MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
60 
60 
müstəqil  dövlət  qurmaq  üçün  addımlarını  atmış,  bir  çox 
tədbirlər  görmüşdür.  Artıq  bütün  dünyaya  bəyan  olunmuşdur 
ki, Azərbaycan xalqı öz müstəqil dövlətini qurmağa qadirdir» 
(18, s.183). 
Bütün  bunları  qeyd  etməkdə  məqsədimiz,  Azərbaycanın 
yalnız  siyasi  deyil,  həm  də  ictimai-fəlsəfi  tarixinə  düzgün 
qiymət  verilməsinin  önəmliyini  bildirməkdir.  Bu  baxımdan 
Azərbaycanın  ictimai-siyasi  və  ideoloji  mühitini  düzgün 
araşdırmalı  və  tarixi  şəxsiyyətlərimizə  obyektiv  qiymət 
verilməlidir.  Bu  dövrü  düzgün  qiymətləndirsək,  o  zaman  bir 
çox suallara da cavab tapılar. Xüsusilə də M.Ə.Rəsulzadə ilə 
bağlı  indi  və  əvvəlki  dönəmlərdə  bir-birinə  zidd  şəkildə 
səslənən  fikirlərə,  yazılan  əsərlərə  də  aydınlıq  gəlmiş  olar. 
Tədqiqat  işinin  bu  bölməsində  söylənilən  fikirlər  də  məhz 
buna  xidmət  etmişdir.  Bu  dövrü  qiymətləndirməkdə  əsas 
məqsədimiz M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətində bir 
qədər fərqli, bəzən də bir-birinə zidd görünə biləcək fikirlərə, 
ideyalara üz tutmasına aydınlıq gətirmək olub. 
 
1.2. Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı 
 
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 
1884-cü  il  yanvarın  31-də  Bakının  Novxanı  kəndində  ruhani 
ailəsində 
anadan 
olub. 
Məşhur 
maarifçi-pedaqoq 
S.M.Qənizadənin  (1866-1942)  müdiri  olduğu  «II  müsəlman-
rus»  məktəbində  ilk  təhsil  alması  mütəfəkkirin  taleyində 
böyük  rol  oynayıb.  Sonralar  M.Ə.Rəsulzadə  təhsilini  Bakı 
texniki  məktəbində,  rus  dilində  davam  etdirib.  Onun  Bakıda 
sənət məktəbində bir neçə il oxuduğu da məlumdur.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
61 
M.Ə.Rəsulzadənin  17-18  yaşında  ikən  1902-1903-cü  illərdə 
Bakıda  yaratdığı "Azərbaycanlı  gənc inqilabçılar dərnəyi" öz 
dövrünə görə çox əhəmiyyətli idi. O, ədəbi yaradıcılığa da bu 
illərdə  başlamışdı.  Onun  ilk  qələm  təcrübəsi  olan 
«Müxəmməs»  adlı  şeri  «Şərqi  Rus»  qəzetində  1903-cü  ildə 
Tiflisdə  çap olunub.  
1904-cü  ilin  axırlarında  RSDFP-nin  Bakı  Komitəsinin 
nəzdində  «Müsəlman  sosial-demokrat  «Hümmət»  təşkilatı» 
yaradılıb,  bu  qurumun  banilərindən  biri  də  Rəsulzadə  olub. 
M.Ə.Rəsulzadənin  həmin  dövrdə  Ə.Hüseynzadənin  redaktor 
olduğu  «Füyuzat»  jurnalında,  həmçinin  Ə.Ağayevin 
redaktorluğu  ilə  çıxan  «İrşad»  və  «Tərəqqi»  qəzetlərində 
müxtəlif  mövzularda  məqalələri  və  şeirləri  çap  olunmuşdur. 
1906-1908-ci  illərdə  «Hümmət»çilərin  çıxardığı  «Təkamül», 
«Yoldaş»  qəzetlərində  də  Rəsulzadənin  məqalələri  çap 
olunub. Müəyyən müddət M.Ə.Rəsulzadə «İrşad», «Təkamül» 
qəzetlərinin redaktoru da işləyib.  
Rəsulzadə  ictimai  yaradıcılığında  tərcüməçiliyə  də  böyük 
önəm  vermişdi.  Ü.Hacıbəyovun  1907-ci  ildə  çapdan  çıxmış 
«Türk-rus  və  rus-türk  lüğəti»  kitabının  naşiri  də  Rəsulzadə 
olub.  Bununla  yanaşı,  1907-ci  ildə  o,  A.Blyumin  «Fəhlə 
sinfinə  hansı  azadlıq  lazımdır  (Xalq  nümayəndəliyi 
haqqında)» kitabını Azərbaycan-türk dilinə tərcümə edib.  
1908-ci  il  dekabrın  5-də  Rəsulzadənin  «Qaranlıqda  işıqlar» 
pyesi  tamaşaya  qoyulub.  Pyesin  ana  xəttini  milli  oyanış  və 
istiqlal  hərəkatının  təbliği  təşkil  edir.  Bu  pyes  Azərbaycanda 
milli-istiqlal  hərəkatı  ilə  tam  bağlı  olan  ilk  dram  əsəri  kimi 
qiymətləndirilir.  Bu  əsərdən  başqa  Rəsulzadənin  həmin  ildə 
yazdığı «Nagəhan bəla» adlı pyesi də vardır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
62 
62 
1908-ci  ilin  sonu,  1909-cu  ilin  əvvəllərində  M.Ə.Rəsulzadə 
həm  çar  üsuli-idarəsi  tərəfindən  həbs  olunmaq  təhlükəsi  ilə 
əlaqədar,  həm  də  Azərbaycanın  Cənubunda  Səttarxanın 
liderliyi  ilə  baş  qaldırmış  milli  azadlıq  hərəkatında  iştirak 
etmək  üçün  Bakını  tərk  edərək  Təbrizə,  daha  sonra  Tehrana 
getmişdir. M.Ə.Rəsulzadə Tehranda Avropa təhsili görmüş bir 
qrup  İran  ziyalısı-Seyid  Həsən  Tağızadə,  Hüseynqulu  xan 
Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları 
ilə  birlikdə  1910-cu  ilin  sentyabrında  İran  Demokrat 
Partiyasının əsasını qoyub.  O, bu partiyanın əsas orqanı olan 
«İrani-no»  qəzetinin  baş  redaktoru  olub.  Bu  qəzetin  nəşri  ilə 
M.Ə.Rəsulzadə  İranda  Avropa  tipli  jurnalist  sənətinin  əsasını 
qoyub.  M.Ə.Rəsulzadə  Tehranda  1910-cu  ildə  fars  dilində 
"Tənqidi-firqeyi-"Etidaliyyun""  adlı  kitabını  çap  etdirib. 
1911-ci  ildə  isə  Ərdəbildə  onun  farsca  «Səadəte-bəşər»  adlı 
kitabı nəşr olunub.  
1911-ci  ildə  çar  Rusiyası  ilə  İran  rejimi  birləşərək  Güney 
Azərbaycanda  Səttarxanın  rəhbərlik  etdiyi  inqilabı  məğlub 
etdi.  Bu  hadisədən  sonra  İstanbula  gələn  M.Ə.Rəsulzadə 
«Türk  ocağı»nda  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Ziya  Göyalp, 
Yusif  Akçura  oğlu  və  başqa  görkəmli  türk  ziyalıları  ilə  birgə 
çalışaraq  «Türk  yurdu»  jurnalında  türkçülük  ideyalarını 
inkişaf  etdirirdi.  Onun  bu  dövrdə  yazdığı  «İran  türkləri» 
məqaləsi xüsusi əhəmiyyətə malik idi. Bu məqalə altı hissədən 
ibarətdir.  Məhəmməd  Əmin  yeni  dövrdə  Azərbaycanın 
Cənubunda  yaşayan  soydaşlarımız  haqqında  hərtərəfli 
məlumat  verən  ilk  mütəfəkkirdir.  "İran  türkləri"  məqaləsində 
o,  Cənubi  Azərbaycanın  coğrafi  quruluşu,  suları,  əhalinin 
məşğuliyyəti, ticarət, sənətkarlıq məsələləri, təsərrüfat həyatı, 
ictimai-siyasi  vəziyyəti,  İran  hakimiyyətində  türklərin  yeri, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə