MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə36/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   32   33   34   35   36   37   38   39   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
112 
112 
yaxşılaşdırmaq üçün tətil edib, sair tələbləri ilə bərabər bunu 
da tələb etdilər ki, fabrikaya hər bir millətdən, xüsusən erməni 
millətindən  də  fəhlələr  qəbul  olunsun.  Həmin  bu  tələb  bir 
böyük  mətləbə  sərçeşmə  olub,  həqiqətgüstər  bir  vaqiə  oldu. 
Həmin bu tələb fəhlə sinfi üçün milliyyət, qövmiyyət mövcud 
olmadığını açıqca bildirib, fəhlə sinfinin sülhpərvər olduğunu 
faş  etdi.    Həmin  bu  tələb  bildirdi  ki,  gələcək  sülh  və  səlahın 
rəhni, 
girovu 
həmana 
fəhlə 
sinfinin 
üzviyyəti-
orqanizasiyasıdır. Həmin bu tələb göstərdi ki, sülhün qərarını 
verən,  onu  payəndə  edən  bir  qüvvə  varsa,  o  da    fəhlə 
ictimaiyyun dəstəsidir. 
Həmin  bu  tələb  hər  bir  cəhətcə  geriyə  qalmış  bir  millət 
fəhlələrinin  ki,  adları  bu  vaxtadək  "tətilçilər  ziddi",  "qara 
qüvvə"  ilə  yad  edilirdi.  İbraz  etdikləri  bu  ali  fikir,  bu 
müqəddəs  tələb  mədəni  insaniyyətli  adlanan  bir  millətin 
fəhlələrini və ya doğrusu bir üzviyyətini yada saldı. Əcaba bu 
fəhlələr  hansıdır?  Bu  üzviyyət  nərədədir?  Bu  fəhlələr 
qonşumuz erməni millətinin bir qism fəhlələridir ki, tətil edib 
öz  sahibkarlarına  təklif  etdilər  ki,  müsəlman  fəhlələri 
fabrikadan çıxsınlar" (49, s.50). 
Rəsulzadə ermənilərin bu hərəkətindən dəhşətə gəlir və  yazır 
ki,  bu  cür  milliyyətçilik  heç  bir  əqidəyə  sığışmır. 
Müsəlmanların erməni fəhlələrini işə düzəltmək üçün çalışdığı 
bir  zaman,  erməni  fəhlələrinin  açıq-aşkar  vəhşlik  nümayiş 
etdirməsinə  dözə  bilməyən  Rəsulzadə  yazır:  "Öz  mənafeyini 
layiqincə  fəhm  edən,  marksizm  fikrilə  tərbiyələnmiş  bir 
fəhlədən  böylə  bir  hərəkət  hərgiz  görükməz.  Erməni 
fəhlələrini  bu  işə  vadar  edən  haman  erməni  ictimaiyyun-
ammiyyun 
qəzetəsi 
«Kayts»ın 
yazdığı 
«Sosialist-
Daşnaksutyun firqəsidir». Haman Daşnaksutyun firqəsidir  ki, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
113 
«sağ  olsun  sosializm,  yaşasın  fəhlə  sinfinin  mühafizi 
Daşnaksutyun!»  qışqırdığı  bir  halda  erməni  firmalarından 
müsəlman fəhlələrinin qovulmasına fərman veriyor!!» (57).  
M.Ə.Rəsulzadə bu çıxışı ilə marksizm adı altında pərdələnmiş 
sosial-demokrat  daşnakçıları  tənqid  edirdi  ki,  bu  da  onu 
panislamist  kimi  tanıtdırırdı.  Halbuki  Rəsulzadə  həmin 
məqaləsində  müsəlmanları  müdafiə  etməkdən  daha  çox, 
onların  sadəliyi,  dünyagörüşünün  az  olması  səbəbindən 
ermənilər  tərəfindən  aldadıldığını  göstərmək  istəyirdi.  Eyni 
zamanda o, bu məqaləsində ermənilərin fitnəkarlığını, onların 
yalançı  sosial-demokrat  olmalarını  qeyd  edir:  «Müsəlman  və 
erməni  fəhlələrinin  iki  müxalif  olan  ibrətnüma  əsərləri 
həmana  iki  fikrin,  iki  üzviyyətin  nəşəsidir.  Yəni  erməni 
fəhlələrinin  etdikləri  bu  dəni  iqdam,  sosializm  maskası  ilə 
üzünü  örtmüş,  millətçi  bir  ədna  firqənin  təbliğati-şeytani-
yyəsinin meyvəsidir. Amma müsəlman fəhlələrinin hərəkətləri 
pak,  müqəddəs,  dövriyyəlik  və  vəvasdan  bəri  olan  (azad 
olmaq) fəhlə sinfinin müvizi (kasıb)-mütəəssiranəsindən nəşət 
edən insaniyyətgəranə bir təşəbbüsüdür» (49, s.51). 
Rəsulzadə açıq şəkildə yazır ki, müsəlman fəhlələri sosializm, 
sinfi  mübarizə  uğrunda  çalışdığı  halda,  erməni  daşnakları 
fəhlə  hərəkatına  zərbə  vururlar.  Buna  dözməyən  erməni 
daşnakları  da  öz  qəzetlərində  ("Kayts",  "Hnçak"  və  s.) 
Rəsulzadəni  panislamist  kimi  qələmə  verir  və  onu  sosial-
demokrat  əqidəsinə  xəyanətdə  ittiham  edirdilər.  Yenə  də 
erməni məkrliyi özünü büruzə verirdi. Onu panislamist hesab 
edən  erməni  daşnakları  M.Ə.Rəsulzadənin  azadfikirli 
məqalələrinə  cavab  olaraq  yazırdılar  ki,  müsəlman 
«inteligentlər»in 
məqsədi 
bütün 
erməniləri 
qırmaq, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
114 
114 
"Daşnaksutyunu"  məhv  etməkdir.  Guya,  Rəsulzadə  yazdığı 
məqalələrində panislamist kimi çıxış edib.  
Rəsulzadə  isə  «Daşnaksutyunçuya  rəddiyyə»  məqaləsində, 
onu  tənqid  edən    erməni  «Alik»ə  belə  cavab  yazır:  «Əcəba, 
«Alik»in utanmazlığı gör nə yerə çatıbdır ki, erməni milləti ilə 
Daşnaksutyun  firqəsini  bir  hesab  ediyor.  Bu  firqəni  də  puç 
etmək  fikrinə  düşüb  onun  əleyhinə  fikir  sürənlər  yalnız 
«irşad»çılardır  demək  istiyor.  Nə  qədər  cəsarət,  nə  əndazədə 
həyasızlıq!  Cənab  daşnaksutyunçu,  rus  hökuməti  ilə  rus 
millətini  bir  hesab  etmək  olursa,  Daşnaksutyun  ilə  də 
erməniləri bir hesab etmək olur...  
Qəddar  daşnaksutyunçu  öz  cahil  mütərciminin  səhvinə  düçar 
olub,    müqəddəs  ləfzini  ki,  ictimaiyyun-ammiyyun  əqidəsinə 
təbir  edilmişdir  ki,  müsəlman  fəhlələrinə  məxsus  edib, 
həyasızlığından, 
cəmi 
ictimaiyyun-ammiyyunları 
gop 
vurmaqda  müttəhim  ediyor.  Müttəhim  etmək  istədiyi  yerdə 
biçarə  hiyləgərin  hiyləsi  öz  ayağına  düçar  olub,  köhnə 
böhtançılıq və iftiraguluğunu indi də büruzə verir. Ey həqiqəti 
görmək  istəməyən  qəddar!  Biz  adını  və  müqəddəs  ibarələri 
eşitmişiz,  fəqət  fəhlələrə  deyil,  əqidələrə  təbir  etmişiz,  biz 
Daşnaksutyun  millətçiliyinin  adını  deyib,  ictimaiyyun-
ammiyyun  insaniyyətpərvərliyini  müqəddəs  bəyan  etmişiz. 
Sözün  məzmununu  dəyişib,  sonra  məzəmmət  etməyi  ancaq 
daşnaksutyunçu "Alik" kimi həyasızlar bacararlar. Lap axırda 
«Alik»  bizim  cümlə  fəhlə  sinfi  tərəfdaranasinə  olan 
müraciətimizi dərc edib, Daşnaksutyunun maskası götürülmək 
təklifinə xeyli acığı tutub diyor ki: 
«...Hərgah  məqalə  yazan  sosial-demokrat  cənabın  maskasını 
götürsək,  görərsən  atltından  nə  çıxar?!  Kramolni  (hökumət 
əleyhdarı)  panislamisti,  yainki,  müsəlman  feodalizminin  bir 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə