MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə24/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
75 
göstərməsindən  asılı  olmayaraq,  əsas  məqsədi  Azərbaycanı 
azad  və  milli-demokratik  bir  ölkə  kimi  görmək  olub. 
«Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin 
mənalı  həyatına,  dolğun  yaradıcılığına  bu  gün  ani  bir  nəzər 
salmaqla  biz  Vətənə,  müstəqil  Azərbaycana  sədaqət  timsallı 
böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşürük. Sözsüz ki, bu 
sədaqət,  bu  sevgisi  ilə  o,  Azərbaycan  xalqının  məhəbbətini 
qazanmış  və  qəlblərdə  əbədi  məskən  salmışdır.  Rəsulzadə 
prinsipə sədaqətin, məfkurəyə bağlılığın, səbr və fədakarlığın, 
əzm  və  qüdrətin  timsalı  idi.  20  yaşında  «İnsanlara  hürriyyət, 
millətlərə  istiqlal»  arzusu  ilə  siyasi  həyata  atılmış  Rəsulzadə 
«İnsanlara hürriyyət, millətlərə istiqlal» fikri ilə də 72 yaşında 
həyatla vidalaşdı.  Lakin ömrünün sonuna qədər  bu inam onu 
tərk etmədi» (24, s.20). 
Azərbaycanın sabiq prezidenti H.Əliyev də M.Ə.Rəsulzadənin 
xalqımızın  ictimai-siyasi  və  fəlsəfi  fikir  tarixindəki  yerini 
müsbət  qiymətləndirmişdir:  «1918-ci  il  may  ayının  28-də 
Azərbaycan 
Demokratik 
Respublikasının 
yaranması 
Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir 
demokratik  dövlətin  mövcud  olması  və  müəyyən  qədər 
fəaliyyət  göstərməsi  Azərbaycanın  sonrakı  dövrlərinə  təsir 
edibdir.  Düzdür,  bu  demokratik  respublika  cəmi  23  ay 
fəaliyyət  göstərdi,  sonra  isə  təslim  oldu.  Mən  bu  fikrə  yenə 
qayıdacağam. Biz tariximizi  həmişə obyektiv təhlil etməliyik 
və  bugünkü  nəslə,  gələcək  nəsillərə  düzgün  çatdırmalıyıq. 
Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif 
olunubdur,  indi  də  təhrif  edilir.  Əgər  o  vaxt  bir  istiqamətdə 
təhrif  olunurdusa,  indi  başqa  bir  istiqamətdə  təhrif  edilir. 
Tarixçilərimizin  borcudur  ki,  bu  qüsuru  aradan  götürsünlər. 
Ancaq biz deməliyik ki, demokratik respublika, onun liderləri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
76 
76 
Məmmədəmin  Rəsulzadə,  Fətəli  Xan  Xoyski,  Nəsib  bəy 
Yusifbəyli,  Məmmədhəsən  Hacınski  və  başqaları  çox  böyük 
işlər  görüblər.  Onlar  Azərbaycanı  müstəqil  bir  dövlət  kimi 
dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər» (20, 
153-154).  H.Əliyev  fikrinin  davamı  olaraq  deyir:  «Mən  yenə 
də  deyirəm:  Məmmədəmin  Rəsulzadə  və  onunla  bərabər 
Azərbaycan  Respublikasının  böyük  şəxsiyyətləri  XX  əsrin 
əvvəlində  və  xüsusən  1918-ci  ildə,  Azərbaycan  Demokratik 
Respublikası  qurarkən  böyük  şücaət  göstərmişlər,  böyük  iş 
görmüşlər. Bu, şəksiz-şübhəsizdir» (20, 156).  
M.Ə.Rəsulzadə  yaşının  ilk  dövrlərində  axtarışda  olub.  Bu 
axtarış  isə  onun  tutduğu  yolu  yalnız  daha  da  gücləndirməli, 
əsaslandırmalı  və  dönməz  etməli  idi.  Bu  yolu  isə  çox 
keçməyib  ki,  M.Ə.Rəsulzadə  məhz  islamlaşmaq,  türkləşmək 
və müasirləşmək düsturunda görüb. AXC-nin varlığı M.Ə.Rə-
sulzadənin həyatının və yaradıcılığının ən parlaq nümunəsidir. 
23  aydan  sonra bu  müstəqilliyə  son qoyan  Sovet  Rusiyası  70 
il  bütün  vasitələrdən-repressiyalardan,  kütləvi  qırğınlardan, 
mənəvi  assimilyasiyalardan  və  s.  istifadə  etsə  də,  
Cümhuriyyətin istiqlal odunu söndürə bilmədi. 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
77 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II FƏSİL 
 
M.Ə.RƏSULZADƏNİN İCTİMAİ-SİYASİ 
GÖRÜŞLƏRİNİN TƏŞƏKKÜLÜ VƏ TƏKAMÜLÜ 
 
2.1.  M.Ə.Rəsulzadənin  yaradıcılığında  sosializm  və 
demokratiya ideyaları 
 
M.Ə.Rəsulzadənin  sosial-siyasi  görüşlərinin  təşəkkülü  və 
formalaşmasında  sosial-demokratya (sosializm), islam dini və 
müsavatçılıq  ideologiyası  mühüm  yer  tutur.  İslam  dininə  və 
milli  məfkurəyə  bağlılıq  daha  çox  ailədən,  mühitdən, 
mədəniyyətdən,  dildən,  adət-ənənələrdən  və  s.  irəli  gəlirdisə, 
Rəsulzadədə  sosial-demokrat  əqidəsinə  yaxınlığa,  rəğbətə 
başlıca səbəb ictimai bərabərsizlik, cəmiyyətdəki ədalətsizlik, 
imperiyanın  müstəmləkə  siyasəti,  sinfi  mübarizə  və  s. 
olmuşdur.  Ötən  əsrin  əvvəllərində  mövcud  olan  mürəkkəb-
lilik,  ziddiyyətlilik,  müxtəlif  ideologiyalar,  inqilabi  hadisələr, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
78 
78 
sinfi mübarizə Rəsulzadənin gənclik illərinə təsadüf etmiş, bu 
da onun həyat və yaradıcılığına mühüm təsir göstərmişdir. Çar 
mütləqiyyətinin  müstəmləkə  xalqlarını  çapıb  talaması,  əsarət 
altında saxlaması, xüsusilə müsəlmanlarla hüquqsuz vətəndaş 
kimi  davranması,  sosial-iqtisadi  gerilik  və  s.  xalqın  müxtəlif 
təbəqələri  arasında  geniş  narazılığa  gətirib  çıxarmışdır.  Bu 
dövrdə ən başlıca problem çar Rusiyasının  «parçala və hökm 
sür!»  siyasətinə  və  kapitalizm  quruluşuna  qarşı  sinfi 
mübarizənin önə çıxması idi. «… qurulmasında, işlənməsində 
və  inkişafında  bilavasitə  iştirak  etdiyi  liberal-demokratik 
məfkurənin mücadiləçi bir taktika ilə  mahiranə surətdə həyata 
keçirilməsini  gözəl  bilən  Rəsulzadə,  Azərbaycanda  inqilabçı 
bir  azadlıq  ordusunun  yetişməsinə  daha  gənc  yaşlarından 
başlamışdı»  (49,  6).  Bu  baxımdan  ilk  növbədə  Rəsulzadənin 
sosial-demokrat  əqidəsinə  bağlılığını,  nəzəri  düşüncələrini, 
əməli  fəaliyyətini  və  inkişaf  mərhələlərini  tədqiq  etmək, 
mürəkkəb,  dolaşıq  məqamlara  aydınlıq  gətirmək,  ziddiyyətli 
görünəcək məsələlərin həllini tapmaq lazım gəlir.  
Demokratiya,  sosializm,  yaxud  sosial-demokratiya  həm  ayrı-
ayrılıqda,  həm  də  bir  yerdə  M.Ə.Rəsulzadənin  ictimai-siyasi 
görüşlərində çox mühüm yer tutur. Sosial-demokratiya nədir? 
Sovetlər  Birliyi  dönəmində  bu  suala  cavab  olaraq  marksizm-
leninizm 
cərəyanının  yaranmasını  və  formalaşmasını 
göstəriblər.  Demokratiya,  azadlıq,    sosial  ədalət,  ictimai 
bərabərlik  anlayışlarnın  yaranma  tarixi  nə  qədər  qədim  olsa 
da,  yeni  dövrdə  onun  əsas  prinsipləri  marksizm-  liberalizm 
ideyalarında  öz  əksini  tapmışdır.  Marksizm  ideyası  isə  yeni 
dövrdə  istər  Qərb,  istərsə Şərq ölkələrində  geniş  yayılmışdır. 
Şübhəsiz  ki,  Avropa  xalqları  (alman,  fransız,  ingilis,  italyan 
və  b.)  sosial-demokrat  ideologiyasını  daha  tez  qavramış  və 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə