MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə29/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
91 
məqalə  yazması  qəhrəmanlıq  idi:  "Haydı  müəllim  qardaşlar! 
Himmət ediniz, burası camaat işidir, səmimiyyət istər, qeyrət 
tələb edər. Camaatımızın ehtiyacı çoxdur. Bir çox ehtiyacın da 
fəqət  neçə  illətin  rəf  olması  ilə  izaləsi  mühəqqəqdir.  Hər  bir 
camaat,  taifə və millət üçün mədəni bir əhəmiyyəti olan milli 
ibtidai məktəblərin idarəsi və tədrisini öylə bir surətə qoymağa 
çalışın  ki,  oralardan  çıxan  mütəəlimin  haman  kəsb  elədiyi 
elmlər  bərəkətindən  zəmanəmizdə  mövcud  üsuli-məişətdən 
bəhrədar ola bilsin. Çalışın ki, camaat məktəblərini aldığı ada 
layiq  edəsiniz.  Çalışın  ki,  camaatı  təhlükəyə  salan  bəzi 
hissiyyat,  onu  qəflətdə  saxlayan  mövhumat  və  bunlara 
meydan  açan  üsuli-tədris  və  təlim  bilmərrə  məktəblərdən 
qovulsun!" (49, 143). 
Müəllimləri himmətə çağırmaqla kifayətlənməyən Rəsulzadə, 
sosial-demokrat  kimi  çarizmin  onu  həbsxanalara  sala 
biləcəyindən,  öldürəcəyindən  qoruxmayaraq  öz  sözünü 
varlılara,  ağalara  da  deyir.  Rəsulzadə  onlardan  xahiş  deyil, 
tələb  edir  ki,  evlərində  işlətdikləri  quluqçuları,  nökərləri  bir 
gün azad buraxsınlar ki, gəlib "Cümə məktəbi"ndə elm, təhsil 
öyrənsinlər:  "Ey  sahibi  qüdrət  olan  sərmayədar,  ağalar! 
Haqqınız olmasın ki, islamiyyət üzrə qərar qoyulan həftə tətili 
cümə günündə öz əlaltılarınızı elm təhsil etmək kimi nəticəsi 
xüsusi  deyil,  ümumi  olan  təşəbbüsatadan  məhrum  edəsiniz. 
Himmətə gəlin, ey cümə günü bir-iki saat ilə cümə məktəbinə 
kömək  eləməyə  imkanı  olan  ərbabi-elm  və  mərifət!"  (49, 
176). 
Mütəfəkkir «Ehtiyac nəyədir?» məqaləsini isə gecə kurslarının 
açılmasına və onun əhəmiyyətinə həsr etmişdir. Rəsulzadə hər 
vasitə ilə müsəlmanların maariflənməsinə çalışır, bunun üçün, 
əlindən nə gəlirsə edir: "Cəmaətimiz, xüsusilə avam dediyimiz 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
92 
92 
fəhlə  və  işçi  əhalimizin  nə  dərəcədə  böyük  bir  fanatik  olub 
bilümum  tazə  elmlərə,  xüsusən  rus  dili  təliminə  düşmən 
olduğu, rus dərsinə gedən və rusca oxuyanları tən (vurma) və 
lən  (lənət)  daşı  ilə  daşqalaq  etdiyi  hamımıza  məlumdur! 
Madam ki,  cəmaətimiz  əsl  həyat  və məişət  keçirməyin nədən 
ibarət olduğunu bilmiyor, nə də ki, dövrəsini almış olan elm, 
mədəniyyət  və  mafihasından  xəbərsiz  idi,  bu  təəssüb,  bu 
cəhlində qaim durub həmişə "küfr-süvar" idi. İndi isə övzayi-
aləm  dəyişib,  müsəlman  aləminin  "təkfir"  dövrünün  məhvi 
yaxınlaşıb,  o təəssübü -  cahilanə, o kor-koranə təqlid günləri 
meydandan çəkilib, guşeyi-nisyanə atılmağa başlamışdır» (49, 
268-269).  Rəsulzadə  indiyə  qədər  dünyanı  fani  bilən  və 
yuxulu  kimi  hərəkət  edən  müsəlmanın  ayılıb  da  özünü, 
ətrafında  baş  verənləri,  real  dünyanı  dərk  etməsini  vacib 
saymışdı.  Müsəlman  ayılanda  görüb  ki,  dünya  təkcə  fani 
deyil,  həm  də  baqidir:  «Bu  həqiqəti  görər-görməz,  keçmişdə 
onu  iğfal  edənlərə  lənətxan  olduğu  bir  hal  ilə  meydana  atılar 
və bu meydanda mübarizə etməyə əvvəlinci dərəcə lazım olan 
elm  əsləhəsinə  daraq  olmaq  istəyir…  İndi  böyük  ehtiyac, 
uşaqlıqda  təlim  vaxtı  ötüb  müxtəlif  cəhətlərlə  "əsləhəsiz" 
qalmış  olanları  elmi  əvvəliyyə  və  ibtidaiyyə  ilə  müsəlləh 
etməyədir.  Burasını  nəzərə  alaraq    «Nicat»  maarif  cəmiyyəti 
hüququnu və nə edəcəyini qanmış olan avam cəmaətimizə bir 
mənəvi  kömək  olmaq  üzrə,  gecə  dərsləri  açmağa  qərar 
vermişdi» (49, 269- 270). 
Bir müddət sonra gecə kurslarına baş çəkən Rəsulzadə gəldiyi 
nəticələri  oxucuları  ilə  də  bölüşmüşdü:  «Müəllimlərdə  olan 
həvəs,  iqtidar,  səy  fərəhimi  artırdı,  ibraz  etdirdikləri  himmət 
mövcibi-şükranım  oldu.  Bir  ayın  ərzində  türkcədə  bir  kəlmə 
bilməyən  bisavadlar,  indi  rəvan-rəvan  oxuyub  gediyor, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
93 
yazıyorlar.  Ruscadan  on  altı  hərf  keçmiş  və  keçdiklərini  tam 
qanmışlardır. Hesabdan əmali-ərbəədən üçüncüsü olan zərb də 
edilir...  Xülasə,  müəllimlərin  səyi,  qulaq  asanları  öyrətməkdə 
ibraz etdikləri diqqətləri layiqi-təhsindir. İnsana gözəl bir əsər 
bəxş  ediyor…  Millətini  sevən  ərbabi-həmiyyətdən  bu  gözəl 
binaya  maddən  və  mənən  yardım  etməklə  davamına  səbəb 
olmaları  rica  olunur.  Böylə  bir  dərslərin  verə  biləcək 
mənfəətlərini ayrı-ayrı saymaq nəzərimizcə bicadır» (49, 290-
291).  
M.Ə.Rəsulzadə  «Yerli  məktəblər»  məqaləsində  isə  Qafqazın 
nahiyyə  maarif  müdirinin  göstərişinə  diqqəti  çəkir.  Həmin 
göstərişə  görə  dövlətin  xəzinəsi  hesabına  oxuyan  uşaqlara 
məktəblərdə məhəlli dillərdən biri öyrədilməlidir, əks təqdirdə 
həmin  uşaq  xəzinə  pulundan  məhrum  olacaq.  Yerli 
məktəblərdə rəsmi şəkildə ana dilinin tədrisinin tərəfdarı kimi 
çıxış  edən  Rəsulzadə  çarizmin  indi  belə  bir  addım  atmasını 
səbəbsiz  hesab  etməsə  də,  bütün  hallarda  bunu  müsbət 
dəyərləndirmişdi: "Bunun səbəbi nədir? Bu qədər qeydsizliyə 
məzhər  olan  "ana  dili"  birdən  nə  oldu  ki,  bu  dərəcədə  əziz 
oldu?  İştə  sual.  Maraqlı  olan  bu  sualın  cavabını  axırıncı 
vaxtlarda  yerli  əhalisi  arasında  oyanmış  həvasi-tərəqqiyyi-
milliyyədə  aramalıdır.  Axırkı  vaxtlarda  bütün  Qafqaz 
pişrovlarını  (qabaqcıllarının)-erməni  olsun,  müsəlman  olsun, 
gürcü  və  digəri  olsun,  hamının  istədikləri  əhalinin  milli 
ehtiyaclarına  etina  olunmaq  tələbləri  deyilmidir?  Həmişə 
"bizə  dilimizi  qanan  hakimilər  verin",  "bizi  bizim  dilimizi, 
adətimizi, rəftar və kirdarımızı bilən amirlər vasitəsi ilə idarə 
edin",  "cəmaət  üçün  açılan  mərizxanə,  əczəxana  və  qeyri  bu 
kimi  müəssisələrdə  cəmaətin  dərdini,  çox  dəfə  bisavad  olan 
mütərcimlər vasitəsilə deyil, vasitəsiz anlayıb bilən məmurlar 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə