MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə51/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
157 
qaldırmaq, inqilabçı bir zərbəylə mülkiyyəti və bununla bağlı 
insanlar  arasında  ortaya  çıxan  səfaləti  ortadan  qaldıraraq 
mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və 
iç  qarışıqlıqlarından  başqa  aydın  bir  nəticə  allına  bilməzdi. 
Onlara görə, bu bir kərə siyasi ədalət təmin olunduqdan sonra 
öz-özünə  təkamül  edəcək  və  yavaş-yavaş  həll  olunacaq  bir 
məsələ idi» (47, s.41). 
Ancaq M.Ə.Rəsulzadə sosial məsələnin tərəfdarı olsa da, onun 
birdən-birə  reallaşmasını  istəmirdi  və  deyirdi  ki,  heç  xalq  da 
bunu  istəmir.  Onun  fikrincə,  azərbaycanlılar  sosial  məsələni 
inqilabsız,  təkamüllə  aradan  qaldırmağın  tərəfdarıdı: 
«Azərbaycanlılar düşünürdlər ki, mülkiyyəti tamamilə ortadan 
qaldırmaq,  indiki  durum  içərisində  şəxsi  təşəbbüs  qüvvəsini 
zorakı  şəkildə  aradan  qaldırar.  Sosial  həyat  irəliləmədən 
düşər,  insanlar  bəsit  ibtidaiyə  doğru  dönərlər:  aləmin  nizamı 
pozular.  Fəqət,  bununla  bərabər  hər  şeyin  ifratından  zərər 
gəldiyi kimi, mülkiyyətin də ifrat tərəflərini yox etmək sosial 
islahatın  əsasını  meydana  gətirməlidir.  Mülkiyyət  ancaq 
ümumi aləmə yayılıb təsirli oluncaya qədər müdafiə olunub – 
bu olmayanda ümumi zərər gətirən lüzumsuz bir artıqlıq kimi 
kəsilib  atılmalıdır.  Ərazi  məsələsində  misal  kimi  desək:  hər 
əkinçi özü əkib-becərdiyi müəyyən miqdar torpağa sahibliyini 
qəbul  etməklə  bərabər,  Azərbaycan  islahatçıları  geniş 
torpaqları ölü halında saxlayan torpaq sahiblərinin mülkiyyət 
hüququnu  rədd  edirdi.  Millət  Məclisində  hazır  olan  qanun 
layihəsinə  görə,  xüsusi  ərazi  sahiblərindən  alınıb  dövlət  malı 
olduqdan sonra əkin yeri, vətəndaşların mülkiyyətinə bölünür, 
dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər 
isə tamamilə dövlət xəzinəsinə qalırdı» (47, s.42).  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
158 
158 
Şübhəsiz ki, torpaqların vaxtında mülkədarların əlindən alınıb, 
kəndlilərə  verilməməsi  M.Ə.Rəsulzadənin,  eyni  zamanda 
AXC  hökumətinin  buraxdığı  səhvlərdən  biri  idi.  Çünki 
bolşeviklər  müsavatçılara  qarşı  mübarizədə  bu  amildən 
yararlanırdılar.  Bu  baxımdan  M.Ə.Rəsulzadənin  sosial 
məsələdə  inkişaf  üçün  zamana  ehtiyac  duyması  yanlış  bir 
addım  idi.  Ən  azı  ona  görə  ki,  bu  dövrdə  zaman  fəhlə  və 
kəndlilərin  tərəfdarlarının  lehinə  işləyirdi.  Belə  bir  məqamda 
mülkiyyətin 
aradan 
qaldırılıb 
torpaqların 
kəndlilərə 
paylanmaması  yanlış  bir  mövqe  idi.  Bundan  da  sonralar 
bolşeviklər yetərincə istifadə etdilər. 
AXC  mahiyyətində  milli  xüsusiyyətlər  dayanan,  eyni 
zamanda  sosial  bərabərlik  prinsiplərini  milli  formada  həyata 
keçirən bir ölkə idi. Bütün bunlara baxmayaraq, yenə də bəzi 
qüvvələr 
tərəfindən 
qəbul 
olunmadıqlarını 
yazan 
M.Ə.Rəsulzadə  qeyd  edirdi  ki,  milli  qüvvə  olaraq  sosial-
demokrat  ideyalarını  tətbiq  edərkən  sağların,  sağları  müdafiə 
edərkən 
solların 
təzyiqlərinə 
məruz 
qalırdılar. 
M.Ə.Rəsulzadənin  başçılıq  etdiyi  "Müsavat"  Partiyası  nə 
qədər  milliyyətpərvər,  türkçü  olsa  da,  ictimai  nəzəriyyəsinə 
görə  radikal-demokrat  idi:  ««Müsavat»  firqəsi  məfkurə 
etibarilə  milliyyətpərvərlik  doğma,  türkçülük  məsləkinə  qail 
bir  firqədir...  Azərbaycan  Cümhuriyyətinin  ələmdarıdır.  Bu 
şüarı ilk dəfə ortaya atmaq və onu yalnız əcnəbilərə deyil, bir 
qism  azərbaycanlılara  qarşı  dəxi  müdafiə  etmək  etibarilə 
Müsavat  birinci  Azərbaycan  istiqlal  firqəsidir.  İctimai 
nəzəriyyəsinə  görə,  xalqçılıq,  məsləkinə  sadiq,  radikal-
demokrat  bir  proqrama  malikdir»  (46,  s.53).    O,  özü  də  açıq 
şəkildə  qeyd  edirdi  ki,  «türk  milli-demokratik»  olan  bu 
hökumət  sırf  milliyyətçi  iqtidar  deyil  və  özündə  bütün 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
159 
cərəyanların  müsbət  tərəflərini  ehtiva  etməklə  müasir  özülə 
əsaslanır.  
Rəsulzadənin  sosial-demokrat  prinsiplərinə,  sosializm  və 
demokratiya anlayışlarına baxışları mühacirət dövründə də öz 
aktuallığını  itirməmişdi.  Əksinə,  Rəsulzadə  mühacirət 
dövründə  bolşevik  sosial-demokratiyası  ilə,  marksist  sosial-
demokratiyasının  fərqlərini  göstərməyə  çalışmış,  milli 
dövlətdə  sosializmin  yerini  izah  etmiş  və  milli  tənasüd, 
solidarizm fikirlərini irəli sürmüşdü. Bu, Rəsulzadənin sosial-
demokrat  prinsiplərinə  baxışlarının  sonuncu,  üçüncü  dövrü 
hesab  oluna  bilər.  Qeyd  edək  ki,  bu  dövrdə  də  Rəsulzadə 
sosial-demokrat  ideyasına  maraq  göstərmiş,  bu məsələni  yeni 
prizmalardan dəyərləndirmişdi.   
Mühacirəti  dövründə  də  marksist  sosial-demokrat  ideyasının 
əleyhinə  olmayan  Rəsulzadə,  sosial-demokrat  ideyası  adı 
altında pərdələnərək proletarlar, fəhlə-kəndli sinfi formasında 
millətləri  əsarət  altında  saxlayan  Sovet  rejiminə  qarşı 
mübarizə  aparıb.  Rəsulzadə  Sovetlər  Birliyinin  Azərbaycana 
tətbiq  etdiyi  siyasətin,  qayda  və  qanunların  iç  üzünü  açıb 
göstərir,  onları  sərt  tənqid  atəşinə  tuturdu.  Burada  da  əsas 
məqsəd 
sosial-demokratiya 
adı 
altında 
pərdələnmiş 
bolşeviklərin  əsl  mahiyyətini,  iç  üzlərini  açıb  göstərmək  idi. 
«İstiqlal»  jurnalındakı  «Açıq  diplomatiya»  məqaləsində 
M.Ə.Rəsulzadə 
bolşeviklərin  növbəti  siyasətini  açıq 
diplomatiya  fikrini  irəli  sürməyinin  daxili  saxtakarlığını  izah 
edirdi.  O  göstərirdi  ki,  onlar  həmişə  zahirən  demokratik 
azadlıq  pərdəsinə  bürünmüş  şüarlar  irəli  sürüb  əslində 
özlərinin  istibdad  qanunlarını  yeridirlər.  Rəsulzadə  yazır  ki, 
qırmızı  imperializm  özünün  əsl  qayəsini  təşkil  edən  dünyada 
sosializm  inqilabından  əl  çəkməyib:  «Planlaşdırdığı  5  illik 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə