MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə32/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
100 
100 
açılan  politexniki  peşə  məktəbinə  də  Rəsulzadə  bu  cür 
yanaşmış, bunun, Bakıda baş verməməsinə isə təəssüf etmişdi: 
«Qafqasiya  politexnikumunun  harada  tikilməsi  haqqında 
Tiflisin  iki  məhəlləsindən  ziyadə  Tiflislə  Bakı  bəhsə  girişsə 
idi daha təbii ədd olunardı.  «Kaspi» qəzetəsinin sərmühərriri 
yazdığı kimi Qafqasiya politexnikumunun ən təbii bir məhəlli 
sənaye  və  texnika  mərkəzi  olan  Bakı  idi»  (50,  347). 
Bütövlükdə  isə  Qafqazda  belə  bir  ali  məktəbin  açılmasını 
Rəsulzadə  ciddi  bir  tərəqqi  kimi  dəyərləndirir:  «Çoxdan 
gözlənilən  arzu  indi  bir  həqiqət  şəklinə  girməkdədir. 
Avropanın bir neçə dövlətlərindən daha böyük bir ölkə təşkil 
edən Qafqasiya artıq ali məktəb yoxluğunun xəcalətindən bir 
dərəcə olsun özünü qurtarmış saya bilər… Artıq  Qafqasiyada 
təhsili-ali  sərih  addımlarla  irəliləyəcəkdir.  Ümid  edək  ki,  bu 
yeni  məbəd  elm  və  fəndən,  müsəlman  tələbələr  daha  çox 
faydalanmış olacaqlar» (50, 347). 
Rəsulzadə hər kəsi bu ali məktəbin varlığından faydalanmağa 
çağırır və dərhal iş başına keçməyi təvəqqə edir. Onun fikrinə 
görə,  hər  bir  kəs  politexnikumun  millətə  gətirəcək  faydasını 
anlamalıdır:  «Bunu  hər  kəs  indidən  anlamalıdır.  Hər  kəsdən 
ziyadə  biz  anlamalıyıq.  Əlimizə  fürsət  keçmişkən  evimizin 
içində  böyük  sənaye  məktəbi  vücuda  gəlmişkən,  ondan  kafi 
dərəcədə  istifadə  etməzsək  sabahımız  o  qədər  parlaq  ola 
bilməz.  Əgər  ondan  lazımi  qədər  istifadə  edəcək  olursaq, 
inanmalıyıq  ki,  ondan  gələcək  fayda  başqalarından  bizim 
hissəmizə  daha  çox  düşəcəkdir.  Çünki  fünuni  məxsusə  ilə 
müsəlləh olduqdan sonra qafqasiyalı bir türk və bir müsəlman 
əlbəttə  Azərbaycanda  açılacaq  saheyi-rəqabətdə  başqalarına 
faiq (üstün – F.Ə.) gələr» (50, 349). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
101 
M.Ə.Rəsulzadə  Bakıda  (1903-1909),  Tehranda  (1909-1911) 
və yenidən Bakıda (1914-1920) nəşr olunan mətbu orqanlarda 
dərc  olunan  məqalələrində  mətbuatın  yaranmasına  (inqilabi, 
dini,  milli  və  s.),  mətbuat  və  söz  azadlığına  böyük  önəm 
vermişdir.  Xüsusilə,  o,  çar  Rusiyasının  qadağası  ilə  türk 
dilində  nəşr  olunan  qəzetlərinin  bağlanması  ilə,  uzun  bir 
fasilədən  sonra  Tiflisdə  türkcə  nəşr  olunmağa  başlayan 
«Şərqi-Rus» qəzetinin yaranmasına çox sevinmişdi: «Şükr və 
min dəfə şükr ki, biz Qafqaz müsəlmanları da bir qəzet sahibi 
olduq.  Allah  millətimiz  arasında  himmətli  şəxsləri  çoxaltsın, 
tainki  bu  cürə  nöqsanlarımız  ki,  həddən  ziyadədir,  yavaş-
yavaş  düzələ.  Həmddən  (şükrdən)  sonra  həmdən  ki,  çox  gec 
də olsa, amma yenə müsəlmanların da asari-tərəqqiləri görün-
ür.  Bu  şərif  qəzetənin  səbəbilə  Allah  bilir  ki,  gələcəkdə  biz 
Qafqaz  müsəlman  əhalisinin  nə  qədər  nöqsanları  aradan 
qalxacaqdır» (49, 14). 
Məhəmməd  Əmin  mətbuatın  xalqın  taleyində  oynadığı  rolu 
görür və özü bu prosesdə çox aktiv şəkildə  iştirak edirdi.  İlk 
məqaləsini  «Şərqi-Rus»  qəzetinə  verən Rəsulzadəni sonralar 
«İrşad»,  «Təkamül»,  «Yoldaş»,    «Hümmət»,  «Həyat», 
«Tərəqqi»,  «İrani-nov»,  «Açıq  söz»,  «Odlu  yurd»,  «Azəri-
Türk»,  «Qurtuluş»  və  başqa  mətbu  orqanlarda  müxbir, 
redaktor vəzifəsində görürük.  
M.Ə.Rəsulzadə 
sosial-demokrat 
prinsiplərinə, 
inqilab 
ideyalarına  xidmət  edən  mətbu  orqanların  yaranmasına  da 
xüsusi diqqət yetirir. «Yeni qəzet» məqaləsində Krımda nəşrə 
başlayan  «Vətən  xadimi»  qəzetinin  məsləkinin  azadlıq 
olmasını  sevinclə  ifadə  edən  Rəsulzadə  yazır:  «İstibdadın 
üfüqü  əhatə  edən  dağları  arxasından  hürriyyət  şəfəqi  görük-
dükcə qəzetlər, jurnallar da çoxalmağa başlayır. İnqilab bulud-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
102 
102 
larından  səpilən  hürriyyət  yağmurları  göbələk  yağışına  misal 
olaraq,  bir  çox  qəzetlərin  birdən-birə  meydana  gəlməsinə 
səbəb  oldu…  İştə  göbələklər  cümləsində  olub  da,  bu  gün 
idarəmizə  «Vətən  xadimi»nin  əvvəlinci  nömrəsi  gəldi… 
Qəzetin məsləki-hürriyyətpərvərlikdir» (49, 43). 
«Vətən xadimi» ilə  yanaşı,  Kazanda nəşr olunmağa başlayan 
«Tan yuldızi» - «Dan ulduzu» qəzetinin də sol yönlü olmasını 
Rəsulzadə  xüsusilə  vurğulayır:  ""Tan  yuldızi"  ən  sol  tərəfdə 
durub, fəhlə (işçi) və kəndistan füqərasının tərəfdarıdır… Qoy 
"Tan  yuldızi"  işıqlanıb,  cümlə  türk  qardaşlarımızın  qəlbinə 
sinfini, özünü tanımaq nuru salsın... Yaşasın "Tan yuldızi"nın 
öhdəsinə götürdüyü ictimaiyyət!" (49, 46). O, "Prizıv" (Dəvət) 
qəzetinin nəşri ilə bağlı "Yeni inqilab xadimi" məqaləsində isə 
yazır:  "Bu  gün  bir  qəzet  nəşr  olunur,  inqilab  tərəfdən  isə, 
həqiqətsevər, ədalət tələb edər isə sabah bağlanar… İştə bizim 
Bakı mətbuatı da yenidən böylə bir mücahid orqanı (vasiteyi-
nəşriyyə)  ilə  sərvətləndi,  əksinqilab  ilə  boğuşanların  qüvvəsi 
artdı.  Yeni  hürriyyət  tərəfdarı,  füqarayi-kasibə  hürriyyəti 
tərəfdarı, inqilabin pişrovu, ictimaiyyun-amiyyun məsləkli bir 
qəzetə nəşrə başladı" (49, s.47). 
Rəsulzadə  daima  öz  üzərində  işləyən,  hər  bir  məqaləsində 
inkişafı  hiss  edilən    mütəfəkkir  kimi,    mətbu  orqanlarının 
yaranmasına  sevincini  gizlətmirdi.  Hər  bir  qəzetin 
yaranmasını Rəsulzadə millətin bayramı, xoşbəxtliyi,  səadəti 
hesab edir və qətiyyən yanılmırdı.  
Rəsulzadə  sosial-demokratiyanın  əsas  prinsiplərindən  olan 
mətbuat,  söz  azadlığına  Təbriz  və  Tehranda  yazdığı 
məqalələrində  də  xüsusi  diqqət  yetirir:  «Qəzet  millətin 
danışan  dilidir.  Bir  millətin  ki,  qəzeti  yoxdur,  elə  bil  ki,  o 
millətin  dili  yoxdur.  Dili  olmayan  (millət)  isə  dilənçi  və 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə