MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə28/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
88 
88 
olsa  mümkündür…  Yaşasın  maarif!  Var  olsun  əhli-maarif!» 
(49, 33). 
Rəsulzadə  çox  keçmədən  «Qiraətixanalarımıza  dair» 
məqaləsində təəssüflə yazır ki, qiraətxanalarda oxucu yoxdur. 
Əvvəllər qiraətxanaların olmamasından yazan Rəsulzadə, indi 
isə  əhalinin  qiraətxanalara  gəlməməsindən  şikayətlənir: 
«Heyhat! heyhat! İllər ilə arzulayıb 80 min müsəlman əhalisi 
olan  bir  şəhərdə  iki  ufacıq  islam  qiraətxanası  icadına 
müvəffəq  olduq,  onu  da  görünür  saxlaya  bilməyəcəyiz. 
Cəmaət!  Himmət  edəlim!  Qeyrət  edəlim!  Ürəfalarımız 
qiraətxana  açdılar,    biz  də  pişvazlarına  çıxalım!  Maddən 
yardım etməklə davamlarına bais olalım! Və qeyri xeyir işlərə 
iqdam etmələrinə kömək edəlim!» (49, 34). 
Azərbaycanın  qeyrətli  oğlunun  Vətən  yanğısını,  millət 
sevgisini  görməmək,  dərk  etməmək  və  ən  azı  hiss  etməmək 
mümkün  deyil.  Hər  bir  məqaləsində  hansı  vasitə  ilə  olursa-
olsun  əhalini  maariflənməyə,  elm  öyrənməyə  çağıran  Rəsul-
zadə bütün ömrü boyu bu əqidəsinə, inancına sadiq qalmışdır. 
Rəsulzadə  sosial-demokrat,  islamçı,  türkçü,  millətçi  və  s. 
olmasından  asılı  olmayaraq,  böyük  bir  insan,  humanist 
vətəndaşdır.  O,  müsəlman  olmayanların  elm,  mədəniyyət 
baxımından  inkişaf  etdiyini,  irəlilədiyini  görür  və  belə  bir 
şəraitdə müsəlmanların elmə, təhsilə biganəliyinə dözə bilmir: 
«İlahi,  havaxtacan  bizlər  gecə-gündüz  fikrə  qərq  və 
millətimizin  dərdini  və  dalda  qalmağını  özümüzə  vəzifə 
biləcəyik?  Məgər  bizlərə  tərəqqi  etməyə  mane  vardır?  Bəli 
vardır!  Nə  şeydi  bizə  mane  olub?  Himmətsizlik,  kübr  və 
qürur, mədəniyyətə ədəmi-meyl» (49, 15).  
Müsəlmanların maariflənməsi üçün bütün mümkün vasitələrə 
əl  atan  Məhəmməd  Əmin,  bu  məqsədlə  islam  dinindən  də 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
89 
misallar  gətirir:  "Qardaşlar!  Gəlin  hamımız  birdən  himmət 
edək,  məktəbxanələr  açaq,  cəmiyyəti-xeyriyyələr  təsis  edək, 
füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədis-
şərifi-nəbəvi  varid  olubdur  ki,  füqərayə  əl  tutmaq  insanın 
ömrünü  uzun  eylər.  Budur,  axirət  səvabı  isə  daha  artıq.  Bu 
vaxta bizə lazım və vacibdir ki, himmət edib, elm öyrənməyə 
və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç 
bir nöqsanımız (aradan) götürülməyəcəkdir" (49, 15).  
Ona  görə  də,  islam  dinində  buyurulduğu  kimi,  iki  elm,  -  din 
və tibb elmləri mütləq öyrənilməlidir. Ancaq riyazi elmləri də 
öyrənmək  vacibdir.  Rəsulzadə  yazır:  «Amma  elmi-əbdan 
(bədənə  aid,  bədən  elmi,  yəni  tibb  elmi),  hansı  ki,  məişət  və 
mədəniyyətə  məxsusdur,  onun  təhsili  üçün  minlərcə  məktəb 
vardır. Amma din elmini öyrənməyə demək ki, cəmi Rusiyada 
bir  mədrəsə  tapılmayan  kimidir.  Pəs  himmət  və  qeyrət 
vaxtıdır.  İttifaq  edib,  bir  məktəbxana  bina  eləyin  ki,  ona  da 
ümum  ruhani  deyilə,  hansı  ki,  o  məktəbdən  çıxan  üləmadan 
molla və axundlar təyini lazım olacaqdır. Məlumdur ki, bizim 
üləmalarımızın  əksərinin  ümumi  riyazidən  bilmərrə  xəbərləri 
yoxdur.  Hər  ayinə  üsuli-cədld  ilə  ruhani  mədrəsəmiz  olsa, 
mollalarımız  da  fünuni-hazirəyə  aşina  olub,  həm  özləri 
doğrudan  alim  olarlar,  həm  də  millət  övladlarını 
faydalandırmış olarlar. Bu səadət qapısının açılmasını Qafqaz 
dövlətlərindən,  ələlxüsus  Bakı  milyonçularından  gözləyirik" 
(49,  16).  Rəsulzadə  fikirlərini  davam  etdirərək  yazır:  «Artıq 
dayanmaq  zamanı  deyildir,  bir  an  əvvəl  kənd  məktəblərini 
çoxaltmağa  çalışmalı,  məktəbsiz  bir  kənd  buraxılmamalıdr!» 
(66). 
Rəsulzadə  əhalinin  maariflənməsində  müəllimlərin  mühüm 
rolunu  dərk  edir  və  onların  Gəncədə  toplantı  keçirmək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
90 
90 
istəməsini alqışlayır, buna mane olanları sosial-demokrat kimi 
sərt şəkildə tənqid edirdi. Qeyd edək ki,  müəllimlərin 1907-ci 
ildə  Gəncədə  reallaşması  nəzərdə  tutulan  toplantı  mollaların, 
müftilərin və bəzi varlıların təxribatı nəticəsində baş tutmamış 
və  yenidən  Bakıda  keçirilməsinə  səbəb  olmuşdu.  Rəsulzadə 
fitnəkarların  camaatın  ayılmasından  qorxduğunu  və  bu 
səbəbdən  "müəllimlərin  syezdə  dair  proqramdan  türk 
əlifbasına  və  müəllimlərə  dair  bir-iki  fəsli  götürüb,  cəmaət 
arasında  fitnəbazlığa"  başladıqlarını  yazır.  Müəllimlərin 
toplantı  keçirməsindən  əndişəyə  düşənləri  Rəsulzadə  sərt 
şəkildə  tənqid  edir  və  onları  Gəncədə  baş  verən  hadisələrə 
görə  sevinməməyə  çağırır:  ""Müəllimlər  ictimai  öldü"-deyə 
müftilər  sevinirlər,  bayram  ediyorlar!…  "Nicat"  cəmiyyəti-
xeyriyyəsi  çalışıb,  ikinci  müəllimlər  ictimainin  Bakıda 
keçirilməsinə izn alıyor… Qoy mütərrəqi müəllimlər millətin 
təmini-istiqbalına  binaye-əsl  olan  ünas  məsələsini  müzakirə 
edib,  arvadların  əsrlər  boyu  kənara  çıxa  bilmədiyi  məişətdən 
qurtarıb, insanlıq cərgəsinə daxil olmaq yoluna əvvəlincə yol 
olan  təlimi  -nisvanə  bir  sərancam  qoysunlar,  bu  xüsusda 
müttəhidül-qövl  olub,  taifeyi-nisvanın  hürriyyəti  və  mərifəti 
uğrunda  fədakarlığa  girişib,  ictimain  qətnaməsi  ilə  hər  bir 
müəllimin  mənəvi  borcu  olsun  ki,  bu  fikri  təslim  və  nəşr 
eləsin.  Müsəlman  qızlarına  məxsus  məktəblərin  açılmasına 
çalışsın"    (49,  142).  Rəsulzadənin  belə  bir  məsələni,  yəni 
qadınların  məişət  çərçivəsindən  kənara  çıxıb,  onların  da 
məktəbdə  təhsil  almasını  gündəmə  gətirməsi,  o  dövrün 
şəraitincə  qəhrəmanlığa  bərabər  idi.  Çünki  belə  əqidəli 
insanları qatı dindarlar daşa basır, edamına fitva verir, qoçular 
isə  muzdla,  bu  işi  həyata  keçirirdilər.  Bunu,  bilə-bilə 
Rəsulzadənin  toplantı  ərəfəsində  belə  bir  məsələ  ilə  bağlı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə