MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
97 
1900-cü 
illərdə  şagirdlərin  az  olmasından,  məktəbə 
getməməsindən,  valideynlərin  bu  məsələyə  biganə  yanaşma-
sından şikayətlənən Rəsulzadə, 1910-cu illərdə əksinə, şagird-
lərin  çoxluğundan  fərhələ  danışır,  əvəzində  isə  müəllimlərin 
çatışmazlığından  bəhs  edir.  Artıq  bu  dövrdə  əsas  problem  
müəllimlərin  sayının  azlığı  və  kifayət  qədər  pedaqoji 
təcrübəyə  malik  olmamaları  idi:  «Artıq  əhalimizi  məktəb 
düşmənliyi  ilə  ittiham  etmək  və  uşaqlarını  məktəbə 
verməməkdən  naşi  məzəmmət  etmək  olmaz.  Əlhəmd  bu  da 
keçdi  və  keçmək  üzrədir.  Demək  ki,  artıq  məktəblərin  mütə-
rəqqi  olması  və  əhaliyə  faydabəxş  ola  bilməsi  üçüun  lazım 
olan əsas şərtlərdən biri «rəğbəti-əhali» cəhətini düşünəcək bir 
halda  deyiliz…  Bir  neçə  il  əvvəlinə  qədər  əhalini  müxtəlif 
vasitələr  ilə  məktəbə  dəvət  etmək  bir  ehtiyaci-mübərəm  idi. 
İndi  buna  lüzum  yoxdur.  Çünki  bir  çox  müraciət  edənləri 
məktəblərdə  yer  olmadığından  qaytarmaq  lazım  gəlir.  Fəqət 
bu gün digər bir ehtiyac müqabilindəyiz. Bu da müəllimsizlik 
ehtiyacıdır» (50, 252).  
Şübhəsiz  ki,  şagirdlərin  məktəblərə  axınında  Rəsulzadənin 
özü  çox  böyük  rol  oynamışdı.  M.Əmin  uşaqların  məktəblərə 
getməsi, təhsil alması, savad, bilik əldə etməsi üçün  yüzlərlə 
məqalə  yazmış,  təmsil  olunduğu  xeyriyyə  cəmiyyətlərində 
müvafiq işlər görmüşdü. İndi isə onu müəllimsizlik problemi 
düşündürür. Daim xalq üçün işləyən, bir an olsun belə vaxtını 
boşa  verməyən  M.Əmin  millətinin  ən  kiçik  problemindən 
tutmuş,  ən  böyük  probleminə  qədər  hər  bir  məsələ  də  can-
başla iş görür. Bir çoxlarından fərqli olaraq Rəsulzadə heç 
vaxt  düşünməmişdir  ki,  hansısa  bir  məsələnin  həllinə 
kimsə  başlasın  və  o,  həmin  insanın  arxasınca  getsin. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
98 
98 
Əksinə,  həmişə,  bir  qayda  olaraq  Rəsulzadəni  ilk 
təşəbbüskar Vətən xadimi, böyük bir ziyalı kimi görürük.  
Müəllimsizlik  probleminin  aradan  qaldırılması  və  pedaqoji 
təcrübəyə  malik  müəllimlərin  yetişməsində  də  Rəsulzadənin 
əməyi  misilsizdir.  O,  hansı  yolla  olursa-olsun  buna,  çarə 
tapmağa  çalışırdı.  M.Əmin  təkcə  mətbuatda  bu  məsələni 
qaldırmaqla  kifayətlənmir,  mütərəqqi  pedaqoji  kadrların 
hazırlanması  üçün  təkliflər  verir,  bir  sıra  xeyriyyə 
təşkilatlarında  işlər  aparırdı.  Məqsədi  şəhər  və  kəndlərdə 
çoxalan  məktəbləri  müəllimlərlə,  özü  də  milli  məfkurəli, 
pedaqoji  təcrübəyə  malik  müəllimlərlə  təmin  etmək  idi.  Belə 
ki,  məktəblərdə  mütərəqqi,  təcrübəli  müəllimlər  dərs  keçməli 
və onlar şagirdlərə rus dili ilə yanaşı, ana dili olan türk dilini 
də  öyrətməlidirlər.  Bunun  üçün  isə  həmin  müəllimlərin  özü 
türk dilini mükkəməl bilməlidir. M.Əmin  yazır:  «Rus-müsəl-
man  məktəbləri  tipindəki  məktəblərə  təyin  olunan  müəl-
limlərin  rusca  ilə  bərabər  türkcə  də  bilmələri  vacibdir. 
Böylələri  də  ələl-məlum  Qori  darülmüəllimin  yetişdirdiyi 
müəllimlərdən  alıyorlar.  Fəqət  təcrübə  ilə  görülimüşdür  ki, 
xaricdə  öz  dilini  öyrənməyib  də  Qori  darülmüəllimininə 
girmiş  olan  tələbə  türkcəni  öyrənməyərək  çıxıyorlar.  Və 
ibtidai  məktəblərdə  ana  dili  öyrətmək  iqtidarına  haiz 
olmuyorlar.  Ona  görə  də  bu  nöqteyi-nəzərdən  rus-müsəlman 
məktəbi-idarəsi böyük bir böhran keçirir» (50, 252).  
Rəsulzadə uzaqgörənliklə yazır ki, əgər şagird vaxtında öz ana 
dili  -  türk  dilində  tədris  almasa,  sonra  onun  üçün  problemlər 
yarancaq:  «Rus-müsəlman  məktəbində  yaxşı  və  əsaslı  bir 
surətdə  türkcə  öyrənilməyəcək  olursa,  artıq  heç  bir  tərəfdə 
öyrənmək imkanı qalmıyor kimidir. Ana dilini öyrənməyib də 
təhsili-ali görən cavanlarımızın sonradan nə kimi bir xiffət və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
99 
məhrumiyyət  içində  qaldıqları  və  nə  kimi  bir  həsrət  və 
məyusiyyət mənəviyyə ilə sıxıldıqlarını təxmin etmək isə çox 
da müşkül deyildir» (50, 253). 
Türk    dilini  öyrənməyin  vacibliyini  qeyd  edən  mütəfəkkir 
yazır  ki,  Bakıda  bununla  bağlı  bir  müəllimlər  məktəbi 
açılmalıdır. Artıq Azərbaycan türkləri Qoridə deyil Bakıda öz 
ana  dillərini  öyrənməli,  ibtidai  məktəblərdə  dərs  deməyə 
tamamilə  hazır  olmalıdırlar.  M.Əmin  yazır:  «Nədən  Bakıda 
bir  darülmüəllimin  olmasın,  nə  üçün  müsəlman  kəndlərində, 
müsəlman  məktəblərində  türk  uşaqlarına  türkcə  dərs  vermək 
üçün hazırlanan müəllimlər, hər bir cəhətlə bu xüsusata yaxın 
və  müvafiq  olan  bir  mərkəzdə  hazırlaşmasınlar  ki, 
öyrəndiklərinin  məhəlli  tətbiqindən  uzaq  bir  nöqtədə 
olsunlar…  Bakıda  müsəlmanlara  məxsus  bir  darülmüəllimin 
açılmasını vacib görüyorum» (50, 322). 
Onun fikrincə, Avropa bu gün göz qamaşdıracaq qədər tərəqqi 
etmiş, 
parlamışsa, 
ancaq 
müəllimləri, 
sənətkarları, 
mütəxəssisləri sayəsində parlaya bilmişdir: «Avropada hər kəs 
edadi  dərəcəsində  ümumi  məlumatlara  olduqdan  sonra  özünə 
müəyyən  bir  bilik  xətti  seçir  və  o  yolda  ixtisas  peyda  edər. 
Avropalı yalnız bir şey öyrənər. Fəqət öyrənmək kimi öyrənər. 
Onu  tamamilə  təkmil  edər.  Halbuki  Şərqdə,  ələlxüsus  biz 
müsəlmanlarda  bu  böylə  deyildir.  Biz  Krılovun  ördəyi  kimi 
dənizdə üzmək, yerdə gəzmək və havada süzmək istəriz. Çox 
peşə  ediriz.  Fəqət  bilgimiz  pis  olur.  Halbuki  avropalılarca 
«çox  peşə,  pis  bilik  nə  hacətdir,  birini  yaxşı  bil  kifayətdir»» 
(50, 341).  
Maarifçiliyi  yaymaqdan  qətiyyən  usanmayan  Rəsulzadə 
yalnız  Azərbaycanda  deyil,  Qafqazda  açılan  hər  bir  ali, 
texniki-peşə  məktəbini  bayram  kimi  qəbul  edirdi.  Tiflisdə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə