MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə27/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
85 
azadlığına,  sosial-demokrat  prinsiplərinin  təbliğinə,  təşviqinə 
və  s.  məsələlərə  yönəltmişdir.  Rəsulzadənin  ictimai-siyasi 
görüşlərində  mühüm  yer  tutan  bu  məsələləri  qeyd  etmədən, 
araşdırmadan  onun  sosial-demokrat  baxışlarını  öyrənmək 
mümkün olmazdı.  
Qeyd edək ki, 1905-1907-ci illərdə çar Rusiyasında baş verən 
inqilabın,  bunun  nəticəsində  yaranan  azad  mətbuatın 
Rəsulzadə  üzərində  çox  böyük  təsiri  olmuşdu.  Məhəmməd 
Əmin  çar  Rusiyasının  məcburən  verdiyi  nisbi  azadlıqlardan 
istifadə  edərək  öz  millətinin  haqq  səsini  bir  sıra  mətbu 
orqanlarda  qaldırmağa  başladı.  "Bu  surətlə  1905-ci  ildə 
verilən nisbi azadlıq sayəsində milli-mədəni fəaliyyət başladı 
və  Azərbaycanın  fikir  və  bilim  mərkəzi  olan  Bakıda  türkcə 
gündəlik,  həftəlik  və  aylıq  qəzet  və  jurnallar  nəşri  bir-birini 
təqib  etdi.  Başda  Əlimərdan  bəy  Topçubaşov,  Əhməd  bəy 
Ağaoğlu,  Əli  bəy  Hüseynzadə  və  bilavasitə  Azərbaycan 
mətbuatının ağsaqqalı və yaradıcısı Həsən bəy Zərdabi olmaq 
üzrə,  Qərbi  Avropa  mədəniyyəti  məktəbi  keçmiş  milli 
açıqfikirli  ziyallıarın  yaratdıqları  milli  mətbuatda  dəxi  gənc 
Rəsulzadə də iştirak etməyə başladı" (49, 6).  
M.Əmində sosial-demokrat ideologiyasına rəğbət oyadan bəzi 
məsələləri-maarif,  elm,  mədəniyyətin  inkişafı,  məktəblərin 
açılması, mətbuatın yaranması, çar Rusiyası, İran və Osmanlı 
rejimlərinin zülmkar, müstəmləkə siyasəti və bu ölkələrdə baş 
verən inqilabları və s. qeyd etmək zəruridir. 
17-18  yaşlarından  sosial-demokrat  ideologiyasına  meyil 
göstərən,  «Azərbaycanlı  gənc  inqilabçılar  dərnəyi»  yaradan 
Rəsulzadə,  başqa  sosial-demokratlar  kimi  ilk  növbədə 
əhalinin,  o  cümlədən  müsəlmanların-türklərin  maarif-
lənməsinə  xüsusi  diqqət  yetirir.  M.Ə.Rəsulzadə  sosializm 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
86 
86 
prinsiplərinə  uyğun  olaraq  xalqın  savadlanmasını  və 
dünygörüşünün artmasını hər şeydən önəmli sayır. Rəsulzadə 
1950-ci  illərdə  ötən  əsrin  əvvəllərində  baş  verən  hadisələri, 
yaratdığı  dərnəyin  fəaliyyət  istiqamətlərini,  səbəblərini  şərh 
edərək yazır: «Bu dərnək mənsublarının milli hisslərini təhrik 
etmək,  rus  məktəblərində  oxudulmayan  türkcəni  öz-özünə 
irəlilətmək,  yerli  ədiblərin  əsərlərini  oxumaq,  çarlıq  əleyhinə 
yazılmış  ixtilal  şerlərini  əzbərləmək  və  arada-sırada  mətbəə 
üsulu  ilə  basılmış  bəyannamələr  dağıtmaq,  işçilər  arasına 
gedərək  hürriyyət  və  inqilab  fikirlərini  bunların  arasında 
sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu» (45, 13-
14). 
Bu baxımdan Rəsulzadə yalnız sosial-demokrat deyil, həm də 
maarifçi-demokratdır.  Az  qala  hər  bir  məqaləsində  o,  xalqın 
maariflənməsinin zəruriliyindən yazır. Maarifçilik məsələsinə 
Rəsulzadə bütün yaradıcılığı boyu mühüm  yer verir. 1903-cü 
ildə  Tiflisdə  türk  dilində  nəşr  olunan  «Şərqi-Rus»  qəzetində 
çıxan ilk məqaləsində Rəsulzadə böyük sevinc hissi ilə yazır: 
«Qafqaz  müsəlman  əhalisindən  ümumi  və  Bakı  əhlindən 
xüsusi təvəqqə edirəm ki, öz uşaqlarından balaca olan vaxtda 
elm  və  tərbiyə  kəsb  eləməkdən  başqa  bir  şey  məqsəd 
tutmasınlar.  Məsələn,  hər  kəsin  ki,  qüvvəsi  çatır  uşağını 
məktəbə qoymağa məbada-məbada palçıxçı, dükan şagirdi və 
qeyrə və qeyrəyə razı olsun» (49, 14).  
Rəsulzadə o dövrdə maariflənmək və elm öyrənmək üçün  ən 
mühüm  vasitələrdən  biri  kimi  qiraətxanaların  açılmasının 
vacibliyinə  diqqət  yetirir.  Məhəmməd  Əmin  Nəriman 
Nərimanovun  vaxtilə  qiraətxana  açdığını,  ancaq  xalqın 
biganələyi  nəticəsində  bu  işin  yarımçıq  qaldığını  xüsusilə 
qeyd  edir:  «11  il  bundan  əqdəm  millətimiz  uğrunda  şayani-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
87 
təhsini-təşəbbüsdə  bulunan  ədəbiyyat  xadimi  Nəriman  bəy 
Nərimanov  Rusiya  istibdadının  qüvvətli  bir  dövründə 
çalışaraq bir qiraətxana güşadına izn alıb hər bir tərəfdə nəşr 
olunan  islam  qəzetlərini  havi  bir  qiraətxana  açmışdı.  Lakin 
millət bağçasında yeni açmış bu qızılgül millətimizə ariz olan 
xəzan  vasitəsi  ilə  tez  soluxub  bağlanması  güşadinə  müqabil 
olaraq millət dostlarının yaralı ürəyini xəraş etdi» (55). 
Rəsulzadə  bu  dəfə  qiraətxanaların  nəinki  bağlanacağına, 
əksinə  saylarının  artacağına  inanırdı.  Çünki  qiraətxanalar 
vasitəsilə daha çox insan maariflənə və öz milləti üçün xeyirli 
işlər  görə  bilərdi.  Millətimizin  müdrik  oğlu,  sözün  həqqiqi 
mənasında  böyük  vətəndaş  adını  daşmağa  layiq  olan 
Məhəmməd  Əmin  Azərbaycan  türklərinin  maariflənməsi, 
mədəniyyətini  inkişaf  etdirməsi  üçün,  onları  qiraətxanalara 
çağırır:  «Cümlə  millətlər  tərəqqiyə  üz  çevirdilər.  İstibdad  və 
zülmün  inhidaminə  qəsd  etdilər.  Mədəniyyət  yolları  açıldı. 
Aralıqda  tərəqqiyə  sədd  çəkən  bəzi  müaminat  götürüldü. 
Hamısı götürülmədisə də bir cüzi rəf edildi… Bu münasibətilə 
islam  qəzetləri  dəxi  bollandı,  çox  şəhərlərdə  birər  qəzetə, 
jurnal  nəşrinə  iqdam  edildi.  Qəzetlərin  artması  oxucuların 
artmasına  dəlil  olmazmı?  Oxucularımız  varsa  qəzetə 
muştaqları  bol  isə  bir  «oxu»  yeri,  qiraətxana  açılması  təbii 
olmazmı?    Odur  ki,  şəhərimizin  himmətli  və  qeyrətli 
cavanlarından bir firqəsi himmət və qeyrət kəmərini bağlayıb 
Bakıda «Nicat» adında bir qiraətxana açdılar…  
Ey cəmaət, ey millət, ürəfalarla birləşməlisiniz, onlar bir xeyir 
işə iqdam edərlərsə, siz də onlara maddən yardım etməlisiniz! 
Hər kəs təkliyində hər dürlü qəzetlərin hamısını alıb oxumağa, 
hər qism kitabları pul verib mütaliəyə qüdrəti olamaz. Amma 
qiratəxana  vasitəsilə  iki  qəpikdən  keçərək  nə  qədəri  oxumalı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə