MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə43/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
133 
müsəlmanların  da  təmsil  olunduğu  "Sosial-Demokrat" 
Partiyasını,  sosial-demokratiya  ideyalarını  göstərmişdi. 
M.Ə.Rəsulzadə  həm  də  daha  çox  məhz  haqqı  tapdalanmaq, 
heç bir hüququ olmamaq, ilk dövrlərdə müsəlmanlara az-çox 
dəstək  vermək  baxımından  "sosial-demokrat"  təşkilatı 
"Hümmət"ə  üstünlük  vermişdi.  O  dövrdə  Bakıda  fəaliyyət 
göstərən  başqa  qurumlar  şovinistliyi  ilə  fərqlənirdi.  "Sosial-
demokrat"    "Hümmət"  qrupundan  fərqli  olaraq  rus,  gürcü, 
erməni  və  digər  millətlərin  şovinist  qurumları  birmənalı 
şəkildə müsəlmanlar - türkləri qəbul etmirdilər. Bu baxımdan, 
bəlkə  də  bir  qədər  məcburiyyətdən,  milli  təşkilatlarının 
olmaması  səbəbindən,  öz  milli  kimliklərini  sözün  əsl 
mənasında tanımayan türklər, müsəlman milləti adı altında ya 
sosial-demokratlara  üz  tuturdular,  ya  da  pərakəndə  şəkildə 
fəaliyyət göstərirdilər.  
Rəsulzadə fəhlələrin, kəndlilərin və başqa işçilərin vəziyyətinə 
də  xüsusi  diqqət  yetirir.  Sosial-demokrat  kimi  fəhlələrə  8 
saatlıq  iş  günü  tələbi  ilə  çıxış  edən  Rəsulzadə  1906-cı  ildə 
"Fəhləyə 
dair" 
başlıqlı  silsilə  məqalələrində  bunun 
mahiyyətini,  tarixini,  fəhlələrin  birləşməsi  baxımdan 
əhəmiyyətini,  islam  dini  ilə  səsləşməsini,  xam  xəyal 
olmamasını,  mənafeyini,  iqtisadi  əhəmiyyətini,  ailəyə  təsirini 
və s. baxımdan izah edirdi. Rəsulzadə fəhlə üçün 8 saatlıq iş 
gününün  mahiyyətinə  belə  açır:  "Səkkiz  saətlik  iş  günü 
cəmaət  tələbi,  cümlə  dünyanın  fəhlələrinin  xahişi  oldu. 
Cəmaət  ixtiyarının  qabağına  isə  heç  bir  qüvvə,  heç  bir  şey 
dayanmaz.  Bu  səkkiz  saətlik  iş  gününü  ki,  beynəlmiləl  bir 
mütalibə  hökmünə  girmişdir  ki,  biz  müsəlmanlara  çoxdan 
təbliğ və təklif olunmuşdur" (49, s.35).  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
134 
134 
Sosial-demokrat  əqidəli  gənc  Rəsulzadə  fəhlə,  işçi  üçün  8 
saatlıq  iş  gününün  müəyyənləşməsini  islam  dini  ilə  də 
əsaslandırmağa  çalışır:  "Dini  qanunlardan  yetişən  əhadəsi-
mötəbərdən  olub  da  günü  (sutkanı)  üç  yerə  təqsim  etməliyiz 
ki, səkkiz saat işləyib, səkiz saat istirahət edib, səkkiz saat da 
ibadət  və  mərifət  yolunda  çalışmalıyız.  Bəs  böylə  olduqda 
səkiz  saatlıq  iş  günü  beynəlmiləl  hökmünə  girməmişdən  biz 
hökmi-illahi və əmri-şare ilə bu binagüzarlığa mükəlləfmişiz" 
(49,  s.35).  Rəsulzadə  sosial-demokrat  prinsiplərini  islamla 
əlaqələndirir və islami sosializmə rəvac vermiş olurdu.  
Sosial-demokrat  əqidəsinin  şəriətə,  əqlə,  elmə  və  s.  zidd 
olmadığına  inamını  ifadə  edən  Rəsulzadə  yazır:  «Heç  bir 
qanun,  heç  bir  şəriət,  heç  bir  kitab,  heç  bir  əql,  heç  bir  elm, 
ictimaiyyət  və  rəvaşi  fəhlələrin  müəllimlərdən,  ruhanilərdən 
və  amirlərdən  ixtiyarları  az  olmasına  işarə  eləməyib  və 
eləməz» (49, s.38). 
Fəhlələrin  gündə  8  saat  işləməsinin  onların  təbii  haqqı 
olduğunu  irəli  sürən,  bunu,  dinlə  əsaslandıran  Məhəmməd 
Əmin  fəhlələrin  ildə  heç  olmasa  bir  dəfə  bayram  etmək 
istəmələrini  sevinclə  qarşılayır.  Fəhlələrin  varlığını  dünyanın 
idarə  olunmasında  mühüm  məsələ  kimi  dəyərləndirən 
Rəsulzadə  bunun,  fəhlələrin  birləşməsi  baxımından  da 
əhəmiyyətini qeyd edir: "Heç bir işə əlini vurmayıb özgələrin 
rəncindən  nəfbərdar  olanlar  tamam  ili  bayram  edərlərsə, 
dünyanın gərəkli şeylərini hazırlayan, qeyri bir söz ilə dünyanı 
idarə  edən,  lakin müdirlər  təht təzyiqində qalan  fəhlənin ildə 
bir  gün  bayram  etməyə  həqqi  olmazmı?  Böylə  bir  bayram 
edilirsə  ədalətdən  xaricdirmi?!  Bu  bayram  fəhlələri 
birləşdirmək üçün böyük bir vəsilə, böyük bir alətdir. Cümlə 
cahanın  füqərayi-kasibəsinin  bir  gündə  məqsud  olunmuş 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
135 
hürriyyəti  almaq  üçün  ürəyi  döyünür…  bu  elə  bəsdir…,  bu  
özü  ittihada  müvəffəq  olmaq  üçün  böyük  bir  vəsilədir"  (49, 
s.36).    Rəsulzadə  dünya  fəhlələrinin  birləşməsini  vacib 
sayırdı.  Onun fikrincə, 1  mayın fəhlələrin bayram günü kimi 
qeyd edilməsi, sinfi mübarizənin başlıca cəhətlərindən biridir.  
Rəsulzadənin  gənc  olmasına  baxmayaraq  islam  dinini  və 
sosial  məsələləri  dərindən  bilməsi  açıq  qəkildə  hiss  olunur. 
Onun  sosial  məsələlərə  dair  geniş  bilgilərinin  olmasına  da 
şübhə  yoxdur.  O,  sosial-demokratiyaya  aid  məsələlərə 
toxunarkən,  onun  tarixinə  nəzər  salır,  əsaslandırmağa  çalışır 
və  müvafiq  olaraq,  sosial  utopik,  sosial-demokrat  baxışlı 
mütəfəkkirlərdən  sitatlar  gətirir.  8  saatlıq  iş  günü  üçün 
fəhlələlərin  on    illər  boyu  əməli  mübarizə  aparmasını,  bəzi 
mütəfəkkirlərin  (Tomas  Mor,  Tomazzo  Kampanella, 
Kompenius,  Qiyavanski  və  b.)  əsərlər  yazmasını  xatırladan 
Rəsulzadə,  buna,  xam  xəyal  kimi  baxılmasına  etiraz  edir: 
"Səkkiz  saat  iş  günü  xəyal  deyil,  yəni  bu  fikir,  indi  əmələ 
gəlməyibdir.  Xəyalat  və  mövhumat  qəblindən  deyil.  Bu 
qəsdin diriliyi məişəti, qanı, bədəni var və gündən günə dəxi 
böyüyüb artmaqdadır" (49, 46-47). 
Fəhlələrin  8  saatlıq  iş  günü  ilə  bağlı  haqlı  tələblərini 
Rəsulzadə  bu  cür  izah  edir:  "Bəzi  amirlər,  müəllimlər, 
ruhanilər  gündə  8  saat  işləyirlər.  Bundan  əlavə  həftədə  neçə 
gün də, tətilləri var. Məvacibləri isə fəhlələrdən neçə qat daha 
artıqdır.  Hər  gün  8  saat  iş  günü  bu  cənablar  üçün  nizam  və 
qanun üzrə caiz görülürsə, niyə fəhlələrə yaramasın ki, onların 
işləri,  onlardan  daha  ağır,  daha  səbidir  (çətindir)…  Bunların 
cümləsini  nəzərə  alıb  da  fəhlə  sinfi  hər  gün  çəkdiyi  zəhmət 
vasitəsilə məcburən öz ömrünü qəsdinə duran fəhlələrdən ötrü 
həmin 8 saat iş gününü tələb ediyoruz. Fəhlələr ilə bərabər biz 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə