www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
49
Doldum buludlarına,
Ağladım yağıĢını...
Ürəyimdə isitdim,
ÜĢüyən göz yaĢını...
Dinlədim həzinliyin
Suya düĢən əksini...
Seyr etdim yarpaqların
Gölgələrlə rəqsini...
Qoy yarpaqlar söyləsin,
Niyə qəmlə rənglənib,
Ayrılığa,həsrətə
Harda boyanıb gəlib ?
Budaqlarda sırayla
Qərib quĢlar büzüĢür...
Dünyanın gözlərində
Soyuq günlər üĢüyür...
Susur dodaqlarında
Nəğmələr yalqız kimi...
Ayrılıq yuxusunda
Adamlar payız kimi...
***
Nə mən söyləyəcəm,
Nə sən dinləyəcəksən...
Susacaq intizarla uzanan ehtimallar...
ġübhəli vəziyyətlər,Ģahidsiz iztirablar
Vaxtın ayağına yazılmayacaq...
Deyilməyən gerçəklər,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
50
Tutulmayan yalanlar...
Heç kimin adına yozulmayacaq...
Etibarsız
oyunlar
Özünü ələ verməyəcək,
Bundan sonra heç nəyə
Məzar qazılmayacaq...
Heç nədən qorxma daha,
Vaxt da gecikməyəcək,
Dünya da uçmayacaq...
Bizsiz nə dərd,nə ölüm,
Heç yerə qaçmayacaq...
Çəkib buludlarını,
Qərib yerlərə yağma...
Ayı ölən gecələrin
dönüb üzünə baxma...
Heç nə olmamıĢ kimi,
Yalqızlıq öz –özündə...
YağıĢlar çözüm-çözüm
Duzlanır öz gözündə,
Gedilməyən uzaqlıq,
Yuxusuzluq yerində,
Zənglər,dostlar,məktublar,
Həyat da qədərində....
Heç nə olmamıĢ kimi,
Payız öz kədərində...
Nə mən söyləyəcəm...
Nə sən dinləyəcəksən...
Ortada rəzil olmuĢ,
Dili batmıĢ xəcalət...
Susqunluqda gizlənir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
51
Üzə çıxması yasaq,
MəĢhur qatil – xəyanət...
***
Ġndi də qadasını aldığım
Ayanla xəbərləĢim...
(Ayan-Altaylarda ən uca zirvədir)
Tanrı dağın taclı qızı...
Altun baĢın ulduzların yuvası...
BeĢiyində eĢitdiyin
Laylay Ģaman duası...
Cuqcur ayağının altında,
Ucalığına çatmaz əlim...
Sən türkün kökündəsən,
Baykal gözlü gözəlim !
Altaylar qalın qoĢunun,
Hər an sənə müntəzirdir Tyan-Ģan,
Zirvəndən doğan günəĢə
Ġnan ,sevgili Ayan...
YaddaĢının gözündə
Nə sevdalar uyuyur..?
Xəyalını uzaqdan
Turan dənizi yuyur...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
52
Səhralarda ilğım kimi..
Amu –dərya...Sır – dərya...
Keçilirmi yuxularda,
Sonu keçilməyən dünya..?
Çalır zirvə yürüĢünü,
Təbil çalır QavaldaĢı...
Küləklərlə baĢlayırmı
Türkün zəfər savaĢı..!
***
Get...
Get...
get də...
birdəfəlik qapansın yolun...
Bütün cəhənnəmlər səninlə getsin...
Bütün yanlıĢlıqlar, bütün yalanlar...
Bütün rəzalətlər səninlə bitsin...
Silinsiz izləri xatirələrin,
Yoxluğun üstündə kimsə olmasın...
Yolları geriyə
çəkəcək kimsə ,
Dalınca baxacaq bir göz qalmasın...
Gözləri kor olsun itən inamın...
Görüb - tanımasın dönük üzünü...
DüĢdüyü qəzadan,aldığı dərddən...
Danlayıb döyməsin özü-özünü...