MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə33/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
103 
möhtacdır»  (50,  s.7).    "İran-no"  qəzetində  nəşr  olunan 
"Mətbuat  azadlığı"  məqaləsində  mətbuat  və  söz  azadlığını 
geniş  şəkildə  şərh  edən  Rəsulzadə  yazır:  "Hər  ölkənin 
mədəniyyətinin  inkişafı  onun  ədəbiyyatının  inkişafı  ilə  bağlı 
olduğu  kimi,  hər  millətin  siyasi  vəziyyəti  də  onun  mətbuat 
azadlığı ilə bağlıdır. O  millət, o məmləkət xoşbəxt və azaddır 
ki,  onların  mətbuatı  xoşbəxt  və  azad  olsun.  Bu  məsələləri 
lazımınca  dərk  edib  anlamaq  istəyiriksə,  onda  gərək  mətbuat 
tarixini  oxuyub  araşdıraq,  onun  vəzifələrini  və  müxtəlif 
vəziyyətlərini  təhlil  edək…  İnsanın  zəkası  və  fəaliyyəti 
həmişə irəliyə və yüksəyə can atır. Yaşayan hər şəxs düşünür, 
daim  irəliləyir, dəyişir,  onu  əhatə  edən  mühitlə təmasda olur. 
İctimai həyat- xarici hadisələr və insanlar arasındakı əlaqədən 
başqa  bir  şey  deyil.  Biz  bir-birimizlə  bağlıyıq,  bir-birimizi 
duyur,  bir-birimizlə  fikir  mübadiləsi  edirik.  Beləliklə,  ictimai 
əlaqə  saxlayıb  ehtiyaclarımızı  ödəyirik...  Mətbuat  ümumi 
məsələlərin yazılı şərhidir,  ümumi mənafeyə xidmət edir, onu 
bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: 
birinci  -  yazmaq,  ikinci  -  ümumi  mənafe,  üçüncü  -  yaymaq. 
Əgər  bunlardan  biri  yoxdursa,  mətbuat  da  yoxdur»  (50,  69-
70). 
M.Ə.Rəsulzadə  milli-demokratik  bir  hökumətdə  mətbuatın 
cəmiyyətdə  yerinə çox yüksək dəyər verir:  «Mətbuat mühüm 
milli  qüvvələrdən  biridir.  O,  milli  iqtidarda  dördüncü  yerdə 
durur. Yəni iqtidarın üç qüvvəsi, birinci -qanunvericilik, ikinci 
- idarəedici, üçüncü - hüquq orqanları. Bundan sonra mətbuat 
gəlir»  (50,  s.70).  Azad  və  ədalətli  mətbuatın  önəmliliyini 
yaxşı  anlayan  Rəsulzadə  yazır  ki,  mətbuatı  hava  kimi  fərz 
etmək  olar:  «O,  hər  gün  insan  zəkasının  məhsulunu  öz 
səhifələrində  dərc  edir.  Bir  millət  ki,  müxtəlif  ümumi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
104 
104 
məsələlərdən  bəhrələnə  bilmir,  o,  öz  təcrübəsi  vasitəsi  ilə  də 
faydalı məlumat əldə edə bilməz… Mətbuat millət fərdlərinin, 
jurnalistlərin  şəxsi  fikirlərini  cəmiyyətə  çatdırandır.  O, 
dövrünün  mədəniyyət  carçısıdır,  öz  dövrü,  başqa  dövrlər 
barədə  lazımi  məlumatı  caamata  çatdıra  bilir.    Bir  və  ya  bir 
neçə nəfərin yeni fikirləri min nüsxələrlə çap olunan mətbuat 
vasitəsilə  ictimaiyyətin  malı  edilir,  yayılır.  Əlbəttə,  yeni 
fikirlər,  səadət  və  həqiqətin  yolunu  kəsən  köhnə  fikirlərlə 
toqquşur. 
İnsanların  ictimai-siyasi  və  iqtisadi  vəziyyəti  yüksək 
səviyyəyə çatdıqda mətbuat daha böyük əhəmiyyət kəsb edir. 
O,  müxtəlif  fikirləri  yaymaqla milləti bütün  siyasi  və iqtisadi 
sahələrdə  məlumatlandırmalı,  məşrutə  dövründə  həmin 
sahələrdəki  bütün  məsələləri  mütləq  millətə  çatdırmalıdır. 
Belələiklə,  mətbuatın  özü  də  siyasi  və  iqtisadi  obyektdir.  O, 
ümumi  siyasi  təşkilatları  təbliğata  dəvət  edən,  ümumiyyə 
icarat  verən,  siyasət  üzərində  nəzarətçi  kütləvi  təbliğat 
vasitəsidir, ictimai fikri həyacana gətirib formalaşdırandır… 
Mətbuat xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun 
görüşlərini  ifadə  edib  yayan  ictimai  nəzarətçidir.  Hökuməti 
nalayiq  işlərdən  çəkindirən,  onun  fəaliyyətini  bir  an  belə 
gözdən qoymayan, ciddi əsaslı tənqidə rəvac verən, nöqsanları 
açıb  göstərən,  hakim  dairələrin  yaramaz  hərəkətlərinin 
qarşısına  dəmir  çəkən  də  mətbuatdır.  Mətbuatın  qayəsi 
məşrutə  hökumətidir…  Bu  mənada  mətbuat  mütləq  və 
müstəqil  iqtidarlardan  üstündür.  O,  görür,  yazır,  göstərir, 
gələcəyə  baxır.  Öz  tənqidi  çıxışları,  mübahisələri  vasitəsilə 
ictimaiyyəti  həyacana  gətirir,  camaatın  təlimini  və  zəkasını 
zənginləşdirir,  eybləri  açır,  xəstəlik  və  yaraları  sağaldıb 
aradan qaldırır" (50, 71-72). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
105 
Hər  bir  millətin  taleyində  və  inkişafında  mətbuatın  yerini 
xüsusilə  önə  çəkən  mütəfəkkir  yazır  ki,  mətbu  sistemi  geniş 
olan millətin zehni, fikri də işıqlı olur: «İnkişaf etmiş millət o 
millətdir  ki,  onun  mətbuatı  azaddır,  ciddidir,  başqalarına 
nisbətən  çoxuna  müyəssər  olandır.  Bilik  və  informasiyanın 
əsas  qaynağı  həyatdır.  Bilik  və  məlumatsız  həyat  əsl  həyat 
deyil, cansızdır, ölüdür. Mətbuat bir müəllim vəzifəsini yerinə 
yetirir.  O,  xalqın  tərbiyəçisidir.  O,  mənəviyyatdan  uzaq  ola 
bilməz.  O,  təmiz  saf  olmalı  əxlaqdan  kənara  çıxmamalıdır, 
kənara  çıxsa,  öz  mənafe  və  məqsədinə  xidmət  edə  bilməz. 
Aşağı səviyyəli  yazı, abırı aparan  yazı, fitnə-fəsadlar törədən 
yazılar  -  bax  bu  cür  əxlaqdan  kənara  çıxışlar  mətbuatı 
hörmətdən salar, əxlaqdan məhrum edər» (50, 72).  
Onun  fikrincə,  mətbuatın  azadlığı  hər  şeydən  önəmlidir: 
«Mətbuat o zaman öz vəzifəsini lazımınca yerinə  yetirə bilər 
ki,  öz  işində  tam  azad  olsun.  Öz  məqsədinə  çatmaq  üçün 
mətbuat  azad  olmalıdır.  Mətbuat  azadlığı  onun  öz  işində  - 
yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam 
azad  olmasından  ibarətdir.  Mətbuatın  işi  insani  fikirləri 
yaymaq,  insanların  fikirlərinin  inkişafını  təkmilləşdirmək, 
mütləqiyyətin  özbaşnalığının  qabağını  almaqdır.  Demək  olar 
ki,  ümumi  inkişaf  və  yüksəlişin  qarşısını  almaqda  mətbuat 
azadlığının  qarşısını  almaqdan  zərərli  heç  nə  yoxdur.  Bu  da 
təbiidir.  Belə  olduqda  mətbuat  öz  təlim-tərbiyə  vəzifəsini 
yerinə  yetirə  bilməz.  Çünki  deməli  olduqlarını  deyə  bilməz, 
yazmalı  olduqlarını  yaza  bilməz  və  öz  məsuliyyətinin 
öhdəsindən gələ bilməz» (50, 75-76). 
O  yazır  ki,  mətbuat  azadlığı  insan  azadlığının  əsas  sütunudur, 
çünki o, əqlin, təfəkkürün əsas qüvvəsidir:  «Onun varlığı ağla 
və səbrə əsaslanan qüvvədir. Mətbuata təzyiq göstərmək və ya 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə