MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
63 
mövqeyi,    siyasi  vəziyyəti,  məşrutiyyətdə  yeri  və  rolu 
(konstitusiyalı  quruluş  uğrunda  mübarizədə),  ədəbiyyatı,  dili 
və  s.  məsələlərdən  bəhs  edir.  M.Ə.Rəsulzadə  İran 
azərbaycanlılarının  səsini  geniş  türk  dünyasına  çatdırmaq 
üçün əlindən gələni etmişdir. O, müsəlman dünyasının böyük 
mütəfəkkiri,  islam  modernizminin  banisi  C.Əfqanidən 
milliyyət  haqqında  yeni  fikirlər  mənimsəyərək,  onun  «Milli 
birlik  fəlsəfəsi»  əsərini  farscadan  türk  dilinə  tərcümə  edib 
«Türk  yurdu»  jurnalında nəşr etdirmiş, bu əsərin təsiri ilə də 
xalqımızın  məişətindən  bəhs  edən  «Acı  bir  həyat»  əsərini 
yazmışdı. 
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə 
çar tərəfindən elan edilən amnistiya siyasi məhbuslara da aid 
edildi.  Bundan  istifadə  edən  Rəsulzadə  Bakıya  döndü  və 
"Müsavat"a  daxil  olaraq  tezliklə  liderliyi    ələ  aldı. 
«Müsavat»ın  yaranmasında  da  M.Ə.Rəsulzadənn  müəyyən 
təsiri rolu olub. M.Ə.Rəsuloğlu bununla bağlı yazır: «1911-ci 
ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri 
olan  rəhmətlik  Kazımzadə  Abbas  bəyin  mağazasının  arxa 
odasında  Abbas  bəylə  bərabər  otururduq.  Arkadaşlarmızdan 
mərhum  Tağı  Nağıoğlu  içəri  girdi  və  bizə:  «Gürcülərin, 
ermənilərin  və  rusların  siyasi  partiyaları  vardır.  Bizim  nədən 
bir partiyamız  olmasın,  biz  də  bir  partiya  quralım»-  dedi.  Bir 
neçə  gün  müzakirə  və  müşavirədən  sonra  "Müsavat" 
Partiyasını  qurmağa  qərar  verdik.  Zatən  mərhum  Rəsulzadə 
Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi 
bir  təşəkkülə  ehtiyac  olduğu  haqqında  yazılar  yazmaqda  idi» 
(110, s.10). 
1913-1915-ci  illərdə  Rəsulzadə  siyasi  fəaliyyəti  ilə  yanaşı, 
ədəbi-publisistik  yaradıcılığını  da  davam  etdirib.  «Yeni 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
64 
64 
lisançılar  və  türkçilər»,  «Dil  ictimai  mühüm  bir  amil»  və 
başqa  məqalələrində  o,  Azərbaycan-türk  dilini  göz-bəbəyi 
kimi  qorumağı  xalqının  qarşısında  ən  mühüm  problem  kimi 
qaldırıb.  Bundan  başqa,  o,  proletar  ədibi  M.Qorkinin  «Ana» 
əsərindən  bir  parçanı  Azərbaycan  dilinə  tərcümə  edərək  çap 
etdirib (22).  
1914-cü  il  sentyabrın  16-da  şair,  yazıçı  və  jurnalist  Əlabbas 
Müznibin  redaktorluğu  ilə  ədəbi-ictimai,  iqtisadi,  tarixi  və 
siyasi  jurnal  olan  «Dirilik»  məcmuəsinin  birinci  nömrəsi 
çapdan  çıxıb.  1914-cü  ildə  yazdığı  «Milli  dirilik»  adlı 
məqaləsində M.Ə.Rəsulzadə din, dil, mədəniyyət məsələlərinə 
xüsusi  yer  ayıraraq  onların  geniş  şərhini  verib  (53). 
M.Ə.Rəsulzadə  milli  məsələyə  dair  öz  mülahizələrini  1914-
1917-ci  illərdə  çap  etdirdiyi  «Milli  dirilik»,  «Dirilik  nədir?», 
«Kənd  məktəbləri  və  müəllimsizlik»,  «Məktəb  və  mədrəsə», 
«Getdiyimiz yol», «Bizim ehtiyaclarımız» və b. məqalələrində 
şərh edib. Bu dövrdə çar Nikolay Qafqaz müsəlmanlarına bir 
sıra  güzəştlərə  getdi.  Belə  güzəştlərdən  biri  də  «Açıq  söz» 
qəzetinin nəşri idi. Qəzetin ilk sayı 1915-ci il oktyabrın 2-də 
işıq üzü gördü. M.Ə.Rəsulzadə yazır ki, bu qəzet «Müsavat»ın 
orqanıdır.  ««Açıq  söz»  ilk  dəfə  olaraq  o  vaxta  qədər 
Qafqaziya  müsəlmanı  və  yaxud  tatar  deyilən  xalqın  türk 
olduğunu sərahət və israrla meydana atmış və bu xüsusda hərb 
senzoru  ilə  mübarizə  etmək  zərurətində  qalmışdı»  (108,  17). 
1917-ci  ildə  o,  özünün  «Cəmaət  idarəsi»  və  «Bizə  hansı 
hökumət  faydalıdır?»  kitablarını  çap  etdirib.  Həmin  il 
Rəsulzadənin  redaktorluğu  ilə  «Qardaş  köməyi»  jurnalı  çap 
olunub.  
1917-ci  il  mayın  1-dən  11-dək  Moskvada  Ümumrusiya 
Müsəlmanlarının  I  qurultayı  keçirilib.  Rəsulzadə  Bakıda  irəli 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
65 
sürdüyü  milli-ərazi  federasiya  prinsipləri  əsasında  yaradılmış 
demokratik respublika ideyasını burada da qaldırıb. Onun irəli 
sürdüyü milli-məhəlli muxtariyyət ideyası 271 səsə qarşı 446 
səslə  qəbul  edilib  (28,  33).  Onun  qurultayda  etdiyi  məruzə 
Əhməd Salikovun çıxışı ilə birlikdə «Şəkli idarə haqqında iki 
baxış» adı altında çap olunub. 
1917-ci  ilin  oktyabrın  26-dan  31-ə  qədər  500  nümayəndənin 
iştirakı  ilə  Bakıda  təntənəli  surətdə  keçirilən  «Türk  Ədəmi-
Mərkəziyyət 
Partiyası– 
Müsavat»ın 

qurultayında 
M.Ə.Rəsulzadə  Mərkəzi  Komitənin  sədri  seçilib.  1917-ci  ilin 
payızında o, Azərbaycan və Türküstanı Rusiya parlamentində 
millət vəkili kimi təmsil edib. 
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların 
çəkişmələri  nəticəsində  ləğv  olundu.  Mayın  27-də  Seymin 
fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət 
olan Azərbaycan Milli Şurası yarandı. Zaqafqaziya Seymində 
təmsil 
olunan 
Azərbaycanın 
nümayəndə 
heyətinə 
M.Ə.Rəsulzadənin  başçılıq  etməsinə,  Azərbaycanda  təmsil 
olunan bütün milli və onlara yaxın qurumlar, partiyalar razılıq 
vermişdi.  Onun  Milli  Şuraya  sədr  seçilməsinə  4  partiyadan 
yalnız  «İttihad»  əleyhinə  səs  verib.  «Müsavat»,  Müsəlman 
Sosialist  Bloku  və  Müsəlman  Sosial-Demokrat-Menşeviklər 
və "Hümmət" lehinə səs veriblər. «Gizli səsvermə yolu ilə 22 
səs  çoxluğu  qazanan  Məhəmməd  Əmin  Rəsulzadə 
Azərbaycan Milli Şurasının başçısı seçilir» (84, s.79). 
Onun  başçılıq  etdiyi  "Müsavat"  Partiyası  Azərbaycanın 
müstəqilliyini  birmənalı  surətdə  irəli  sürüb.  Azərbaycanın 
müstəqilliyini  bəyan  edən  Milli  Şura  Xalq  Cümhuriyyəti 
dövründə də mühüm rol oynayıb. Əslində M.Ə.Rəsulzadənin 
sədri  olduğu  Milli  Şura  öz  dövrü  üçün  ölkənin  ən  yüksək 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə