MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə52/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
160 
160 
planı  yerinə  yetirmək  üçün  onun  hər  cür  müvəqqəti  sakitliyə 
ehtiyacı  vardı  ki,  sırf  təcavüz  məqsədi  güdən  bu  sənaye 
planını  müvəffəqiyyətlə  başa  çatdırsın.  Bu  məqsədlə  də  o, 
indiki  şəraitdə  sülhsevər  maskası  taxır  və  buna  da  müvəffəq 
olur»  (84,  s.209).  M.Ə.Rəsulzadə  yazır:  «Fəhlə-kəndli 
hökuməti  çalışanların  məmləkəti,  proletar  diktatorluğu, 
kommunizm  hakimiyyəti,  bolşeviklərin  ağalığı:  Bütün  bunlar 
Sovetlər 
İttifaqı 
deyilən 
məmləkət 
üzərində 
fərdi 
hakimiyyətlərini quran qanlı avantüristlərin kefi, istibdadlarını 
qazanmaq üçün tullanılan bir ulduzlu cümlələrdir» (84, s.216). 
Bütün  bunlara  baxmayaraq,  Rəsulzadə  bolşeviklərin  daxilən 
narahat  olduğunu,  zahirən  isə  özlərini  sakit  göstərdiklərini 
yazır:  «Azərbaycanda  «sosializm»in  zahirən  «türkizm» 
üzərində  qələbəsi  təmin  olunmuşdu.  Rus  bolşevizmi 
Azərbaycan  millətçiliyi  üzərində  qələbəsini  bayram  edirdi. 
Yabançı  totalitarizm  yerli  demokratiyaya  qələbə  çalmışdı. 
Lakin  bu  məsələnin,  sadəcə,  zahiri  tərəfidir.  Həqiqətdə  isə 
mübarizə hələ bitməmişdir: Onun müqəddəratı müasir şəraitdə 
dünya  miqyasında  cərəyan  edən  böyük  mübarizənin 
müqəddəratı  ilə  bağlıdır.  Azadlıq  və  demokratiyanın  son 
qələbəsi  müqəddərsə,  (buna  qətiyyən  şübhəmiz  yoxdur)  o 
zaman  1918-ci  ilin  28  mayında  hüquqi  ifadəsini  tapan  milli 
Azərbaycan  Respublikasının  həyata  keçirdiyi  azadlıq  və 
istiqlala  yenidən  qovuşacağı  əlbəttə  ki,  həqiqət  və 
müqəddərdir» (47, s.111). 
M.Ə.Rəsulzadə mühacirət dövründə Sovet Rusiyasında gedən 
baş  verən  prosesləri  diqqətlə  izləyir,  imperiyadakı 
«demokratiya»  və  «sosializm»in  iç  üzünü  açıb  göstərməkdə 
davam  edirdi.  Onun  məqsədi  əsl  sosial-demokrat  ideyası  ilə, 
sovetlərin  «sosial-demokrat»iyası  arasındakı  fərqləri  ortaya 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
161 
qoymaq  idi.  «Rusiyada  siyasi  vəziyyət»  məqaləsində  də 
mütəfəkkir  bu  fərqləri  göstərir  və  bunun  nəticəsində 
bolşeviklər  arasında  yaranmış  ziddiyyətləri  nümunə  gətirirdi: 
«Kommunist  firqəsindəki  müxalifət  eyni  cinsdən  deyildir. 
Bunlar  bir  tərəfdən  Zinovyev  tərəfindən  idarə  olunan  sollar, 
digər  tərəfdən  də  Sokolnikov  və  Medvedyev  kimi  sağlar 
arasında  müxtəlif  fərqlərlə  ayrılan  çoxlu  zümrəsindən 
ibarətdir. Bu müxaliflərə görə indiki idarə Rusiyanı sosializmə 
deyil, kaptalizmə aparır» (51, s.16). 
M.Ə.Rəsulzadə  onların  arasında  da  fikir  ayrılığını  olduğunu 
bildirir:  «Sağlar  deyirlər  ki,  dünyada  sosializm  qurmaqdan  əl 
çəkməli, Avropa ilə əməkdaşlıq etməli, demokratiyaya doğru 
getməli,  sollar  deyir,  Leninə  qayıtmalı,  bütün  dünyanı 
sovetləşdirməli.  Kommunist  firqəsi  bir  tərəfdən  həqiqi  rus 
mənafeyini güdən sağlar, digər tərəfdən də beynəlmiləl inqilab 
iddialarından  əl  götürməyən  sollar  arasındakı  çəkişmələrə 
səhnə  olmuşdur.  Medvedyev  və  Zinovyev  qütbləri  arasında 
müxtəlif şəkil və xüsusiyyətlər daşıyan qruplar çoxalır. Bunlar 
arasında hakim bir vəziyyəti tutan qrup Stalin zümrəsidir. Bu 
zümrə  mahiyyət  həddində  zinovyevçilər  kimi  məmləkətini 
sağlaşama  təmayülatından  doğan  təhlükəni  inkar  etməməklə, 
zinovyevçilərin  çarə  olaraq  göstərdikləri  yola  girməyi  daha 
çox  təhlükə  hesab  edirdilər.  Onlarsa  yenidən  təhkimləşdirmə 
və təkcə fəhləyə istinadla kəndli və xırda burjua mənfəətlərinə 
göz 
yumulmasına 
gedilərsə 
Leninin 
ən 
böyük 
vəsiyyətlərindən  olan  fəhlə-kəndli  ittifaqı  pozular,  Sovet 
sisteminin bel sümüyü qırılar» (51, s.17-18). 
M.Ə.Rəsulzadə  sovetlərin  qondarma  «demokratiya»  və 
«sosializm»  təbliğatına  baxmayaraq,  qeyri-rus  millətləri  öz 
yollarından  döndərə  bilmədiyini  yazır:  «Bakıda  toplanan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
162 
162 
Türkoloji  Konqresin  pantürküstlər  tərəfindən  istifadə 
olunmamasını təmin üçün yaxşı əməl sərf edilməsinə rəğmən 
yuxarıda  adı  çəkilən  konqresdə  «nə  yapsalar  da  bizi  böyük 
türk 
kültür 
və 
mədəniyyəti 
yaratmaq 
əzmindən 
döndərəməzlər»  mənasında  söylənən  hərarətli  nitqlər  iradını 
qadağan edə bilməmişlərdi» (51, s.30).  
Bu  baxımdan  M.Ə.Rəsulzadə  inanır  ki,  sonda  bolşevik 
diktatorluğu  məhv  olacaq:  «Bizcə  həyatının  böhranlı  bir 
dövrünə  girən  sovet  hökumətinin  artıq  süqut  edib-
etməyəcəyindən  deyil,  necə  süqut  edəcəyindən  bəhs 
edilməlidir.  Mötədillərin  qələbəsi  ilə  kommunist  firqəsi 
sağlaşaraq  rəsmi demokratik təsis və təkamül edə biləcəkmi? 
Yoxsa  həyatla  barışmaz  bir  təzad  halında  olan  bu  müəssisə 
əleyhinə,  dünən  müxalif  ünsürlərin  təzyiqi  nəticəsində 
partlayaraq  yeni  bir  inqilab  zühuru  ilə  devriləcəkmi?»  (51, 
s.41).  M.Ə.Rəsulzadə  yazır:  «Keçirdikləri  çox  acı  təcrübələr 
nəticəsində birlik lüzumuna bütün mövcudiyyətləri ilə qənaət 
gətirən  bu  millətlər  nə  lazımdır  etməlidirlər.  Bunlar  arasında 
Azərbaycan  Cümhuriyyətinə  və  azəri  türklərinin  üzərinə 
düşən vəzifə də çox böyükdür» (51, s.43).  
Onun  fikrincə,  Vilson  prinsiplərində  xüsusi  mövqe  tutan 
«millətlərin öz müqəddəratlarını həlli səlahiyyətdar olduqları» 
şüarı  bolşeviklər  heç  bir  zaman  öz  mahiyyətində  müsbət  bir 
qiymətə  malik  olmamışdır:  «Onların  nəzərində  bu  şüar  təqib 
etdikləri məqsəd uğrunda istifadə etdikləri silahlardan biridir. 
Digər təbirlə, bu məsələ onlar üçün heç bir zaman bir məqsəd 
deyil,  sadə  bir  vasitə  və  alət  rolunu  oynamışdır.  Milli 
mədəniyyətə  müqabil  Lenin  «ümumdünya  fəhlə  hərəkatı  və 
beynəlmiləl  demokratiya  mədəniyyəti»ni  qoyurdu.  Bu 
nöqteyi-nəzərlə  də  o,  Rusiyanın  milli-məhəlli  muxtariyyətlər 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə