MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə34/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
106 
106 
onu aradan çıxarmaqla ağlın qüvvəsini aradan çıxarmağın fərqi 
yoxdur.  Buradan  belə  nəticə  çıxır  ki,  mətbuatın  azadlığına  əl 
qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və 
fikri  azad  olsa  onların  fərdi  inkişafı  da  sürətlənər.  Azadlığın 
qarşısını almaq insanın ağlı və təfəkkürünü əlindən alıb onu bir 
maşına, ya cansız alətə çevirmək deməkdir» (50, 79). 
Mütəfəkkir  mətbuatın  senzura  halında  inkişafını  qeyri-
mümkün  sayır:  «Senzura  şübhələr  yaranmasının,  mühüm 
məsələlərin  gizlədilməsinin,  siyasi  zülmün  icra  olunmasının 
əsas  amilidir.  Mümkün  olan  bütün  əyriliklər,  oğruluqlar, 
fırıldaqlar,  zülmlər  həmin  pərdənin  arxasında  öz  işini  görür. 
Mətbuatın  əsarəti  zəhmətkeşlərin  və  zülm  altında  əzilənlərin 
səslərinin  boğulması,  onların  dərdlərinin  xalqa  çatmasına 
mane  olmaqdır,  bu  da  əksəriyyətin  istədiklərinin  qarşısını 
almaqdır.  Siyasi  baxışdan  əlavə,  bir  əxlaqi  heysiyyət  də 
vardır.  Mətbuatın  əsarəti  əxlaq  pozğunluğu  törədir,  əxlaq 
gözəlliyi  və  yaxşı  xüsusiyyətləri  aradan  çıxarır,  yalan 
danışmağı,  oğruluğu,  əyrilik  və  casusluğu  yayır,  ədəbi  və 
qələm pozğunluğu meydana çıxarır» (50, 80). 
Maarif, elm, mədəniyyət, mətbuat və s. Rəsulzadənin ictimai-
siyasi  görüşlərində  həmişə  əsas  prinsiplərdən  olmuşdu. 
Mütəfəkkir  bir  qayda  olaraq  maariflənməyi,    savadlanmağı, 
məktəblərdə elm və təhsil öyrənməyi, azad mətbuatın olmasını 
və  s.  xalqın  ən  başlıca  məsələlərindən  hesab  etmişdir.  Özü 
şəxsən  bu  proseslərdə  publisist,  maarifçi,  ziyalı,  jurnailst, 
pedaqoq  kimi  birbaşa  iştirak  etmiş,  biliyini,  savadını 
millətindən, xalqından əsirgəməmişdir.  
Qeyd edək ki, Rəsulzadənin maarif, elm, mədəniyyət, mətbuat 
və s. məsələlərə baxışı sosial-demokrat, islamçılıq əqidəsindən 
türkçülük,  müasirlik  və  dünyəvilik  səviyyələrinə  qədər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
107 
yüksəlmişdir.  1900-ci  illərdə  maariflənməyə,  elm  və 
mədəniyyətə, mətbuatın yaranmasına, məktəblərin açılmasına 
və  s.  sosial-demokrat  və  islam  dini  nöqteyi-nəzərdən 
yanaşmışdısa da, 1910-cu illərin ortalarından başlayaraq onu, 
daha  çox    milli  məfkurəli  maarifçi-demokrat  kimi  görürük. 
Əlbəttə,  bu,  onun  öz  görüşlərində,  baxışlarında  ardıcıl 
pedaqoq,  maarifçi,  ziyalı  olmasına  zərrə  qədər  də  mane 
olmamış, əksinə, daha ardıcıl, mübariz və əzmkar etmişdir. 
Rəsulzadə  ictimai-siyasi  görüşlərində  1905-1906-cı  ilərdə 
erməni 
daşnaklarının, 
çar 
Rusiyasının 
Azərbaycan 
torpaqlarında  törətdikləri  erməni-müsəlman  münaqişəsinə  də, 
geniş  şəkildə  toxunmuş  və  sosial-demokrat  kimi  şərhlər 
vermişdir.  Maraqlıdır  ki,  Rəsulzadə  də  əvvəllər  başqa 
mütəfəkkirlərimiz  kimi,  erməni-müsəlman  münaqişəsini 
törədənləri  bilə-bilə,  nədənsə,  həmişə  kənar-xarici  səbəblər, 
üçüncü  qüvvəni  axtarmağa  çalışmışdır.  "Amma    qəribə  bir 
fikir  yaranır:  XX  əsrin  istər  əvvəlində,  istərsə  də  ortalarında 
yaşayan  sənətkarlar,  siyasətçilər,  filosoflar  azərbaycanlılarla 
ermənilər  arasında  baş  verən  düşmənçiliyin,  milli  qırğınların 
səbəbini, onu törədənlərin kim olduğunu bilə-bilə, həmişə bu 
səbəbi kənarda axtarmışlar" (10, s.29). 
Erməni  adlı  "şeytanı"  tanıdığı  halda,  "şeytan"ın  axtarışına 
çıxan  Rəsulzadə  sonda  belə  bir  qənaətə  gəlir  ki,  bu,  çar 
Rusiyasıdır:  "Bir  ildən  artıqdır  ki,  "şeytan"ın  bəla  aləti  ilə 
ermənilərlə  müsəlmanların    arasına  fitnə  toxumu  düşüb  və 
özünə  müsaid  bir  zaman  tapdığı  üçün  göyərib,  inkişaf 
etməkdədir…  Mən  nə  deyim  ki,  abad  şəhərlərimiz  xaraba 
qalmış,  kəndlərimiz  viran  olmuş,  gözəl  Qafqaz  iki  düşmən 
ordusuna  dönmüşdür…  Bəsirət  Sahibi  özü  görür.  İndi  olan 
olub,  keçən  də  keçib,  gələcəyə  çarə  axtarılmalıdır.  Fikir 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
108 
108 
edilməldir ki, nə etmək lazımıdr ki, bir də vətənimiz  qan ilə 
əlvan  olmasın…  Cənnətə  misal  Qafqazı  böylə  cəhənnəmə 
döndərən haman Rusiyanın qeyri-şəhərlərini məsələn, Oddesi, 
Kişinyovu,  Ukraynanı  qanlı  edən  Rusiya  istibdadi-
qəddaranəsini  kim  tanımıyor?"  (49,  s.20).  Halbuki 
Rəsulzadənin  çar  Rusiyası  ilə  yanaşı,  erməni-müsəlman 
münaqişəsinin  baş  verməsində  ermənilərin  özlərinin  "şeytan" 
olduğunu bilməsi lazım idi. 
Rəsulzadəyə  görə  inqilabdan  qoruxan  çar  Rusiyası  millətlər 
arasında nifaq toxumu səpməklə əsas məsələdən-kapitalizmə, 
çarizmə  qarşı  mübarizədən  xalqları  yayındırmaq  məqsədi 
güdmüşdü.  Ona  görə  də  Rəsulzadə  Qafqazın  sülhsevərlərini 
birləşməyə  çağırır:  "Ey  vətənini  istəyən  qafqazlı  sülhsevən 
ünsürlər!  Əgər  sülh  istəyirsiniz,  yəni  düçar  olduğumuz 
mərəzdən  səhhət  tapmağımızı  arzu  edirsiniz,  müttəhid  olun, 
birləşin  taki  zikr  olunan  illətlər  aradan  götürülsün.  Nə  qədər 
ki,  bu  illətlər  duruyor,  bu  mərəz,  bu  xəstəlik  də    olacaqdır" 
(49, s.21) 
Erməni-müsəlman  münaqişəsini  çarizmin  ucqarlara  səpdiyi 
milli  ədavət  toxumu  kimi  hesab  edən  Rəsulzadə  «Bəlayi 
əzim» məqaləsində rus və erməni millətçilərin müsəlmanların 
başına  gətirdiyi  oyunu  belə  qiymətləndirir:  «Məlum  olduğu 
üzrə  Qoloşşapovu  Şuşa  uyezdinə  «sülhçü»  olaraq 
göndərmişlər.  Qoloşşapov  da  «sülhçü»lüyünü  büruzə  verib, 
toplar,  tüfənglər  atəşlər  ilə  sülh  etməyə  başlamışdır...  Ey 
vicdansız  Qoloşşapov!  Bəsdir,  bəsdir  içdiyiniz  insan  qanları, 
bəsdir  iki  milləti  bir-biri  ilə  çalışdırıb,  sonra  hər  ikisini  də 
bədi-fənayə  verdiyiniz!  Bu  qədər  insafsızlıq,  vəhşilik  olmaz 
ki,  siz edirsiniz!!  Tutalım  ki,  əhali  nadinc və sülhşikəstdirlər. 
Bəs  məsum  biçarə  tifillər,  heç  bir  cinayət  göstərməyə  qadir 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə