MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
48 
48 
azərbaycançılıq ideyası altında özünü bütün azərbaycanlıların 
həyatında göstərə bilmişdir. Bünün nəticəsidir ki, yeni dövrdə 
milli  azadlıq  və  milli  dövlətçilik  ideyasının  reallaşmasında 
Azərbaycan  türkləri  ilə  yanaşı,  başqa  etnik  qruplar  da 
yaxından iştirak etmişdir.  
AXC-nin varlığı bütün dünyaya bəyan edildikdən sonra, Milli 
Şuranın qərarı ilə Cümhuriyyətin ilk hökümətini təşkil etmək 
şuranın  üzvü,  bitərəf  Fətəli  xan  Xoyskiyə  tapşırıldı.  Həmin 
gün Fətəli xanın təklif etdiyi Nazirlər Şurasının tərkibi təsdiq 
edildi:  «Nazirlər  Şurasının  sədri  və  daxili  işlər  naziri- 
F.X.Xoyski, hərbi nazir- Xosrov bəy Sultanov, xalq maarifi və 
maliyyə  naziri  –  Nəsib  bəy  Yusifbəyli,  xarici  işlər  naziri  - 
Məmməd  Həsən  Hacınski,  poçt-teleqraf  və  yollar  naziri- 
Xudadat  bəy  Məlikaslanov,  əkinçilik  və  əmək  naziri-  Əkbər 
ağa Şeyxülislamov, ədliyyə naziri- Xəlil bəy Xasməmmədov, 
ticarət  və  sənaye  naziri-  Məmməd  Yusif  Cəfərov,  dövlət 
naziri- Cəmo bəy Hacınski» (113, 16). 
Müvəqqəti  hökumət  ilk  gündən  öz  proqramında  açıq  şəkildə 
elan  etmişdir  ki,  hökumət  başlıca  olaraq  işçi  və  kəndli 
insanlara  istinad  etməli  və  Azərbaycan  azadlıq  ölkəsi 
olmalıdır.  Bu  məsələ  ilə  bağlı  M.Ə.Rəsulzadə  yazır:  «… 
Azərbaycan  Cümhuriyyətinin  əsas  idarəsi  bütün  vətəndaş-
larının  bərabər  hüquqla  yaşaması  üzərində  qurulmuşdu. 
Burada hər  bir  insanın  möhtərəm  şəxs,  Azərbaycan  vətəndaşı 
olduğu  üçün  hüququ  saxlanırdı.  Kişi-qadın,  müsəlman-
xristian, türk-türk olmayan,  cins və  milliyyət  fərqi qoymadan 
varlı-kasıb,  sahibkar-işçi,  torpaq  sahibi-muzdur,  öyrətmən-
tələbə,  möhtərəm-cahil,  sinif,  məslək,  təbəqə,  rütbə,  vəzifə, 
nəsil,  bilgi  imtiyazı  aramadan  bütün  vətəndaşlar  girmək 
haqqına  da  sahib  idilər.  Burada  bir  sinif  digər  sinfə  hakim 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
49 
deyildi.  İnsan  nə  varına  görə  haqlı,  nə  də  yoxsulluğuna  görə 
haqsız  görünürdü»  (47,  40).  AXC  dövründə  insan  hüquq  və 
haqlarının  qorunmasına  xüsusi  diqqət  yetirilirdi.  «Vicdan, 
mətbuat, yığıncaq azadlığına, həmkarlar azadlıqlarına təminat 
verilirdi ki, bu da, əlbəttə, hüquqi demokratik dövlətin əsasını 
təşkil edirdi» (12, 145). 
AXC-nin  yaranışının  ilk  dövrlərində  bəzi  daxili  ziddiyyətlər 
mövcud  idi.  İlk  vaxtlarda  «…  Nuru  paşa  Azərbaycanın  Milli 
Şurasına  və  hökumətinə  etimadsızlıq  göstərərək  onlara  şübhə 
ilə  yanaşır.  Azərbaycanın  müstəqilliyi  «olum  və  ya  ölüm» 
dilemması  qarşısında  qalır.  Belə  bir  tarixi-siyasi  və  hərbi 
şəraitdə  Nuru  paşanın  müşaviri,  əslən  azərbaycanlı,  XX  əsrin 
görkəmli  fikir  və  siyasət  adamı  Əhməd  bəy  Ağaoğlunun 
vasitəçiliyi ilə aparılan gərgin danışıqlardan sonra Milli Şuranın 
buraxılması  və  bütün  hakimiyyətin  Fətəli  Xan  Xoyskinin 
rəhbərliyi ilə yenidən təşkil edilən Müvəqqəti Milli Hökumətə 
verilməsi şərti ilə müvafiq razılığa gəlmək mümkün olur» (39, 
49). 
M.Ə.Rəsulzadə  isə  vəziyyətdən  çıxış  yolu  axtarırdı:  «Bu  gün 
firqə  ehtiraslarını,  şəxsi  qərəzləri  və  bütün  bu  kimi  vətən  və 
millət  qayəsi  qarşısında  səqit  qalan  qərəzlər  atılmalı,  vətən 
qayğısı  millət  duyğusu  hər  şeydən  yüksək  tutulmalıdır»  (39, 
57).  Bu  ideyaları  irəli  sürən  və  onun  gerçəkləşməsi  yolunda 
milli  istiqlal  savaşına,  milli  qurtuluş  mücadiləsinə  başçılıq 
edənlər 
Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu, 
Ə.Topçubaşov, 
M.Ə.Rəsulzadə və başqaları idi (39, 69). 
Azərbaycanın  müstəqilliyi  ilə  bağlı  bir  sıra  əcnəbi 
professorların  o  zaman  yazdıqları  da  diqqəti  cəlb  edir. 
Professor  Qothard  Coske  «28  mayısın  mənası»  məqaləsində 
yazır:  «28  mayıs  1918-ci  ildə  elan  olunan  Azərbaycan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
50 
50 
istiqlaliyyəti,  türk  və  Azərbaycan  düşməni,  bəzi  bədxah 
zümrələrin «isbata» çalışdıqları kimi, təsadüfi bir hadisə və ya 
işin  içindən  çıxa  bilmək  üçün  verilmiş  məcburi  bir  qərar 
deyildir və uzun müddətdən bəri inkişaf etməkdə olan təbii bir 
təkamül  seyrinin  son  mərhələsi  və  nöqtəsidir!»  (90,  12). 
Professor  Berd  Fon  Mendenin  «28  mayıs  ölkəsi  yaşamaq-
dadır»  məqaləsində isə  deyilir ki,  «bu tarix bilavasitə onunla 
bağlı  olan  zümrə  xaricindəkiləri  əlaqədar  edən  böyük  bir 
günün  tarixidir.  Çünki  bu,  sadəcə,  Qafqasiyadakı  milli 
dövlətçilik  inkişafı  üçün  mühüm  bir  təməl  daşı  olmaqla 
qalmayıb,  eyni  zamanda  Rusiya  imperatorluğunda  başlayan 
siyasi  hadisələrin  seyrində  milliyyət  prinsipinin  hakim  rol 
oynamağa başladığı bir günün tarixidir» (96, 15).  
Professor  Herbet  Duda  isə  «Azərbaycanlı  dostlarıma» 
məqaləsində  yazır:  «Həqiqi  milliyyətçiliyin  lüzumu  ilk  öncə 
Azərbaycanda  qavrandı  və  bütün  türk  irqdaşlarını  kültür 
baxımından  birləşdirmək  məfkurəsinə  orada  çalışıldı»  (91, 
14).  Professor  Tadeuş  Svyatoçovski  isə  yazır:  «İndiyə  qədər 
coğrafi  bir  ölkənin  adı  olan  Azərbaycan,  artıq  iki  milyonluq 
bir dövlətin adı idi. Tatarlar, Transqafqaziya müsəlmanları və 
Qafqaziya  türkləri  kimi  dəyişik  isimlərlə  anılan  xalq  artıq 
rəsmən azərbaycanlı olmuşdu» (111, 177). K.Arran isə yazırdı 
ki,  Rusiya  əsarəti  altında  yaşayan  türk  xalqları  arasında 
azadlıq  bayrağını  ilk  dalğalandıran  Azərbaycan  oldu  və  28 
may  «azadlığa  qovuşan  bir  insan  kütləsinin  hürriyyəti, 
simvolu»na çevrildi (89, s.4). 
Müasir  dövrümüzün  tanınmış  şəxsiyyətlərindən  olan  Heydər 
Əliyev  də  AXC-nin  varlığını  çox  yüksək  dəyərləndirib:  «… 
Azərbaycan  Demokratik  Respublikası  qısa  müddətdə  böyük 
işlər  görmüş  və  Azərbaycanın  gələcəkdə  də  müstəqil  olması 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə