www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
97
1900-cü
illərdə şagirdlərin az olmasından, məktəbə
getməməsindən, valideynlərin bu məsələyə biganə yanaşma-
sından şikayətlənən Rəsulzadə, 1910-cu illərdə əksinə, şagird-
lərin çoxluğundan fərhələ danışır, əvəzində isə müəllimlərin
çatışmazlığından bəhs edir. Artıq bu dövrdə əsas problem
müəllimlərin sayının azlığı və kifayət qədər pedaqoji
təcrübəyə malik olmamaları idi: «Artıq əhalimizi məktəb
düşmənliyi ilə ittiham etmək və uşaqlarını məktəbə
verməməkdən naşi məzəmmət etmək olmaz. Əlhəmd bu da
keçdi və keçmək üzrədir. Demək ki, artıq məktəblərin mütə-
rəqqi olması və əhaliyə faydabəxş ola bilməsi üçüun lazım
olan əsas şərtlərdən biri «rəğbəti-əhali» cəhətini düşünəcək bir
halda deyiliz… Bir neçə il əvvəlinə qədər əhalini müxtəlif
vasitələr ilə məktəbə dəvət etmək bir ehtiyaci-mübərəm idi.
İndi buna lüzum yoxdur. Çünki bir çox müraciət edənləri
məktəblərdə yer olmadığından qaytarmaq lazım gəlir. Fəqət
bu gün digər bir ehtiyac müqabilindəyiz. Bu da müəllimsizlik
ehtiyacıdır» (50, 252).
Şübhəsiz ki, şagirdlərin məktəblərə axınında Rəsulzadənin
özü çox böyük rol oynamışdı. M.Əmin uşaqların məktəblərə
getməsi, təhsil alması, savad, bilik əldə etməsi üçün yüzlərlə
məqalə yazmış, təmsil olunduğu xeyriyyə cəmiyyətlərində
müvafiq işlər görmüşdü. İndi isə onu müəllimsizlik problemi
düşündürür. Daim xalq üçün işləyən, bir an olsun belə vaxtını
boşa verməyən M.Əmin millətinin ən kiçik problemindən
tutmuş, ən böyük probleminə qədər hər bir məsələ də can-
başla iş görür. Bir çoxlarından fərqli olaraq Rəsulzadə heç
vaxt düşünməmişdir ki, hansısa bir məsələnin həllinə
kimsə başlasın və o, həmin insanın arxasınca getsin.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
98
98
Əksinə, həmişə, bir qayda olaraq Rəsulzadəni ilk
təşəbbüskar Vətən xadimi, böyük bir ziyalı kimi görürük.
Müəllimsizlik probleminin aradan qaldırılması və pedaqoji
təcrübəyə malik müəllimlərin yetişməsində də Rəsulzadənin
əməyi misilsizdir. O, hansı yolla olursa-olsun buna, çarə
tapmağa çalışırdı. M.Əmin təkcə mətbuatda bu məsələni
qaldırmaqla kifayətlənmir, mütərəqqi pedaqoji kadrların
hazırlanması üçün təkliflər verir, bir sıra xeyriyyə
təşkilatlarında işlər aparırdı. Məqsədi şəhər və kəndlərdə
çoxalan məktəbləri müəllimlərlə, özü də milli məfkurəli,
pedaqoji təcrübəyə malik müəllimlərlə təmin etmək idi. Belə
ki, məktəblərdə mütərəqqi, təcrübəli müəllimlər dərs keçməli
və onlar şagirdlərə rus dili ilə yanaşı, ana dili olan türk dilini
də öyrətməlidirlər. Bunun üçün isə həmin müəllimlərin özü
türk dilini mükkəməl bilməlidir. M.Əmin yazır: «Rus-müsəl-
man məktəbləri tipindəki məktəblərə təyin olunan müəl-
limlərin rusca ilə bərabər türkcə də bilmələri vacibdir.
Böylələri də ələl-məlum Qori darülmüəllimin yetişdirdiyi
müəllimlərdən alıyorlar. Fəqət təcrübə ilə görülimüşdür ki,
xaricdə öz dilini öyrənməyib də Qori darülmüəllimininə
girmiş olan tələbə türkcəni öyrənməyərək çıxıyorlar. Və
ibtidai məktəblərdə ana dili öyrətmək iqtidarına haiz
olmuyorlar. Ona görə də bu nöqteyi-nəzərdən rus-müsəlman
məktəbi-idarəsi böyük bir böhran keçirir» (50, 252).
Rəsulzadə uzaqgörənliklə yazır ki, əgər şagird vaxtında öz ana
dili - türk dilində tədris almasa, sonra onun üçün problemlər
yarancaq: «Rus-müsəlman məktəbində yaxşı və əsaslı bir
surətdə türkcə öyrənilməyəcək olursa, artıq heç bir tərəfdə
öyrənmək imkanı qalmıyor kimidir. Ana dilini öyrənməyib də
təhsili-ali görən cavanlarımızın sonradan nə kimi bir xiffət və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
99
məhrumiyyət içində qaldıqları və nə kimi bir həsrət və
məyusiyyət mənəviyyə ilə sıxıldıqlarını təxmin etmək isə çox
da müşkül deyildir» (50, 253).
Türk dilini öyrənməyin vacibliyini qeyd edən mütəfəkkir
yazır ki, Bakıda bununla bağlı bir müəllimlər məktəbi
açılmalıdır. Artıq Azərbaycan türkləri Qoridə deyil Bakıda öz
ana dillərini öyrənməli, ibtidai məktəblərdə dərs deməyə
tamamilə hazır olmalıdırlar. M.Əmin yazır: «Nədən Bakıda
bir darülmüəllimin olmasın, nə üçün müsəlman kəndlərində,
müsəlman məktəblərində türk uşaqlarına türkcə dərs vermək
üçün hazırlanan müəllimlər, hər bir cəhətlə bu xüsusata yaxın
və müvafiq olan bir mərkəzdə hazırlaşmasınlar ki,
öyrəndiklərinin məhəlli tətbiqindən uzaq bir nöqtədə
olsunlar… Bakıda müsəlmanlara məxsus bir darülmüəllimin
açılmasını vacib görüyorum» (50, 322).
Onun fikrincə, Avropa bu gün göz qamaşdıracaq qədər tərəqqi
etmiş,
parlamışsa,
ancaq
müəllimləri,
sənətkarları,
mütəxəssisləri sayəsində parlaya bilmişdir: «Avropada hər kəs
edadi dərəcəsində ümumi məlumatlara olduqdan sonra özünə
müəyyən bir bilik xətti seçir və o yolda ixtisas peyda edər.
Avropalı yalnız bir şey öyrənər. Fəqət öyrənmək kimi öyrənər.
Onu tamamilə təkmil edər. Halbuki Şərqdə, ələlxüsus biz
müsəlmanlarda bu böylə deyildir. Biz Krılovun ördəyi kimi
dənizdə üzmək, yerdə gəzmək və havada süzmək istəriz. Çox
peşə ediriz. Fəqət bilgimiz pis olur. Halbuki avropalılarca
«çox peşə, pis bilik nə hacətdir, birini yaxşı bil kifayətdir»»
(50, 341).
Maarifçiliyi yaymaqdan qətiyyən usanmayan Rəsulzadə
yalnız Azərbaycanda deyil, Qafqazda açılan hər bir ali,
texniki-peşə məktəbini bayram kimi qəbul edirdi. Tiflisdə
Dostları ilə paylaş: |