MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
33 
Qeyd  edək  ki,  pantürkizm  və  yaxud  türkçülük  isə  ictimai-
siyasi hərəkatın ikinci xətti idi.  Türkçülük  XIX  əsrin  sonu  və 
XX  əsrin  əvvəllərində  Osmanlı  İmperiyasında,  Avropada, 
İranda,  çar  Rusiyasında,  o  cümlədən  Azərbaycanda  geniş 
yayılmışdı. Bu isə təxminən panislamizmin təşəkkülü ilə üst-
üstə düşür. Bir sıra alimlər türkçülüyün yaranmasını Türkiyə, 
başqaları Rusiya və bir qismi isə Avropa ilə bağlayır. Bir qism 
tədqiqatçılar  hesab  edirlər  ki,  türkçülüyün  formalaşmasında 
xarici  (Avropa),  kənar  amillər  mühüm  rol  oynayıb.  Söhbət 
əcnəbi  mütəfəkkirlərin  türkçülük  ideologiyası  ilə  bağlı  irəli 
sürdüyü  ideyalardan  gedir.  «Türk-tatar  xalqları  arasında 
türkçülüyün  meydana  gəlməsində  Avropa  şərqşünaslarından 
de  Gin  Jozefin,  de  Ujvaldinin  və  German  Vamberinin  hun, 
türk  və  monqol  tarixinə  dair  türk  dili  sistemli  xalqların 
tarixinin  ümumiliyinə,  fin-uyğur  dilləri  qrupuna  daxil  olan 
xalqların  tarixən  türk-monqola  mancurlar  ilə  həmvətən 
olmalarına,  ümumiyyətlə,  «Turan  xalqları»  adlanan  xalqların 
tarixinə dair əsərlərinin türk dilinə tərcümə olunması mühüm 
rol  oynamışdı»  (83,  s.118).  İnamla  demək  olar  ki,  Avropa 
şərqşünaslarına  aid    bu  tədqiqatların  Osmanlı  İmperiyasında 
və çar Rusiyasında yaşayan türk mütəfəkkirlərinə böyük təsiri 
olmuşdur. 
XX  əsrin  əvvəllərində  türkçülüyün  yaranmasında  Osmanlı 
dönəmində yaşamış türk ziyalıları, başda Ziya Göyalp olmaqla 
mühüm  işlər  görmüşlər.  Osmanlı  İmperiyasında  türkçülük 
davasının  öncüllərindən  olan  Ziya  Gökalp  yazır:  «Türkçülük 
siyasi  bir  partiya  deyildir,  elmi,  fəlsəfi,  estetik  bir  məktəbdir, 
başqa  bir  deyimlə,  kültürlə  bağlı  bir  çalışma  və  yeniləşmə 
yoludur. Bu səbəbdəndir ki, türkçülük indiyə qədər bir partiya 
şəklində  siyasi  mübarizə  meydanına  atılmadı,  bundan  sonra 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
34 
34 
da,  şübhəsiz  atılmayacaqdır.  Bununla  birlikdə,  türkçülük 
büsbütün siyasi ülkülərə (məfkurələrə) də biganə qalmır. Ona 
görə ki, türk kültürü digər  ülkülər ilə birlikdə siyasi ülkülərə 
də  malikdir.  Məsələn,  türkçülük  heç  bir  vaxt  klerikalizm, 
teokratiya  və  zülm  rejimi  ilə  sazişə  girə  bilməz.  Türkçülük 
çağdaş  (modern)  bir  axımdır  (cərəyandır)  və  ancaq  çağdaş 
mahiyyət daşıyan axımlar və ülkülər ilə sazişə girə bilər» (26, 
132). 
Osmanlı  İmperiyasında  türkçülük  cərəyanının  qarşısı  alındığı 
bir  zaman  çar  Rusiyasında,  xüsusilə  Azərbaycanda  türkçülük 
ideyaları  inkişaf  edirdi.  Bu  məsələ  ilə  bağlı  böyük  türk 
mütəfəkkiri  Z.Göyalp  yazır:  «Türkiyədə  Əbdülhəmid  bu 
müqəddəs axımı-cərəyanı dayandırmağa çalışarkən, Rusiyada 
iki  böyük  türkçü  yetişirdi.  Bunlardan  birincisi  Mirzə  Fətəli 
Axundzadədir ki, azəri türkcəsində yazdığı orijinal güldürülər-
komediyalar  bütün  Avropa  dillərinə  çevrilmişdir.  İkincisi  isə 
Krımda  «Tərcüman»  qəzetini  çıxaran  Qaspıralı  İsmaildir. 
Onun  türkçülükdəki  şüarı  «dildə,  fikirdə  və  işdə  birlik»  idi» 
(26, 27). 
Türkçülüyün  inkişafında  Azərbaycan  türklərinin  də  böyük 
xidmətləri  olub.  M.F.Axundzadədən,  H.Zərdabidən  başlayan 
milli  məfkurə  ideyaları,  ötən  əsrin  əvvəllərində  yaşamış 
Azərbaycan 
türkçüləri 

Ə.Hüseynzadə, 
Ə.Ağayev, 
Ə.Topçubaşov, 
M.Ə.Rəsulzadə, 
N.Yusifbəyli, 
M.Hadi, 
H.Cavid və başqaları tərəfindən davam etdirilmişdir. XX əsrin 
əvvəllərində  Azərbaycanda  türkçülük  mücadiləsi  başlamış, 
tədricən  müəyyən  bir  forma  almağa  başlamışdı.  Düzdür, 
əvvəlcə  türkçülük  panislamizm  kimi  özünə  geniş  yer  tapa 
bilməmişdi.  Xüsusilə  də  buna  mane  olan  amil  türkçülüyü 
təbliğ  edənlərin  daha  çox  panislamist  kimi  tanınmaları  idi. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
35 
Onlar  islamın  müdafiəçisi  kimi  ya  öncə  çıxış  etmişdilər  və 
yaxud  da  elə  bu  yöndə  çıxış  etməkdə  idilər.  Ancaq  get-gedə 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Ə.Topçubaşov,  N.Yusifbəyli, 
M.Ə.Rəsulzadə  və  bu  kimi  mütəfəkkirlərimiz  daha  çox 
türkçülüyə doğru istiqamət almağa başlamışdılar. 
XX  əsrin  əvvəllərində  Bakıda  türkçülüyü  geniş  şəkildə  təbliğ 
edənlərin  başında  yenə  də  Əli  bəy  Hüseynzadəni  görürük. 
Ə.Hüseynzadə  bundan  öncə  İstanbulda  bu  istiqamətdə  geniş 
fəaliyyət göstərib. «Rusiyadan İstanbula gələn Hüseynzadə Əli 
bəy Tibbiyyədə (Tibb məktəbində) türkçülüyün əsaslarını başa 
salırdı.  «Turan»  adlı  şeri  «Turançılıq»  ülküsünün  (ideyasının) 
ilk  ortaya  qoyuluşu  idi...  Hüseynzadə  Əli  bəy  Rusiyadakı 
millətçilik  axımlarının  (cərəyanlarının)  təsiri  ilə  türkçü 
olmuşdu» (26, 28). 
Eyni  işləri  Bakıda  da  görən  zaman  Ə.Hüseynzadə  artıq  tək 
deyildi. 
Onunla 
yanaşı  başqa  mütəfəkkirlərimiz  də 
pantürkizmi  Azərbaycanda  yayırdı.  «Bu  vaxt  (1905-1906-cı 
illər  nəzərdə  tutulur  -  F.Ə.)  Hüseynzadə  Əli  bəy  İstanbuldan 
və Ağaoğlu Əhməd bəy Parisdən Bakıya gəlmiş və orada fikir 
savaşı  üçün  əl-ələ  vermişdilər.  Topçubaşov  da  bunlara 
qoşuldu.  Bu  üç  şəxs  orada  o  zamana  qədər  hakim  olan 
sünnilik  və  şiəlik  anlaşılmazlıqlarını  ortadan  qaldıraraq 
türklük  və  islamlıq  fikirləri  çevrəsində  (ətrafında)  bütün 
azərbaycanlıları toplamağa çalışdılar» (26, 29). 
Azərbaycanda  türkçülüyün  və  turançılığın  əsasını  qoymuş, 
türk  birliyi  ideyasını  elmi-nəzəri  cəhətdən  işləmiş 
Ə.Hüseynzadə  türklərin  dünya  tarixi  və  mədəniyyətinin  inki-
şafında  oynadıqları  fövqəladə  əhəmiyyətli  rolu  yaxşı  bilir  və 
həmin ənənələrin bir zamanlar yenidən dirçələcəyinə inanırdı. 
O  hesab  edirdi  ki,  xalqı  hərəkətə  gətirmək,  azadlıq  uğrunda 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə