MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə38/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
118 
118 
dedirdəcək qədər əhalinin əksəriyyətini təşkil edən bir vilayət 
yoxdur.  Bu,  Türkiyə  haqqında  tədqiqatlar  ilə  məşhur  olan 
Avropa müəllifləri tərəfindən də qəbul edilmiş bir həqiqətdir" 
(50, s.193). 
Rəsulzadə  yazır  ki,  ermənilərin  iddia  etdikləri  kimi,  Türkiyə 
Ermənistanı  adlı  bir  anlayış  yoxdur.  Onun  fikrincə  nə 
məntiqən, nə də siyasətcən belə bir anlayış haqqında danışmaq 
mənasızdır.  Sadəcə  ermənilərin  və  başqa  millətlərin  də  sakin 
olduğu  bir  neçə  vilayət  var.  Rəsulzadə  erməni  məkrliyini 
əvvəlcədən görür və bunu, lazımınca dəyərləndirir.  
Ermənilərin türklərə qarşı bəslədikləri nifrətin bir nümunəsini 
də,  1918-ci  illərin  əvvəllərində  Azərbaycan  türklərinə  qarşqı 
törədilmiş  mart  qırğınlarında  bir  daha  şahid  olan  Rəsulzadə, 
artıq  erməni  millətçiliyinin  iç  üzünü  görə  bilmişdi.  Erməni 
daşnaklarının  liderlərindən  biri  olan  Şaumyanın  təhriki  ilə 
başlanan mart qırğınlarında rus bolşeviklərinin yaratdığı "Bakı 
Soveti"  və  "Daşnaksutyun"  Partiyasının  fəalları  birgə  hərəkət 
etmişlər. Leninin imzasıyla göndərilmiş dekreti əldə etdikdən 
sonra, Türkiyə ərazisində muxtariyyət alacağı iştahasına düşən 
Şaumyan və onun daşnakçı silahdaşları açıq-aşkar şəkildə rus 
bolşevikləri  ilə  birgə  hərəkət  etməyə  başlamışdı.  Bununla 
bağlı  Rəsulzadə  yazır:  "Şaumyandakı  bu  vəsiqənin  təsiri  elə 
olmalıdır  ki,  bir  ay  əvvəl  Bakı  bələdiyyəsində  rus  məclisi-
müəssisanını 
dağıdan 
bolşeviklərə 
qarşı 
bombalar, 
metralyozlar  saçan  "Daşnaksutyun"  firqəsi  "Bakı  Soveti"  ilə 
sıx bir rabitəyə və əsgəri bir ittifaqa girmiş oldu. Şaumyanın 
təxt-idarəsində  bulunan  "Bakı  fəhlə  və  əsgəri  soveti"  erməni 
alayları  və  "Daşnaksutyun"  firqəsinin  müavinətini  təmin  ilə 
müsəlman təşkilatına qarşı şədid bir xətti-hərkət ittixaz eylədi. 
Gözləri  önündə  sərbəstcə  erməni  alayı  nəfərlərini  görən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
119 
müsəlman  xalqı,  müsəlman  alayının  təşkili  üçün  Tiflisdən 
göndərilən  zabitanın  "sovet"  zabitəsincə  tovqif  edildiyinə 
şahid  olunca,  bittəb  qələyanə  gəliyordu.  Bu  surətlə  gündən-
günə  çoxalan  yandırım  (məvaddi-ehraqiyyə)  nəhayət,  bir 
fəsad qığılcımı ilə tutduşdu; və 1918 sənəsi martın 17-dən 21-
nə qədər davam edən qanlı mart hadisələrinə səbəb oldu" (46, 
s.33). 
Rəsulzadə  erməni  daşnaklarını  və  rus  bolşeviklərinin  təkcə 
Bakıda  10  000  (on  min)  müsəlmanı  qətlə  yetirdiyiyni  yazır: 
"Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı 
əməliyyatları  Bakıda  da  tətbiq  ediyorlardı.  Fəhlə  və  füqəra 
hakimiyyəti  naminə  "Müsavat  firqəsi  ilə  "Milli  Müsəlman 
Şurasına"  elani-hərb  edən  "Bakı  Soveti"  erməni  alayları  ilə 
birlikdə  10  000  (on  min)  qərib  müsəlman  qətl  etdi.  Qətl 
edilənlər  miyanında  əksəri  əmələ  və  füqara  sinfindən  olmaq 
üzrə  minlərcə  qadın,  cocuq  və  silah  daşımalarına  imkan 
bulunmayan ixtiyarlar vardı" (46, s.33). 
Rəsulzadə ermənilərin müsəlmanlara qarşı vəhşliyini səbəbini 
isə  belə  izah  etmişdi:  "Bakı  türk  milliyyətpərvərliyinin 
mərkəzi idi. Rus partiyası bulunan bolşevik firqəsi bu mərkəzi 
dağıtmaq  istiyordu.  Bu  xüsusda  o,  Rusiyanın  türklərə  qarşı 
ənənəvi  bir  müttəfiqi  olan  erməniləri  buluyordu.  Həqiqətən 
mart  hadisəsi  əsnasında  vüquə  gələn  qətl,  bir  sinif 
mübarizəsinə  qətiyyən  bənzəmiyordu.  Bu,  hər  hankı  bitərəf 
bir  müşahid  nəzərində  silahi-müdafiədən  məhrum  müsəlman 
xəlqinin  amansız  bir  surətdə  təcizyəsindən  başqa  bir  şey 
deyildir.    Toplar,  metralyozlar,  erməni  əsgərinin  yaylım 
atəşləri,  aeroplanlar  və  limandakı  bəhriyyə  topları  həp 
müsəlman  məhləsinə  tövcih  edilmişdi.  Müsəlman  məhləsinin 
başına od yağdırılıyor, cəhənnəm püskürtülüyordu" (46, s.33). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
120 
120 
Məhəmməd  Əmin  ermənilərin  ikiüzlü,  şovinist,  vəhşi  və  s. 
sifətlərini ictimai-siyasi görüşlərində açmağa çalışmış və xeyli 
dərəcədə də buna nail olmuşdur. 
XX  əsrin  əvvəllərində  Osmanlı  imperiyasında,  İranda  və 
dünyanın 
digər 
ölkələrində 
baş 
verən 
inqilabları 
dəyərləndirərkən  də  Rəsulzadə  sosial-demokrat  əqidəsindən 
çıxış  edib.  Bakı  fəaliyyəti  dövründə  İranda,  Osmanılda  baş 
verən  inqilabi  hadisələri  izləyən,  sonralar  İran  inqilabının 
həyatında  yaxından  iştirak  edən  Rəsulzadə,  qafqazlı 
hürriyyətsevərlərin  bu  məsələlərdə  rolunu  da  xüsusilə 
qabardıb.  Hələ  Bakıda  olarkən  İranda  baş  verənləri  "İran 
işləri"  başlığı  altında  silsilə  məqalələrlə  dəyərləndirən 
Rəsulzadənin  bu  məsələlərdə  açıqfikirli,  azadlıqsevər, 
obyektiv fikirlərini görməmək mümkün deyildir.  
Rəsulzadə  1906-cı  ildə  İranda  baş  verən  inqilabi  hadisələri 
müsbət  qiymətləndirir  və  qısa  bir  zaman  kəsiyində  İranda 
"Ədalətxana"  məclisinin  açılmasını  mühüm  bir  iş  kimi 
dəyərləndirir: "Hürriyyət, azadlıq və sərbəstliyin nə əndazədə 
ziqiymət  olmağına  hər  bir  yerdə  dəlil,  sübut  istəsələr  də 
rusiyalı bir nəfərin cümlə Rusiyanı tutan iğtişaş və ixtilali və 
bu  yolda  tökülən  qanları,  dağılan  xanimanları  görüb  də  dəlil 
istəməsi əqldən kənar, fəhmdən xaric bir şey olduğunu hər kəs 
uca bir səslə şəhadət verib, böylə bir şəxsdən nifrət edəcəkdir. 
Böylə  bir  bahalı,  qiymətli,  iranlıların  mövhumi  kimyaları 
dərəcəsində qiymətdar olan hürriyyət, bir elə hürriyyət ki, onu 
ələ  gətirmək  üçün  Avropa  dövlətlərinin  hamısında  zəhmətlər 
çəkib,  qanlar  töküb,  xanimanlar  dağıdıb,  yüz  illərcə,  min 
illərcə  səy  və  kuşişdən  sonra  hasil  etdikləri  hürriyyəti  İran 
milləti bir cüzi təşəbbüs ilə almağa müvəffəq oldu" (49, s.28). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə