www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
110
Yuxu kimi axar suya,
Gecəylə seviĢən aya,
Əriyən bir muma söylə.
Həm yerdə,həm göydə olan,
BaĢını bəlada bulan,
Qurdla qiyamətə qalan
Sonuncu adama söylə.
***
Deyirəm, dünyanın tapmaca kimi,
Bir sözlə tapılır doğru cavabı.
Açıb qapısını dərinə getsən,
Bitməz sonsuzadək haqq- hesabı.
Ən uzaq mənzil də yoldan
baĢlayır,
Kiminə bağlıdır ,kiminə açıq...
Birinin ömrünə ömür calanır,
Birinin həyatı sönür yarımçıq...
Qiyməti sürüĢən bir xəzinədir,
O əldən bu ələ keçir durmadan...
Əcəli qaĢ ilə göz arasında,
Oynayır kimsəyə izin sormadan...
Hər kəs öz ömrünün üstündə bir
daĢ,
Ovulub heçliyə düĢür toz kimi.
Varlıqla yoxluğun qarıĢığında,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
111
Əriyib yox olur , itir iz kimi...
DəyiĢən duyğusu,düĢüncəsiylə
Insan bu dünyanın məchul üzüdür.
Bəlkə də,dünyada dərk olunmayan,
Ən böyük tapmaca insan özüdür.
***
Təkcə göyün üzü hasarlanmayıb,
O da dar görünür çərçivələrdən...
Hər kəsin ömrünə pəncərə boyda
Pay düĢür baxdığı mərtəbələrdən...
Hasarlı sahillər,dənizlər kimi,
Göyün də sədləri yerdə bölünür.
Göydən yıxılmağın ağrı -acısı
Yerdə əziləndən sonra bilinir...
Daha uça bilmir iĢıq arzular,
Qanadı çıxmamıĢ sınıb qırılır.
Daha xəyalların odu,istisi,
Elə öz içində sönüb qaralır.
Boğulub iĢığı ulduzların da,
Ulduzlar darıxır sonuncu qatda.
Nə bir bağlantı var, nə
bir cazibə,
Daha möcüzələr olmur həyatda.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
112
Qapalı günlərin içində yad tək,
Ürək də ümidsiz bitir,kiçilir.
Sıxılan sədlərin məngənəsində
Ömür –
xəstəlik tək ağır keçilir.
***
Dünya yaman axsayır –
Söykənməyə çəliyi yox,
BaxıĢları soyuq,donuq,
sevinməyə - ağlamağa
ürəyi yox...
Hər kəs böyük,iddialı,
bunun ona gərəyi yox,
onun buna gərəyi yox...
Üz döndərir dost dostundan,
atasından,qardaĢından,
arxası yox,köməyi yox,
Ərlik,mərdlik – çürük bir söz,
güvəni yox,dəyəri yox...
Doğmalıqdan yıxılanın –
dayağı yox,dirəyi yox...
Sinəsinə döyənin də –
bu dünyanı götürməyə -
kürəyi yox...
ürəyi yox...
***
Uzatmağın nə mənası...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
113
Ya dünənə,ya sabaha,
Küləklərin itmiĢ səmti
Nə qıĢadır,nə yazadır,
Əbədiyyət qarĢısında –
Onsuz ömrümüz qısadır...
Hikməti var uzaqlığın,
Təbi çəkir ucalığın,
Ümidlənmə ulduzlara,
Baxıb ah çəkmə
dağlara-
Onsuz boyumuz qısadır...
Ya ölüyük,ya diriyik,
Ya bütöv,ya kəm biriyik,
Dünyanın axır günündə,
Haqq-talanın önündə -
Onsuz dilimiz qısadır...
***
Melanxoliya...
(2012)
***
Səhər baĢı buludlarda,
AxĢam ayağı çuxurda...
ÇaĢa gedər,boĢa gedər,
Ömür gəlirdə -çıxarda...