MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
54 
54 
çağırmalıdır. «Meydana gələn yeni vəziyyətlə əlaqədar olaraq 
Azərbaycan  hökumətinin  nümayəndələri  İranda  olan  və 
müttəfiqləri təmsil edən ingilis generalı Tomson ilə vəziyyəti 
aydınlaşdırmaq  üçün  Ənzəlidə  görüşsələr  də,  o,  Azərbaycan 
adında bir hökumət tanımadığını söylədi və danışıq aparmağa 
razılıq vermədi. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni 
bir dövrün başlanğıcı oldu» (13, 246). 
Bu ərəfədə Müəssislər Məclisinin çağırılması sahəsində işlərə 
başlamaq üçün Nazirlər  Şurasının sədri, daxili işlər naziri  və 
xalq  maarifi  nazirindən  ibarət  komissiya  yarandı.  Bu 
komissiyanın  öz  işini  sürətləndirdiyi  və  ümumiyyətlə,  dövlət 
quruculuğu  işinin  genişləndiyi  bir  şəraitdə  Azərbaycanın 
beynəlxalq vəziyyəti kökündən dəyişmiş oldu. Birinci Dünya 
müharibəsinin bitməsi ilə Antanta adından Britaniya qoşunları 
Bakını  tutmalı  idi.  Düşmənin  Bakını  işğal  etmək  planına 
müqavimət  göstərmək  mümkün  olmadığı  bir  zamanda,  
Azərbaycan  Milli  Şurası  və  Müvəqqəti  hökumət  ingilislərin 
şəhərdə  yaratdığı  işğal  rejimi  şəraitində  Azərbaycanın 
istiqlaliyyəti  uğrunda  mübarizəni  davam  etdiərək,  istəyinə 
çatdı:  «…  ingilis  generalı  Tomson  öz  hökuməti  ilə 
məsləhətləşərək  Azərbaycan  Milli  Şurasının  təşkil  etdiyi 
Fətəli xan hökumətini, Azərbaycanda yeganə qanuni hökumət 
olaraq  tanıyacağını  bir  bəyannamə  ilə  Fətəli  xan  hökumətinə 
və xalqa elan etmişdir» (13, 247-248).  
Bu dövrdə müstəqil Azərbaycan dövlət quruculuğu prosesində 
ilk  uğurlu  addımlardan  biri  Azərbaycan  parlamentinin 
yaradılması oldu (114). AXC-nin parlamentinin çağırılması ilə 
əlaqədar  Azərbaycanın  Milli  Şurası  ölkə  əhalisinə  müraciət 
etdi. Milli Şuranın müraciətində deyilirdi ki, hazırda seçkilərin 
keçirilməsi  mümkün  olmadığı  üçün  əvvəlki  seçkilərdə  millət 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
55 
vəkilləri seçilənlər geri çağrılsın (9, f.895, s.3, iş. 187, v.1-2). 
Parlamentə 
Azərbaycanda 
yaşayan 
milli 
azlıqların 
nümayəndələri də daxil edilməli idi və yalnız bu şərtlərə əməl 
edildikdən  sonra  parlamentin  çağırılmasına  icazə  verilirdi. 
Bunun  üçün,  Milli  Şuranın  sədri  Məmməd  Əmin  Rəsulzadə, 
Məmməd Yusif Cəfərov və Əhməd Cövdət Pepinovdan ibarət 
nümayəndə heyəti seçildi (24, 16). 
1918-ci  il  dekabrın  7-də  Azərbaycan  parlamentinin  ilk  təsis 
iclası  oldu.  Parlamentin  rəhbərliyi  seçildikdən  sonra 
Hökumətin  başçısı  Fətəli  Xan  Xoyski  çıxış  etdi:  «Bu  gün 
böylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar 
yuxumuzda  da  görə  bilməzdik»  (4,  7).  Parlamentin 
komissiyalarının təşkilinə 1918-ci ilin 15 dekabrında keçirilən 
üçüncü  iclasında  baxılmışdı.  M.Ə.Rəsulzadə  parlamentin 
iclasında  təkliflə  çıxış  edib:  «Hər  fraksiya  bir  nümayəndə 
göndərsin  və  komissiyalar  təşkil  olunsun»  demişdi.  (11,  94). 
Parlamentin yaranması Azərbaycan üçün çox böyük bir hadisə 
oldu. Bu, Azərbaycan xalqının demokratik rejimdə, quruluşda 
yaşamasını istəməsinin ən bariz nümunəsi idi.  
Sovetlər  dönəmində  isə  bu  mühüm  tarixi  hadisəyə  də  qeyri-
obyektiv  izahlar  verilirdi.  N.Pçelin  1931-ci  ildə  çap  etdirdiyi 
«Müsavat zamanında kəndli məsələsi» kitabında yazır: «Türk 
əsgərlərinin  köməyi  ilə  Bakıda  hakimiyyəti  ələ  keçirən 
müsavatçılar  öz  «demokratikliyi»ni  göstərmək  üçün,  1918-ci 
ilin  dekabrında  «parlament»lərini  açdılar.  Bu  parlamenti 
Azərbaycan  xalqı  seçməmişdi.  Onun  əsasını  Müsəlman  Milli 
Şurasına  daxil  olan  müsavatçı  xan  və  bəylər  təşkil  edirdilər» 
(122, 21). 
Qafqazda  yeni  yaranan  Azərbaycan  və  Gürcüstan  dövlətləri 
Birinci  Dünya  müharibəsinin  qalibləri  Antanta  adı  altında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
56 
56 
birləşən Qərbin hegemon dövlətlərinə özlərinə qəbul etdirmiş 
və  de-fakto  tanınmışdılar.  Bununla  bağlı  Paris  sülh 
konfransında  iştirak  edən  Azərbaycan  nümayəndə  heyətinin 
əməyini xüsusi qiymətləndirmək lazımdır.  «Hələ 1918-ci ilin 
sentyabrında  Türkiyəyə-İstanbula  gələn  Əlimərdan  bəy 
Topçubaşov  Azərbaycanın  mövcudluğu,  əhalisinin  sayı, 
tərkibi,  hazırkı  durumu,  milli  müstəqilliyini  elan  etməsi  ilə 
bağlı 
memorandumu 
müxtəlif 
dövlətlərin 
buradakı 
nümayəndələrinə  təqdim  etmişdi»  (125).  Ə.Topçubaşovun 
başçılıq  etdiyi  nümayəndə  heyəti  bir  müddət  İstanbulda 
qaldıqdan  sonra  Versala  yola  düşmüşdü.  Versal  sülh 
konfransında  başlıca  olaraq  Almaniya  ilə  sülh  nizamlanması 
nəzərdə  tutulsa  da,  əvvəldən  böyük  dövlətlərin  liderləri  «rus 
məsələsini»  müzakirəyə  başladılar  (120,  15).  Topçubaşovun 
istər  Versaldan  göndərdiyi  məktublardan,  istərsə  də  hələ 
İstanbulda  ayrı-ayrı  dövlətlərin  nümayəndələri  ilə  keçirdiyi 
görüşlərdən aydın olurdu ki, Azərbaycanın müstəqil bir dövlət 
kimi  tanıdılması  çox  mürəkkəb  və  çətin  olmuşdu  (126). 
Müttəfiq dövlətlərin Ali Şurasının 1920-ci ilmin yanvarın 11-
də  keçirilən  iclasında  Azərbaycan  de-fakto  tanındı  (28,  320). 
Rəsulzadə bu münasibətlə yazır:  «Cümhuriyyətlərin dövlətlər 
tərəfindən  tanınması  qafqasiyalı  xalq  kütlələrində  böyük  bir 
sevinc  doğurdu.  Azərbaycan  ilə  Gürcüstanda  xalq  günlərlə 
şadlıq nümayişləri keçirdi» (99, 3).   
AXC  müstəqilliyini  möhkəmlətməyə  çalışdığı  bir  zaman 
başının  üstünü  təhlükə  alırdı.  Bu  təhlükə  Azərbaycanı 
müstəmləkəçiliyə  doğru  sürükləyirdi.  Şübhəsiz  ki,  Azər-
baycanın  işğalında  rusların  əlaltısı  olan  ermənilər  də  fəal  rol 
oynadılar.  Qarabağ,  Naxçıvan  və  digər  sərhəd  rayonlarında 
ermənilərin türklərə qarşı törətdiyi qırğınların qarşısını almaq 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə