MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
79 
onun  səmərəli  rüşeymlərindən  istifadə  etməyə  çalışmışlar. 
Avropanın bir hissəsi olan çar Rusiyasına da bu ideologiyanın 
təsiri  şəksiz-şübhəsiz  idi.  Başqa  Avropa  ölkələrindən  fərqli 
olaraq  sosial-demokrat  ideologiyasının  çar  Rusiyasında  daha 
tez  və  geniş  kütlələr,  təbəqələr  arasında  yaylımasının  başlıca 
səbəblərindən  biri  də,  imperiyanın  geniş  müstəmləkə 
torpaqlarına sahib olması, "xalqlar həbsxanası" adlanan Şimal 
dövlətinin  daxili  ziddiyyətlərinin  rəngarəngliyi  idi.  İnsanlar 
arasında  ictimai  bərabərliyi,  sosial  ədaləti,  əmək  hüququ  və 
haqlarının bərpasını, sinfi mübarizəni və s. təbliğ edən sosial-
demokrat  ideologiyasına,  bir  çox  Azərbaycan  türklərinin,  o 
cümlədən  Rəsulzadənin  rəğbət  bəsləməsi  zamanınca  təbii, 
daxili  qanunauyğunluqlardan  irəli  gəlirdi.  İmpreriya  ilə 
mübarizə  aparmağın  çətin,  mürəkkəb  olduğu,  qaçaqçılıq 
hərəkatının heç bir nəticə vermədiyi dövrdə, Azərbaycanın bir 
çox  azadlıqsevər,  açıqfikirli  gənclərinin,  milli  məfkurəli 
ziyalılarının, mütəfəkkirlərinin sosial-demokrat ideologiyasına 
müsbət  münasibət  bəsləmələri,  sosial-demokrat  əqidəli 
təşkilatlarda  fəaliyyət  göstərmələri  tarixi  zərurətdən  irəli 
gəlirdi.  Bu  dövrdə  islamçılıq  -  şərqçilik,  qərbçilik  - 
avropaçılıq  və  türkçülük  -  milliyyətçilik    cərəyanları 
Azərbaycanda,  onun  sənaye  və  elm  mərkəzi  Bakıda  geniş 
yayılmışdısa  da,  sosial-demokrat  prinsipləri  imperiya  ilə 
mübarizədə  daha  cəlbedici,  inandırıcı  təsir  bağışlayırdı.  Bu 
zaman xəyali islam dövlətlərinin birliyi, Turan ideyası prinsip 
etibarilə  geniş  xalq  kütlələlrinə  təsir  edə  bilmirdi. 
Rəsulzadənin də qeyd etdiyi kimi, şərqçilik  - islamçılıq daha 
çox  dinə,  adət-ənənələrə  söykənir,  bir  qədər  də 
mühafizəkarlıq,  farslaşma,  iranlılıq  prinsiplərini  önə  çəkirdi. 
Bu  hal,  xüsusilə  cənublu  azərbaycanlılar  üçün  xarakterik  idi,  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
80 
80 
Qərbə  meylli  bəzi  şimallı  azərbaycanlılar  isə  avropalaşmaq 
ideyasını  irəli  sürür,  maariflənməyə,  savadlanmağa,  milli 
şüurun  oyanmasına  çalışırdılar.  Türkçülər  isə  pərakəndə 
şəkildə  fəaliyyət  göstərir  və  xalq  tərəfindən  hələlik,  lazımi 
səviyyədə  qəbul  edilmirdi.  Çünki  bu  dövrdə  xalqın  şüuruna 
"müsəlmançılıq"  ideologiyası  hökmran  kəsilmişdi.  Ancaq 
onların  heç  biri  (islamçılıq,  türkçülük)  hələlik,  öz  işlərində 
uğur  əldə  edə  bilmirdilər.  Əvəzində  isə  qərbçilik, 
müasirləşmək,  azadlıq,  insan  hüqüq  və  azadlıqları,  dünyada 
ictimai  bərabərliyi  təmin  etmək  ideyaları  ilə  ortaya  atılmış 
sosial-demokratlar  daha  çox  üstün  mövqeyə  çıxmışdılar. 
Düşüncəsində,  şüurunda  islamçılıq,  türkçülük  ideyasını 
daşıyanların bir qismi belə əvvəllər "sosial-demokrat" əqidəli 
təşkilatlarda  fəaliyyət  göstəmişdilər.  M.Ə.Rəsulzadə  də  belə 
mütəfəkkirlərdən biri olmuşdur. 
M.Ə.Rəsulzadənin  dünyagörüşünün  formalaşmasında  sosial-
demokrat  cərəyanının  mühüm  təsiri  olub.  O,  bir  müddət 
cəmiyyətin  problemlərinin  həllini  sosializmin  kapitalizm 
üzərində qələbəsində, sinfi mübarizədə görmüşdü. Prof. Yusif 
Rüstəmov  yazır:  «M.Ə.Rəsulzadə  fəaliyyətinin  başlanğıcında 
islamçılıq  tərəfdarı  olmaqla  bərabər,  sosial-demokratiyaya 
meyl  göstərmişdir»  (78,  s.295).  Ona  görə  də  Məhəmməd 
Əmini  öncə  sosial-demokratlarla  bir  cəbhədə  dayanmışdı. 
Onun  sosial-demokrat  (sosializm)  baxışlarını  şərh  etməzdən 
öncə,  Rəsulzadənin  sosial-demokrat  əqidəli  təşkilatla 
bağlılığına və bu təşkilatda roluna nəzər salaq. 
O,  1903-cü  ildə  «Azərbaycanlı  gənc  inqilabçılar  dərnəyi» 
yaradıb  ki,  bu  dərnəyin  də  proqramı  sosial-demokrat  əqidəli 
olub.  "Heyvanın  insandan  daha  çox  qiyməti  olan  orta  əsr 
dərəbəylik və köləlik nizami ilə idarə olunan çar Rusiyasında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
81 
hüdudsuz  istibdadiyyə  ilə  ağıllara  durğunluq  verən  "millətlər 
həbsxanası"  dövlətinə  qarşı  üsyan  bayrağı  qaldıran  gənc 
Rəsulzadəni  1903-1904-cü  illərdə,  özünün  təşkil  etdiyi 
"Azərbaycanlı  gənc  inqilabçılar  dərnəyi"nin  başında  görürük. 
İmperiyanın  ruslaşdırma,  rusçuluq  və  müstəmləkəçilik 
siyasətinə  qarşı  protest  mahiyyəti  daşıyan  ilk  məqaləsi  də 
1903-cü  ildə  nəşr  olunmuşdur"  (49,  6).  Rəsulzadə  sonralar 
açıq  şəkildə  etiraf  etmişdi  ki,  sosial-demokratiyanın  inqilabi 
prinsipləri  ona  əsaslı  təsir  göstərmiş,  iniqlaba  xeyli  dərəcədə 
aludəçilik  yaratmışdı.  Bunun  təsiri  altında  da  Rəsulzadə  və 
onun  həmfikirləri,  1902-ci  ildə  əsası  qoyulmuş  "sosial-
demokrat" əqidəli RSDFP-nin (Rusiya Sosial-Demokrat Fəhlə 
Partiyası) Bakı Komitəsinin maraq dairəsində olmuşdur. 
M.Ə.Rəsulzadə  RSDFP-nin  Bakı  Komitəsinin  daxilindəki 
bolşevik  və  menşevik  cərəyanlarından  söz  açaraq  yazır  ki,  o 
dövrdə (1902-1903-cü illər)  müxtəlif millətlərin oxuduğu rus 
liseylərində  və  başqa  orta  məktəblərdə  azərbaycanlı-türk 
şagirdlərindən  ibarət  gizli  bir  dərnək  olub  (Rəsulzadənin 
rəhbəri  olduğu  "Azərbaycanlı  gənc  inqilabçılar  dərənəyi" 
nəzərdə  tutulur-F.Ə.).  RSDFP-nin  Bakı  Komitəsinin 
daxilindəki  bolşeviklər  və  menşeviklər  dərnəyi  ələ  almaq 
istəmişdilər.  RSDFP-nin  bolşevik  fraksiyası  Tiflisə  nisbətən 
Bakıda  daha  qüvvətli  olub.  Həmin  fraksiyaya,  sonralar  uzun 
illər  Sovet  imperiyasının  başçısı  olmuş  İ.V.Stalin  rəhbərlik 
edirmiş.  Rəsulzadə  sonralar  Stalinlə  Balaxanıda  bir  fəhlə 
evində  tanış  olduğunu  bildirir.  Rəsulzadə  yazır  ki,  inqilabi 
mühitdə,  yəni  bolşevik  və  menşevik  mühitində  «Təkamül» 
qəzetini  təmsil  edib.  Bolşevik  və  menşeviklərə  aid 
toplantıların  birində  Rəsulzadə  «milli  müxalifət»  cərəyanının 
taktikasını bolşevik mövqeyindən üstün tutan bir ifadə işlədib. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə