MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə23/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
72 
72 
etdirirdi:  «1943-cü  ildir.  İkinci  Cahan  hərbi əsnasında  Alman 
Xariciyyə  Nazirliyindən  qraf  fon  Şulenberqin  dəvəti  üzərinə 
Berlində  idim.  Milli  Azərbaycan  Komitəsi  təşəkkül  etmişdir; 
bu  komitə  Milli  Azərbaycan  davasının  əsaslarını  alman 
məqamlarına  qəbul  etdirmək  üzrə  fəaliyyətə  keçmişdir»  (98, 
s.5). 
O, 
Rumıniyaya 
gələndən 
sonra 
da 
ictimai-siyasi 
fəaliyyətindən qalmadı. Rəsulzadə azərbaycanlı əsirlərin taleyi 
ilə  maraqlanır,  Berlindəki  «Azərbayan»  qəzeti  ilə  əlaqə 
saxlayırdı.  Sovet  qoşunlarının  Rumıniyaya  yaxınlaşması  ilə 
əlaqədar  olaraq  Rəsulzadə  Buxarestdəki  Türkiyə  səfirliyinin 
qonaq  evindən  çıxmağa  məcbur  olur.  Türkiyə  səfiri  yaxın 
dostu  Həmdulla  Sübhi  Tanrıövər  bəy  Ankaraya,  o  isə 
Vyanaya  gedir.  Bir  müddət  burada  qaldıqdan  sonra 
M.Ə.Rəsulzadə  yenidən  Almaniyaya  köçür.  Bu  arada 
Rəsulzadə  azərbaycanlı  əsirləri  xilas  və  onların  Azərbaycana 
dönməməsini təmin etmək məqsədi ilə Azərbaycan Demokrat 
Birliyi  adlı  bir  cəmiyyət  qurur.  Hətta  cəmiyyət  1946-cı  ildə 
Münhendə bununla bağlı azərbaycanlı əsirlərə rəsmi müraciət 
edir. Bu arada Rəsulzadənin başçılığı ilə Türkiyə-Azərbaycan 
cəmiyyəti  də  yaranır.  «Məmməd  Əmin  Rəsulzadəyə  1947-ci 
ilin sonlarında Türkiyəyə-Ankaraya qayıtmasına icazə verildi. 
Bu  razılığın  da  alınmasında  dostu  Həmdullah  Sübhi 
Tanrıövərin böyük rolu oldu. Həmdullah bəy o zaman Türkiyə 
hökumətində hörmətli şəxslərdən sayılırdı» (84, s.232). Qeyd 
edək ki, Rəsulzadənin tez-tez yerini dəyişib, bir ölkədən başqa 
birisinə getməyə məcbur edən bir sıra amillər olub. Birincisi, 
dövrün  mürəkkəbliyi,  ziddiyyətliliyi  onu  bu  addımı  atmağa 
məcbur  edirdi.  Başqa  tərəfdən,  Rəsulzadənin  üz  tutduğu 
ölkələrin  əksəriyyəti  onu  öz  maraqları  ilə  uyğunlaşdırmağa 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
73 
çalışırdı.  O,  isə  Azərbaycanın  milli  maraqlarını  hər  şeydən 
üstün tuturdu. Eyni zamanda İkinci Dünya müharibəsi zamanı 
tez-tez  dəyişən  hərbi-siyasi  vəziyyət  onu  bu  addımı  atmağa 
məcbur edirdi.  
1949-cu  il  fevralın  1-dən  «Azərbaycan  kültür  dərnəyi» 
fəaliyyətə başladı (87, 12). Rəsulzadə dərnəyin ömürlük fəxri 
sədri  seçildi.  Bu  dövrdə  onun  «Çağdaş  Azərbaycan  tarixi», 
«Çağdaş Azərbaycan ədəbiyyatı» kitabları Türkiyədə yenidən 
nəşr  olunmuşdur.  Qeyd  edək  ki,  bir  sıra  tarixi  əsərlərində 
olduğu  kimi  «Çağdaş  Azərbaycan  tarixi»  kitabını  da 
Rəsulzadə  çox  uğurla  işləmiş,  məntiqi  ardıcıllığı  qorumaqla 
yanaşı  tarixi  hadisələri  obyektiv  şəkildə  işıqlandırmış  və  bir 
tarixçi kimi də tanınmışdır. Həcmcə kiçik olan bu əsər AXC-
nin  qurulmasından  başlayır  və  1950-ci  ilə  qədərki  bir  dövrü 
əhatə  edir.    Burada,  əsasən,  bolşeviklərin  Şimali 
Azərbaycanda  apardığı  ikiüzlü,  qəddar,  amansız  və  s. 
siyasətdən,  eyni  zamanda  sovet  repressiyasının  azərbay-
canlıların-türklərin  başına  açdığı  dəhşətli  faciələrdən, 
müsibətlərdən  bəhs  olunur.  Vaxtilə  bolşeviklərə  xidmət 
göstərən Əliheydər Qarayev kimlərinin sonradan «müsavatçı» 
kimi  damğalanıb  «vətən  xaini»  elan  edilməsini  müəllif 
xüsusilə qeyd etmişdir.  
«Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində isə Rəsulzadə ötən 
əsrin  20-50-ci  illərində  Şimalı  Azərbaycanda  inkişaf  edən 
sovet ədəbiyyatından, onun özündən əvvəlki ədəbiyyatla fərqli 
cəhətlərindən bəhs olunur. Müəllif əsərdə bu dövrdə  yaşayan 
mütəfəkkirlərdən  -  M.Hadinin,  A.Şaiqin,  H.Cavidin, 
Ə.Cavadın, 
C.Cabbarlının, 
C.Məmmədquluzadənin, 
S.S.Axundovun və başqlarının bədii yaradıcılığından söz açır.  
Müəllifin  fikrincə,  onların  arasında  bolşeviklərə  ən  yaxını 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
74 
74 
C.Cabbarlıdır.  Rəsulzadə qeyd  edir ki,  H.Cavid, Ə.Cavad və 
başqa şair-mütəfəkirlərimiz isə sovet ideologiyasına tamamilə 
yad  insanlardır.  Müəllif  gənclərin  rus  mədəniyyətinə  deyil, 
Avropa  mədəniyyətinə  meyl  göstərməsini  vurğulamış,  eyni 
zamanda  mühacirətdə  yaranmış  ədəbiyyatdan  da  nümunələr 
vermişdir. 
O,  1951-ci  ildə  Ankarada  «Azərbaycan  şairi  Nizami»  adlı 
sanballı 
monoqrafiyasını 
çap 
etdirməklə 
dünya 
nizamişünaslığına  da  bir  çox  yeniliklər  gətirmiş  oldu.  İkinci 
Dünya  müharibəsi  zamanı  qələmə  aldığı  bu  əsəri  ilə  müəllif 
nizamişünaslığa  olduqca  dəyərli  elmi  bir  töhfə  vermişdir. 
Nizami  Gəncəvini  özünməxsus,  təkrarolunmaz  bir  şəkildə 
tədqiq  edən  Rəsulzadənin  böyük  şair-filosofumuzla  bağlı 
gəldiyi  elmi  nəticələr  bu  günün  özündə  də  aktuallığını 
qoruyub saxlamışdır.    
O,  1952-ci  ildə  Münhendə  Ümumqafqaz  Konfransının 
keçirilməsinə  nail  oldu.  Konfransda  çıxış  edən  Rəsulzadə 
təklif  edirdi  ki,  «Qafqaz  Mərkəzi»  yaradılsın  və  Sovet 
imperiyasına  qarşı  mübarizə  Birləşmiş  Konfederativ 
Qafqasiya  formuləsində  davam  etdirilsin.  1953-cü  ildə  isə  o, 
hələ  1922-ci  ildə  yaradılmış  Azərbaycan  Milli  Mərkəzini 
bərpa  etdi.  1954-cü  ildə  İstanbulda  nəşr  olunan  "Dünya" 
qəzeti  böyük  öndərin  "Stalinlə  ixtilal  xatirələri"  silsilə 
məqalələrini nəşr etdirmişdir. 1955-ci ilin  martın 6-da böyük 
ideoloq, 
ictimai-siyasi 
xadim 
M.Ə.Rəsulzadə 
Ankara 
Universitetinin 
tibb 
fakültəsinin 
klinkasında 
şəkər 
xəstəliyindən vəfat etmişdir (94, s.18).  
M.Ə.Rəsulzadə  böyük  bir  ömür  yolu  keçmişdi.  Gənclik 
dövründən  yaşıdlarından  fərqlənən  və  xalqını  maariflənməyə 
səsləyən  Rəsulzadənin  hansısa  siyasi  təşkilatlarda  fəaliyyət 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə