MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
57 
üçün,  hökumət  qoşunu  həmin  ərazilərə  göndərməyə  məcbur 
oldu.  Bu  zaman  «Qafqaz  cəbhəsi  İnqilabi  Şurası  S.Q.Orco-
nikidzenin  başçılığı  ilə  21  və  23  aprel  tarixində  11-ci  orduya 
aprelin  27-də  Azərbaycan  sərhədini  keçib  bütün  ərazini 
tutmaq  əmrini  vermişdi»  (127,  268).  Müstəqil  dövlət  olaraq 
beynəlxalq nüfuzunun artdığı bir zamanda, Sovet Rusiyasının 
XI Ordusu 1920-ci ilin aprelin 27-də Azərbaycana soxuldu və 
işğalçılığa başladı.  
Bununla  da  Azərbaycanın  70  illik  müstəmləkəçiliyinin  başqa 
bir  dövrü  başladı.  Milli  ideologiyanın  daşıyıcıları  isə  70  il 
ərzində  bu  və  ya  digər  formada  ölkə  daxilində  və  xarici 
ölkələrdə  mübarizə  aparmağa  məcbur  olacaqdı.  Ancaq  ən 
əsası o idi ki, artıq milli ideologiyanın yeni dövr üçün zəmini 
qoyulmuşdu.  Bu  öz  təsirini  azərbaycanlı  kommunistlərə  də 
göstərmişdi.  "Azərbaycanda  milli  təmayülçülük  1918-ci  ildə 
Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyasının  üzvləri 
arasında gizli iş zəminində əmələ gəlmişdi" (14, 56). 
Bütövlükdə,  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində 
Azərbaycanda  mövcud  olan  ictimai-siyasi  və  ideoloji  mühit 
quzeyli, güneyli Azərbaycan türklərinin tarixində çox mühüm 
rol  oynayıb.  Bu  dövr,  sözün  əsl  mənasında,  müasir  Azər-
baycan  dövlətçiliyinin  yaranmasında  müstəsna  yer  tutur. 
Düzdür,  XIX  əsrə  qədər  də  Quzey  və  Güney  Azərbaycanın 
müstəmləkçiliyi dövrlərində azadlıq, istiqlal çağrışları və onun 
ideoloqları  olub.  Yeni  dövrdəki  istiqlal,  azadlıq  çağrışlarında 
milli  və  müasirliyə  söykənən  çalarlar  daha  çox  idi.  Bunun, 
kökündə  yalnız  azad  olmaq  deyil,  həm  də  azad  olaraq,  öz 
azadlığını  dərk  etmək  və  onu  dəyərləndirmək  dayanırdı.  Bu, 
xalqımızın  gələcək  taleyi  üçün  çox  önəmli  idi.  Əgər  biz  öz 
taleyimizi,  yəni  yeni  dövrdə  müstəqil  dövlətimizin  qurulması 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
58 
58 
prosesini  yad  millətlərin  imkanına  buraxası  olsaydıq,  bu 
günkü  müstəqilliyimizin  özü  bizim  üçün  heç  bir  məna  kəsb 
etməzdi.  
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Azərbaycanda  baş 
qaldıran  milli  azadlıq  hərəkatını  düzgün  qiymətləndirmək 
lazımdır.  Böyük  mütəfəkkirlərimizin  xalqımız  üçün  gördüyü 
müstəsna  xidmətləri  bir  kənara  qoyaraq,  Azərbaycan 
istiqlalının yalnız tarixi zərurətdən və məcburi gerçəkliklərdən 
yaranmasını iddia etmək haqsızlıq olardı. Özü də bu haqsızlıq 
məhdud  anlamda  başa  düşülməməlidir.  Unudulmamalıdır  ki, 
bu  cür  düşüncələr  Azərbaycan  dövlətçiliyi  üçün  çox 
təhlükəlidir.  XX  əsrin  əvvəllərində  baş  vermiş  fikri  və  əməli 
mücadiləni  görmədən,  qəbul  etmədən,  Azərbaycanın  dünən, 
ya  bu  gün  istiqlala  qovuşduğunu  söyləsək,  sabah  daha  ciddi 
problemlərlə  qarşılaşa  bilərik.  Biz  öz  milli  kimliyimizə,  bu 
millətin  əsl  qurucularına,  onların  gördüyü  böyük  əməllərə 
sahib  çıxmadıqca,  eyni  problemlərlə  bundan  da  ağır  şəkildə 
qarşılaşa bilərik.  
Bu  baxımdan  Heydər  Əliyevin  AXC  və  onun  qurucları,  o 
cümlədən  M.Ə.Rəsulzadə  ilə  bağlı  dedikləri  çox  qiymətlidir: 
«Azərbaycan  xalqı  əsrlər  boyu  azadlıq  arzusu  ilə  yaşamış, 
milli  azadlıq,  istiqlal  uğrunda  mübarizə  aparmışdır.  Xalqımız 
minillik  tarixində  dəfələrlə  öz  milli  azadlığına  nail  olmuş, 
milli  dövlətini  yaratmış,  lakin  sonralar  müxtəlif  səbəblər 
üzündən bunlardan məhrum olmuşdur. XX əsrin əvvəllərində 
Azərbaycanda  milli  azadlıq  hərəkatı  gücləndi.  Azərbaycanın 
demokratik  qüvvələri,  mütəfəkkir  şəxsləri,  siyasi  xadimləri 
yurdumuzun  müstəqilliyi  uğrunda,  xalqımızın  azadlığı 
uğrunda mübarizəyə qoşuldular. Birinci Dünya müharibəsinin 
bitməsi  ilə  əlaqədar  olaraq  dünyada  baş  vermiş  dəyişikliklər, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
59 
sosialist  inqilabı  nəticəsində  Rusiya  imperiyasının  dağılması, 
Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait meydana 
gətirdi. Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı 
bu  dövrün  səciyyəvi  cəhətlərindən  hesab  edilməlidir.  Məhz 
belə  bir  şəraitdə  Azərbaycanın  demokratik  qüvvələri,  siyasi 
xadimləri 1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik 
Respublikasının  yarandığını  elan  etdilər.  Həmin  gün 
Azərbaycan  xalqının  tarixinə  böyük  və  əlamətdar  bir  hadisə 
kimi  daxil  olmuşdur.  Biz  bu  günü  Respublika  günü,  Milli 
İstiqlal bayramı kimi qeyd  edirik. Bu bayramı qeyd edərkən, 
biz  o  zaman  Azərbaycanın  milli  azadlığı,  istiqlaliyyəti 
uğrunda,  Azərbaycan  Demokratik  Respublikası  yaranması 
uğrunda  mübarizə  aparanları,  demokratik  dövlətin  təşkil 
olunmasında  iştirak  edənləri,  onun  rəhbərliyində  fəaliyyət 
göstərənləri  –  Məmmədəmin  Rəsulzadəni,  Fətəli  xan 
Xoyskini, 
Əlimərdan  bəy  Topçubaşovu,  Nəsib  bəy 
Yusifbəylini,  Həsən  bəy  Ağayevi,  Məmmədhəsən  Hacınskini 
və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik. Onların 
parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında 
xidmətləri heç vaxt unudulmayacaqdır» (17, 385). 
H.Əliyev  deyir  ki,  Azərbaycan  xalqı  əsrlər  boyu  müstəqillik 
arzusu  ilə  yaşamış,  milli  azadlıq  uğrunda  mübarizə 
aparmışdır:  «XX  əsrin  əvvəlində  Azərbaycan  torpağında  ilk 
Azərbaycan  Demokratik  Respublikası  yaranmış,  Azərbaycan 
xalqı,  Azərbaycan  Respublikası  öz  müstəqilliyini  dünyaya 
elan  etmişdir.  1918-ci  il  mayın  28-də  yaranmış  Azərbaycan 
Demokratik  Respublikası  Azərbaycan  xalqının  çoxəsrlik 
arzusunun,  istəyinin  həyata  keçirilməsinin  ilk  addımı 
olmuşdur.  İlk  Azərbaycan  Demokratik  Respublikası 
ölkəmizin  müstəqilliyini  dünyaya  bəyan  etmək  üçün  və 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə