Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

 
 
 
 
Keçid dövrünü yaşayan ölkələrdə vergi dərəcələri 
haqqında məlumat,%-lə 
Ölkə 
Mənfəət vergisi 
ƏDV 
Fiziki        şəxslərdən 
gəlir       vergisinin 
maksimal həddi 
Azərbaycan  
20 
18 
30 
Albaniya  
25 
20 
25 
Ermənistan  
20 
20 
20 
Belorus  
30 
20 
30 
Bolqanstan  
23,5 
20 
29 
Xorvatiya  
20 
22 
35 
Çexiya  
31 
22 
32 
Estoniya  
26 
18 
26 
Gürcüstan  
20 
20 
20 
Macarıstan  
18 
25 
40 
Qazaxıstan  
30 
16 
30 
Qırğızıstan  
20 
20 
20 
Latviya  
22 
18 
25 
Litva  
15 
18 
33 
Moldova  
25 
20 
35 
Polşa  
28 
22 
40 
Rummiya  
25 
19 
40 
Rusiya  
20-24 
20 
13 
Slovakiya  
25 
23 
38 
Sloveniya  
25 
20 
50 
Tacikistan  
30 
20 
20 
Türkmənistan  
25 
20 
25 
Ukrayna  
30 
20 
40 
Ozbəkistan  
26 
20 
36 
Sosial  sığorta  normativləri  də  keçid  dövrünün  başlanğıcında  40%  idisə,  hal-
hazırda 23%-ə enmişdir. 
Ümumilikdə  Azərbaycanda  vergi  sistemində  həyata  keçirilmiş  tədbirlər 
nəticəsində  vergi  növlərinin  sayı  15-dən  9-dək  azaldılmışdır.  Müqayisə  üçün  deyək 


 
 
 
 
ki,  hazırda  Rusiya  istisna  olmaqla,  qalan  ölkələrdə  ikisəviyyəli  vergi  və  ödəniş 
sistemi  fəaliyyət  göstərir.  Rusiyada  isə  üçsəviyyəli  sistemdir.  Belə  ki,  Belarusda  12 
ümumidövlət  və  4  yerli,  Qazaxıstanda  5  ümumidövlət  və  12  yerli,  Qırğızıstanda  5 
ümumidövlət  və  16  yerli,  Tacikistanda  14  ümumidövlət  və  3  yerli,  Rusiyada  isə  16 
ümumidövlət, 7 regional və 5 yerli vergi növü mövcuddur. 
Azərbaycanda  vergilərin  sayının  azalması  və  vergi  dərəcələrinin  aşağı 
salınması  ölkədə  investisiya  mühitinin  yaxşılaşmasında  əhəmiyyətli  rol  oynamış  və 
beləliklə də istər daxili, istərsə də xarici mənbələr hesabına investisiya qoyuluşlarının 
yüksək artım tempinin təmin olunmasında iştirak etmişdir.  
1.3 Büdcə   kəsirinin   mahiyyəti,   səbəbləri   və   onun  iqtisadiyyata 
təsirinin nəzəri əsasları. 
 
Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatın böhranlı şəraitində iqtisadi 
siyasətin qarşısında duran əsas vəzifələrindən biri olan tarazlı büdcənin yaradılmasına 
həmişə  nail  olmaq  mümkün  olmur.  Xüsusilə  də  keçid  iqtisadiyyatı  şəraitində  büdcə 
kəsiri qaçılmazdır, başqa sözlə obyektiv zərurət təşkil edir. 
Büdcə  kəsiri  maliyyə  ilində  dövlət  büdcəsinin  xərclərinin  onun  gəlirlərindən 
artıq olan hissəsinə deyilir: 
D = G-T 
Iqtisadiyyatın  böhranlı  vəziyyəti  işgüzar  fəallığın,  investisiya  tələbinin 
yüksəldilməsi  ilə  aradan  qaldırıla  bilər.  Bu  da  öz  növbəsində  dövlət  xərclərinin 
artırılması  və  gəlirlərin  azaldılmasını  tələb  edir.  Dövlət  xərclərinin  artırılması  və 
gəlirlərinin azaldılması tənəzzül şəraitində olan iqtisadi fəaliyyətin stimullaşdırılması 
məqsədinin  reallaşmasına  xidmət  edir.  Vaxtilə  C.M.Keyns  göstərirdi  ki, 
iqtisadiyyatın tsiklik enmə dövründə işgüzar fəallığın canlandırılmasında, investisiya 
tələbinin  stimullaşdırılmasında  defisitli  büdcə  şəraitində  maliyyələşmə  həlledici  və 
önəmli  rola  malikdir.  Göründüyü  kimi  belə  stimullaşdırıcı  iqtisadi  siyasət  büdcə 
kəsirinin yaranması zərurətini ortaya çıxarır. 


 
 
 
 
Təbii  ki,  ortaya  çıxmış  büdcə  kəsiri  müəyyən  vasitələrlə  aradan  qaldırılmalıdır. 
Bu  zaman  elə  üsullar  seçilməlidir  ki,  iqtisadi  siyasətin  stimullaşdırıcı  effektini 
neytrallaşdırmasın. 
Büdcə kəsirinin müəyyən edilməsi məsələsinin mahiyyətini açıqlayaq. 
Büdcə   kəsirinin   kəmiyyət   qiyməti   obyektiv   olaraq   aşağıdakı faktorlarla 
şərtləndirilir. 
1.  Adətən    dövlət  xərclərinin    həcmini    qiymətləndirərkən    iqtisadiyyatın 
dövlət  sektorunda  amortizasiyası  nəzərə  alınmır,  bu  da  obyektiv  olaraq  büdcə 
kəsirinin həcminin artmasına gətirib çıxarır. 
2.  Dövlət  xərclərinin  mühüm  maddəsi  kimi  borclanmaya  xidmət  etmək 
çıxış  edir.    Belə    ki,    borclanma    üzrə  faizin  ödənilməsi  və  borcun  əsas 
məbləğinin (borcun amortizasiyası) tədricən ödənilməsi əsas göstəricidir. 
Dövlət  xərcləri  dövlət  borcu  üzrə  yalnız  R
r
D-yə  bərabər  olan  real  faizi  daxil 
etməlidir, R
n
D-yə bərabər olan nominal faiz isə daxil edilmir. 
Burada,    D -  dövlət borcunun  həcmi, Rr  - real  faiz stavkası, Rn-nominal  faiz 
stavkası. 
Büdcə  kəsiri  tez-tez  PD-nin  həcminədək  artır,  belə  ki,  Fişer  bərabərliyinə  görə 
P=Rn-Rr olur. Inflyasiyanın yüksək tempində bu xəta böyük ola bilər. 
Büdcə kəsirinin artması borc  üzrə  inflyasiya  faizinin ödənilməsi  hesabına  dövlət 
xərclərinin həcminin artması ilə bağlıdır. 
Qeyd edək ki, nominal büdcə kəsiri və nominal borc artdıqda, real büdcə kəsiri və 
real borc azaldıqda bu zaman büdcə-vergi  siyasətinin effektivliyini qiymətləndirmək 
çətinləşir. 
Buna  görə  də  büdcə  kəsirinin  müəyyən  edilməsi  zamanı  inflyasiyaya  düzəliş 
etmək lazımdır: 
real dövlət     ______        nominal 
ilin əvvəlinə 
inflyasi- 
büdcəsi         ______     dövlət büd-    ___    dövlət borcu-  X          yanın tempi 
kəsiri 
cəsi kəsiri 
nun həcmi 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə