MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə35/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
109 
olmayan zəif-zəifələr, əlsiz-ayaqsızlar, oğul-uşaqlar nə eləsin, 
onlar nə günahın yiyəsidirlər. Bu  yazıq, sərnigün millətlərdən 
nə istiyorsunuz. Bunlara nə vermisiniz ki, ala bilmiyorsunuz?  
İnanın  ki,  bir  vaxt  millət  mühakiməsinin  qabağında  durub, 
tutduğunuz  işlərdən  sual-cavab  olunacaqsınız!  Qorxun  o 
gündən  ey  cəlladlar,  ey  insan  qanına  susamış  olanlar!»  (54). 
Rəsulzadə  üzünü  hər  iki  millətin  nümayəndələrinə  tutub, 
səslərini çıxarmalarını və «şeytan»a alət olmamalarını tövsiyə 
edir: 
«Bəs  biz  nə  vaxt  əqillənib,  «şeytan»a  alət 
olmayacağız?!» (49, 22). 
Rəsulzadə  əvvəllər  erməni-müsəlman  münaqişəsinə  sosial-
demokrat prinsipləri əsasında yanaşır, ancaq çarizmi günahkar 
sayır. Sonralar erməni vəhşliyini, düşmənçiliyini, riyakarlığını 
və  s.  görəndə  Rəsulzadə  başa  düşür  ki,  çarizmlə  yanaşı, 
erməni daşnakları da bu məsələdə mühüm rol oynamışlar.  
M.Ə.Rəsulzadə  «Kənddə  müsibət»,  «Yenə  də  müsibətmi!?» 
və s. məqalələrində də erməni-müsəlman münaqişəsinə geniş 
şəkildə  toxunmuşdu.  O,  erməni-müsəlman  münaqişəsində 
erməni  daşnaklarının  çar  Rusiyası  ilə  birgə  hərəkət  etdiyini 
açıq  şəkildə  yazsa  da,  inanır  ki,  bütövlükdə  bu  məsələdə 
erməni  xalqının  əli  yoxdur.  Rəsulzadə  münaqişənin  həlli 
yollarını  da  göstərir:  «Rusiya  hərəkəti-hürriyyətpərvəranəsi 
dövründə  istibdad  əleyhində  dəliranə  qital  edənlərdən  başqa 
müsibətamiz hürriyyətfəra vaqiələr cümləsindən bizim vətəni-
əzizimiz  olan  Zaqafqaziya  min  illərcə  qonşuluq  edən  iki 
millətin qanları ilə əlvan oldu… Çoxları sülh və müsalimətdən 
qəti-ümid  edib,  aləmi-ədavət  və  qisasda  cövlan  ediyorlar. 
Çarəmiz  nədir?  Müsaliməti  haradan  taparız?  İixtila  və  nifaqı 
rədd edib anlaşmaya nə vəsil ilə müvəffəq olarız? Bu suallara 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
110 
110 
hər  kəs  öz  fəhm,  fərasəti    müvazinəsincə  cavab  verir. 
Bəndənizsə bu suallara bu tövr cavab verirəm:  
Ən  əvvəl  bu  vaqieyi-müəssəflərin  nətayici  iqtisadiyyə  və 
siyasiyyələrin nəzərə alıb hər iki tərəfin qara cəmaəti arasında 
sülh  və  müsalimət  mənfəətinə  mitinqlər,  ictimalar  tərtib 
verməklə  bərabər  müşəviviqlər  (təşviq  edənlər)  hazırlamaldır 
ki,  cəmaət  arasına  girib  gidal  və  qitalın  müzürr  olduğunu 
məxluqə  bildirsinlər.  İkinci  əlac  isə  bilafərq  məzhəb  və  din 
iaənə  dəftərləri  açıb  hərəkati-vəhşiyanədən  mütəzərrər 
olanlara  maddən  kömək  etməkdir.  Üçüncü  əlac  yazıçılar 
əlindədir.  Yazıçılar  lazımdır  ki,  nifaqa  bir  cüzi  dəxi  olsa 
xidmət  edən  məqalələrdən  ibrazi-nifrət  və  narazılıq  etsinlər. 
Bunu  bilməlidir  ki,  erməni-müsəlman  əlaqəsinə  zərb-hərəkət 
verən  idareyi-müstəbiddeyi  maziyyə  oldusa  da,  amma  bu 
qədər davam edib uzanmasına hamana nifaqpərəst yazıçıların 
təqrirati-şəriranələri səbəb oldu. Hərgah  «Erməni məsələsi və 
panislamizm» kimi kitablar əvəzində, məhəbbət və qardaşlığa 
çağıran  risalələr  nəşr  etsə  idilər,  bu  qədər  nahaqq  qanlar 
tökülməyib,  bu  qədər  evlər,  xanimanlar  bərbad  olub  viran 
qalmaz idi» (56).  
""Şeytan"  işinin  nəticəsi"  məqaləsində  Rəsulzadə  erməni-
müsəlman  münaqişəsinin  türk  və  erməni  millətinə  vurduğu 
zərər  və  ziyanlardan  yazır.  Rəsulzadə  yazır  ki,  erməni-
müsəlman  münaqişəsi  bitsə  də  onun  nəticələri  qalmaqdadır. 
Bu  zaman  da  Rəsulzadə  erməni  və  türklərin  eyni  dərəcədə 
zərərdə qaldığına inanır: "İndi hər bir türk  və erməni keçmiş 
qara  günləri  yadına  salıb,  o  əqlsizlik  ,  o  vəhşaniyyət,  o 
düşmənin  hiyləsinə  inanıb,  öz  əli  ilə  özünə  quyu  qazdığı 
mələnətli,  nifrətli  dövrü  ürək  yanğısı,  cigər  suzişi  ilə  yad 
etməkdədir…  İştə  "şeytan"  əlilə  yapılan  erməni-müsəlman 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
111 
müqatiləsi,  necə  ki,  gözləmək  olardı,  bizə  bir  böyük  səfalət, 
tükənməz  fəlakət,  yaddan  çıxarılmayan  rəzalət  və  həlakət 
qismət oldu" (49, s.71-72). 
Məhəmməd  Əmin  erməni  və  müsəlmanları  heç  olmasa, 
insaniyyət naminə qırğına son qoymağa çağırır:  «İndi hər iki 
millətin  mücahidlərinə  lazım  gələn  odur  ki,  cəngiku  olan 
millətçiliyi  bacardıqca  məğlub  edib  ümuminsaniyyət  və 
bəşəriyyət  amalı  və  əfkarını  cəmaət  arasında  ovsaf  və  sadə, 
zər  bir  hiylə  və  fitnədən  mübərra  olan  cəmaət  arasında 
möhkəmləşdirsinlər.  Böylə  bir  mədəni  zəhmət  müsəlman  və 
erməni  cəmaətinin  cümlə  yaxşı  hissəsinin,  ümumən 
ictimaiyyun-ammiyyunlarının 
isə 
xüsusən 
öhdələrinə 
vabəstdir» (76). 
Rəsulzadə  zaman  keçdikcə  erməni-müsəlman  münaqişəsinin 
səbəbkarının  yalnız  çar  Rusiyası  deyil,  ermənilərin  yaratdığı 
terrorçu  "Daşnaksutyun"  firqəsinin  də  olduğunu  anlamağa 
başlayır.  Bununla  da  Rəsulzadə  erməni  milliyyətçilərinin  bir 
qayda  olaraq  müsəlmanlara  (türklərə)  qarşı  riyakar,  iküzlü, 
terrorçu 
mövqe 
tutduqlarını 
qeyd 
edir. 
Erməni 
milliyyətçilərinin  fəaliyyəti,  işbirliyi  ilə  müqayisədə 
müsəlmanların  halına  acıyan  Rəsulzadə,  üstəlik,  onların 
sadəlövhlüklərindən, 
savadsızlıqlarından, 
təşkilatlana 
bilməməsindən,  ermənilər  və  başqa  millətlər  tərəfindən 
aldadılmasından şikayətlənir.  
"İki  nüktə"  (İki  incə  məna)  məqaləsində  erməni  fəhlələrinin 
riyakarlığını ifşa edən Rəsulzadə yazır ki, Tağıyevin fəhlələri 
tətil  edib  erməni  fəhlələrini  işə  qəbul  edilməsini  tələb  etdiyi 
halda, erməni fəhlələri sahibkarlarına müsəlmanları fabrikdən 
çıxartmağı  təklif  edirlər:  «Hacı  Zeynalabdin  Tağıyev 
cənablarının 
fəhlələri 
öz 
əhvali-iqtisadiyyələrini 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə