etmədikdə,  təbii  ki,  büdcə  kəsrinin  örtülməsi  məqsədi  ilə  xarici  borc 
mənbələrindən  kredit  cəlb  edilməyə  məcbur  olur.  Bu  qanuna  uyğun  bir  haldır. 
Azərbaycan  Respublikasının  "Dövlət  borcu  və  dövlət  qarntiyası  haqqında»  qanun 
layihəsinə  əsaslanaraq  qeyd  etməliyik  ki,  qanun  layihəsinin  19-cu  maddəsində 
göstərildiyi  kimi  xarici  dövlət  borcları  vasitəsilə  cəlb  edilmiş  vəsaitlərin  təyinat 
istiqamətlərindən  biri  də  büdcə  kəsrinin  maliyyələşdirilməsinə  yönəlməsidir.  Bu 
vəsaitin  ödənilməsi  mənbəyi  kimi  dövlət  büdcəsi  çıxış  edir.  Bu  kreditlər  də 
qısamüddətli olurlar. Ümumiyyətlə, dövlət büdcəsi kəsrinin örtülməsi məqsədi ilə cəlb 
edilmiş kreditlər qısamüddətli olur. 
Respublikamızda  dövlət büdcəsi kəsrinin  örtülməsi  üçün daxili  və  xarici  kredit 
mənbələrindən  birbaşa  kredit  cəlb  edir.  2013-cü  ildə  dövlət  büdcəsi  kəsrinin 
örtülməsi  məqsədi  ilə  40.000  mln.  manat  həcmində  dövlət  qısamüddətli  istiqrazları 
yerləşdirilmişdir  ki,  bu  da  ötən  ilə  nisbətdə  11%  çox  olmaqla  büdcə  kəsrinin  13%-ni 
təşkil edir. Dövlət dövlət qısamüddətli istiqrazlarla yanaşı, bu istiqamətdə 10.000 mln. 
manat  həcmində  daxili  uduşlu  istiqraz  vərəqələri  də  yerləşdirmişdir.  Bu  isə  ötən  ilə 
nəzərən 50% azlıq təşkil edir. 
Həm  daxili,  həm  də  xarici  mənbələrdən  cəlb  edilən  dövlət  borclarının  büdcə 
kəsrinin  maliyyələşdirilməsinə  yönəldilmiş  hissəsinin  dinamikasını  aşağıdakı 
sxemdən izləyək: 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə