MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə39/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
121 
İranda  hürriyyətin  baş  verməsinə  heç  kəsin  inanmadığını, 
"çoxları, bu millət öldü dəxi dirilməz" deyib, - durduğu fikrini 
vurğulayan Rəsulzadə qeyd edir ki, əslində İran xalqlarına bu 
cür  yanaşmaq  düzgün  deyil.  Rəsulzadə  yazır  ki,  İrandakı 
hürriyyət  çar  Rusiyasındakı  hürriyyətə  bənzəməsə  də, 
Rusiyanın hürriyyəti, sərbəst və azadlığı kimi olmasa da, yenə 
də  millətin  inkişafına  doğru  bir  addımdır.  M.Ə.Rəsulzadə 
İranda  da  inqilabın  baş  verdiyini,  ancaq  çar  Rusiyasından 
fərqli  olaraq  pərakəndə  şəkildə  olduğunu  göstərir.  Rəsulzadə 
İran inqilabçılarını məqsədləri uğrunda mübarizəni axıra qədər 
davam etməyə çağırır. 
İranda həyatın ölmədiyini, İranın tamamilə viran qalmadığını, 
burada  da  sinfi  mübarizənin  getdyini  əsaslandırmağa  çalışan 
Rəsulzadə "İranda inqilab" adlı məqaləsində yazırdı ki, Rusiya 
inqilabı  iranlıları  da  ayıltmağa  başlayıb:  "Rusiya  inqilabının 
cəmi 
aləmləri 
titrədən 
bir 
zərbeyi-iqtisadiyyə 
və 
siyasiyyəsinin  bərəkətindən  iranlılar  da  ayılmağa  başladılar. 
Başladılar da qəribə bir sürət, əcibə bir himmət ilə iş görməyə 
təvəssül etdilər" (49, s.48). 
Rəsulzadə  Rusiya  və  İran  inqilablarının  oxşar  və  fərqli 
cəhətlərinə də toxunur: "Rusiya inqilabının İran inqilabı ilə bir 
çox  oxşarlığı  varsa  da,  böyük  bir  təxəllüfi  də  vardır  ki,  o  da 
İran  inqilabınnı  başında  ruhani  qisminin  olmasıdır.  Görünür 
ki,  islamiyyəti  abad  edən  də  mollalar  olacaqlar  -  deyilmi?" 
(49,  s.49).  Rəsulzadənin  bu  iki  ölkədə  baş  verən  inqilaba 
verdiyi  dolğun,  dürüst  qiymət,  İranda  ruhanilərin  inqilaba 
başçılıq  etməsi  ilə  bağlı  söylədiyi  fikir,  olduqca  maraqlıdır. 
İslam  dininə  bağlılığına  baxmayraq,  İranda  inqilaba 
ruhanilərin  başçılıq  etməsinə  və  mollaların  islamiyyəti  abad 
etməsinə  sualla  yanaşan  Rəsulzadənin  bu  məsələdə,  ruhani 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
122 
122 
inqilabçılara  etimadsızlığı  hiss  olunur.  Ancaq  Rəsulzadə  bu 
dövrdə  bunu,  İran  üçün  məqbul  variant  kimi  qəbul  edir  və 
Allahın  da  iranllı  inqilabçılarla  bir  yerdə  olduğunu  deyir: 
"Haydı iranlı qardaşlar,  yeriyiniz,  yeriyiniz də heç bir şeydən 
vahimə  etməyiniz.    Allah  cəmaət  ilədir.  Bərkət  də 
cəmaətdədir. Cəmaət öylə bir qüvvədir (müttəhid olsa) ki, heç 
bir maneə  və işavıllıq qabağında dayanmayıb, tutduğu yol ilə 
gedəcək,    gedib  də  sərmənzilə  yetişəcəkdir.  Ey  iranlı 
qardaşlar, meydani-mübarizəyə qədəm qoydunuz, cəhl ilə əql 
müqabilə  etdi.  Bir  az  da  cürət  ediniz.  Bir  az  da  ibrət.  Ta 
hürriyyət işi həll olunub, İran və iranlılar səadətmənd olsunlar. 
Rusiya  hökumətinin  istibdad  və  zülmü  altında  inləyən 
hürriyyətpərəstlər  adından  İran  hürriyyətpərəstlərinin  bu 
əvvəlinci  qədəmləri  münasibətilə  təbrik  edib  deyiriz  ki,  ey 
hürriyyət yolunda çalışan iranlılar, başladığınız işdə möhkəm 
durunuz!  Füqəra  və  məsakin  xanların,  vəzirlərin  icbaranə  və 
qəddaranələrindən qurtarmaq üçün candan, maldan müzayiqə 
etməyiniz,  var  olunuz,  sağ  olunuz  yoldaşlar!  İştə  burada  bir 
arzu:  Neçə  vaxt  bundan  iləri  hürriyyət  gününün  tüluini  İran 
üfüqündən  görəcəyin,  "İranda  hürriyyət"  -  deyə  bir  bənd 
yazdıq.  Şükr  Allaha  ki,  İran  hürriyyətpərvərləri  bizi 
aldatmadılar,  indi  də  "İranda  inqilab"  -  deyə  yazmağa  səbəb 
oldular. İnşallah vaxt gələr "İranda qanuni-əsasi" - naminə bir 
bəndi yazmağa dəxi müvəffəq olarız" (49, s.49-50). 
İrandakı inqilabın Rusiya inqilabından fərqli olaraq başqa bir 
siyasi  rəngdə  olmasını  yaxşı  anlayan  və  bunu,  dəfələrlə 
vurğulayan  Rəsulzadə  ümidini  itirmir  və  İranda  idareyi-
məşrutə elan edilməsini sevinclə qarşılayır. Çar Rusiyasından 
fərqli olaraq İranda qanunların hökumətin deyil, millətin qəbul 
edəcəyini  Rəsulzadə  böyük  bir  iş  adlandırır:  "Bu  günlərdən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
123 
bəri  İran  azad  bir  məmləkət  hesab  olunur.  Azad  məmləkətin 
də  azad  rəiyyətləri  gərək  olsun.  Rəiyyətlər  gərək  öz 
hakimlərinin  əhval  və  vəziyyətlərini  miqyasa  çəkib  hər  vaxt 
gözətçi  olsunlar  kit,  məbadə  qəsbkarlar  hüquqi-milləti  qəsb 
editb,  hürriyyətə  zərər  vurarlar  ki,  məbada  əmirbahadırlar 
yenə də meydan edərlər" (49, s.59). 
Rəsulzadə doğru olaraq qeyd edir ki, İranın qanunlarını qəbul 
edəcək  Məclisi-Millinin  kimlərdən  təşkil  olunması  ən  vacib 
məsələdir:  "İran  qanuni  əsasisi  hələ  məlum  deyil  ki,  nədən 
ibarətdir.  Çünki  onları  təyin  və  aşkar  edən  Məclisi-Milli 
olacaq.  Əgər  Məclisi-Milli  hürriyyətpərəstlərdən  mütəşəkkil 
oldu,  onda  arzu  olunan  bir  surətdə  qanun  əsası  həll  olunub 
qərar  veriləcəkdir.  Yox    əgər  əmirbahadırlar  tərəfdarları  çox 
olub  istibdadxahlar  qələbə  etdilər,  onda  Allah  göstərməsin" 
(49, s.60). 
Rəsulzadə  nə  yolla  olursa-olsun  iranlı  inqilabçıları  geriyə 
çəkilməməyə  çağırır.  Onun  fikrincə,  əsil  mübarizə  iranlı 
inqilabçılar  üçün  bundan  sonra  başlayır:  "Bu  günədək 
əlləşdiniz,  idareyi-məşrutə  qurulmaq  üçün  dəst-xətt  aldınız. 
Əsil işləmək bundan sonradır. Zira indi işləməyib məqsudinizi 
apara bilməzsiniz. Onda sizin hakimləriniz hər bir məşrutə və 
hürriyyətinizi əlinizdən alıb uca səs ilə küll aləmə deyəcəklər 
ki: Biz hürriyyət verdik, lakin millət hazır olmadığı üçün idarə 
edə bilmədi" (49, s.61). 
Rəsulzadə İranda baş qaldıran inqilabın mərkəzində dayanan, 
Səttarxanın  başçılıq  etdiyi  Təbriz  hadisələrinə  yüksək  dəyər 
verir.  O,  İranın  Məclisi-Millisinə  Təbrizdən  olan  millət 
vəkillərinin  qatılmasını  böyük  sevinclə  qeyd  edir:  "Bu 
məşrutiyyət ki, eşidirsiz, bu o məşrutiyyətdir. Üləmayi-həqqə 
qabağa düşüb boyunlarına qanlı kəfən geyib öz canlarını fəda 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə