MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə13/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
42 
42 
Bu  müşavirədə  iştirak  edənlər  Azərbaycan  ictimai  hərəkatı 
üçün  koalisyon  proqram  qəbul  etmək  razılığına  gəliblər. 
«Müsavat»  Partiyasının  təqdim  etdiyi  proqram  müzakirə 
edilib.  Proqramda  M.Ə.Rəsulzadənin  irəli  sürdüyü  kimi, 
Rusiya  federativ  dövlət  olmaqla  muxtariyyətin  verilməsi 
məsələsi  qoyulub.  Muxtar  respublikaların  ərazilərini 
Müəssislər  Məclisi  müəyyənləşdirməli  idi.  «Müsavat»ın  irəli 
sürdüyü tələblərə görə, torpaqlar kəndlilərə pulsuz paylanmalı, 
fəhlələr üçün 8 saatlıq iş günü qoyulmalı idi. Bu tələblər daha 
çox sosial xarakter daşısa da, sosialistər müşavirəni  yarımçıq 
tərk  ediblər.  Bunun  nəticəsində  yeni  siyahı  tərtib  edilib.  Bu 
siyahıya M.Cəfərov, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Yusif-
bəyov  və  b.  daxil  olub.  Bu  siyahını  Gəncə  Milli  Komitəsi 
Tiflis  Komitəsinə  təqdim  etməli  idi.  Bu  müşavirə  bir  çox 
məsələlərə  də  aydınlıq  gətirib.  Məlum  olub  ki,  sosialistlər 
müsavatçılarla  bir  yerdə  işləmək  istəmirlər.  Bundan  sonra 
müsavatçılar  proseslərə  nəzarəti  öz  əllərində  cəmləşdirməyə 
başlayıblar.  Bunun  üçün  isə  onlar  ilk  növbədə  qarşılarına 
qoyduqları məsələləri dəqiqləşdirməli idilər. 
Bu məqsədlə 1917-ci oktyabrın 26-dan 31-nə kimi "Müsavat" 
«İsmailiyyə»  binasında ilk  qurultayını keçirib. Bu qurultayda 
«Türk Ədəmi-Mərkəziyyət Partiyası-Müsavat» öz proqramını 
elan etməli idi. "Müsavat" Partiyasının ilk bitkin sənədi məhz 
bu proqram olmalı idi (6, f.276, s.7, iş. 168, v.1). «Açıq söz» 
qəzeti  bu  qurultayı  tərkibinə  görə  bütün  müsəlman  Şərqində 
ilk  demokratik  qurultay  adlandırıb.  Qurultayda  «Müsavat»ın 
76  maddədən  ibarət  proqramı-  dövlət  quruluşu,  milli  məsələ, 
dini, fəhlə, iqtisadi, məhkəmə və s. məsələlər müzakirə edilib. 
Həmin  müddəalardan  bəzilərinə  toxunmamaq  olmur.  Birinci 
maddə də qeyd edilirdi ki,  «Rusiyanın dövlət quruluşu milli-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
43 
məhəlli  muxtariyyət  olmalı  və  onlar  da  xalq  cümhuriyyəti 
şəklində qurulmalıdır» (8, f.894, s.10, iş. 39, v.2). Proqramın 
3-cü  maddəsində  isə  göstərilirdi  ki,  məhəlli-muxtariyyətə 
Azərbaycan,  Türküstan,  Qırğızıstan,  Başqırdıstan  sahib 
olmalıdır.  32  və  35-ci  maddələrdə  torpaqların  pulsuz 
kəndlilərə  verilməsi  nəzərdə  tutulurdu.  Qurultayın  sonunda 
tələb  qoyulub  ki,  muxtariyyətin  verilməsi  üçün  bütün 
tədbirlərin  keçirilməsini  Mərkəzi  Komitəyə  həvalə  etmək, 
Mərkəzi  Müsəlman  Komitəsindən  Azərbaycanın  Müəssislər 
Məclisini  çağırmağı  israr  etmək  lazımdır.  Məhz  bu  dövrdən 
sonra Azərbaycanda istiqlal mübarizəsinə başlanıb.  
Ona görə də birləşmiş bolşevik-daşnak qüvvələrinin Bakıdakı 
hakimiyyəti  uzun  çəkmədi.  Azərbaycanda  milli  təfəkkürün, 
milli  düşüncənin,  milli  özünüdərkin  güclü  olması  bolşevik-
daşnakların  Bakıda  möhkəmlənməsinin  qarşısını  aldı.  Xalq 
rus  müstəmləkəsinə,  erməni  terrorizminə  açıq  şəkildə  etiraz 
edirdi.  Milli  düşüncə  daşıyıcılarının  bu  məsələdə  rolu  isə 
böyükdür. Onların sayəsində xalq bolşevik rusların və daşnak 
ermənilərin simasını görür və milli təşkilatlara üz tuturdu.  Bu, 
sonda  yeni  dövrdə  demokratik  Azərbaycan  dövlətinin 
yaranmasına səbəb oldu. 
Azərbaycan  türklərinin  hələ  qədim  dövrlərdən  dövlətçilik 
təcrübəsinə  malik  olması,  yeni  dövrdə  demokratik  quruluşlu 
dövlət  qurmağa  layiq  və  qadir  olmağımıza  şübhə  yeri 
qoymurdu.  Ancaq  Azərbaycan  xalqının  müstəqil  dövlət 
qurmasını  əngəlləyən  ciddi  səbəblər  var  idi.  Rusiya,  onun 
əbədi  əlaltıları  ermənilər  və  İrandakı  fars  şovinizmi  bütün 
gücünü ortaya qoyaraq buna mane olurdu. Xüsusilə, Rusiyada 
hakimiyyətə gələn bolşeviklər və onların Qafqazdakı əlaltıları 
olan  ermənilər  nə  yolla  olursa-olsun  Azərbaycan  türklərinin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
44 
44 
milli,  müstəqil  dövlətlərini  qurmağa  yol  vermək  istəmirdilər. 
Rus 
hökuməti 
və 
ermənilər 
müxtəlif 
təxribatlarla 
Azərbaycanda milli hökumətin yaranmasına əngəl törədirdilər. 
Bütün bunlara baxmayaraq, istiqlal qaçılmaz idi. 1918-ci ilin 
fevralında Tiflisdə Zaqafqaziya Seyminin açılması bu prosesi 
daha  da  sürətləndirdi.  Qeyd  edək  ki,  Seymdəki  Azərbaycan 
fraksiyası  44  millət  vəkilindən  ibarət  olub  (116,  s.130).  Bu 
dövrdə Türkiyə gürcü və ermənilərin Seymdə apardığı siyasəti 
qəbul etməyərək onlara qarşı müharibə elan etdi. Müharibə 8 
gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, 
Qarsı isə mühasirəyə aldılar (116, s.183). Azərbaycan nüma-
yəndələrinin  təkidilə  Zaqafqaziya  Seymi  aprel  ayının  22-də 
Zaqafqaziyanın suverenliyini elan etdi (116, s.184-185).  
Seymdə vəziyyət heç də normal deyildi. Ermənilər mürəkkəb 
vəziyyətdən istifadə edərək müsəlmanlara qarşı təxribatlarının 
miqyasını  daha  da  genişləndirirdilər.  1918-ci  ilin  martında 
erməni  daşnakları  böyük  qardaşları,  himayədarları  rusların 
yardımı  sayəsində  türk-müsəlmanların  kütləvi  şəkildə 
soyqırımına  başladılar.  Bununla  əlaqədar  olaraq  Rəsulzadə 
daşnak  Stepan  Şaumyanın  mövqeyini  kəskin  tənqid  edirdi. 
Çünki  1918-ci  ilin  mart  hadisələri  zamanı  «Bakının  və  ətraf 
rayonların  İnqilabi  Müdafiə  Komitəsinə  başçılıq  edən 
Şaumyan»  (118,  s.327)  qırğında  bilavasitə  məsuliyyət 
daşıyırdı. 
Azərbaycanın  muxtariyyəti  ideyasına  qarşı  barışmazlıq 
göstərən  "bolşevik",  daşnakçı  Şaumyan  1917-ci  ilin 
dekabrında 
Leninin 
imzaladığı 
«Türkiyə 
ərazisində 
Ermənistana  muxtariyyət  verilməsi»  dekretinə  nail  olmuşdu 
(121,  s.22).  S.Şaumyan  «Bakinski  raboçi»  qəzetinin  1918-ci 
ilin  17  fevralında  «Vətəndaş  Rəsulzadəyə  cavab»  yazısında 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə