MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
51 
üçün mühüm zəmin yaratmışdır. Azərbaycan Respublikasının 
hüdudları  müəyyən  olunmuş,  Azərbaycan  dövlətçiliyinin 
atributları  qəbul  edilmişdi.  Azərbaycanın  gerbi  və  digər 
atributları, Azərbaycan dövlətinin bu gün bu salonda səslənən 
əzəmətli  himni  də  məhz  o  vaxt,  o  şəraitdə  yaranmışdır. 
Dövlətçilik  sahəsində  bir  çox  işlər  görülmüş,  Azərbaycan 
dilinin – ana dilinin tətbiq olunması, mədəniyyətimizin bir çox 
sahələrində,  təhsil  sahəsində  tədbirlər  görülməsi,  iqtisadiyyat 
sahəsində  müəyyən  addımlar  atılması  ilk  Azərbaycan 
Demokratik 
Respublikasının 
fəaliyyətini  əks  etdirən 
faktlardır» (21, 6). 
Cümhuriyyətin xalqımızın tarixində yerini və rolunu obyektiv 
şəkildə  dəyərləndirən  H.Əliyev  daha  sonra  deyir:  
«Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, 
müstəqillik  toxumlarını  bütün  Azərbaycana  səpdi.  Bu 
toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 
1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə 
etdi.  Ona  görə  də  Azərbaycan  Demokratik  Respublikasının 
fəaliyyəti ölkəmizin, xalqımızın tarixində parlaq bir səhifədir 
və biz bu günü bayram kimi qeyd edirik. Biz o günlərə, aylara, 
o  dövrə  böyük  hörmət  və  ehtiramı  bəsləyirik.  Bu  gün, 
Respublika  günü  bayramında  Azərbaycanda  ilk  demokratik 
respublikanın yaradılmasında fəaliyyət göstərənlərin hamısını, 
xüsusən  Azərbaycan  Demokratik  Respublikasının  başçıları 
Məmmədəmin  Rəsulzadəni,  Fətəli  xan  Xoyskini,  Əlimərdan 
bəy  Topçubaşovu,  Nəsib  bəy  Yusifbəyovu  və  başqalarını 
böyük hörmət və ehtiramla, minnətdarlıqla yad edirik. Onların 
fəaliyyəti,  gördüyü  işlər  xalqımızın  xatirəsində  əbədi 
yaşayacaqdır» (19, 383). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
52 
52 
Çox  mürəkkəb  və  gərgin  bir  dövrdə  azadlığa  qovuşan 
Azərbaycan  xalqı  yenicə  yaranmış  dövlətin  dayaqlarını 
möhkəmlətmək  üçün  bütün  səylərini  ortaya  qoyurdu.  Bu 
məqsədlə  Türkiyədən  hərbi  yardım  istənmiş  və  Batumda 
bununla  bağlı  ikitərəfli  müqavilə  bağlanmışdı.  "Batumda 
haziranda (iyun) dövlət əleyh namına ədliyyə naziri və birinci 
mürəxxəs  Xəlil  bəy  ilə  Şərq  orduları  komandanı  və  ikinci 
mürəxxəs  Vəhib  paşa  həzrətləri  Azərbaycan  namına  Şurayi-
Milli  rəisi  Rəsulzadə  Məhəmməd  Əmin  və  xariciyyə  naziri 
Məhəmməd Həsən bəylər tərəfindən bir müxadinət əhdnaməsi 
imza  edildi.  Bu  müxadinətin  4-cü  maddəsinə  binaən 
məmləkətin  əmniyyət  və  asayişini  iadə  etmək  üzrə 
Azərbaycan  Cümhuriyyəti  Türkiyədən  müavinəti-əsgəriyyə 
istəmək həqqinə caiz idi" (46, 39). Belə də oldu. Nuru paşanın 
başçılığı  ilə  türk  ordusu  Azərbaycan  torpaqlarında, 
Azərbaycan  əsgərləri  ilə  birlikdə  rus-erməni  hərbi  birləşmə-
lərinin məhv edilməsində çox mühüm rol oynamışdı. Məqsəd 
hər  cür vasitə ilə  Azərbaycan  adlı bir ölkənin varlığını sübut 
etmək və bunu, dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan 
ibarət idi.  
1918-ci  ilin  iyunun  17-də  İstanbulda  keçirilən  beynəlxalq 
konfransda  iştirak  edən  Azərbaycan  nümayəndə  heyətinin 
rəhbəri  M.Ə.Rəsulzadə  İstanbuldan  yazdığı  məktublarda 
narahatlıqla bildirirdi ki, «nəyin bahasına olursa-olsun Bakını 
tutmaq lazımdır» (7, f.277, s.2, iş.1, v.37). Bakı düşmənlərin – 
daşnak  və  bolşeviklərin  əlində  olduğu  bir  zamanda  ölkənin 
xarici siyasətini düzənli şəkildə aparmaq problemlər yaradırdı.  
M.Ə.Rəsulzadə  bu  problemlərlə  bağlı  qəti  və  kəskin 
mövqeyini  belə  ifadə  edirdi:  «Bakısız  Azərbaycan-  başsız 
bədəndir»  (45,  s.43).  Bu  vaxt  Bakıda  ermənilərdən, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
53 
ingilislərdən,  ruslardan  ibarət  silahlı  qüvvələr  vardı.  1918-ci 
ilin  iyul-avqust  aylarında  Bakıda  eser-daşnak-menşevik 
ittifaqı  əsasında  «Sentrokaspi  və  Sovetin  Müvəqqəti  İcariyyə 
Komitəsinin  Rəyasət  Heyəti  Diktaturası»  adlı  mürtəce 
hökumət  də  təşkil  olunmuşdu.  «Alınan  məlumatlardan  aydın 
olurdu  ki,  onlar  şəhəri  döyüşsüz  verməyəcəklər.  Sentyabrın 
14-dən  15-nə  keçən  gecə  türk  qoşunları  sürətli  hücumla 
Bakıya  girdilər.  Düşmən  təslim  oldu.  Bakı  xain  qüvvələrdən 
xilas  olundu.  Gecə  saat  üçdə  başlanan  bu  əməliyyat  qısa  bir 
vaxtda  türklərin  qələbəsi  ilə  qurtardı.  Sentyabrın  15-i  günü 
Qafqaz  Müsəlman  ordusunun  komandanı  general-leytenant 
Nuru  Paşa  Gəncəyə  -  Azad  Azərbaycan  hökumətinin 
başçılarına xoş xəbərli teleqram göndərdi» (84, 88). 
Ancaq  Birinci  Dünya  müharibəsinin  nəticələri  Azərbaycan 
üçün uğurlu olmadı. Belə ki, 1918-ci il sentyabrın 23-də Tələt 
paşa  ilə  Almaniya  arasında  gizli  protokol  imzalandı. 
M.B.Məmmədzadə 
«İstiqlalın 
diplomatik 
cəbhəsi» 
məqaləsində  yazır  ki,  həmin  protokola  əsasən  «Türkiyə 
qoşunları  Azərbaycandan  çıxır,  Almaniya  isə  Azərbaycanın 
istiqlalını  Rusiya  tərəfindən  tanınmasını  təmin  edirdi.  Lakin 
sonrakı vəziyyət Almaniyanı bu prosesi təmin etməsinə imkan 
yaratmadı. Məlum oldu ki, Almaniya, Avstriya-Macarıstan və 
Osmanlı  dövləti  ilə  Bolqarıstan  məğlub  olmuş,  hadisələrin 
istiqaməti  dəyişmiş  və  Azərbaycan  üçün  yeni  bir  imtahan 
dövrü başlamışdı» (94, 17-18).  
1918-ci  il  oktyabrın  30-da  Lemnos  adasının  Mudros 
limanında  imzalanan  müqaviləyə  əsasən  Bakı,  Batumi  və 
başqa  ərazilər  müttəfiqlərin  nəzarəti  altına  keçirdi  (119,  59). 
Mudros  müqaviləsinin  11-ci  maddəsində  göstərilirdi  ki,  türk 
ordusu Qafqazda və Cənubi Azərbaycanda olan ordularını geri 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə