MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə12/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
39 
xarakter  alırdı.  Bunun  nəticəsində  xalq  milli  qüvvələrə  üz 
tutmağa başlayırdı. 1917-ci il aprelin 15-20-si arasında Bakıda 
keçirilən  Qafqaz  müsəlmanlarının  I  qurultayı  Azərbaycanın 
ictimai-siyasi  hərəkatında  mühüm  rol  oynadı.  Qurultayda 
«Türk  Ədəmi-Mərkəziyyət»  Partiyası  adından  çıxış  edən 
Nəsib  bəy  Yusifbəyli  türklərin  tapdalanmış  hüquqlarından 
danışıb və onların birləşməsini vacib sayıb. Qurultaydan sonra 
siyasi,  dini,  təşkilati,  məktəb  və  milli  məsələlər  üzrə 
komissiyalar  yaradılıb.  «Qurultayda  Gəncədə  Nəsib  bəy 
Yusifbəylinin  başçılıq  etdiyi  «Türk  Ədəmi-Mərkəziyyət»lə 
«Müsəlman  Demokratik  Partiya-Müsavat»ın  qiyabi  olaraq 
birləşdirilməsi 
razılığına 
gəlindi. 
Çünki 
qurultayda 
«Müsavat»la  «Türk  Ədəmi-Mərkəziyyət»  eyni  mövqedən 
çıxış edirdi. Hər iki təşkilat millətlərə ərazi muxtariyyəti tələbi 
ilə  çıxış  edir  və  Rusiyanın  federal  əsaslar  üzərində 
qurulmasını tələb edirdi» (38, 56). 
Bunun  ardınca  1917-ci  il  mayın  1-dən  11-dək  Moskvada 
Ümumrusiya  müsəlmanlarının  I  qurultayının  keçirilməsi 
proseslərin  qarşısıalınmaz  olduğunu  ortaya  qoyurdu. 
Qurultayın  gündəliyinə  bir  sıra  önəmli  məsələlər  salındı. 
Bunlardan  dövlət  forması,  mədəni-milli  təyini-müqəddərat, 
Müəssislər  Məclisi  və  onun  seçki  kampaniyasının  taktikası, 
Ümumrusiya Müsəlmanlar Şurasına seçkiləri göstərmək olar. 
«Rusiya  türklüyünün  bütün  əqvamını  təmsil  edən  min 
mürəxxəsli  bu  böyük  qurultayda  şiddətli  mübahisə  və 
münaqişələrdən  sonra  Rusiyanın  milli  və  məhəlli 
muxtariyyətlər  üzərinə  qurulu  mütəhhid  xalq  cümhuriy-
yətindən  ibarət  olması  tələb  olunmuşdu.  Bu  tələb  Rusiya 
müsəlmanlarının  böyük  inqilabdan  bəslədikləri  siyasi  əməli 
tamamilə əyan eləmişdi» (46, 27). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
40 
40 
Azərbaycanın  ictimai-siyasi  həyatında  mühüm  dəyişikliklər 
baş verirdi.  Xalqın öz dövlətini  yaratması  üçün  real vəziyyət 
yaranırdı. Bunu, şərtləndirən amillər arasında ictimai-siyasi və 
elmi-fəlsəfi  fikirin  rolunu  qeyd  etməmək  mümkün  deyildir. 
Azərbaycan  üçün  yeni  bir  dövr  başlayırdı.  Bu  dövrü 
başlayanların öncüllərindən olan «Müsavat» və «Türk Ədəmi-
Mərkəziyyət»  1917-ci  ilin  iyununda  birləşərək,  ictimai-siyasi 
proseslərdə birgə çıxış etməyə başladı. Bu prosesdə yaxından 
iştirak  etmiş  M.Ə.Rəsuloğlu  sonralar  «Müsavat  Partiyasının 
quruluşu»  məqaləsində  yazır:  «Bir  sıra  müzakirələrdən  sonra 
bu  iki  partiyanın  birləşməsi  qərarına  gəldik.  Partiyanın  adı 
haqqında  məsələyə  gələndə  Nəsib  bəy,  partiyanın  adının 
«Türk  Ədəmi-Mərkəziyyət  Firqəsi-Müsavat»  qoyulmasını 
təklif etdi, biz də qəbul etdik» (110, 13). Birləşmiş partiyanın 
Mərkəzi  Komitəsi  (MK)  yaradılıb  və  sədr  M.Ə.Rəsulzadə 
seçilib.  
«Müsavat»  və  «Türk  Ədəmi-Mərkəziyyət»in  birləşməsi 
Azərbaycan  xalqının  taleyində  mühüm  rol  oynadı.  Milli 
ideologiyaya  söykənən  bu  iki  aparıcı  partiyanın  birləşməsi 
başqa  siyasi  qurumları,  hərəkatları  kölgədə  qoydu.  Xalq 
arasında böyük nüfuza malik olan şəxsiyyətlərin bir partiyada 
birləşməsi  Azərbaycanın  gələcək  taleyinə  müsbət  təsir 
göstərdi.  Bunun  nəticəsi  olaraq  1917-ci  il  oktyabrın  22-də 
keçirlən Bakı Sovetinə seçkilərdə «Müsavat» qələbə qazandı. 
«Müsavat 25 min seçicidən 10 min nəfərin-yəni bütün seçici-
lərin  40  faizinin  (9617)  səsini  qazanmışdı,  halbuki,  özləri 
üçün  əlverişli  şəraitdə  keçirilən  bu  seçkilərdə  bolşeviklər 
cəmisi  4  min  seçicinin  səsini  toplaya  bilmişdi»  (28,  s.31). 
Bolşeviklərin  lehinə  Bakı  şəhəri  əhalisinin  15,4  faizi  səs 
vermişdi  (117,  181).  Seçkilər  göstərdi  ki,  xalq  arasında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
41 
«Müsavat»ın  nüfuzu  başqa  siyasi  qüvvələrlə  nisbətdə  xeyli 
yüksəkdir:  «Müsavat  Partiyası  9617,  Daşnaksutun  5288, 
bolşeviklər 3823...» (116, 93). 
Bu,  yalnız  «Müsavat»ın  deyil,  milli  məfkurənin,  milli 
ideologiyanın böyük qələbəsi idi. Bunu, bolşeviklər, sosialist-
lər, daşnaklar və başqa siyasi qurumlar yaxşı anlayırdılar. Ona 
görə  də  bununla  razılaşmayan  bolşeviklər  və  daşnaklar 
seçkilərin  nəticələrini  ləğv  etməyə  çalışdılar.  R.Xudiyev 
«Türk  Ədəmi-Mərkəziyyət  Firqəsi-Müsavat»  məqaləsində 
yazır:  «1917-ci  ilin  noyabrın  2-də  Bakı  Soveti  hakimiyyətini 
elan  etmiş  sovetin  tərkibinə  "Müsavat"  Partiyasından  22 
deputat daxil edilmişdi» (30, 2). Müsavatçı deputat Rəsulzadə 
Bakı  Şəhər  Sovetinin  iclasında  çıxış  da  edib:  «Müsavat 
Partiyası  hökumətin  təşkilinə  ehtiyatla  yanaşır  və  bütün 
Qafqazı  yandıracaq  bir  ziddiyyətin  yaranmasından  çəkinir. 
Bax  belə  bir  toqquşma  təhlükəsinə  görə  şəhər  Sovetinin 
hökumətinə etiraz etmir» (123, 123). 
1917-ci ilin oktyabrın 25-də rus bolşeviklərinin inqilab edərək 
Rusiyada 
hakimiyyətə  gəlməsini  də,  ilk  dövrlərdə 
müsavatçılar müsbət qarşılayıblar. M.Ə.Rəsulzadə bunu, belə 
izah  edir:  «Lenin  «torpaq  köylünün,  muxtariyyət  də 
millətlərin»  dedi  və  bununla  müvəffəqiyyətini  təmin  eylədi" 
(83,  s.346).  Məhz  bundan  sonra  Azərbaycanın  muxtariyyəti 
geniş  şəkildə  gündəmə  gəldi.  Bununla  bağlı  Gəncədə 
müşavirə  də  keçirildi.  «Açıq  söz»  qəzetinin  yazdığına  görə, 
müşavirədə  iştirak  edən  48  nümayəndənin  11-i  sosialist 
fraksiyasından  idi.  "Müsavat"  isə  24  nümayəndə  ilə  təmsil 
olunub.  «Nicat»  və  «Difai»  partiyaları  da  "Müsavat" 
fraksiyası ətrafında birləşmişdilər (83, s.346-347). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə