MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə37/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
115 
layiqli  nümayəndəsi?  Bəlkə  bunların  xahişi  budur  ki, 
Daşnaksutyunu puç etsinlər…» 
Yenə  köhnə  zurna!  Hər  vaxt  bir  kəs  daşnaksutyunçulara 
müqabil  durar  isə,  o  saət  daşnaksutyunçuların  nəzərində 
Sultan  Həmid,  panislamizm  və  müsəlman  feodalizmi 
mücəssəm  oluyor.  Əcəba,  «Alik»  haradan  duydu  ki,  biz 
panislamistik,  yainki  feodalist.  Məhz  ondan  ötrümü  ki, 
daşnaksutyunun  əleyhinə  qələm  sürmüşük?!  Böylə  isə 
«Alik»in  məntiqinə  görə  «Kayts»,  «Mışak»,  «Turudovaya 
jizn»  panislamizmin  orqanları  olub,  «Hnçakstlər»  Sultan 
Həmidin  agentləridir.  Bu  beləmi?  Əzizim  qare  (oxucu),  niyə 
gülürsünüz?  "Alik"in  məntiqinəmi?  -  Xeyr  əfəndim,  burada 
bir  təəccüb  yeri  yoxdur,  türkdə  məsəldir:  "Aşığın  sözü 
qurtaranda yarım, yarım çağırar""(58).  
Rəsulzadə  erməni  milləti  ilə  «Daşnaksutyun»u  bir-birindən 
fərqləndirən  zaman,  həm  dövrün  reallıqlarından,  həm  də 
bəşəri  prinsiplərdən  çıxış  etmişdir.  Eyni  zamanda  Rəsulzadə 
erməni vəhşiliyini daha dərindən dərk etmədiyi üçün, əvvəllər 
erməni  xalqı  ilə,  erməni  daşnaklarını  bir-birindən 
fərqləndirirdi.  Əslində  isə  erməni  daşnakları  ilə  erməni 
millətinin  heç  bir  fərqi  yoxdur.  Bu  mənada  "Alik"  haqlı 
saymaq  olar.  Ermənilərin  bir  millət  kimi  vəhşliyi,  nadanlığı, 
riyakarlığı  ötən  əsrdə  dəfələrlə  sübut  olunmuş  və  türklər,  o 
cümlədən Azərbaycan türkləri bunun, dəfələrlə şahidi olublar. 
Rəsulzadə  isə  bu  dövrdə  erməni  millətindən  daha  çox, 
daşnakların,  onların  təmsil  olunduğu  Daşnaksutyunun  iç 
üzünü  açıb  ortaya  qoyur.  «Rus  mətbuatı»  məqaləsində 
daşnaksutyunçuların  sosial-demokrat  pərdəsi  altında  riyakar 
əməllərinə  toxunan  və  bu  zaman  ədalətsizliyə  yol  verməmək 
niyyəti  ilə  Rəsulzadə  yazır  ki,  erməni  daşnakları  ilə, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
116 
116 
müsəlman  "daşnaklar"ı  arasında  heç  bir  fərq  yoxdur: 
""Daşnaksutyun"  sözü  müsəlman  külliyyəti  üçün  dava  rəmzi 
olmuşdur  və  onlar  da  öz  məişətlərinə  bir  müsəlman 
"daşnaksutyunu"  çağırmışlar.  Bizlərə  bu,  yainki  o  biri 
Daşnaksutyun  ilə,  daha  artıq  birinə  qoşulub  o  birinin  əksinə 
getmək  yaramaz.  Biz  gərək  onlar  ilə  kəmali-ciddiyyət  ilə 
müqabilə edək. Hər iki millətin aqilanə təsəvvür ilə gözlənən 
mənafeyi  bunu  təqdir  ediyor  ki,  cümlə  cəmaətdə  biz  ilə 
bərabər bu və ya o biri "Daşnaksutyun" rəfinə çalışmasın. İstər 
erməni daşnaksutyunu ola, istərsə də müsəlman" (49, s.110). 
Rəsulzadə erməni vəhşiliyinə, onların yalançı sosial-demokrat 
olmalarına  Təbrizdə  və  Tehranda  yazdığı  məqalələrində  də 
toxunur.  Ancaq  bu  zaman  Rəsulzadə  yalnız  erməni 
daşnaklarının  deyil,  bütün  erməni  millətinin  riyakarlığından 
yazır:  "Siz  elə  bilirsiniz  bu  hərzə  ermənilər…  börkləri  yanıb 
bizdən  ötrü  İrana  hürriyyət  almağa  gəlmişlər.  Vallah  İran 
milləti sonra biləcəkdir ki, kimdir onun dostu və kimdir onun 
düşməni…  İran  millətindən  əmin  bir  millət  yoxdur.  Bu  cür 
şeytanlar aralığı pozub, öz ciblərini doldurmaq üçün bunların 
məişətinə zəhər qatıyorlar" (29, 230). 
Əvvəllər  erməni-müsəlman  münaqişəsində  çarizmi  günahkar 
hesab  edən  Rəsulzadə  Təbrizdə  ermənilərin  gördüyü  işlərdən 
daha  çox  heyrət  edir  və  bunu,  erməni  millətçiliyi,  vəhşiliyi 
kimi  qəbul  edir.  Təbrizdə  ermənilərə  aid  bir  bağda 
müsəlmanlara  olan  münasibətdən  təəccüblənən,  yəni 
müsəlmanların 
bu 
bağda 
istirahət 
edə 
bilməsinin 
mümkünsüzlüyünü  onların  dilindən  eşidəndə,  bunu,  vəhşilik 
kimi  dəyərləndirən  Rəsulzadə  yazır:  "Müsəlmanı  bağdan 
çıxarmaq üçün həmin türkcə danışmaq bilən ermənilərin rusca 
danışmağı  biləni  axtarmağa  nə  ehtiyacı  var  idi,  bilmirəm. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
117 
Bəlkə  belə  vaxtlarda  rusca  danışmaq  dəxi  vəhşiyanə 
məramnamələrin  bir fəsli-mühümmüdür?  
–  Bu  vəhşilik,  bədəvilikdir,  -  deyə  etiraz  edib,  belə  bir 
cəmiyyətə də, bağa da tüpürdüm…. 
Mən  əhvalatı  yoldaşlarıma  hali  edincə,  onlar  da  tüpürüb 
etirazkarcasına bir surətdə bağı tərk etdik. Və əslində erməni 
məktəbinin  müəllimi  olan  yuxarıda  deyilən  məmur  əfəndiyə 
dəxi  bir  neçə  acı  danlaqda  bulunub  bağdan  çıxdıq.  Amma 
insanların  bu  dərəcə  vəhşi  millətçiliyə,  rəzil  fanatizmə,  əclaf 
köləliyə,  duz-çörəyə  alçaqcasına  haram  qatdıqlarına  heyf 
etdik" (49, s.378).  
Ermənilərin  barbar,  vəhşi  hərəkətini  Rəsulzadə  belə 
dəyərləndirir:  «Millətçilik!  İnsan  insanlar  əvəzindən  utanır, 
xəcalət  çəkir!  Belə  bir  qayda  xüsusunda  bundan  artıq  tənqid 
də  bulub,  belə  bir  rəftardan  nə  kimi  şeylər  törənə  biləcəyini 
ədavət  saxlayan  mədəni  oxucuların,  ələlxüsus,  internasyonal 
ermənilərin  nəzər-diqqətlərinə  həvalə  edirəm.  Özüm  isə  belə 
bir  təəccüblü  boykotçuluğu  qəribə  bir  vəhşilik  hesab 
etməkdən  başqa  bir  şey  bilmirəm!!!  Millətçiliyin  bu 
dərəcəsinə çıxmaq, haman o milləti bərbad etməkdir!» (73). 
İranda  qanunsuzluq  hökm  sürdüyü  bir  zamanda  ermənilərin 
özü  üçün,  belə  bir  şərait  yaratması,  üstəlik  müsəlmanlara 
onlara  aid  bağlara  daxil  olmağa,  istirahət  etməyə  qadağa 
qoyması 
həm 
ermənilərin 
vəhşiliyindən, 
həm 
də 
müsəlmanların cəhalətindən, İranın biçarəliyindən xəbər verir. 
Rəsulzadə  erməni  məkrliyinə  sonralar  da  toxunur.  1913-cü 
ildə "İqbal" qəzetində yazdığı məqalələrinin birində Rəsulzadə 
yazır  ki,  indi  də  ermənilər  Türkiyə  üçün  bəlaya  çevrilib: 
"Nədir  bu  erməni  məsələsi?  Bu  hər  şeydən  əvvəl  bir  ərazi 
məsələsidir…  Heç  bir  vilayətdə  orasına  Ermənistan 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə