MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
66 
66 
idarəetmə  orqanı  rolunu  oynayıb.  İlk  parlamentimizdə  isə 
Rəsulzadə millət vəkili və «Müsavat» fraksiyasının lideri kimi 
1920-ci  ilə  qədər  fəaliyyət  göstərib.  «…  parlament  dövrü 
Rəsulzadənin  tərcümeyi-halında  xüsusi  yer  tutur.  Onun 
parlamenti  ən  mürəkkəb  vəziyyətlərdən  çıxara  bilmək 
bacarığı, ən vacib məsələlər ətrafında müzakirə apara bilmək 
qabiliyyəti,  rəhbərlik  etdiyi  «Müsavat»  fraksiyası  adından 
təqdim etdiyi qərar və qətnamələri olduğu şəkildə qəbul etdirə 
bilmək  məharəti  indi  də  adamı  heyran  qoyur»  (24,  s.17). 
Respublikanın birinci ildönümü münasibəti ilə bağlı çıxışında 
M.Ə.Rəsulzadəni 
"sağlar" 
və  "sollar"  da  hərarətlə 
qarşılayıblar. «Xalq onu təsvirolunmaz dərəcədə, uzun müddət 
kəsməyən gurultulu alqışlarla qarşıladı» (115). 
Bakı  Dövlət  Universitetinin  yaranmasında  da  Rəsulzadənin 
danılmaz xidmətləri var. Bu məsələ ətrafında o, bir neçə dəfə 
Azərbaycan  parlamentində  çıxış  etmiş  və  universitetin 
açılmasını qəti surətdə tələb etmişdir. Universitetin ilk rektoru 
olmuş 
V.İ.Razumovski 
xatirələrində 
yazır: 
«M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi 
ilə  "Müsavat"  Partiyasında  universitetin  açıq  və  gizli 
düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, 
biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, «Müsavat» və 
sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi» (44).  
M.Əliyev  yazır  ki,  1920-ci  ildə  aprel  hadisələrindən  sonra 
avqustun  17-də  Rəsulzadə  Lahıcda  həbsə  alınıb  Bakıya 
gətirildi  (22).  Onun  tutulması  xəbəri  həmin  ilin  noyabrın 
əvvəllərində Vladiqafqazda olan İ.V.Stalinə çatdırılıb. «Stalin 
heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi 
şöbəsinin rəisi V.Pankratova RSFSR-in Millətlər Komissarlığı 
adından  göstəriş  verdi  və  özü  şəxsən  həbsxanaya  gedib 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
67 
M.Ə.Rəsulzadəni  azad  etdi.  Bununla,  İ.V.Stalin  1905-ci  ildə 
onu 
ölümdən 
qurtaran 
keçmiş 
inqilabçı 
dostu 
M.Ə.Rəsulzadənin qarşısında öz  tarixi vicdan  borcunu  yerinə 
yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı 
və  RSFSR  Millətlər  Komissarlığında  mətbuat  müvəkkili 
vəzifəsinə  təyin  etdi.  M.Ə.Rəsulzadə  RSFSR  Millətlər 
Komissarlığına  tabe  olan  Moskva  Şərqşünaslıq  (keçmiş 
Lazarev)  institutunda  fars  dilində  dəsr  demişdir...  Onun 
oradan  Moskvadan  rəhmətlik  tatar  maarifçilərindən  Musa 
Cərullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə qayıqla 
Fin körfəzi üzərindən keçərək Finlandiyaya qaçırılması təmin 
edilmişdir» (47, s.12-13). 
M.Ə.Rəsulzadənin  ailəsi  sovet  rejiminin  qurbanı  oldu.  «Oğlu 
Rəsul güllələndikdən sonra M.Ə.Rəsulzadənin bütün ailəsini, 
əksər qohumlarını Qazaxıstana sürgünə göndərdilər. Sürgündə 
M.Ə.Rəsulzadənin  analığı,  həyat  yoldaşı  vəfat  etdi.  Bir  qızı 
Lətifə  soyuqdan  donub  öldü.  Digər  qızı  Xalidə  isə  Bakıya 
qayıtdıqdan sonra itkin düşdü. Yeganə sağ qaln oğlu Azər isə 
1993-cü  ildə  Qazaxıstanda-  Karaqandada  vəfat  etdi»  (86, 
s.77). M.Sadıxlı Rəsulzadənin ailəsinin həbsi haqqında erməni 
R.Makaryanın  belə  bir  sənəd  tərtib  etdiyini 
yazır: 
«Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı DT-nin 3 ranq 
komissarı  Sumbatov  -Topuridze  Yuveoyan  Davidoviçə  DT-
nin  7-ci  bölmənin  rəisi  baş  leytenant  Makaryandan  təqdimat: 
«M.Ə.Rəsulzadənin  və  M.Ə.Rəsuloğlunun  həbs  olunmuş 
ailələri  Bayıl  həbsxanalarına  salınıblar.  İndiki  halda  şərait 
daxilində  onların  deyilən  həbsxanada  qalmasını  arzuedilməz 
sayıram  və  xahiş  edirəm  ki,  siyahıda  adı  olanların  (siyahı 
əlavə 
olunur) 
Kirovabad 
həbsxanalarından 
birinə 
göndərilməsinə  icazə  verəsiniz.  Onlar  oradan  Qazaxıstan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
68 
68 
SSR-in  Çimkənd  vilayətinə  göndəriləcək  və  orada,  xüsusən 
M.Ə.Rəsulzadənin  ailəsi  ciddi  nəzarətdə  saxlanılmalıdır. 
Bununla  əlaqədar  Qazaxstan  SSR-in  XDİK-ni,  DT-nin 
əməkdaşlarına məlumatlandırmağı lazım bilirəm» (124, s.71). 
1922-ci  ilin  sonlarında  Rəsulzadə  İstanbula  gələndə,  burada 
Azərbaycandan  gələn  mühacirlər  arasında  bir  dağınıqlıq, 
pərakəndəlik  vardı.  Bu  adamları  bir  yerə  toplamaq,  təşkilat 
ətrafında  birləşdirmək  çətin  idi.  Mühacirlər  arasındakı  fikir 
ayrılığı  nəticəsində  konsulluq  bağlanmışdı  (107,  s.58). 
Rəsulzadə 1923-cü ildə Azərbaycan Milli Mərkəzi təşkil edib, 
müsavatçı  olan,  olmayan  mühacirləri    bir  təşkilat  ətrafında 
birləşdirdi,  tezliklə  bütün  Sovetlər  Birliyini  həyəcana  gətirən 
«Yeni  Qafqasiya»  jurnalını  nəşr  etdirdi.  1923-25-ci  illərdə 
İstanbulda Rəsulzadə «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-
təşəkkülü  və  şimdiki  vəziyyəti»,  «Əsrimizin  Səyavuşu», 
«İstiqlal  məfkurəsi  və  gənclik»  kitablarını  çap  etdirir.  Qeyd 
edək ki, "Əsrimizin Səyavuşu" əsərini böyük öndərimiz 1920-
ci ildə AXC süquta uğradıqdan sonra Lahıcda qələmə almışdı.  
Bu, 
siyasi-fəlsəfi 
xarakter 
daşıyan,  AXC-nin  milli 
ideologiyasını ortaya qoyan çox dəyərli bir əsərdir. Fars şairi 
Firdovsinin  "Şahnamə"  əsərini  bir  daha  oxuyan  və    paralel  
müqayisə  apararaq  Firdovsinin  qəhramanlarından  biri  olan 
Səyavuşun  həyatını    AXC-yə  oxşadan  Rəsulzadənin  gəldiyi 
nəticəyə görə, İranla Turan arasında qalan Səyavuşla, Rusiya 
və İran arasında bölüşdürülə bilməyən Azərbaycan eyni taleyi 
yaşayır.  Ancaq  Firdovsinin  Səyavuşundan  fərqli  olaraq 
Rəsulzadənin AXC adlı idealının bir gün azadlığa qovuşacağı 
əsərdə  nikbinliklə  qeyd  edilir.  Bu  gün  isə  həmin  nikbinlik, 
uzaqgörənlik həyata keçmiş bir gerçəklikdir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə