MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə26/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
82 
82 
Rus  dilini  zəif  bilir-deyə  menşevik  Vışınski  onu  tənqid  edib. 
Stalin isə Rəsulzadəni müdafiə edib (45, 15-16). 
Özünü  milli  müxalifətin  nümayəndəsi  kimi  təqdim  edən 
Rəsulzadə,  bu  zaman  bir  sıra  məsələlərə  münasibətdə, 
bolşeviklər 
və 
menşeviklərlə 
nisbətdə 
mövqeyinin 
fərqlənməsini  göstərmək  istəmişdi.  Bu,  Vışınski  kimilərin 
xoşuna  gələ  bilməzdi.  Onlara  görə  guya,  fəhlə-kəndli  sinfinə 
aid  olanların  hamısı  millətindən  və  dinindən  asılı  olmayaraq 
«sosial-demokrat»  zümrəsi  idi.  Bu  baxımdan  Rəsulzadə  o 
dövrə müraciət edərkən özünü milli müxalifətin, Bakıdakı bol-
şevik  və  menşevikləri  isə  Rusiya  Sosial-Demokrat  Fəhlə 
Partiyasının nümayəndələri kimi təqdim etmişdir. 
1904-cü  ildə,  RSDFP-nin  Bakı  Komitəsindən  kənarda,  daha 
çox  müsəlmanlarla  bağlı  olan  "Hümmət"  təşkilatının 
yaranmasında  M.Ə.Rəsulzadə  yaxından  iştirak  etmişdi. 
Sosial-demokrat əqidəli "Hümmət" təşkilatında olduğu zaman 
da  M.Ə.Rəsulzadə  yaxşı  dərk  edirdi  ki,  onlarla  birgə 
əməkdaşlıq etmək istəyən Stalin və Vışınski kimləri ilə yolları 
heç vaxt sona qədər bir olmayacaq. Bunu, M.Ə.Rəsulzadənin 
yaxın  silhadaşı  M.Ə.Rəsuloğlu  da  yazdığı  xatirələrində 
təsdiqləmişdir:  «O  tarixlərdə  çar  rejimini  devirmək  üçün 
Qafqaziyada  çalışan  inqilabçı  sosialistlər,  bolşeviklər  və 
menşeviklərlə təmas halında idik. Bu partiyaların üçü də bizi 
öz  tərəflərinə  çəkməyə  çalışırdı,  amma  biz  əsla  yanaşmırdıq. 
Günlərin  bir  günü  Stalin  məni  və  Məhəmməd  Əmin  bəyi 
dəvət etdi və onlarla ittifaq etməmizi istədi. Biz ona bolşevik 
nəzəriyyə və ruhunun məmləkətimizin ruh  və  yaşayış tərzinə 
uyğunlaşmayacağını  söyləyərək  təklifini  rədd  etdik»  (110, 
s.9).  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
83 
M.Ə.Rəsulzadənin  müasiri  olduğu  dövrün  ictimai-siyasi 
həyatında  bir  müddət  sosial-demokrat  kimi  tanınması,  bu 
quruma  bağlılığı  müvəqqəti  idi.  Sosial-demokrat  əqidəsinə 
bağlılıq bir tərəfdən çar Rusiyasına qarşı mübarizədən, başqa 
tərəfdən  isə  bu  ideologiyada  insan  hüquq  və  azadlıqlarının, 
ictimai  bərabərliyin  başlıca  yer  tutması  prinsiplərindən  irəli 
gəlmişdi.  Çağdaş  dövrdə  M.Ə.Rəsulzadənin  elmi-fəlsəfi 
irsinin  tədqiqatçılarından  olan  Müstəqil  Ağayev  yazır:  «Bu 
təlim  gənc  Rəsulzadənin  arzularına,  düşüncə  və  məqsədinə 
çox yaxın və uyğun olduğu üçün onu qəbul etmişdi. Marksist 
təlimin  məzmunu  və  qarşıya  qoyulan  məqsəd  və  vəzifələr 
digər  cərəyan  və  təlimlərə  nisbətən  daha  geniş,  dolğun  və 
ümumbəşri xarakter daşıyırdı. M.Ə.Rəsulzadə tez bir zamanda 
bu təlimin fəal təbliğatçısına çevrildi» (10, 26). 
Rəsulzadənin  əqidə  yoldaşlarından  M.B.Məmmədzadə 
sonralar  yazırdı  ki,  onun  «Hümmət»dəki  fəaliyyəti  bu 
qurumun çağdaşı olduğu mövcud təşkilatlar arasında nisbətən 
milliliyi  olub.  Onun  fikrincə,  M.Ə.Rəsulzadə  «çarizmə  qarşı 
mübarizədə  inqilabçı  sosializmi  ən  sadiq  olmasa  da,  ən 
münasib  bir  müttəfiq,  bir  ortaq  gördüyündən»  (38,  30) 
«Hümmət»də fəaliyyət göstərmişdir. 
Qeyd  edək  ki,  çar  Rusiyasında  milliyyətçilik  öncə  daha  çox 
müsəlman  olmaq  anlamında  ifadə  olunub.  Söhbət  millət 
təəssübkeşliyindən  daha  çox  dini  təəssübkeşlikdən  gedir.  Bir 
qədər də dəqiqləşdirsək deyə bilərik ki, dini təəssübkeşlik elə 
millət  anlamında  başa  düşülüb.  Bu,  sırf  milli  təşkilatların 
formalaşmasına  əngəl  olub.  Nəticədə  Rəsulzadə  kimi  açıq 
fikirli,  ancaq  milli və  dini düşüncəli  ziyalılar  sosial-demokrat 
əqidəli təşkilatlarda fəaliyyət göstərməyə bir qədər də məcbur 
olublar. Ən azı ona görə ki, belə təşkilatlarda müəyyən qədər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
84 
84 
müstəqil  fikirlər  söyləmək  daha  real  idi.  Bu  baxımdan 
M.Ə.Rəsulzadənin  nədən  ilk  dövrlərdə  sosial-demokrat 
əqidəli  insanlarla  bir  yerdə  olmasını  sual  edənlər,  birincisi, 
dövrün  tarixi,  ictimai-siyasi  və  ideoloji  vəziyyətini  nəzərə 
almalıdırlar. 
İkincisi, 
Rəsulzadənin 
sosial-demokrat 
ideologiyasına münasibətində təşəkkül və təkamül proseslərini 
düzgün  dəyərləndirməlidirlər.  Üçüncüsü  isə  Rəsulzadə 
bolşevik sosial-demokratiyanı deyil, marksist sosial-demokrat 
prinsiplərini (ictimai bərabərlik, sosial ədalət, elmi sosializm, 
insan hüquq və azadlıqları və s.) qəbul etmişdir ki, tədqiqat işi 
çərçivəsində də bütün bunlar şərh edilmişdir.  
Mütəfəkkirin  sosial-demokrat  baxışlarının  təşəkkülü  və 
formalaşmasının  ilk  dövrü  Bakı  (1903-1908)    və  Tehrandakı 
(1909-1911)  yaradıcılığına  təsadüf  edir.  Qeyd  edək  ki,  bu 
dövrdə  Rəsulzadə  sosial-demokrat  ideologiyasına  gənc  bir 
inqilabçı, müsəlman (türk) inqilabçısı kimi yanaşmış və onun 
mütərəqqi ideyalarını təbliğ etmişdir. Dövrünün bir sıra mətbu 
orqanlarında  ("Şərqi-Rus",  "Təkamül",    "Dəvət-Qoç", 
"Füyuzat",  "Yoldaş",  "Hümmət",  "İrşad",  "Tərəqqi",  "İrani-
no" və s.) elmi-publisist, tənqidi, maarifpərvər və s. məqalələri 
ilə  çıxış  edən  sosial-demokrat,  islami  sosializm  əqidəli 
Rəsulzadə əsas diqqəti, maariflənməyə, elm öyrənməyə, islam 
dini,  həqqiqi  milliyyət  ilə  sosial-demokrat  prinsiplərinin  bir-
birinə  zidd  olmamasına,  imperiyanın  müstəmləkəçilik 
siyasətinə, hökumətin müsəlmanlarla hüquqsuz vətəndaş kimi 
davranmasına, insanların hürriyyət və azadlıq probleminə, çar 
Rusiyasında,  Osmanlı  dövlətində,  İranda  və  bütövlükdə 
dünyada  kapitalizmə  qarşı  mübarizəyə,  erməni-müsəlman 
münaqişəsinə,  inqilabi  mətbuatın,  inqilabi  dramatrugiyanın 
yaranmasına,  məktəblərin  açılmasına,  mətbuat  və  söz 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə